Məhkəmə qərarları › İş №2-1(102)-606/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-606/2025

07.03.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-606/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 2-1(103)1656 /2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Bakı Pirallahı Tibb Mərkəzinin xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və (X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 – Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr... Diaqnozun mətni Bel və digər şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə L4-L5 fəgərələriin geyri spastik spondilitinə görə cərrahi əməliyyatdan sonraki vəziyyət) göndərişin natamam doldurulması, diaqnozun formalaşdırılmaması, xəstəliyin yaratdığı funksiya pozğunluqlarının qeyd olunmaması səbə bi ilə imtina edilmişdir.

2. İddiaçının əlillik vəziyyətinə Bakı Pirallahı Tibb Mərkəzinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və (X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15A19 - Vərəm => A18f - Digər orqanların vərəmi => A18.0+ - sümük və oynaqların vərəmi Diaqnozun mətni Sümük və oynaqların vərəmi, L4-L5 bel fəqərələrinin vərəm spondiliti. spondilitik faza qızğın dövr. abseslə fəsadlaşmış. Cərrahiyyə əməliyyatdan sonrakı vəziyyət. Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki bronxit obstruktiv komponentlə fəsadlaşmış. Qasıq yırtığı, Sağ qasıq nahiyyəsinin yırtığının cərrahiyyə əməliyyatdan sonrakı vəziyyət) göndərişin natamam doldurulması, diaqnozun formalaşdırılmaması və xəstəlyin yaratdığı funksiya pozğunluqlarının qeyd olunm aması səbəbilə imtina edilmişdir.

3. İddiaçının əlillik vəziyyətinə Bakı 7 nömrəli X4 xx.xx.2017-ci il tarixli göndərişi əsasında əsasında baxılmış və (X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər. Diaqnozun mətni L4-L5 bel fəqərələrinin vərəm spondiliti, spodilitik faza, qızğın dövr, abseslə ağırlaşma, cərrahi əməliyyatdan sonrakı vəziyyət) göndərişin natamam doldurulması, diaqnozun formalaşdırılmaması və xəstəliyin yaratdığı funksiya pozğunluqlarının qeyd olunmaması səbəbilə imtina edilmişdir.

4. İddiaçının əlillik vəziyyətinə Bakı 7 nömrəli X4 xx.xx.2017-ci il tarixli göndərişi əsasında əsasında baxılmış və (X2 «:İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A18t - Digər orqanların vərəmi => A18.0+ - üsmük v ə oynaqların vərəmi. Diaqnozun mətni L4-L5 bel fəqərələrinin vərəm spondiliti,spodilitik faza, qızğın dövr, abseslə ağırlaşma. cərrahi əməliyyatdan sonrakı vəziyyət.sağ qasıq nahiyəsinin yırtığının cərrahi əməliyyatdan sonrakı vəziyyət.yerişin pozulması,hamarlanmış bel lardozu, hərəkət məhdudluğu) etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9) səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

5. İddiaçının əlillik vəziyyətinə Bakı 7 nömrəli X4 xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış və (X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15A19 - Vərəm => A18f - Digər orqanların vərəmi => A18.0+ - sümük və oynaqların vərəmi. Diaqnozun mətni Digər orqanların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli) diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, L4 - L5 bel fəqərələrinin vərəmi spoudiliti, spodilik faza, qızğın dövr, ABSESLƏ ağırlaşma, cərrahi əməliyyatdan sonraki vəziyət, yerişin pozulması, hamarlanmış bel lardozu, hərəkət məhdudluğu diaqnozu ilə xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbindən 2-ci dərəcə əlillik müəyyən olunmu şdur. Təkrarən 5 il keçdikdən sonra dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş Forma - 088 Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmişdir. Lakin Forma- 088 yanlış, natamam doldurulmuşdur və onun tibbi sənədləri tibb müəssisəsinə qaytarılmışdır. Bu qüsurları tibb müəssisəsi aradan qaldırıb onu müayinədən keçirəndən sonra yenidən Forma- 088 rəsmiləşdirilərək TSEK-ə göndərilmişdir. Lakin TSEK onun müayinəsi zamanı tibbi sənədləri nəzərdən keçirərkən əlillik əlamətləri müəyyən etmədiyinə görə, ətraflı diaqnoz əlillik əlamətləri təyin etməməsi səbəbi ilə 2-ci dərəcə əlillik müəyyən olunmadığı üçün imtina etmişdir. TSEK qərəzli, qeyri-obyektiv və tibbi sənədlərini dəqiq araşdırılmadığı üçün səhvə yol vermiş və qanunsuz olaraq imtina vermişdir.

8. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını bu qərarın 1-5-ci bəndlərində sadalanan işin halları ilə əsaslandırmışdır.

9. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 tərəfindən verilmiş 679/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma-088 saylı göndərişində qeyd edilən “Əsas diaqnoz: A18-digər orqanlarının vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xronik gedişli. Ağırlaşma: G54-sinir köklərinin və kələflərinin zədələnmələri, kökcük ağrı sindromu, M42-onurğanın osteoxondrozu, sağtərəfli lumbo tomiya, radikal absessotomiya, M24.5-oynaqların kontrakturası, bel-oma nahiyəsində kəskin hərəkət məhdudluğu, M53.2- spinal qeyri-sabitlik, onurğanın qeyristabilliyi, R52.0-kəskin ağrı, yerişin çətinləşməsi, ağrı sindromu ilə, R26.0-ataktik yeriş, aşağı ətrafların funksional pozğunluğu, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yerişin çətinləşməsi, ağrı sindromu ilə, Z98.8- digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, “Sağtərəfli lumbotomiya, radikal absessotomiya” cərrahi əməliyyatından sonrakı vəziyyət. c)Yanaşı xəstəliklər: B90.8tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq-fibroz və bərkimiş ocaqlar şəklində” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnesti k kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bəlğəmin mikroskopik analizində vərəm çöpləri aşkarlanmamışdır. İddiaçının əyani müayinəsi zamanı əzələlərdə atrofiya, üzülmə, boyun, döş və bel nahiyələrində onurğa sütunu hərəkətliliyinin məhdudlaşması, yuxarı və aşağı ətraf funksiyalarının pozuntusuparez və plegiya müəyyən edilmədi. Yerişin çətinləşməsi, hərəkət pozğunluğu müşahidə olunmamışdır. İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə göstərilənlərlə özünün əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişiklik uyğunluq təşkil etmir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 29 noyabr 2023-cü il tarixli 2-1(112)-6508/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdi r.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza rəylərindən də görünür ki, iddiaçının əyani müayinəsi zamanı əzələlərdə atrofiya, üzülmə, boyun, döş və bel nahiyələrində onurğa sütunu hərəkətliliyinin məhdudlaşması, yuxarı və aşağı ətraf funksiyalarının pozuntusu-parez və plegiya müəyyən edilməmiş, yerişin çətinləşməsi, hərəkət pozğunluğu müşahidə olunmamışdır. Bundan əlavə, yanaşı xəstəliklərlə bağlı da iddiaçıda qeyd edilən B90.8tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq-fibroz və bərkimiş ocaqlar şəklində diaqnozuna müvafiq olaraq iddiaçının stasionarda müalicəsi zamanı onda bəlğəmin mikroskopik analizində vərəm çöpləri aşkarlanmamışdır.

12. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, S.R.Səlimova və P.A.Hüseynov) 17 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1656/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə verilmiş ziddiyyətli ekspert rəyləri araşdırılmamış, təkrar ekspertiza təyin edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir....

2. İnsanın həyat fəaliyyətinin əsas kateq oriyaları və onların məhdudlaşma dərəcələri 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. İİ dərəcə – mütə madi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;... 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq;... Maddı 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən ol unması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir....

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul e də bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsus ilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya müddətsiz əlillik təyin edilməli olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır.

27. Bununla belə, məhkəmə kollegiyası kassasiya dəlillərinə münasibətdə bir daha qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-c i il tarixli K00053667KXL saylı tibbi göndərişin “status localis” bölməsində qeyd edilmişdir ki, iddiaçının ETAXİ rentgeneonoloji müayinədə xəstənin sağ ağciyərində fibroz bərk ocaqlar, pnevmoskleroz aşkarlanmışdır. Müayinədə ağciyərlərində fəal vərəm inkar edilmişdir. Xəstəyə “keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq-fibroz və bərkimiş ocaqlar şəklində” diaqnozu qoyulmuşdur. Şikayətləri: ümumi zəiflik, hərəkət məhdudluğu, aşağı ətrafların hərəkətlərinin pozulması, hərəkət edəndə ayaqların tutulması, yerişin pozulması, bəzi hallarda xəstəlik kəskinləşən vaxtı ancaq əsa ilə hərəkət edə bilir. Xəstə uzun müddət ambulator və stasionar müalicə almasına baxmayaraq xəstəliyin əlamətləri və fəsadları mütəmadi olaraq proqresivləşir.

28. Tibbi göndərişdə iddiaçının əsas diaqnozu A18 - Digər orqa nların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli” diaqnozu qoyulsa da, yuxarıda adı çəkilən “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.8-ci bəndində digər orqanların vərəmi diaqnozu üçün qiymətləndirmə meyarlarında sadalanan hallardan hər hansı biri: zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz orta dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti; zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz təzahür edən dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti; müxtəlif lokalizasiyalı aktiv vərəm (infiltrasiya, dağılma mərhələsi, fistulaların olması); zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz ağır dərəcəli pozunt usu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti iddiaçıda aşkar olunmamışdır. Eyni zamanda, iddiaçının diaqnozunda ağırlaşma - M42 - Onurğanın osteoxondrozu, Sağtərəfli lumbotomiya radikal absessotomiya göstərilsə də, “Əlilliyin müəyyən olunması meyarları”nda 13.5.1-ci bənddə sadalanan hallardan hər hansı biri: boyun nahiyəsində onurğa sütunu hərəkətliliyinin məhdudlaşması: bükülmə zamanı çənəaltı nahiyə döş sümüyünə 4-5 sm çatmır, rotasiya 25-45 dərəcə məhdudlaşır, başın yana əyilməsi 30-50 dərəcə məhdudlaşır, mülayim demək olar ki, daimi və ya tez-tez kəskinləşən ağrı sindromu ilə; döş və bel nahiyəsində hərəkətliliyin mülayim dərəcədə məhdudiyyəti: bükülmə zamanı sütunun uzunluğu 4-5 sm artır, açılma zamanı azalma 2-3 sm; yuxarı ətraf hərəkətliliyi nin mülayim pozuntusu: mülayim paraparez, mülayim distal və ya təzahür edən proksimal paraparez, təzahür edən və əhəmiyyətli təzahür edən distal monoparez, distal monoplegiya, əhəmiyyətli təzahür edən proksimal paraparez və ya proksimal paraplegiya, təzahür edən, əhəmiyyətli təzahür edən monoparez, yuxarı ətraf monoplegiyası; aşağı ətraf hərəkətliliyinin mülayim pozuntusu: mülayim paraparez, təzahür edən distal və ya mülayim proksimal paraparez, təzahür edən və əhəmiyyətli təzahür edən proksimal monoparez, proksimal monoplegiya, təzahür edən, əhəmiyyətli təzahür edən monoparez, aşağı ətraf monoplegiyası; sidiyin (8 saatda 400600 ml) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının orta dərəcəsi onurğa sütununun boyun nahiyəsində hərəkətin təzahür edən məhdudluğu: bükülmə zamanı çənəaltı nahiyə ilə döş arasında məsafə 6 sm-dan çox, rotasiya və yan hərəkətlər 50-70 dərəcəyə qədər məhdudlaşır, təzahür edən daimi və ya tez-tez baş verən kəskinləşən bel ağrıları ilə: döş və bel nahiyəsində hərəkətliliyin təzahür edən dərəcədə məhdudiyyəti: bükülmə zamanı sütunun uzunluğu 3 sm-dan artıq böyümür, açılma zamanı 1 sm-dan çox azalmır, yana əyilmələr - 10 dərəcədən artıq deyil; yuxarı ətraf funksiyalarının təzahür edən pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən proksimal paraparez və ya proksimal paraplegiya; təzahür edən distal paraparez yuxarı ətraflarda; aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal; distal paraplegiya və ya təzahür edən proksim al paraparez aşağı ətraflarda; sidiyin (8 saatda 600 ml və daha çox) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının ağır dərəcəsi; onurğa sütunun statodinamik funksiyasının əhəmiyyətli pozuntusu (müstəqil hərəkətin, yataqdan durmanın, bir vəziyyətin alınmasının və saxlanılmasının, yerdəyişmənin): beldə olan əhəmiyyətli ağrılarla; yuxarı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli distal paraparez, distal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli təzahür edən proksimal paraparez, proksimal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; digər insanların daimi yardımına ehtiyac; gigiyenik vasitələrin istifadəsinin qeyri-mümkünlüyü ilə sidiyin və nəcisin saxlanılmamasının ağır dər əcəsi kimi əlamətlər aşkar olunmamışdır.

29. İş üzrə keçirilmiş məhkəmə ekspertiza rəylərindən də görünür ki, iddiaçının əyani müayinəsi zamanı əzələlərdə atrofiya, üzülmə, boyun, döş və bel nahiyələrində onurğa sütunu hərəkətliliyinin məhdudlaşması, yuxarı və aşağı ətraf funksiyalarının pozuntusu-parez və plegiya müəyyən edilməmiş, yerişin çətinləşməsi, hərəkət pozğunluğu müşahidə olunmamışdır.

30. Həmçinin, yanaşı xəstəliklərlə bağlı da iddiaçıda qeyd edilən B90.8 - tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq-fibroz və bərkimiş ocaqlar şəklində” diaqnozuna müvafiq olaraq iddiaçının stasionarda müalicəsi zamanı onda bəlğəmin mikroskopik analizində vərəm çöpləri aşkarlanmamışdır. Belə olan halda, məhkəmə kolle giyası hesab edir ki, iddiaçının müraciətindən imtinaya dair cavabdehin hərəkəti qanunauyğun olmuşdur.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1656/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar