Məhkəmə qərarları › İş №2-1(102)-62/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-62/2025

21.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-62/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicisi siyahısından çıxarılma, gəlir vergisi, 75 faiz güzəşt, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “ Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(103)-1729/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********188800 nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Əsası: iddiaçı 2022-ci ildə 49.858 manat dəyərində mebel təqdim etsə də, iddiaçının alışında və idxalında qeyd edilən mallar aşkarlanmamışdır.

2. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli, **********043200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əsasında iddiaçıya 26598,30 manat əlavə gəlir vergisi hesablanmışdır.

3. İddiaçı dəqiqləşmiş bəyannamə təqdim etmiş, iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə qeyd edilən gəlir və xərc məbləğləri ilə bağlı kənarlaşma yarandığından xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən **********729900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək gəlir xərcləri təsdiq edən sənədlərin təqdim edilməsi tələb olunmuşdur.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********188100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqları nın hesablanması barədə” qərarla iddiaçıya 27852,90 manat əlavə gəlir vergisi hesablanmışdır. Həmin qərarla cavabdehin xx.xx.2023-cü il tarixli, **********043200 nömrəli qərarı ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun riskli vergi ödəyicilərinin siyahısından çıxarılması və 12 oktyabr 2023-cü il tarixli **********188100 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində mebel istehsalı və təmiri fəaliyyəti ilə məşğul olur. Vergi orqanı onu əsassız o laraq riskli vergi ödəyicisi siyahısına salmışdır. O, xammalı bazardan alıb mebel istehsal edir. Cavabdehə müraciət etsə də, vergi orqanı tərəfindən göstərilənlər nəzərə alınmamış və riskli vergi ödəyicisi siyahısından çıxarılmaması barədə məktub ünvanlanmışdır. Bu isə onun fəaliyyətinin davam etdirilməsinə çətinliklər yaratmışdır

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, hazırda mübahisə predmetini təşkil edən hesablama bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn məsələ ilə bağlıdır. Aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə cəmi 49858,0 manat dəyərində mebel təqdim edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 -ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və bununla əlaqədar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********188800 nömrəli Qərar qəbul edilmişdir. İddiaçı tərəfindən istər inzibati orqana, istərsə də məhkəməyə tərəfindən həyata keçirilmiş əməliyyatlarla bağlı hər hansı sənəd təqdim edilmədiyindən, vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün əsas mövcud deyildir. İddiaçı öz ərizəsində heç bir əsas göstərmədən barəsində qəbul edilmiş kameral vergi yoxlamasına dair Qərarın ləğv edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan meyarlar üzrə riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz güzəşt hüququnun məhdudlaşdırılmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun qeyd edilməsi, həmçinin uçot-baza üzrə 178966,00 manat məbləğində elektron qaimə fakturaların təqdim edilməsinə baxmayaraq, dövriyyə məbləğinin azaldılmaqla göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********633000 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 26598,30 manat əlavə vergi məbləği hesablanmışdır.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-14670/2023 nömrəli qərarı (X1) ilə iddia təmin edilmiş, cavabdehin 12 oktyabr 2023-cü il tarixli **********188100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmiş, iddiaçının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə yə təqdim edilmiş elektron çıxarışdan müəyyən edilir ki, istinad edilən tarixlərdə iddiaçı “mebel” deyil, “mebel təmiri” növündə əməliyyat təqdim etmişdir. Yəni iddiaçı cavabdehin istinad etdiyi kimi mebel satışı deyil, mebel təmiri fəaliyyəti üzrə əməliyyatlar aparmışdır. Qeyd olunmalıdır ki, iddiaçının əsas fəaliyyəti mebel təmiri və mebel istehsalıdır. Mebel təmiri xidmət növü olmaqla, göstərilən xidmət mülki hüquq normalarına əsasən podrat münasibətləri sayılır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Qeyd edilən müqavilənin isə şifahi qaydada bağlanması mülki hüquq normalarına görə mümkündür. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı alı nmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir. Cavabdeh iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normalarının tələblərinə əməl etməmiş, nəticədə əsassız olaraq iddiaçını riskli vergi ödəyicisi hesab edərək, iddiaçıya mikro sahibkar kimi 75% güzəşt tətbiq etməmiş, əlavə vergi məbləği hesablamışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(103)-1729/2024 nömrəli qərarı (X3 (sədrlik edən və məruzəçi), X8 və X5) ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixl i qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sə nədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Vergi ödəyicisi tərəfindən xərclərin uçotu aparılmamışdır. Yəni, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən gəlirinə 75 faiz güzəşt hüququ olmamışdır. Vergi ödəyicisi qanunvericiliyin tələblərini pozaraq, təqdim etdiyi 2022-ci il üzrə gəlir vergisi bəyannaməsində VM-nin 102.1.30-cu maddəsinə əsasən gəlirinə 75% güzəşt tətbiq etmişdir. İndiki halda məhkəmənin iddia tələbinin təmin olunması barədə qərar qəbul etməsi vergi orqanının xx.xx.2023-cü il tarixli **********188100 nömrəli qərarını tamamilə ləğv etməklə yanaşı vergi ödəyicisinin sonuncu təqdim etdiyi bəyannaməsinin qüvvədə qalmasına səbəb olacaqdır ki, bu da qanunvericiliyin tələblərinin pozulması ilə tərtib olunmuş vergi hesabatının təsdiqlənməsi deməkdir.

15. Şərti rentab ellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən e dir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”

19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qi ymətləndirilir Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar bax ılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hü quq normalarının tələblərinə riayət olunmamış, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

25. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. Riskli vergi ödəyicisi siyahısında çıxarılma barədə qərar ilə bağlı

26. İşin hallarına görə, cavabdehin xx.xx.2022-ci il tarix li, **********188800 nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir.

27. Hazırkı iddia tələbi iddiaçının riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasıdır. İddiaçının iddia ərizəsindəki və kassasiya şikayətinin etirazındakı dəlilləri iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinin qanunsuzluğundan ibarətdir.

28. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarının 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş elektron çıxarışdan müəyyən edilir ki, istinad edilən tarixlərdə iddiaçı “mebel” deyil, “mebel təmiri” növündə əməliyyat təqdim etmişdir. İddiaçı cavabdehin istinad etdiyi kimi mebel satışı deyil, mebel təmiri fəaliyyəti üzrə əməliyyatlar aparmışdır. İddiaçının əsas fəaliyyəti mebel təmiri və mebel istehsalıdır. İddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçını riskli vergi ödəyicisi hesab etməsi barədə qənaəti əsassız olmuşdur.

29. Məhkəmə kollegiyası hesab edir ki, həm apellyasiya məhkəməsinin əsaslandırması həm də iddiaçının təqdim etdiyi dəlillərdən görünür ki, iddiaçının hüquqi marağı riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğvi tələbidir. İşə təkrar baxan məhkəmə kollegiyası iddiaçının hüquqi marağını müəyyən etməlidir.

30. Həmçinin mə hkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı hazırkı iddia tələbi üzrə işə baxılmasıdırsa, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları barədə 28 iyul 2020-ci il tarixli Nazirlər Kabinetinin Qərarının 4-cü hissəsində göstərilən vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydası və şərtləri - əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması və ya əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər əsasında işə təkrar baxmalıdır. Kameral qərar ilə bağlı

31. İşin halları ilə müəyyən olunur ki, iddiaçı 2022-ci il üzrə gəlir bəyannaməsi ilə 7611,50 manat gəlir vergisi bəyan etmişdir. (iş v. 7) - İddiaçının bəyan etdiyi gəlir: 153.874 manat - İddiaçının bəyan etdiyi xərc: 1644 manat - Güzəştlər və keçmiş illərin zərəri çıxılmaq vergiyə cəlb olunmalı gəlir: 38.057,50 manat - Ödənilməli gəlir vergisi: 7611.50 manat

32. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli, **********043200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 26598,30 manat əlavə gəlir vergisi hesablanmışdır.

33. Daha sonra iddiaçı dəqiqləşdirilmiş gəlir bəyannaməsi təqdim etmiş, cavabdeh 6 oktyabr 2023-cü il tarixdə iddiaçıya uyğunsuzluq məktubu göndərərək qeyd etmişdir ki, 25092 manat gəlir (elektron qaimə-faktura üzrə gəlir) az göstərilmişdir.

34. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixli, **********188100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanma sı barədə" qərarla iddiaçıya 75 faiz güzəştin tətbiq edilməməli olması və 25092 manat gəlirin az göstərilməsi əsası ilə 27852,90 manat əlavə gəlir vergisi hesablanmışdır. Həmin qərarla cavabdehin xx.xx.2023-cü il tarixli, **********043200 nömrəli qərarı ləğv edilmişdir.

35. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti 75 faiz gəlir vergisindən azaddır. Cavabdeh iddiaçının alışında (idxalında) mal qeyd etmədiyini əsas gətirərək onun gəlirlərinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almayaraq gəlir vergisi dərəcəsi 20% tətbiq edilməklə hesablanmışdır. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin cavabdeh vergi hesablayarkən iddiaçının xərclərini bütövlükdə nəz ərə almamışdır. Lakin iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir.

36. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş, hazırkı mübahisə predmeti olan inzibati aktın əsasında dayanan dəqiqləşdirilmiş gəlir vergisi üzrə bəyannamə iş materiallarında mövcud deyildir.

37. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, hazırda o mebel istehsalı ilə məşğul olur və xammalı bazardan alaraq mebel istehsal edir. Belə ki, iddiaçının dəqiqləşmiş bəyannaməsi iş materiallarında olmadığından iddiaçının 75 faiz güzəşt bəyanı olub-olmaması müəyyən edilə bilmir.

38. Əlavə olaraq məhkəmə dəqiqləşmiş bəyannamə üzrə araşdırma apararaq iddiaçının əldə etdiyi gəlirlər üzrə çəkdiyi xərci müəyyən etm əli, həmin xərci təsdiq edən sənədlərin mövcudluğunu araşdırdıqdan sonra iddiaçının 75 faiz güzəşt hüququnun olub-olmamasını müəyyən edilməlidir.

39. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, işin hallarında olan qaimə axtarış nəticəsi barədə hesabatdan (iş v. 49) görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında iddiaçı tərəfindən 178.966 manat dəyərində mal və ya xidmət təqdim edilmişdir. İddiaçının ilkin bəyanında həmin miqdar 153.874 min manat kimi göstərilmişdir.

40. Beləliklə, təkrar işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının dəqiqləşdirilmiş bəyannaməsində “malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsindən) gəlir” qrafasında gəlirin nə qədər qeyd edildiyini araşdırılmalı və inzibati aktın qanuniliyini həmin araşdırma nəticəsində müəyyən etməlidir.

41. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş yuxarıda qeyd olunan xüsusatların araşdırılması və qiymətləndirilməsi üçün təkrar apellyasiya məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qalan hissədə təmin olunmamalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(103)-1729/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar