Məhkəmə qərarları › İş №2-1(102)-620/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-620/2019

19.03.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-620/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR 19.03.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Cavabdeh şöbənin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının tə yin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avuqst 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 55 yaş 6 aydan, yəni 01 oktyabr 2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliynin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkə məsinin 05 mart 2018-ci il tarixli qərarı ilə (A.Abdullayeva; iş № 2-1(81)-1375/2018) iddia tələbinin təmin edilməsi; iddiaçıya 55 yaş 6 aydan, yəni 01.10.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliynin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2018-ci il tarixli qərarı ilə(sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayilov; iş № 21(103)-1549/2018) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2017-ci il tarixli qərarının ləğv edilməsi; iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsiməhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh şöbənin vəkili S.Bayramov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və ye ri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstəril ənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx xxxxx 1956-cı il tarixdə anadan olmuşdur. İşin materiallarına əlavə olunmuş, iddiaçıya aid olana “Pensiya işi”ndəki məlumata görə, onun adına 3 ədəd əmək kitabçası açılmışdır ki, bunlardan 1-cisinə, yəni 09.08.1971-ci il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçı, əmək fəaliyyətinə «Oktyabr İnqilabı» adına X3 Zavodunda 30.07.1974-cü il tarixdə başlamış və orada 01.11.1975-ci il tarixədək işləmiş, 1974-cü il tarixədək əmək fəaliyyəti olmamış, 01.11.1973 – 22.07.1974-cü il tarixlərdə Sumqayıt şəhəri 35 saylı Texniki Peşə Məktəbində təhsil almışdır. 2-cis inə, yəni 15.08.1978-ci il tarixdə açılmış «Kolxozçunun əmək kitabçası»na müvafiq olaraq iddiaçı, əmək fəaliyyətinə 31.12.1978-ci il tarixdə başlamış, 23.11.1980-ci il tarixədək kolxozçu olmuş, 01.12.1980-14.03.1988-ci il tarixlərdə Zəngəzur Mis-Molibden Kombinatında, 03.05.1988-20.12.1989-cu il tarixlərdə Cəbrayıl Təsərrüfatlararası TəmirTikinti Müəssisəsində işləmişdir. 3-cüsünə, yəni doldurulduğu tarixi göstərilməmiş əmək kitabçasına uyğun olaraq iddiaçı 15 yaşından, yəni 01.06.1971-ci il itarixdən 05.06.1974-cü il tarixdək Azərbaycan Dəmiryolu 9 saylı X1 1-ci dərəcəli yol montyoru vəzifəsində, 07.01.1990-10.06.1993-cü il tarixlərdə isə həmin İdarədə 3-cü dərəcəli yol montyoru vəzifəsində çalışmışdır. Bu faktlara əsasoanmaqla mddiaçı müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət edərək, gü zəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh şöbə tərəfindən iddiaçıya göndərilən 15 yanvar 2018-ci il tarixli, 14/166 saylı cavab məktubda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun qanunvericiliklə tələb olunan güzəştli iş stajı olmadığından müraciətinin təmin edilməsinin mümkün olmadığı göstərilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, iddiaçıya məxsus əmək kitabçalarından birində iddiaçının hələ 1974-cu ildə əmək fəaliyyətinə başlaması, heç bir əmək fəaliyyətinin olmaması, əksinə Sumqayıt şəhərində 1973-1974-cü illərdə təhsil aldığı göstərildiyi halda, digər əmək kitabçasında isə 1971-1974-cü illərdə Mincivanda yerləşən İdarə də (15 yaşında) güzəştli əmək pensiyasına hüquq verən vəzifədə işləməsi göstərilmişdir. Halbuki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin “Yaşı on səkkizdən aşağı olan şəxslərin əməyinin tətbiq edilməsinin qadağan olunduğu işlər” adlanan 194-cü maddəsinə əsasən, ağır işlərdə, əmək şəraiti zərərli və ya təhlükəli olan işlərdə, habelə yeraltı işlərdə yaşı on səkkizdən aşağı olan şəxslərin əməyinin tətbiq olunması qadağan edilir. Yaşı on səkkizdən aşağı olan şəxsləri ən yüksək normalardan ağır olan şeylərin daşınmasına və bir yerdən başqa yerə çəkilməsinə cəlb etmək də qadağan olunur. Ağır işlərin, əmək şəraiti zərərli və təhlükəli olan işlərin siyahısı habelə yaşı on səkkizdən aşağı olan şəxslər tərəfindən ağır şeylərin daşınmasına və bir yerdən başqa yerə çəkilməsinə dair ən yüksək normalar müəyyən olunmuş qaydada təsdiq edilir. İddiaçının Sumqayıt şəhərində təhsil almaqla yanaşı, 15 yaşında Mincivanda yerləşən Dəmiryolu İdarəsində güzəştli əmək pensiyasına hüquq verən vəzifədə işləməsinin uzlaşmaması nəzərə alınmaqla, iddiaçının sığorta stajına dair təqdim etdiyi əmək kitabçalarının mötəbərliyi şübhəlidir. Ona görə də, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının olmamasına dair cavabdeh şöbənin imtinası qanuni və əsaslı olmuşdur. Bu səbəbdən «Vətəndaşların pesiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq iddiaçıya 55 yaş 6 aydan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün əsaslar olmadığından, iddia təmin olunmamalıdır. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzər gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər əsaslı olduğundan qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla əlaqədar qeyd olunmalıdır ki, hazırki işin materiallarında iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının alınması üçün cavabdeh şöbəyə təqdim etdiyi sənədlərin mötəbərliyi, həmin inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Yalnız apellyasiya instansiya məhkəməsi 2 əmək kitabçasında göstərilən, iddiaçının başqa-başqa yerlərəd fəaliyyətinin tarixlərinin üst-üstə düşməsini şübhəli olmasını qeyd etmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının 15 yaşında olaraq zərərli iş şəraitində işləməsi həmin dövrdə olan əmək qanunvericiliyinə zidd olduğundan, bu fəaliyyətin tarixləri, yəni 1971-1974-cü illər iş stajına hesablana bilməz. Lakin qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan əmək kitabçasında iddiaçının 9 saylı X1 həm də 07.01.1990-06.10.1993-cü il tarixlərdə işləməsi qeyd oluemuşdur ki, həmin iş stajı işin materiallarına əlavə edilmiş adı çəkilən İdarənin 6 saylı 07.01.2018-ci il tarixli arayışında da öz əksini tapmışdır. Apellyasiya instansiya məhkəməsinin qərarında həmin sənədə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işə yenidən baxacaq apellyasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisənin ədalətli həllinə nail olmaq üçün əlavə araşdırma aparmalı, iddiaçının təqdim etdiyi sənədlərin mötəbər olubolmamasını bir daha araşdırmalı, mötəbərdirsə iddiaçının (15 yaşındakı fəaliyyəti istisna olmaqla) zərərli iş şəraiti stajının kifayət olub olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzib ati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2018-ci il tarixli qərarı ləğv edilməli; iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar