Məhkəmə qərarları › İş №2-1(102)-610/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-610/2025

21.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-610/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət orqanının ləğvi; hüquqi varislik; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, analoji vəzifəyə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2 024-cü il tarixli, 2-1(103)2280/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, analoji vəzifəyə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Agentlik publik hüquqi şəxsdir və dövlət orqanı olan Xidmətin hüquqi varisi hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin digər bir Fərmanında “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi qismində t anınmamışdır. Agentliyin mülkiyyətində hər hansı əmlak olmamış, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır. Bundan əlavə, iddia müddəti də iddiaçı tərəfindən ötürülməklə məhkəməyə müraciət etmişdir.

3. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək X3 Xidmətinin 25 oktyabr 2022-ci il tarixli əmək müqavilələrinin ləğv edilməsi barədə əmrinin ləğv edilməsi, Xidmətin əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat X5 şəxsində analoji vəzifəyə təyin olunması, 25 oktyabr 2022-ci il tarixdən analoji vəzifəyə təyin olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və 2500 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

4. İddiaçı yenidən iddia tələbinə dəqiqləşmə verər ək 25 oktyabr 2022-ci il tarixli 97 k nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsini, cavabdehdə iddiaçının analoji vəzifəyə bərpa edilməsi və 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunanadək ödənilməmiş orta aylıq əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) xx.xx.2024-cü il tarixli, e-21(112)-702/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək X3 Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97k nömrəli əmək müqavilələrinin ləğv edilməsi barədə əmri İddiaçı aid hissədə ləğv edilmiş və iddiaçının analoji vəzifəyə bərpa edilməsi və 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunanadək məcburi işburaxmaya görə ödənilməmiş orta aylıq əmək haqqının ödənilməsi vəzifəsi Cavabdehnə hə valə edilməsi qərara alınmışdır.

6. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov (sədrlik edən), X.A.Cəmilova və E.Ə.Əliyev) 5 noyabr 2024-cü il tarixli, 2-1(103)-2280/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin e-2-1(102)-702/2024 saylı 14 fevral 2024-cü il tarixli qərarı ləğv edilmişdir. İddiaçı Cavabdehnə qarşı iddiası mümkün sayılmamışdır.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata0 keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya i nstansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, iddiaçı Müşviq Hüseynovun cavabdehlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidməti və Azərbaycan X2rşı xx.xx.2024-cü il tarixli, 2-1(102)-1915/2024 nömrəli və iddiaçı Şahin Ağayevin cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat X1rşı xx.xx.2025-ci il tarixli, 2-1(102)-538/2025 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Yerüstü Nəqliyyat X5 şəxsi dövlət orqanı deyildir, eləcə də Fərmanda onun X3 Xidmətinin hüquq varisi olduğuna dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, yeni yaradılmış Cavabdeh PHŞnin dövlət qeydiyyatına alınmış Nizamnaməsində həmin Agentliyin əvvəlki qurumun, “X3 Xidməti”nin h üquqi varisi olması barədə müddəa mövcud deyildir. Eyni zamanda, işə əlavə olunmuş, “Publik hüquqi şəxslərin dövlət reyestri”ndən xx.xx.2022-ci il tarixli çıxarışdan da görünür ki, Cavabdeh PHŞ əvvəlki X3 Xidmətinin varisi olması barədə reyestrdə də qeyd aparılmamışdır. Odur ki, hazırkı halda, Cavabdeh PHŞ-nin X3 Xidmətinin hüquqi varisi olan qurum kimi qiymətləndirilməsi istisna olunur.

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.

14. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

15. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 20 24-cü il tarixli, 21(103)-2280/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar