Məhkəmə qərarları › İş №2-1(102)-599/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-599/2025

24.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-599/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Aida Hüseyn və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər: X5, X7 və Rizvanov Elçin Firudin oğlu) qarşı “mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-49/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarından üçüncü şəxs Rizvanov Elçin Firudin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X14 bağlar sahəsindəki 89 nömrəli kooperativin verdiyi 23 nömrəli orderə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1085 nömrəli sərəncamı ilə X8 Görədil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 260v nömrəli bağ ayrılmışdır.

2. X11 Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivi ünvanında yerləşən 260v nömrəli bağ sahəsinə plan və ölç ünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

3. Cavabdeh müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, həmin bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, bağ sahəsi mübahisəlidir. Göstərilən bağ sahəsinə 257g nömrəli bağ nömrəsi ilə digər vətəndaş iddialıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0,12 hektar ölçüdə 260v nöm rəli bağ sahəsinin plan və ölçüsünün təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı X11 xx.xx.2017-ci ildə vəfat etdiyindən, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-103/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadına əsasən İddiaçının hüquq varisi qismində icraata qoşulmuşdur.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə dair hüquqların iddiaçının anası X8 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən X8 Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsi nəzdində olan, ümumilikdə 0,12 ha ölçüdə 260V (260B) nömrəli bağ sahəsi ayrılmış və 23 nömrəli order verilmişdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi qaydasına əsasən fərdi və kooperativ bağ sahələri (boş torpaq sahələri) üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bağ sahəsinin planı və ölçüsü tələb olunur. Bununla əlaqədar iddiaçının anası X11 cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. İmtina tamamilə absurd bir şəkildə əsaslandırılmış, təqdim edilən sənədlərin surət olduğu, bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, bağ sahəsinin mübahisəli olduğu, həmin sahəyə 257G saylı bağ nömrəsi guya digər vətəndaşın da iddia etdiyi göstərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2-1(112)-24/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin e dilmiş, Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə dair hüquqların ölmüş şəxsə - İddiaçı anası X8 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının varisi olduğu X11 vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq s ahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs X8 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur. Cavabdehin imtina məktubunda bağ sahəsinin torpağın bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, bağ sahəsinin mübahisəli olması, göstərilən bağ sahəsinə 257g nömrəli bağ nömrəsi ilə digər vətəndaşın iddia etdiyi barədə göstərilənlərə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, əvvəla cavabdeh imtina məktubunda qeyd etdiyi uyğunsuzluğun nədən ibarət olmasını göstərməmiş, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə isə iddiaçının anasına ayrılmış 260v nömrəli bağ sahəsi ilə 257g nömrəl i bağ sahəsinin eyni bağ sahələri olmaması, iddiaçının torpaq sahəsinin hasara alınaraq orada hər hansı tikinti işlərinin aparılmadığı və boş vəziyyətdə olduğu müəyyən edilmişdir. Cavabdehin imtina məktubunda göstərilən əsassız olmasını o da təsdiq edir ki, məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda mübahisəli sahə kimi göstərdiyi bağın qonşu bağ nömrələrinin 269R, 259J, 254Ə qeyd edilmişdir, halbuki elə cavabdehin özünün məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş 89 BTK nəzdində olan 260v nömrəli bağ sahəsinə dair cizgiyə və sxematik xəritədən çıxarışa əsasən 260 v nömrəli bağ sahəsinin qonşuları bir tərəfdən 260q, digər tərəfdən isə 260e nömrəli bağ sahələridir. Yəni iddiaçının iddia ərizəsində göstərdiyi bağ sahəsi ilə cavabdehin mübahisəli kimi göstərdiyi bağ sahələri eyni bağ sahələri deyillər.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-443/2022 saylı qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2022-ci il tarixli, 2-1(103)-443/2022 saylı qərarı ilə (hakimlər: S.Bəktaşi sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci i nstansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1779/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.Hüseynov sədrlik edən və məruzəçi, K.Bədəlov və N.Rəsulbəyova) apellyasiya məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Rizvanov Elçin Firudin oğlu üçüncü şəxs qismində inzibati m əhkəmə icraatına cəlb edilmişdir.

18. İddiaçı apellyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar massivi, 259L saylı bağ sahəsinə dair Rizvanov Elçin Firudin oğlunun adına Torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin kadastr göstəricilərinin iddiaçıya məxsus 260V nömrəli bağ sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə ləğv edilməsi və Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumilikdə 0.12 hektar ölçüdə 260V (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə dair hüquqların ölmüş şəxs ə – İddiaçı anası X8 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-49/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov sədrlik edən və məruzəçi, K.Əkbərov və Ş.Məmmədova) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)24/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, Rizvanov Elçin Firudin oğlunun adına Bakı şəhəri, Binəqədi rayonu, əradil bağlar sahəsində yerləşən 259L saylı bağ sahəsinə dair verilmiş koordinatlar (Torpaq sahəsinin planı və ölçüsü) 260V nömrəli bağ sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə ləğv edilsin, Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən 23 nömrəli orderlə verilmiş ümumilikdə 0.12 hektar ölçüdə 260V (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə hüququn X8 məxsus olmasına dair arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1779/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, keçmiş Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən bağ sahələri paylanarkən koordinat sistemində paylanmadığından, həmçinin ümumi ərazidə bağların bölgüsünə dair sxematik xəritədə bağların yerləşmə ardıcıllığı ilə naturadakı faktiki vəziyyət arasında uyğunsuzluq təşkil etdiyindən 260V saylı bağ sahəsinin dəqiq yeri və koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. Göründüyü kimi, bağ sahələrinin paylanarkən koordinat sistemində paylanmadığı qeyd olunmuşdur. Müvafiq torpaq sahəsi ilə bağlı uyğ unsuzluq hallarının mövcudluğu isə iddiaçıdan asılı olmayan haldır və bu halın aradan qaldırılması cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

21. Üçüncü şəxs Elçin Rizvanov həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

22. Üçüncü şəxs Elçin Rizvanovun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinin ona aid olduğuna dair heç bir sübut təqdim edə bilməmişdir, çü nki belə bir sübut mövcud deyildir.

23. Tam əksinə işin halları əslində iddiaçıya aid torpaq sahəsi olmadığı və ümumiyyətlə onun istifadəsində torpaq sahəsi olmadığını şübhəyə yer verməyəcək şəkildə göstərir. Belə ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindənxx.xx.2023-cü il tarixində cavab məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “vətəndaş İddiaçı və mərhum anası X11 260v saylı bağ sahəsi kimi əvvəlcə digər vətəndaşın 257g saylı bağ sahəsi kimi göstərdiyi sahəyə iddia edirdi. Lakin sonradan X12 əvvəlki sahəni səhv göstərdiyini bildirərək, 260v saylı bağ kimi həmin sahənin şimal-şərq hissəsində digər vətəndaş tərəfindən hasarlanmış başqa sahəni hasarın çölündən göstərdi(içəri daxil ola bilmədi), Sahə digər vətəndaş tərəfindən hasarlanmış və darvaza ilə bağlı idi”.

24. Rizvanov Elçin Firudin oğluna məxsus259L saylı bağın yerləşdiyi torpaq sahəsinin koordinatların hər hansı ziddiyyət mövcud deyildir və iddiaçının ona məxsus olduğunu iddia etdiyi 260V saylı bağ sahəsi ilə üst üstə düşmür. Sahələrini üst-üstə düşdüyünü sübut edən heç bir dəlil də yoxdur.

25. X21 Firudin oğluna aid torpaq sahəsinə verilən order daha öncəki tarixlidir (6 ay əvvəl) və sözügedən torpaq faktiki onun istifadəsindədir. Əlavə olaraq da Rizvanov Elçin Firudin oğlunun adına mülkiyyət hüququ DƏDRX-də qeydə alınmaqla öz təsdiqini tapmışdır.

26. Ali Məhkəmənin 2-1(102)-1779/2022 nömrəli,29 noyabr 2022-ci il tarixli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Buna uyğun olara q keçirilmiş ekspertiza nəticəsində də tərtib edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən də görünür ki, 260V saylı bağ sahəsinin dəqiq yeri və koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsi sadəcə yerində baxış keçirməklə 259L saylı bağın koordinatlarının 260V saylı bağın koordinatları ilə üst üstə düşdüyünü bildirmişdir. 27. 2013-cü ildə tərtib edilmiş koordinat cədvəli ilə xx.xx.2022-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” sənədlərindəki koordinatları müqayisə etsək, onların üst üstə düşdüyü məlumdur. Bu məsələ ilə əlaqədar AR Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 №-li “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanını qeyd etmək zəruridir.

28. Belə ki, həmin Fərmanın qəbul edilməsindəki məqsəd torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək olmuşdur.

29. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kassasiya şikayətində, qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağ lı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məlum olduğ u kimi, iddiaçı X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0,12 hektar ölçüdə 260v nömrəli bağ sahəsinin plan və ölçüsünün təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. İddiaçı xx.xx.2017-ci il tarixdə vəfat etdiyi üçün iddiaçı onun hüquq varisi İddiaçı ilə əvəz edilmişdir.

35. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismind ə inzibati məhkəmə icraatına cəlb edilmişdir.

36. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə dair hüquqların iddiaçının anası X8 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

38. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv ed ilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

40. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-443/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-24/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

41. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş dir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1779/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 03 iyun tarixli, 2-1(103)-443/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Kassasiya instansiyası məhkəməsi nəticəyə gələrkən qərarında qeyd etmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi mübahisəli bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyinə, iddia olunan bağ sahəsinə dair digər fiziki şəxs - X2 adına X15 Komitəsi tərəfindən “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” şəhadətnamə verildiyinə dair dəlilinə münasibət bildirərkən apellyasiya instansiyası məhkəməsində icraat zamanı k eçirilmiş ekspertizanın nəticəsinə əsaslanmışdır. Həmin rəydə isə ekspert birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş 19 yanvar 2021-ci il tarixli ekspertiza tədqiqatı üzrə rəyə istinad edərək iddia olunan 230v №-li bağın torpaq sahəsinin koordinatlarını göstərmişdir. 19 yanvar 2021-ci il tarixli birinci rəydə isə həmin torpaq sahəsinin iddiaçı tərəfindən göstərildiyi qeyd olunmuşdur. Rəydə, həmçinin qeyd olunur ki, ilkin bölgü layihəsinə görə 260v №-li bağ torpaq sahəsi Bakı LayihəTədqiqat İdarəsinin tərtib etdiyi sxemdə əks olunmuş 1302 kv.m bağ torpaq sahəsindən 114.0 metr aralıda yerləşir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 6-cı maddəsinin tələbinə görə, Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələri nin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdı r. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən 230v №-li bağın torpaq sahəsinin yerləşmə sxemi tərtib olunmuş və torpaq sahəsinin koordinatları göstərilmişdir. Həmin koordinatlar iddia olunan (iddiaçı tərəfindən göstərilən) torpaq sahəsindən fərqlidir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 6-cı maddəsinin tələbindən də göründüyü kimi, Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Belə olan halda, məhkəmə istinad etdiyi ekspert rəyi ilə torpaq kadastrının məlumatları arasındakı ziddiyyətlərin səbəblərini araşdırmalı və qiymət verməli idi. Başqa sözlə, iddiaçının hüquq sələ finə verilmiş 23 №-li orderdə göstərilən 230v №-li bağ sahəsinin məhz iddiaçının göstərdiyi və iddia etdiyi torpaq sahəsinin hüdudlarında olduğu şübhədən kənar sübutlarla təsdiq olunmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox və ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə, öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir.”

43. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Rizvanov Elçin Firudin oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

44. İddiaçı apellyasiya baxışı zamanı iddi a tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar massivi, 259L saylı bağ sahəsinə dair Rizvanov Elçin Firudin oğlunun adına Torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin kadastr göstəricilərinin iddiaçıya məxsus 260V nömrəli bağ sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə ləğv edilməsi və Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumilikdə 0.12 hektar ölçüdə 260V (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə dair hüquqların ölmüş şəxsə – İddiaçı anası X8 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəs inin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. Apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəyə təkrar baxarkən, iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarla Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)24/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qərarını ləğv etməklə, iş üzrə yeni qərar qəbul etməklə, iddianı təmin etmiş, Rizvanov Elçin Firudin oğlunun adına Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsində yerləşən 259L saylı bağ sahəsinə dair verilmiş koordinatlar (Torpaq sahəsinin planı və ölçüsü) 260V nömrəli bağ sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə ləğv etmiş, Bak ı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən 23 nömrəli orderlə verilmiş ümumilikdə 0.12 hektar ölçüdə 260V (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə hüququn X8 məxsus olmasına dair arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

46. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi qərarında yazmışdır ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1779/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Məhkəməyə da xil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, keçmiş Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən bağ sahələri paylanarkən koordinat sistemində paylanmadığından, həmçinin ümumi ərazidə bağların bölgüsünə dair sxematik xəritədə bağların yerləşmə ardıcıllığı ilə naturadakı faktiki vəziyyət arasında uyğunsuzluq təşkil etdiyindən 260V saylı bağ sahəsinin dəqiq yeri və koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. Göründüyü kimi, bağ sahələrinin paylanarkən koordinat sistemində paylanmadığı qeyd olunmuşdur. Müvafiq torpaq sahəsi ilə bağlı uyğunsuzluq hallarının mövcudluğu isə iddiaçıdan asılı olmayan haldır və bu halın aradan qaldırılması cavabdeh inzibati orqanın özünün səlahiyyə ti daxilindədir. Hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.”

47. Həmçinin apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, “Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.”

48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razı deyil və hesab edir ki, hazırkı inzibati mübahisə tam və hərtərəfli araşdırılmamış, buna görə də iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir.

49. Bel ə ki, işin İ cildinin 5-ci səhifəsindəki Bakı şəhər İcra Hakimiyyətinin başçısının 05 avqust 1994-cü il tarixli, “Bağ sahələrinin ayrılması, bölünməsi və ada keçirilməsinə dair” 1085 saylı sərəncamı ilə X9 Görədil BTK-nın ərazisindən 89 nömrəli 260 V (kiril əlifbası illə “B”) nömrəli bağ sahəsi ayrılmış və bu barədə Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 23 nömrəli order verilmişdir.

50. İşin İ cildinin 7-ci səhifəsində olan cavabdehin S.Ə.İbrahimovaya ünvanlandığı xx.xx.2017-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “sözügedən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, bağ sahəsi mübahisəlidir. Belə ki, göstərilən sahəyə 257g saylı bağ nömrəsi ilə digər vətəndaş da iddia edir.”

51. Cavabdehin məhz həmin imtinası mübahisəyə səbəb olmuşdur.

52. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən imtina məktubunun “Sözügedən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir” cümləsi ona dəlalət edir ki, həmin bağ sahəsinin harada yerləşməsi və cavabdehin qənaətinə görə sxematik xəritəyə uyğun gəlməməsi artıq ən azından 12 aprel 2017ci il tarixdə bəlli idi.

53. Lakin adıçəkilən bağ sahəsinin ilkin olaraq X10 bağ massivinin harasından, kimlər tərəfindən və hansı şəraitdə verilməsini, həmçinin mərz nişanlarının qoyulubqoyulmamasına dair hər hansı bir akt işdə mövcud deyildir və bu məsələ apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır, yəni əgər bağ sahəsinin yerləşməsi sxematik xəritəyə uyğunluq təşkil etmirsə, o zaman ilk öncə bağ sahəsinin təhvil təslimi həyata keçirilməlidir.

54. İşdə olan və cavabdehin xx.x x.2017-ci il tarixli məktubuna əsasən göstərilən sahəyə 257g saylı bağ nömrəsi ilə digər vətəndaş da iddia edir” cümləsi il əlaqədar, cavabdeh tərəfindən təqdim edilmiş Görədil ərazisindəki 257g nömrəli bağın istifadəyə verilməsi haqqında 40207 saylı müqaviləyə görə 257g saylı bağ sahəsi X3 istifadəyə verilmişdir. Həmin bağ sahəsi orderə müvafiq olaraq Görədil bağlar sahəsindəki 102 nömrəli kooperativinin bağ sahələrinə daxil idi (İ cild, iş səh.36).

55. S.Ə.İbrahimova xx.xx.2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar onun vərəsəsi kimi oğlu İddiaçı müəyyən olunmuşdur (İ cild, iş səh.41, 48).

56. İşdə olan (İ cild, səh.80) cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2020ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Göstərilən mübahisəli (həmin sahəyə digər vətəndaş 257g saylı bağ sahəsi kimi iddia edir), sahə hasar daxilindədir. Qonşu bağ nömrəli 269R, 259S, 254Ə. Bildirir ki, keçmiş BTİ və İB-i tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən 260V saylı bağ sahəsinin dəqiq harada yerləşməsini müəyyənləşdirmək mümkün deyil.”

57. İşdə olan (İ cild 106-109) “X4” MMC-nin xx.xx.2021-ci il tarixli, 407/443 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ sahəsində yerləşən, Bakı şəhər İcra Ha kimiyyətinin xx.xx.1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumi sahəsi 0.12 ha olan 260v nömrəli bağ torpaq sahəsi ilə 257g nömrəli bağ torpaq sahəsi üst-üstə düşmür, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumi sahəsi 0.12 ha olan 260v nömrəli bağ torpaq sahəsinin hasara alınaraq orada hər hansı tikinti işlərinin aparılmadığı və boş vəziyyətdə olduğu müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası həmçinin cavabdehin birinci instansiya məhk əməsinin xx.xx.2021-ci il tarixli qərarından verdiyi ilk apellyasiya şikayətində qeyd etdiyi (iş İ cild, səh.158) “iddiaçı hər dəfə müraciətində fərqli yerləri göstərmiş” cümləni də maraqlı hesab edir, belə ki, sözügedən məsələ ilə bağlı sxematik xəritədə bütövlükdə, müqayisəli şəkildə zonalar üzrə araşdırılmalı, qonşular da dindirilməklə hansı bağ sahəsinin içində olması istiqamətində tam və hərtərəfli tədqiqat aparılmalıdır.

59. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, “keçmiş Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən bağ sahələri paylanarkən koordinat sistemində paylanmadığından, həmçinin ümumi ərazidə bağların bölgüsünə dair sxematik xərit ədə bağların yerləşmə ardıcıllığı ilə naturadakı faktiki vəziyyət arasında uyğunsuzluq təşkil etdiyindən 260V saylı bağ sahəsinin dəqiq yeri və koordinatlarını müəyyənləşdirmək mümkün olmadı. Vətəndaş İddiaçı və mərhum anası X11 260v saylı bağ sahəsi kimi əvvəlcə digər vətəndaşın 257g saylı bağ sahəsi kimi göstərdiyi sahəyə iddia edirdi (vahid elektron kadastr baza məlumatlarına əsasən həmin sahə məhkəmə qərarı əsasında 257G saylı bağ sahəsi kimi X1 adına qeydiyyata alınıb). Lakin sonradan X12 əvvəlki sahəni səhv göstərdiyini bildirərək, 260v saylı bağ kimi həmin sahənin şimal-şərq hissəsində digər vətəndaş tərəfindən hasarlanmış başqa sahəni hasarın çölündən göstərdi (içəri daxil ola bilmədi). Belə ki, sahə digər vətəndaş tərəfindən hasarlanmış və darvaza bağlı idi (həmin sahə vahid elekt ron kadastr baza məlumatlarına əsasən digər şəxsin adına 259L saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş və Rizvanov Elçin Firudin oğlunun adına özgəninkiləşdirilmişdir). Vahid elektron kadastr baza məlumatlarına əsasən 257G saylı bağ sahəsi (1200,0 kv.m sahə) məhkəmə qərarı əsasında X1 adına **********95 reyestr nömrəsi ilə qeydiyyatdan keçib (sözügedən sahəyə dair döngə nöqtələrinin koordinatları planölçüdə öz əksini tapıb). Vahid elektron kadastr baza məlumatlarına əsasən 259L saylı bağ sahəsi (1200.0 kv.m sahə) ləğv edilmiş X15 Komitəsi tərəfindən verilmiş JN-27589 saylı şəhadətnamə əsasında X2 adına qeydiyyata alınıb və Rizvanov Elçin Firudin oğlunun adına **********21 reyestr nömrəsi ilə özgəninkiləşdirilmişdir (sözügedən sahəyə dair döngə nöqtələrinin koordinatları plan ölçüdə öz ə ksini tapıb).”

60. Bununla yanaşı iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/8324 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/236287/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, keçmiş Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən bağ sahələri paylanarkən koordinat sistemində paylanmadığından, həmçinin ümumi ərazidə bağların bölgüsünə dair sxematik xəritədə bağların yerləşmə ardıcıllığı ilə naturadakı faktiki vəziyyət arasında uyğunsuzluq təşkil etdiyindən 260V saylı bağ sahəsin in dəqiq yeri və koordinatlarını müəyyənləşdirmək mümkün olmadı. Vətəndaş İddiaçı və mərhum anası X11 260v saylı bağ sahəsi kimi əvvəlcə digər vətəndaşın 257g saylı bağ sahəsi kimi göstərdiyi sahəyə iddia edirdi (vahid elektron kadastr baza məlumatlarına əsasən həmin sahə məhkəmə qərarı əsasında 257G saylı bağ sahəsi kimi X1 adına qeydiyyata alınıb). Lakin sonradan X12 əvvəlki sahəni səhv göstərdiyini bildirərək, 260v saylı bağ kimi həmin sahənin şimal-şərq hissəsində digər vətəndaş tərəfindən hasarlanmış başqa sahəsini hasarın çölündən göstərdi (içəri daxil ola bilmədi). Belə ki, sahə digər vətəndaş tərəfindən hasarlanmış və darvaza bağlı idi (həmin sahə vahid elektron kadastr baza məlumatlarına əsasən digər şəxsin adına 259L saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş və Rizvanov Elçin Fir udin oğlunun adına özgəninkiləşdirilmişdir). Mütəxəssis rəyinə əsasən, 257G saylı bağ sahəsinin (1200,0 kv.m sahə) məhkəmə qərarı əsasında X1 adına **********95 reyestr nömrəsi ilə qeydiyyatdan keçdiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, 259L saylı bağ sahəsinin (1200,0 kv.m sahə) ləğv edilmiş X15 Komitəsi tərəfindən verilmiş JN-27589 saylı şəhadətnamə əsasında X2 adına qeydiyyata alındığı və Rizvanov Elçin Firudin oğlunun adına **********1 reyestr nömrəsi ilə özgəninkiləşdirildiyi müəyyən edilir.

61. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilmiş həm mütəxəssis, həm də ekspert rəyində (hər halda apellyasiya məhkəməsinin qərarında belə yazılmışdır), öncə İddiaçı adı vurğulandığı halda, “Lakin sonradan X12 əvvəlki sahəni səhv göstərdiyi ni bildirərək...” cümləsi yazılmışdır ki, bu da iddiaçının öz sahəsi ilə bağlı doğru dürüst məlumatın olmadığının təzahürüdür.

62. Bundan başqa qeyd edilməlidir ki, apellyasiya məhkəməsi həm mütəxəssis və həm də ekspertin qarşısında 260V nömrəli bağ sahəsinin, 2 torpaq sahəsi ilə (257g və 259L) üst-üstə düşürmü sualını qoymuş, lakin həmin sual faktiki olaraq cavabsız qalmış, lakin apellyasiya məhkəməsi bunu diqqətə almamış və qərarının nəticə hissəsində “Rizvanov Elçin Firudin oğlunun adına Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsində yerləşən 259L saylı bağ sahəsinə dair verilmiş koordinatlar (Torpaq sahəsinin planı və ölçüsü) 260v nömrəli bağ sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə ləğv edilsin” yazılmışdır.

63. Burada məntiqi bir sual ortaya çıxır: hansı üst-üstə dü şən hissədə?

64. Belə ki, yuxarıda artıq göstərildiyi kimi istər mütəxəssis, istərsə də ekspert rəylərində adıçəkilən bağ sahələrinin hansı hissələrində üst-üstə düşmələrini, ümumiyyətlə üst-üstə düşürlərmi, suallarından faktiki olaraq yayınmaqla, konkret olmayan mücərrəd cavablar yazmışlar.

65. Eyni zamanda iş materiallarından görünür ki, 3-cü şəxs Rizvanov Elçin Firudin oğlunun mərhum atasına - Rizvanov Firudin Vəzir oğluna Görədil bağlar sahəsindəki 89 saylı kooperativinin 0,12 ha torpaq sahəsi olan 259L nömrəli bağ sahəsinə 77 saylı order 21 fevral 1994-cü il tarixində, yəni hazırkı iddiaçının mərhum anasına 260V nömrəli bağ sahəsinə verilmiş 05 avqust 1994-cü il tarixli, 23 saylı orderdən əvvəl yazılmış, sonra olan vərəsəlik üzrə həmin bağ sahəsi arvadı X7 və oğlu Rizvanov Elçin Fir udin oğluna keçmişdir.

66. Bununla yanaşı qeyd edilməlidir ki, Rizvanov Elçin Firudin oğluna verilmiş çıxarışla əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsündə olan adıçəkilən bağ sahəsinin koordinatları, onun anası Nasiya Eyvazova eyni bağ sahəsinə verilmiş, Elçin Rizvanovun da adı orada var (şəhadətnamə xx.xx.2006-cı il, kod ********) koordinatlardan fərqlidir.

67. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən tərtib edilmiş 02 avqust 2024-cü il tarixli yerində baxış protokolu səthi və tam olmayan xarakter daşıyır, belə ki, cavabdehin mütəxəssisi H.S.Sadıqov bildirir ki, “Üçüncü şəxsə çıxarış verilən koordinatlar bu koordinatlardır. Torpaq sahəsi 12 sotdur. Ərazi təxmini buradadır. Faktiki yerləşmə vəziyyətinə görə ardıc ıllıq yoxdur.”

68. Yəni, mütəxəssis belə “Ərazi təxmini buradır. Faktiki yerləşmə vəziyyətinə görə ardıcıllıq yoxdur” deyir.

69. Digər tərəfdən 3-cü şəxs Elçin Rizvanov yerində baxışda iştirak etməmiş, halbuki bu zəruridir, onun nümayəndəsi X13 iştirak etmişdir.

70. Eyni zamanda işdə olan ərizədən görünür ki, İddiaçı göstərir ki, Elçin Rizvanov və onun anasına hələ 2013-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi məktubu ilə bildirilmişdir ki, 259L saylı bağ sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN 27589D saylı (kod ********) şəhadətnamənin sənəd üzrə yerləşməsi ilə faktiki göstərilən torpaq sahəsi arasında 258 metr fərq mövcuddur və əlavə torpaq sahəsi istifadə edilməkdədir.

71. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, işə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsini n 22 dekabr 2016-cı il tarixli, 2-1(81)-4757/2016 saylı qərardadı əlavə edilmişdir.

72. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2-1(81)4757/2016 saylı qərardadından görünür ki, iddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmlak Mələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 saylı kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0.12 hektar ölçüdə 260V saylı bağ sahəsinin planı və ölçüsünün təqdim olunması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Mələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməs i barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

73. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina edərək, icraata xitam verilməsini xahiş etdi.

74. Məhkəmənin sözügedən qərardadı ilə iddiaçı X6 iddiadan imtinası qəbul edilmişdir.

75. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın “kassasiya instansiyası məhkəməsi adlanan hissəsində qeyd edilmiş işin bütün halları və sübutları tam və hərtərəfli, müfəssəl qaydada təkrar araşdırılmalı, o cümlədən 3-cü şəxs Rizvanov Elçinin şəxsən iştirakı ilə yerində baxış keçirilməli, bundan sonra həmin məsələlərə düzgün hüquqi qiymət verilməli və bunun nəticəsində qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

76. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

77. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Rizvanov Elçin Firudin oğlu kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-49/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar