Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-601/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sənəd və məlumatların təqdim edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdehnə qarşı “sənəd və məlumatların təqdim edilməsi” tələbinə dair i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 11 oktyabr tarixli, 2-1(103)-3319/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərinin, 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Valeriy Əhmədov ev 12N olan Cavabdeh MMC (VÖEN: **********) barəsində xx.xx.2022-ci il tarixdə iş qaldırılmış, işə baxılması iclası xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərə təxirə salınmış və iş üzrə sənəd və m əlumatların təqdim edilməsi cavabdehdən xahiş edilmişdir.
2. Cavabdeh MMC iddiaçıya təqdim etdiyi xx.xx.2022- ci il tarixli 40 nömrəli məktubunda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixli 480-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2023-cü il yanvarın 1-dək dayandırıldığı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar üzrə və qaydada, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla sorğu daxil olduqdan sonra yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların Cavabdeh MMC tərəfind ən təqdim ediləcəyi bildirilmiş, tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh MMC tərəfindən: təsis sənədlərinin (nizamnamə, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış və kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə) müvafiq qaydada təsdiq olunmuş surətləri; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edil miş hesabatların (əlavə dəyər vergisinin bəyannamələri, mənfəət vergisinin bəyannamələri və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının (növ və çeşidlər üzrə) istehsal, idxal, ixrac və satış həcmi barədə məlumatlar əlavə olunmuş cədvələ uyğun olaraq (cədvəl №1), eləcə də həmin məlumatları təsdiq edən "1-istehsal (sənaye)" rəsmi statistika hesabatının müvafiq qaydada təsdiq olunmuş surətlərini; 2020-ci il, 2021-ci il və 2022ci ilin ötən dövrü ərzində aylar ayn-ayrılıqda göstərilməklə çay məhsullarının idxal və daxili alış qiymətlərinin və həcminin dinamikası barədə cədvəl məlumatı (cədvəl № 2); 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayrı-ayrılıqda göstərilməklə çay məhsullarının daxili baz arda topdansatış və pərakəndə satış qiymətlərinin və həcminin dinamikası barədə cədvəl məlumatı (cədvəl №3); 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayrı-ayrılıqda göstərilməklə çay məhsullarının satışı həyata keçirilən təsərrüfat subyektləri barədə əlavə olunmuş cədvələ uyğun məlumatlar (cədvəl № 4); xx.xx.2020-ci il tarixindən hazırkı tarixədək illər ayrı-ayrılıqda göstərilməklə bütün əmtəə nişanlı çay məhsullarının (çeşidləri ayrı- ayrılıqda göstərilməklə) maya dəyəri, mənfəət və rentabellik göstəriciləri barədə cədvəl məlumatı (cədvəl № 5); 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində bütün idxal əməliyyatları (partiyaları) üzrə məhsulun alındığı beynəlxalq şirkətin adı, daşınma şərtləri, daşınma qiymətləri, idxal edilən məhsulun həcmi, alış tarix i, daşınma qiymətləri ilə birlikdə anbara giriş qiymətləri barədə cədvəl məlumatları (cədvəl № 6); 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının idxalının həyata keçirilməsi ilə əlaqədar beynəlxalq bazardakı şirkətlər ilə bağlanmış müqavilələrin (əlavələrlə birlikdə) surətləri; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının topdansatışının həyata keçirilməsi ilə əlaqədar təsərrüfat subyektləri ilə bağlanmış müqavilələrin (əlavələrlə birlikdə) müvafiq qaydada təsdiq olunmuş surətlərinin Dövlət Xidmətinə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlə rinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” xx.xx.2022-ci il tarixli 109S nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi istiqamətində ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün Xidmət tərəfindən aparılan nəzarət tədbirləri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılmışdır. Qeyd olunanlarla əlaqədar Xidmət tərəfindən aparılan nəzarət tədbirləri gücləndirilmiş və tapşırıqda qeyd olunan halların müəyyənləşdirilməsi və qarşısının alınması məqsədilə qida məhsulları, həmçinin çay bazarında antiinhisar qa nunvericiliyinin tələblərinə əməl olunub-olunmaması vəziyyəti üzrə araşdırmalara başlanılmışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - Xidmət) xx.xx.2022-ci il tarixli FA-51 nömrəli əmrilə antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiya yaradılmış və xx.xx.2022-ci il tarixində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış və bir sıra təsərrüfat subyektlərindən, o cümlədən Cavabdeh MMCdən sənədlərin təqdim edilməsi tələb edilmişdir. Cavabdeh MMC-nin Xidmətə daxil olmuş xx.xx.2022-ci il tarixli 40 nömrəli məktubunda (daxilolma qeydiyyatı: 5/4193, xx.xx.2022-ci il) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandı rılması haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixli 480-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2023-cü il yanvarın 1-dək dayandırıldığı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar üzrə və qaydada, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla sorğu daxil olduqdan sonra yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların Cavabdeh MMC tərəfindən təqdim ediləcəyi bildirilmiş, tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərinin, 1 0-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1040, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov ŞTQ, Valeriy Əhmədov ev 12N olan Cavabdeh MMC (VÖEN: **********) barəsində iş qaldırılmışdır. Komissiyanın işəbaxılma iclasları zamanı (xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023) dəfələrlə Cavabdeh MMC-dən sözügedən sənəd və məlumatlar təqdim edilməsi tələb edilsə də, hazırkı günə qədər Cəmiyyət tərəfindən hər hansı sənəd və məlumat təqdim edilməmişdir.
5. Göründüyü kimi mövcud qanunvericiliyin tələbləri və qanunvericiliyin pozulmasına görə təsərrüfat subyektlərinin daşıdığı məsuliyyət Xidmətin məktubunda və Komissiyanın qərarında Cavabdeh MMC-yə bildirilməsinə baxmayaraq, tələb olunan sənəd və məlumatlar əsassız olaraq təqdim edil məmişdir. Cavabdehin etirazı:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı qurumun cəmiyyət barəsində başlatdığı yoxlamalar müvafiq icra hakimiyyəti orqanının vahid məlumat reyestrində qeydə alınmadığı, ümumiyyətlə, ölkə ərazisində sahibkarlıq sahəsində yoxlamalar dayandırıldığı üçün iddiaçı qurumun cəmiyyət barəsində antiinhisar yoxlamaları başlatması və kommersiya xarakterli sənədləri tələb etməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununun tələblərinin pozulması anlamına gəldiyi üçün iddia tələblərinin rədd edilməsi barədə qərar q əbul edilməlidir. Qanunvericilik yoxlama anlayışına izah verərkən yoxlamanın hüquqi elementlərini a) məcburi tələblərin yerinə yetirilməsinin qiymətləndirilməsi və b) nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanı olaraq dəqiqləşdirmiş, yoxlayıcı orqanın ərazilərə gəlməsi ilə bağlı elementi qeyd etməmişdir. Mahiyyət etibarilə, iddiaçı qurum tərəfindən cəmiyyətdən kommersiya xarakterli sənədlər tələb edilməklə cəmiyyətin sahibkarlıq sahəsində qanunla müəyyənləşdirilmiş məcburi tələbləri (antiinhisar və haqsız rəqabət qaydaları) yerinə yetirib-yetirməməsi yoxlanılır və iddiaçı qurumun öz iddia ərizəsində də qeyd etdiyi kimi bunun nəticəsində cəmiyyətə müvafiq məsuliyyət tədbirləri tətbiq edilə bilər. Belə olduğu təqdirdə iddiaçı qurumun fəaliyyəti yoxlama kimi qiymətləndirilməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin (A.Ə.Əhədova) 2024-cü il 22 may tarixli, 2-1(112)1511/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiq dairəsinə düşən yoxlamaların ən əsas xüsusiyyəti həmin yoxlamaların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməklə, yəni sahibkarı öz obyektində yoxlamaqla aparılmasıdır. Qanunverici bununla yoxlamanın müddəti, yoxlama zamanı araşdırılacaq suallar və sair kimi məsələlərlə sahibkarın əvvəlcədən məlumatı olmasını təmin etmək məqsədi güdür ki, bununla sahibkar onun istehsal fəaliyyətinə təsir edəcək yoxlama zamanı öz hərəkətlər ini qabaqcadan proqnozlaşdırsın, yoxlama zamanı istehsal prosesində baş verəcək ləngimələr üzrə riskləri nəzərə almaqla fəaliyyətini daha səmərəli təşkil edə bilsin. Antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxması dedikdə isə hüquqi və fiziki şəxslərin, icra hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında, yaxud Antiinhisar orqanının təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə getmədən, əldə edilmiş məlumatlar əsasında baxılan işlər başa düşülür.
9. Göründüyü kimi, hazırkı yoxlama “Sahibkarlı q sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiq dairəsinə düşməsi üçün ən əsas elementdən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməsi elementindən məhrumdur, buna görə də həmin Qanunun tələblərinin bu işlərə şamil edilməsi tələb edilə bilməz. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının adları çəkilən sənədləri cavabdehdən tələb etməsi onun xidməti vəzifəsi olmuş, cavabdeh isə zəruri sənədləri təqdim etməli olduğu halda, bu göstərişi icra etməyərək qanunvericiliyin tələblərini pozmuşdur.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icra at
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, S.R.Səlimova, C.A.Yusifov) 2024-cü il 11 oktyabr tarixli, 21(103)-3319/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 22 may tarixli, 2-1(112)-1511/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayətİ verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri iddiaya etirazın və apelyasiya şikayətinin dəlillə ri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”: (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan) 1.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsası nda baxır. 2.1. Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. 2.2. Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir.2.4. Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququvardır. İşə baxılarkən yaranmış və izahı üçün xüsusi biliklər tələb olunan məsələlərin aydınlaşdırılması məqsədi ilə Komissiya ekspert və mütəxəssislər cəlb edə bilər. Ekspert və mütəxəssislər rəy vermək üçün işin materialları ilə tanış ola bilərlər. 2.5. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işə Komissiya tərəfindən qanunun pozulması əlamətləri üzrə iş qaldırılması haqqında qərar çıxarıldığı vaxtdan üç ay müddətinə baxılır. Zəruri hallarda işə baxılması müddəti Komissiya tərəfindən həmin müddətin qurtardığı vaxtından altı aydan çox olmayaraq uzadıla bilər. 2.12. Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar (8nömrəli əlavə) qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. 2.17. Göstərişin icrası, onda müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Göstərişin vaxtında icraedilməməsi mövcud qanunvericilikdə nəzərdə tutulan nəticələrə səbəb ola bilər. Göstərişin vaxtında icra edilməməsi — onun icrasından yayınma və ya qismən icra olunması, yaxud müəyyən olunmuş müddətdə icra olunmaması kimi başa düşülür. 2.21.Antiinhisar qanunvericiliyinin pozulmasına yolverilməklə qəbul olunmuş aktların ləğvinə qismən dəyişdirilməsi haqqında göstəriş yerinə yetirilmədikdə, Antiinhisar orqanı həmin aktların bütövlüklə və ya qismən etibarsız hesab edilməsi, yaxud antiinhisar qanunvericiliyinin pozulması baş verən ana qədərki vəziyyətin bərpa olunmasının məcburi həyata keçirilməsi haqqında ərizə ilə məhkəmə orqanlarına müraciət edə bilər. Digər təsərrüfat subyektləri ilə müqavilələrin bağlanması haqqında və antiinhis ar qanunvericiliyinin pozulmasına yol verilməklə bağlanmış müqavilələrin pozulması və ya dəyişdirilməsi haqqında göstəriş icra edilmədikdə Antiinhisar orqanı müqavilənin məcburi bağlanması, yaxud müqavilələrin tamamilə və ya qismən etibarsız sayılması haqqında iddia ilə məhkəmə orqanlarına müraciətedə bilər. Antiinhisar qanunvericiliyinin pozulması nəticəsində qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında göstərişə əməl edilmədikdə Antiinhisar orqanı qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Antiinhisar orqanının ilkin və ya təkrar tələbi ilə bu Qaydaların 3.1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatlar təqdim edilmədikdə antiinhisar orqanları həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. 3.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 131-cimaddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə;c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü,13-1-ci və 16-cı maddələrində nəzərdə tutulmuş, öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə. Maddə 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublik asının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 17.İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya ins tansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya sı məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olun muşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi iddianın və iddiaya qarşı etirazın əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiy mətləndirmişdir.
23. Bununla belə məhkəmə kollegiyası kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, antiinhisar orqanına antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxarkən öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı təsərrüfat subyektləri də daxil olmaqla dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından və vəzifəli şəxslərdən zəruri olan müvafiq sənəd və məlumatların təqdim edilməsi barədə göstəriş vermək, həmin göstərişlər yerinə yetirilmədikdə cərimə və ya maliyyə sanksiyasının tətbiqi haqqında qərar qəbul etməklə yanaşı, müvafiq sənəd və məlumatlar təqdim edilmədikdə həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət etmək hüququ verilmişdir.
24. Sənəd və məlumatların təqdim olunmaması cavabdehə münasibətdə əl verişsiz qərarın qəbulunu şərtləndirmə riskini daşıyır və məhz belə qərarın qəbulu riski sənədlərin təqdim olunmasının təminatı qismində çıxış edir. Belə hallarda dövlət orqanı olan iddiaçının məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 oktyabr 2022-ci il tarixli 378 №li Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edildiyindən antiinhisar orqanlarının cavabdehdən tələb etdiyi müvafiq sənəd və məlumatların təqdim edilməsi ilə bağlı məhkəməyə müraciət etmək, başqa sözlə, tələb olunan sənədlərin cavabdehdən məcburi götürülməsi ilə bağlı iddia qaldırmağın normativ hüquqi əsası yaranmışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 11 oktyabr tarixli, 2-1(103)-3319/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.