Məhkəmə qərarları › İş №2-1(102)-608/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-608/2025

16.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-608/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət əmlakının registrində aparılmış qeydin, daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında sərəncamın və şəhadətnamənin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X7) qarşı “sərəncam ın ləğv edilməsi və sair” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2523/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Üçüncü şəxsə aid işin halları

1. Xətai Rayon MKTB-nin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın yarımzirzəmisində yerləşən sahəsi 19,6 kv.m qeyri-yaşayış sahəsi ***-*******1-002 nömrə ilə, sahəsi 15.1 kv.m olan qeyri- yaşayış sahəsi ***-*******1-013 nömrə ilə registrdə qeydə alınmışdır.

2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departam entinin xx.xx.2001-ci il tarixli 232 saylı sərəncamına əsasən M.Hadi küçəsi, 73 ünvanında yerləşən ümumi sahəsi 19,5 kv.m olan Xətai rayon MKTBnin balansındakı 9 mərtəbəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsi, Departamentin xx.xx.2002-ci il tarixli, 175 saylı sərəncamına əsasən isə Hadi küçəsi, 73 ünvanında yerləşən ümumi sahəsi 15,1 kv.m olan Xətai rayon MKTB-nin balansındakı 9 mərtəbəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsinin X4 icarəyə verilməsi qərara alınmışdır.

3. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2001-ci il tarixli 652 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən (Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti) xx.xx.2001-ci il tarixli 232 saylı sərəncama əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 (registr NQ ***-*******1-002) ünvanında yerləşən ümumi sahəsi 19,5 kv.m təşkil edən Xətai rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin (X7) müddətli istifadəsinə vermişdir.

4. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2002-ci il tarixli 1902 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən (Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti) xx.xx.2002-ci il tarixli, 175 saylı sərəncama əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 (registr N° ***-*******1-013) ünvanında yerləşən ümumi sahəsi 15.1 kv.m təşkil edən Xətai rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin (X7) müddətli istifadəsinə vermişdir.

5. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş ünvan 7 ünvanında yerləşən qeyriyaşayış sahəsinin xx.xx.2002-ci il tarixli texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsi 3,6 kv.m dəhliz, 19.6 kv.m boş otaq və 11.5 kv.m anbar olmaqla, ümumilikdə 34.7 kv.m sahədən ibarətdir.

6. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli 222 nömrəli sərəncamından görünür ki, MKTB-nin balansında olan M.Hadi küçəsi, ev 73 ünvanında yerləşən 9 mərtəbəli binanın yarızir zəmisində yerləşən xx.xx.2001-ci il tarixli 652 nömrəli və xx.xx.2002-ci il tarixli 1902 nömrəli icarə müqavilələri əsasında X3 icarəsinə verilmiş 34.7 kv.m qeyri yaşayış sahəsinin 100% dəyəri ilə icarəçiyə satın alınmaq üçün təklif edilməsi, həmin icarə müqavilələrinin ləğv edilmiş hesab olunması qərara alınmışdır. 7. 26.06.2002-ci il tarixli 866 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti 26 11.2001-ci il tarixli 652 nömrəli və xx.xx.2002ci il tarixli 1902 nömrəli icarə müqavilələri əsasında X3 icarəsinə verilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 ünvanında yerləşən 34.7 kv.m qeyri yaşayış sahəsini X1.

8. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirl iyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 01,07.2002-ci il tarixli 001951 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, X7 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanında yerləşən doqquzmərtəbəli binanın yarızirzəmisindəki 34.7 kv.m qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki. ünvan 8 ünvanında yerləşən 97.9 m2 qeyri-yaşayış sahəsi (reyestr nömrəsi **********78-05101083025) X3 xüsusi mülkiyyətinə verilmişdir. 10. ünvan 8 ünvanında yerləşən **********78-05101-083025 reyestr nömrəli qeyriyaşayış sahə sinin xx.xx.2019-cu il tarixli texniki pasportundan görünür ki, qeyri-yaşayış sahəsi yarımzirzəmidə yerləşir və 3,6 kv.m sahəsi olan dəhliz, 19,6 kv.m sahəsi olan boş otaq, 11.5 kv.m sahəsi olan anbar və 63.2 kv.m sahəsi olan boş otaqlar olmaqla, ümumi sahəsi 97.9 kv.m-dən ibarətdir. İddiaçıya aid işin halları

11. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki (pilləkənlərin altında) dərzi sexi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi dövlət vəsaiti hesabına tikilmədiyi üçün Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında deyildir.

12. Birliyin xx.xx.2022-ci il tarixli A-23 nömrəli məktubundan görünür ki, Məhəmmə d Hadi küçəsi 73 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində “Kapital Bank" filialının yerləşdiyi qeyri-yaşayış sahəsinin qarşısında olan pilləkənlərin altında fəaliyyət göstərən dərzi sexinə vizual baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Məhəmməd Hadi küçəsi 73 saylı yaşayış binasının 1-ci girişinin arxasında istifadəsində olan qeyri-yaşayış sahəsinə həmin binanın çöl tərəfindən bitişik pilləkən meydançası və marşları, o cümlədən pilləkənin altında olan 20,5 kv.m sahə dövlət tərəfindən layihə əsasında inşa olunan Məhəmməd Hadi 73 saylı ünvanda olan yaşayış binasının tikinti sahəsinə aid deyildir və dövlət vəsaiti hesabına tikilməmişdir. Məhəmməd Hadi 73 saylı binaya aid olmayan pilləkənlər və onun altında olan 20,5 kv.m qeyri-yaşayış sahəsi 2000ci ildə özbaşına t ikilmiş və hal-hazırda həmin qeyri-yaşayış sahəsində dərzi fəaliyyət göstərir.

13. Bakı şəhəri Xətai Rayon icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 624 saylı arayışından görünür ki, Xətai rayonu, M.Hadi küçəsi 73 saylı ünvanda yerləşən "xxxx" ASC-nin 30 kv.m-lik pilləkən altı qəfəslik sahəsi İddiaçı məxsusdur.

14. X5 (icarəyə verən) ilə X10 (icarəçi) arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanında yerləşən 20 kv.m qeyri-yaşayış sahəsi icarəyə verilmişdir.

15. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-A-0008/158/2023 nömrəli məktubundan görünür ki, pilləkənlər və pilləkənaltı sahələr ümumi istifadə təyinatlı olduğu üçün onların özəlləşdirilməsinə yol verilmir. Mülki mübahisə ilə bağlı məhkəmə icraatı

16. İddiaçı X7 məhkəmədə cavabdeh X9 qarşı iddia qaldıraraq, cavabdehin ona məxsus olan ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq ona təhvil verilməsi, cavabdehdən dəymiş zərərə görə 3.600 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh Ruhin Abbasov isə məhkəmədə Fərman Abbasova qarşı qarşılıqlı iddia verərək, sözügedən qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Üçüncü şəxs İddiaçı isə məhkəmədə Fərman Abbasova qarşı iddia verərək, qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə Fərman Abbasovun iddiası qismən təmin edilərək, cavabdehin iddiaçıya məxsus olan ünvan 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

20. Eyni zamanda, Ba kı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə X2rşı “qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” iddiasına, habelə Tərahim X6rşı “qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” iddiasına dair hissələrdə işin icraatına işə ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilmişdir.

21. Həmin Qətnamədən üçüncü şəxs İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci inst ansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Həmçinin iddiaçı Fərman Abbasov apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli 2(103)-8657/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Həmin qətnamədən cavabdeh Ruhin Abbasov və üçüncü şəxs İddiaçı ayrıayrılıqda kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı və cavabdeh X8 ayrıayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməyərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)-8657/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

26. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi barəsində ünvan 1 ünvanında yerləşən və Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın yarımzirzəmisi kimi daşınmaz dövlət əmlakı haqqında registrdə **********1-013 nömrə ilə aparılmış qeydin, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli 175 saylı sərəncamının, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsi ilə X7 arasında bağlanmış dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında 1902 nömrəli xx.xx.2002-ci il tarixli icarə müqaviləsinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli 222 nömrəli sərəncamının, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə X7 arasında bağlanmış xx.xx.2002-ci il tarixli 866 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2002-ci il tarixli, 001951 qeydiyyat nömrəli Şəhadətnamənin ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli Texniki pa sportun ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 01***-*******-05101-083025 reyestr nömrəli texniki pasportun ona aid olan hissəsinin (15.1 kv.m hissədə) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışın ona aid (15.1 kv.m olan hissədə) olan hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında, doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 69.8 kv.m qeyri-yaşayış sahəsini 2000-ci ildə almışdır. Həmin obyekt hal-hazırda "xxxx"ın filialı kimi fəaliyyət göstərir. Qeyriyaşayış sahəsi yer səthindən hündürdə olduğu üçün obyektə giriş-çıxış üçün Xətai Rayon İcra Hakimiyyəti başçısının razılığı ilə öz hesabına pilləkən tikmişdir. Pilləkəni tikəndən sonra pilləkənaltı sahəni 20.5 kv.m sahəni təmir edib, istifadə üçün yararlı vəziyyətə gətirmişdir. 22 ildən artıqdır ki, həmin sahədən sahibkarlıq fəaliyyəti üçün istifadə edir, bələdiyyəyə əmlak vergisini ödəyir. Qeyd etdiyi tikili M.Hadi küçəsi, 73 nömrəli binanın ilkin layihəsindən kənar tikilmişdir. Xətai Rayon İcra Hakimiyyəti, 97 nömrəli MKİS, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və digər orqanlar "xxxx" kimi fəaliyyət göstərən obyektin qarşısındakı pilləkənlərin altındakı sahənin iddiaçının istifadəsində olmasını təsdiq edi rlər. Qonşu obyektin sahibi X7 M.Hadi küçəsi, 73 nömrəli binanın yarımzirzəmisində olan 34.7 kv.m qeyri-yaşayış sahəsini 01 iyul 2002-ci il tarixdə özəlləşdirmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməsini almışdır. Həmin qeyri-yaşayış sahəsi doqquzmərtəbəli binanın yarımzirzəmisində yerləşir və dövlət hesabına tikilmişdir. X7 özünə məxsus qeyri-yaşayış sahəsinə texniki pasport alarkən qanunsuz olaraq onun istifadəsində olan 20.5 kv.m qeyri-yaşayış sahəsinin 11.5 kv.metr hissəsini öz ərazisinə aid etmiş və texniki pasportda qeyd edilmişdir. X7 özünə məxsus sahəyə çıxarış alarkən qanunsuz və əsassız olaraq iddiaçıya məxsus sahəni n 11.5 kv.m hissəsini də texniki pasportda öz sahəsi kimi göstərmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi 20 ildən artıqdır ki, iddiaçının istifadəsindədir. Ona görə də qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hazırkı iddia üzrə subyektiv hüququ vardır. İddiaçı yuxarıda qeyd etdiyi tələblə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə dəfələrlə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin yazılı cavabında göstərilir ki, Xidmətin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilmiş, baxış zamanı X7 tərəfindən özəlləşdirilmiş 11,5 kv.m qeyri-yaşayış sahəsinin cizgidə göstərilmiş daxili ölçüləri ilə faktiki ölçülər arasında uyğunsuzluq olduğu, həmçinin həmin sahəyə cizgidə giriş qapısının mövcud olmadığı və giriş qapı sının isə pəncərə boşluğu kimi göstərildiyi məlum olmuşdur. Eyni zamanda Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli məktubları ilə həmin sahənin dövlət tərəfindən layihə əsasında inşa olunan Xətai rayonu, M.Hadi küçəsi, ev 73 ünvanında yerləşən yaşayış binasının tikinti layihəsinə aid olmadığını və dövlət vəsaiti hesabına inşa edilmədiyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın pilləkənaltı sahəsinin özəlləşdirilməsi ilə bağlı bildirilir ki, pilləkənlər və pilləkənaltı sahələr ümumi istifadə təyinatlı olduğu üçün onların özəlləşdirilməsinə yol verilmir. Yaranmış mübahisə inzibati orqan tərəfindən həll olunmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

28. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

29. Üçüncü şəxsin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixli iddianın dəqiqləşdirilməsinə dair ərizəsi tamamilə qanunsuzdur, belə ki, iddiaçı sözügedən iddianın verilməsi müddətini buraxmışdır. Bu halda müddəti ötürülmüş iddia ərizəsinə dəqiqləşdirilməsi barədə ərizənin yazılması tamamilə əsassızdır. Bununla belə iddiaçının sözügedən əmlaka subyektiv hüququ yoxdur. Sözügedən dəqiqləşdirmədən də aydın olduğu kimi, iddiaçı, registrdən verilmiş texniki pasporta düzəliş verilməsi, registrdə qeydiyyata alınması üçün əsas olmuş sözügedən kirayə müqaviləsinin ləğv edilməsi, h əmçinin də həmin kirayə müqaviləsinin bağlanması ilə bağlı qəbul edilmiş sərəncamın ləğv edilməsini (“şəxsinə aid olan hissədə”) tələb edir. Sözügedən mübahisələndirilən sənədlərə inzibati akt kimi baxılsa, qanunverici inzibati prosessual məcəllədə bu kimi inzibati aktlardan mübahisələndirmə iddiası növündə iddia tələbinin verilməsi üçün prosessual müddət (30 gün) müəyyən etmişdir. Halbuki iddiaçı inzibati aktın qəbulundan 20 ildən sonra iddia tələbi irəli sürməsi, hətta sözügedən 20 il ərzində bu inzibati aktların qəbulundan xəbərdar olmaması tamamilə absurddur. İşdə olan xx.xx.2001-ci il tarixli və xx.xx.2002-ci il tarixli dövlət əmlakının icarəyə verilməsi haqqında 652 və 1902 saylı icarə müqaviləsindən görünür ki, ünvan 12 ünvanında yerləşən 9 mərtəbəli binanın yarımzirzəmisindəki 19.5 və 15.1 kv.m qeyri-yaşayış sahəsi X3 icarəsinə verilmişdir. Həmin 34.7 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2002-ci il tarixdə tərtib edilmiş texniki-pasportdan görünür ki, boş otaq 19.6 kv.m, dəhliz 3.6 kv.m, anbar isə 11.5 kv.m müəyyən edilmiş, həmin sahələrin yerləşmə vəziyyəti əks edilmişdir. İşin materiallarına əlavə edilmiş X7 daha sonra Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 34.7 kv.m hissəsini AR İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2022-ci il tarixli 001951 nömrəli şəhadətnamə, 32.5 kv.m hissəsini xx.xx.2010-cu il tarixli, 3728 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında 30.7 kv.m hissəsini isə x x.xx.2013-cü il tarixli, 5051 saylı “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında özəlləşdirilmiş və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, çıxarış və xx.xx.2019-cu il tarixdə texniki pasport verilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi 11.5 kv.m sahə qeyd edilən özəlləşdirilmiş əmlakın bir hissəsi olmuş, həmin əmlak barəsində xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasport ilkin texniki pasporta, yəni xx.xx.2002ci il tarixdə Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş texniki pasporta uyğun olmuşdur.

30. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(112)-1539/2024 nömrəli qərardadı ilə (hakim S.Salahova) iddia tələbi “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Ə mlakının Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsi ilə X7 arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 1902 nömrəli xx.xx.2002-ci il tarixli icarə müqaviləsinin, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə X7 arasında bağlanmış xx.xx.2002-ci il tarixli 866 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 01001 1000178-05101-083025 reyestr nömrəli texniki pasportun ona aid olan hissəsinin (15.1 kv.m hissədə) və Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışın ona aid (15.1 kv.m olan hissədə) olan hissəsinin ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.

31. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir.

32. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(112)-1539/2024 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 15,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi barəsində “Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın yarımzirzəmisi” kimi dövlət əmlakının Registrində **********1-013 nömrə ilə aparılmış qeyd, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövl ət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli 175 saylı sərəncamı, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli 222 nömrəli sərəncamı ***-*******1-013 registr nömrəli ünvan 1 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.metrdən ibarət yarımzirzəmisinə aid hissədə, Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli Texniki pasport ***-*******1-013 registr nömrəli ünvan 1 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.m-dən ibarə t yarımzirzəmisinə aid hissədə, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2002-ci il tarixli, 001951 qeydiyyat nömrəli Şəhadətnamə ***-*******1-013 registr nömrəli ünvan 1 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.metrdən ibarət yarımzirzəmisinə aid hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi faktiki olaraq 20 ildən artıq iddiaçının istifadəsində olmuş, hətta həmin qeyri-yaşayış sahəsinin sahibi kimi digər şəxsə icarəyə vermişdir. Buna görə də, iddiaçının sahibliyində olmuş əmla kın başqasının adına özəlləşdirilməsi ilə bağlı hazırkı məzmunda iddianı qaldırmaq üçün subyektiv hüququ vardır. Mübahisəli qeyriyaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı inzibati aktın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Eyni zamanda həmin sahənin 20 ildən artıq iddiaçının istifadəsində olması və başqa şəxsə icarəyə verərək gəlir əldə etməsi iddiaçının həmin sahənin üçüncü şəxsin adına özəlləşdirilməsindən xəbərsiz olmasını ağlabatan edir. Məhkəmə iclasında iddiaçı mübahisəli sahənin onun tərəfindən inşa edildiyini, həmişə istifadəsində olduğunu bildirmiş, yalnız üçüncü şəxs mülki mühakimə icraatı qaydasında iddia qaldırdıqda həmin sahənin özəlləşdirilməsindən məlumatlı olduğunu qeyd etmişdir. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı hazırkı id dianı qaldırma üçün prosessual müddəti də ötürməmişdir.

34. İddianın mahiyyətinə gəlincə isə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan dövlət əmlakı kimi dövlət əmlakının Registrinə daxil etsə də, balanssaxlayıcı olan Birlik həmin əmlakın onun balansında olmadığını bildirmişdir. İddiaçının, barəsində registrdə dövlət əmlakı kimi aparılmış qeydin və özəlləşdirilməsinin ləğv edilməsini xahiş etdiyi qeyri-yaşayış sahəsinin pilləkənaltı sahə olması, yaşayış binasından kənarda yerləşməklə çıxıntı olması işin mübahisələndirilməyən halıdır. ünvan 8 ünvanında yerləşən pilləkənaltı sahə olan 15.1 kv.m-dən ibarət özbaşına inşa edilmiş qeyri-yaşayış sahəsinin dövlət əmlakı kimi qeydə alı nması və özəlləşdirilməsi qanunsuz olmuşdur. Buna görə də, iddia tələbi həmin əmlakın dövlət əmlakı kimi qeydə alınmasının, icarəyə verilməsi və daha sonra özəlləşdirilməsi ilə bağlı qəbul edilmiş inzibati aktların ləğv edilməsi hissəsində əsaslıdır. İddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli 222 nömrəli sərəncamının tam ləğv edilməsini xahiş etmişdir, halbuki həmin sərəncamla digər şəxslərin istifadəsində olan əmlakların da özəlləşdirilməsi qət edilmişdir. Buna görə də iddia tələbi həmin sərəncamın ləğv edilməsinə münasibətdə qismən təmin edil məlidir.

35. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

36. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2523/2024 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və K.Əkbərov) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Məhəmməd Hadi küçəsi 73 saylı yaşayış binasının 1-ci girişinin arxasında istifadəsində olan qeyri-yaşayış sahəsinə həmin binan ın çöl tərəfindən bitişik pilləkən meydançası və marşları, o cümlədən pilləkanın altında olan 20,5 kv.m sahə dövlət tərəfindən layihə əsasında inşa olunan Məhəmməd Hadi 73 saylı ünvanda olan yaşayış binasının tikinti sahəsinə aid deyildir və dövlət vəsaiti hesabına tikilməmişdir.

38. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

39. Xətai RİH MKTB-nin arayışı əmlakla bağlı heç bir hüquqmüəyyənedici sənəd funksiyası daşımır və ola da bilməz.

40. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi X10 ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli icarə müqaviləsinin Dövlət vergi orqanı nda qeydiyyatdan keçməsi və X8 həmin tarixli icarə müqaviləsinə əsasən mübahisəli Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanında yerləşən 20 kv.m qeyri-yaşayış sahəsində vergi uçotuna durmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və mövcud deyildir. İddiaçı ilə X10 arasında xx.xx.2008-ci il tarixində bağlanmış icarə müqaviləsi olsaydı, onu 2021-ci ildə Xətai Rayon Məhkəməsinə təqdim edərdilər. Lakin həmin icarə müqaviləsinin sonradan tərtib olunduğu göz qabağındadır.

41. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmaması qanunu qüvvəyə minmiş Xətai Rayon Məhkəməsinin e-2(011)-464/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə öz təsdiqini tapmışdır.

42. Xətai Rayon Məhkəməsinin e-2(011 )-464/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçı X4 məxsusdur. 01 iyul 2002-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi-İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən X3 qeyri- yaşayış sahəsinin üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə verilmişdir.

43. Həmin qətnamədən görünür ki, İddiaçı peşəkar vəkil (Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X11) tərəfindən təmsil və müdafiə olunmuşdur və onun hazırda mübahisələndirdiyi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2002-ci il tarixli, 0019 51 qeydiyyat nömrəli Şəhadətnamədən və həmin Şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərdən məlumatı olmuşdur.

44. Bundan başqa İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin X3 adına özəlləşdirilməsinə dair sənədləri əldə etdikdən sonra, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin və Abbasov Fərmanın adına verilmiş Şəhadətnamənin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, müxtəlif dövlət qurumlarına, o cümlədən də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər etmişdir, Xidmətin səlahiyyətli şəxslərinin qəbulunda olmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli yazılı cavab məktubunda Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanda yerl əşən qeyri-yaşayış sahəsinin X3 adına özəlləşdirilməsi və satılması haqqında Şəhadətnamənin ləğv edilməsi barədə ərizəsinə baxıldığı, sözügedən əmlaka baxış keçirildiyi bildirilmişdir və mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

46. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əh əmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

47. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin də lilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

51. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin mə sələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

52. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

53. İlk olaraq qeyd edilməlidir ki, əgər hər hansı bir əmlak dövlət vəsaiti hesabına tikilmişsə, bu halda həmin əmlakın maliyyələşdirilməsi dövlətin vəsaiti ilə həyata keçirildiyindən, təbii olaraq onun mülkiyyət hüququ da dövlətə aid olur. Əgər əmlak dövlət vəsaiti hesabına tikilməmişdirsə və ya dövlətin maliyyə iştirakçılığı olmadan tikilmişdirsə, bu halda dövlətin bilavasitə olaraq həmin əmlaka mülkiyyət hüququ yaranmır.

54. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Məhəmməd Hadi küçəsi 73 saylı yaşayış binasının 1-ci girişinin arxasında olan qeyri-yaşayış sahəsinə həmin binanın çöl tərəfindən bitişik pilləkən meydançası, o cümlədən pilləkənin altında olan sahə dövlət tərəfindən layihə əsasında inşa olunan Məhəmməd Hadi 73 saylı ünvanda olan yaşayış binasının tikinti sahəsinə aid deyildir.

55. Üçüncü şəxs həmin pilləkənaltı sahənin özü tərəfindən tikildiyinə dair hər hansı bir iddia irəli sürməmiş, ümumiyyətlə, bununla bağlı hər hansı bir xüsusat məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Üçüncü şəxsin yeganə və başlıca dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən mübahisələndirilən pilləkənaltı sahə dövlət əmlakının registrində qeydə alınmış dövlət əmlakı olmuş və müvafiq qanunvericiliyə əsasən onun tərəfindən özəlləşdirilmişdir.

56. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan pilləkənaltı sahənin dövlət tərəfindən layihə əsasında inşa olunan Məhəmməd Hadi 73 saylı ünvanda olan yaşayış binasının tikinti sahəsinə aid olmaması və dövlət vəsaiti hesabına tikilməməsi həmin sahənin dövlət əmlakı hesab edilməsini və bu əsasla dövlət əmlakının registrində qeydiyyata alınmasını tamamilə əsassız edir.

57. Bundan başqa, üçüncü şəxsin kassasiya şikayətinin başlıca dəlilləri iddiaçının subyektiv hüququnun olmaması və iddia müddətinin ötürülməsi ilə bağlıdır.

58. Hazırkı halda, iddiaçının subyektiv hüququnun olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən pilləkənaltı sahə məhz iddiaçı tərəfindən tikilmiş və istifadə edilməkdədir. Belə ki, həmin pilləkənaltı sahənin yerləşdiyi pilləkən sahəsi məhz Məhəmməd Hadi 73 saylı ünvanda olan yaşayış binasının birinci mərtəbəsində yerləşən və iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə (hazırda "xxxx"ın filialı kimi fəaliyyət göstərir) giriş məqsədilə sonradan yaşayış binasına əlavə olaraq tikilmişdir və yaşayış binasının ilkin tikinti layihəsinə aid olmamışdır.

59. Həmin pilləkənaltı sahənin iddiaçının (onun dərzi fəaliyyəti üçün icarəyə verdiyi digər şəxsin) istifadəsində olması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli 2(103)-8657/2021 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı) ilə müəyyən edilmiş işin halları ilə də öz təsdiqini tapır.

60. Mübahisə predmeti olan pilləkənaltı sahə iddiaçı tərəfindən öz vəsaiti hesabına inşa olunmuş, uzun müddət onun faktiki istifadəsində olmuş və bu müddət ərzində dövlət və ya üçüncü şəxslər tərəfindən hər hansı mübahisə və ya müdaxilə olunmamışdır (ən azından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi qəbul edilənədək).

61. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tikilinin özbaşına olması faktı iddiaçının ümumiyyətlə subyektiv hüququnun olmaması mənasını vermir. Əksinə, faktiki istifadə şəraiti və yaranmış hüquqi maraq, onun əmlakın hüquqi taleyi ilə bağlı məhkəməyə iddia ilə müraciət etmək hüququnu tanımağa əsas yaradır.

62. Kassasiya şikayətinin iddia müddətin in ötürülməsi ilə bağlı dəlilinə gəlincə isə qeyd edilməlidir ki, mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı inzibati aktın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Eyni zamanda həmin sahənin 20 ildən artıq iddiaçının istifadəsində olması və başqa şəxsə icarəyə verərək gəlir əldə etməsi iddiaçının həmin sahənin üçüncü şəxsin adına özəlləşdirilməsindən xəbərsiz olmasını ağlabatan edir. Ona görə də, məhkəmə kollegiyası üçüncü şəxsin iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərini əsassız hesab edir.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiy a instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2523/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar