Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-603/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; kran maşinistləri, elektrik çilingərləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Ağdaş rayon Dövlət Arxivinin x x.xx.2020-ci il tarixli 70 nömrəli arayışında qeyd olunan 1980-cı ildə 85 adam günü, 1981-ci ildə 59 adam günü və 1983-cü ildə 109 adam gününün sosial sığorta stajına daxil edilməsi və 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-469/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n edilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, N.X2 təqdim etdiyi "xxxx" ASC-nin ona dair arayışlarında xx.xx.1983-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Dövlət Rayon Elektrik stansiyasının Mərkəzi Təmir sexində mexaniki yığma işləri üzrə çilingər, xx.xx.1986-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində sözügedən sexdə kran və muftalar üzrə olan briqadaya kran maşinisti, xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində X1 və Təmiri sexinin yükqaldırıcı mexanizmlərin istismarı briqadasında kran sürücüsü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Bu səbəbdən d ə iddiaçının güzəştli iş stajı yoxdur. Eyni zamanda, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən az (23 il 1 ay 14 gün (xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövr, 2006-2022ci illər üzrə cəmi 7 il 8 ay və 13 ay kolxozda işlədiyi dövr)) təşkil edir. Belə ki, 20062022-ci illərdə iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 7 il 8 ay sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Bundan başqa iddiaçı nın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25.978,24 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 70 nömrəli arayışında qeyd olunan 1980-ci il də 85 adam günü, 1981-ci ildə 59 adam günü və 1983-cü ildə 109 adam gününün sosial sığorta stajına daxil edilməsi və xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müraciət və təqdim edilən sənədlər düzgün araşdırılmayıb. Çünki iddiaçının 25 il sosial sığorta stajı var. İddiaçının təqdim etdiyi sənədlər və 2006-cı ildən sonrakı dövrdə fərdi hesabında qeyd olunmuş pensiya kapitalı və sosial sığorta stajı təsdiq edir ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə 25 il sosial sığorta stajı var. 25 il sosial sığorta stajının olduğu halda pensiya kapitalı tələb olunmur. Həmçinin xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi çilingər; kran maşinisti, kran sürücüsü peşələri tam Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına uyğundur və 12 il 6 aydan çoxdur. Bundan əlavə, arxiv arayışı əsasında 1 il Ağdaş rayonu sabiq "Şirvan" kolxozunda iş stajı nəzərə alınmayıb. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3-cü bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında nəzərə alınır. Ağdaş rayon Dövlət arxivinin xx.xx.2020-ci il tarixli 70 nömrəli arayışda qeyd olunan 1980-ci ildə 85 adam günü, 1981-ci ildə 59 adam günü və 1983-cü ildə 109 adam günü sosial sığorta stajına daxil edilməlidir.
5. Cavabdehin iddia tələbinə təqdim etdiyi etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq etirazda qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində 1 il Ağdaş rayonu sabiq “Şirvan” kolxozunda çalışdığı bir il müddətin iş stajına daxil edilmədiyini iddia edir. Halbuki, iddiaçıya ünvanlanmış xx.xx.2023 tarixli, 3-17-1/2-M—30935/2023 nömrəli cavab məktubunda 13 ay kolxozda işlədiyi dövrün iş stajına daxil edildiyi qeyd edilmişdir (23 il 1 ay 14 gün (xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövr, 2006-2022-ci illər üzrə cəmi 7 il 8 ay və 13 ay kolxozda işlədiyi dövr)). birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim F.H.Hacızadə) xx.xx.2023-cü il tarixli, 21(116)-1586/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. 7. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmə k şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
8. İş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il iş stajı olmamışdır. Lakin, həmin tarixdən sonra xx.xx.2022-ci il tarixədək əmək fəaliyyətini davam etdirmişdir. İddiaçının xx.xx.2022-ci ilədək ümumilikdə iş stajı 25 ildən çox, güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 12 il 6 aydan çox olmaqla aşağıdakı kimi hesablanmalıdır. 9. 1980, 1981, 1983-cü illər, Ağdaş rayon Qoşaqovaq kəndi “Şirvan” kolxozunda 11 ay 21 gün (85x365:240=129 gün; 59x365:240=90 gün; 109x365:240=166 gün; Cəmi: 129+59+166=354, 11 ay 24 gün); -xx.xx.1981 - xx.xx.1983-cü il, müddətli hərbi xidmət 2 il 21 gün; xx.xx.1983 - xx.xx.1986-cı il, “Azərbaycan DRES” mərkəzi təmir sexində çilingər 2 il 1 ay 15 gün xx.xx.1986-xx.xx.1998-cı il, “Azərbaycan DRES” mərkəzi təmir sexində kranmaşınist - 12 il xx.xx.2004-xx.xx.2005-cı il, "xxxx" ASC-də montajçı-çilingər -1 il 1 ay 12 gün; xx.xx.2005-xx.xx.2007-cı il, “Müstəqil Azəri” kooperativində quraçdırıcı-çilingər 2 il 2 ay 8 gün xx.xx.20 08-xx.xx.2010-cu il, "xxxx" MMC santexnika çilingəri - 2 il 1 ay 24 gün; xx.xx.2010-xx.xx.2011-cu il, "xxxx" ASC texnik çilingəri - 1 il 1 ay 29 gün; xx.xx.2012-xx.xx.2012-ci il, "xxxx" Dövlət Şirkətinin quraşdırıcı çilingəri 5 ay 2 gün; xx.xx.2017-ci ildən "xxxx" MMC-də usta köməkçisi işləyir.(xx.xx.2019-cu il tarixli arayış)
10. İddiaçının yuxarıda qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qər arı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2140000a—13790, 2140000a—18455 kodunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Kimya istehsalatı bölməsinin 24a bəndində nəzərdə tutulmuşdur. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır.
11. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir.
12. İddiaçının xx.xx.2022-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). H əmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur. 13. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 14. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən t əqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-469/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasi ya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada): Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahı sında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 21400000 – Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı. 2140000a—13790 qazanxana, turbin (qaz turbini) avadanlığının təmiri ilə maşğul olan kran maşinistləri (krançılar) 2140000a—18455 qazanxana, turbin (buxar-qaz turbini) avadan lığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; 23.İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apel lyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmə nin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarı nın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
29. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının həm ümumi iş stajı, həm güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət, həm də pensiya kapitalı mübahisələndirilir.
30. Ümumi iş stajına və güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi iş stajına münasibətdə kollegiya qeyd edir ki, hər iki şərtin ödənilməsi hazırkı qərarın 912-ci bəndlərində ətraflı təsvir edilmişdir.
31. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, xx.xx.1983-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində “Azərbaycan DRES”-nin Mərkəzi təmir sexində mexaniki yığma işləri üzrə çilingər, xx.xx.1986-xx.xx.1993-cü il tari xləri arasındakı dövr ərzində sözügedən sexdə kran və muftalar üzrə olan briqadaya kran maşinisti və xx.xx.1993cü il tarixindən xx.xx.1998-ci il tarixinədək işlədiyi dövr ərzində köməkçi avadanlıqların istismarı və təmiri sexində kran sürücüsü vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır.
32. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, iddiaçının işlədiyi "xxxx" ASC "xxxx" MMC-nin arayışlarına əsasən, onun işlədiyi illər ərzində xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək mexaniki yığma işləri üzrə çilingər, xx.xx.1986-cı il tarixindən - xx.xx.199 8-ci il tarixədək kran maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda (2140000a-13790, 2140000a-18455) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda
24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı. a) fəhlələr: - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; - gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan); - gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) və b) rəhbərlər və mütəxəssislər: - avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxarqaz-turbin) yanacaq ötürmə, tozhazırlama vəzifələrinin xüsusiyyətlərinə uyğundur. İddiaçının zərərli iş şəraitində işlədiyi iş stajı 12 il 6 aydan çoxdur.
33. Beləliklə, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının 60 yaşı nın tamam olduğu xx.xx.2022-ci il tarixə ümumi stajı 25 ildən və güzəştli stajı 12 il 6 aydan çoxdur.
34. Məhkəmə kollegiyası pensiya kapitalının yetərli olmaması barədə şikayətin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi “ilə bağlı şərt çıxarıldığından, bu halda iddiaçının güzəştli şərtlərlə yaşa əmək pensiyası hüququnun mövcud olması üçün zəruri miqdarda pensiya kapitalının olmasına zərurət yaranmadığından bu hissədə apelyasiya məhkəməsinin gəldiyi nəticə, yəni iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun 1 iyul 2022-ci ildən yaranması əsaslı olmuşdur.
35. Odur ki, cavabdehin şikayəti təmin edilmədən apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-469/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.