Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-63/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 üzrə Nəzarət Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 üzrə Nəzarət Baş İdarəsinə (3-cü şəxs: Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı “qərarı n ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1740/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********168200 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qərarın ləğv edilməsi və s.” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsas landırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 üzrə Nəzarət Baş İdarəsinin rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri X2 vergi ödəyicisi İddiaçı barəsində aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə **********168200 №-li qərar qəbul etmişdir. Həmin qərara əsasən, vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi nəzərdə tutulmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), X1, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. xx.xx.2023-cü tarixdə keçirilmiş nəzarət tədbiri zamanı vergi ödəyicisinin qum çınqıl karxanasına baxış keçirilmiş, elektron qaimə faktura üzrə təqdim edilmiş 23 370 982 manat dəyərində 800 836 kub metr həcmdə istehsal həcminin olmadığı müəyyən edilmişdir. Buna əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş karxana məhsullarının satışı əmtəəsiz hesab edilir. Həmçinin vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara əsasən əldə edilmiş vəsaitin köçürülməsi vasitəsilə əldə edilmiş malların vergi ödəyicisinin təsərrüfat subyektlərində müəyyən olunmamasını nəzərə alınaraq vergi ödəyicisinə təqdim edilmiş qaimələr əmtəəsiz hesab olunur. Vergi orqanının gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, müəssisənin icarə müqaviləsi əsasında istifadəsində qum çınqıl karxanası vardır ki, həmin karxanada 8 00 836 kub metr istehsal həcmindən artıq qum çınqıl mövcud olmuşdur. Bunu təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim edirik. Hesab edirik ki, vergi orqanının vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********168200 №-li xx.xx.2023-cü il tarixli qərar ləğv olunmalı və İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır.
4. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmiş, İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********168200 nömrəl i qərar ləğv edilsin. İddiaçı MMC-nin riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 üzrə Nəzarət Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
6. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən inzibati aktdan da göründüyü kimi cavabdeh iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu hesab edərkən onun ümumiyyətlə 800.836 kub metr həcmdə istehsal həcminin olmadığına əsaslanmışdır. Halbuki, İddiaçı MMC üzrə kameral vergi yoxlaması zamanı DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən araşdırma aparılmışdır ki, bu araşdırma nəticəsində vergi orqanı iddiaçının xx.xx.2022-xx.xx.2022 dövrü ərzində ümumilikdə 45.848 kub metr həcmdə çınqıl xammalı, 22.970 kub metr həcm də tikinti qumu hasilatının olduğunu, eyni zamanda müəyyən etmişdir. Göründüyü kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan iki qurum, yəni DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Dövlət Vergi Xidmətinin X1 üzrə Nəzarət Baş İdarəsi iddiaçının istehsal həcmi ilə bağlı bir birinə zidd olan mövqeyilər irəli sürmüşdürlər. Halbuki, hər iki qurum Dövlət Vergi Xidmətinin struktur bölməsinə aid olan qurumlar olmaqla, eyni vaxtda və ya ayrıayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Başqa sözlə desək hər iki qurum Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində ver gilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Dövlət Vergi Xidmətinin qolları olmaqla həmin Xidmətin strukturuna daxildirlər. Bu isə ona dəlalət edir ki, bir Xidmətin strukturuna daxil olan iki ayrı qurum tərəfindən vergi ödəyicisinin eyni dövrü üzrə fərqli və bir-birinə zidd mülahizələr irəli sürməsi qanunaziddir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz fəaliyyətində qadağa olunmuş və ya lisenziya tələb olunan malların satışı ilə məşğul olmadığından, eyni zamanda onun göstərdiyi hər hansı bir əməliyyat Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda riskli vergi ödəyicisi hesab olunması üçün səciyyələnmiş halların əhatə dairəsinə düşmədiyindən, o, riskli vergi ödəyicisi hesab olunmur. Odur ki, onun riskli vergi ödəyicisi hesab olunması barədə qərar ləğv olunması və iddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılmalıdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1740/2024 nömrəli, 13 iyun 2024-cü il qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və S.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəmiyyətin 10 yanvar – 02 mart 2023-cü il tarixləri aralığında Quba rayonu, Əlməmmədova kəndində qeydiyyatda olmuş təsərrüfat subyektinin (obyektinin) aktiv fəaliyyətinin mövcud olub-olmamasını müəyyən etmək, istehsal həcminin dəqiqləşdirilməsi məqsədilə aparılmış əməliyyatların təhlil edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.2.-ci meyarına əsasən qanuna müvafiq tədbirlərin görülməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilmiş nəzarət tədbiri zamanı vergi ödəyicisinin qum-çınqıl karxanasına baxış keçirilmiş, elektron qaimə faktura üzrə təqdim edilmiş 23 370 982 manat dəyərində 800 836 kub metr həcmdə istehsal həcminin olmadığı, işləmək görüntüsü yaratmaqla karxananın fəaliyyət göstərməsi müəyyən edilmişdir. Buna əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş karxana məhsullarının satışı əmtəəsiz hesab edilmişdir.
13. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara əsasən əldə edilmiş vəsaitin köçürülməsi va sitəsilə əldə edilmiş malların vergi ödəyicisinin təsərrüfat subyektlərində müəyyən olunmamasını nəzərə alınaraq vergi ödəyicisinə təqdim edilmiş qaimələr əmtəəsiz hesab olunmuşdur.
14. Nəticədə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci yarımbəndinə uyğun olaraq “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir.
15. Belə ki, sözügedən meyarların 2.1.2-ci yarımbəndinə görə, aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparm ası aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur.
16. Qeyd edilməlidir ki, təqdim edilmiş apellyasiya şikayətində iddianın mümkünlüyü ilə bağlı məsələyə yenidən baxılması istiqamətində cavabdeh tərəfindən arqumentlər gətirilsə də, apellyasiya məhkəməsi qərarında sözügedən məsələyə heç bir münasibət bildirməmiş, bununla bağlı hüquqi mövqeyini qeyd etməmişdir.
17. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsinin müddətin ötürülməsi ilə bağlı fikrinə münasibətdə qeyd etməliyik ki, cavabdeh olaraq vergi orqanı öz üzərinə düşən sübutetməni icra edərək risk qərarının iddiaçıya çatdırılmasını təsdiq edən e-kabinetdə oxunma bildirişini məhkəməyə təqdim etdiyi halda, iddiaçı sözügedən qərarı məhz hansı tarixdə əldə etməsini sübut edə bilməmişdir.
18. Apellyasiya kolleg iyası inzibati icraat materialları olan, lakin sonradan məhkəmə icraatı zamanı məhkəməyə təqdim edilmiş dəlilləri yanlış olaraq yeni təqdim edilən sübutlar kimi qiymətləndirərək cavabdehin sübutların məhkəməyə təqdim edilmə hüququnu məhdudlaşdırmış, cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın əsaslandırılmasını birtərəfli olaraq rədd etmişdir.
19. Eyni zamanda, etiraz və apellyasiya şikayətində qeyd edildiyi kimi, iddiaçı özü istehsal həcminin inzibati aktda göstərildiyi miqdarda olmasını təsdiqləyən sübutları məhkəməyə təqdim edə bilməmişdir, çünki reallıqda istehsal həcmi qeyd edilən miqdarda olmamışdır. Bu səbəbdən iddiaçının təqdim etdiyi arqument və dəlillər ziddiyyətlidir, belə ki, iddia ərizəsində istehsal həcmini təsdiqləyən sənədləri məhkəməyə təqdim etdiyini bildirsə də, təq dim edilən sənədlər tamamilə işin mahiyyətini əhatə etmir. Aydın məsələdir ki, iddiaçı özü belə istehsal həcminin miqdarını təsdiq edə bilmir. Buna baxmayaraq, aşağı instansiya məhkəmələri bu hala münasibət bildirməmişdirlər.
20. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələ ri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli qərarı ilə hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən hesab etmişdir ki, “i ddiaçının əsas fəaliyyət növü “Sənaye və tikinti üçün qum və çınqıl hasilatı” ilə bağlıdır. Nəzərə alınmalıdır ki, iddiaçı öz fəaliyyətinə uyğun olmayan “avtomobil ehtiyat hissələri, kosmetik (gözəllik) vasitələri, karxana məlumatları, şüşələr, güzgülər, radiatorlar, market üçün vitrin aksesuarları, müxtəlif mətbəx ləvazimatları, çay məhsulları” kimi malları digər şəxslərə təqdim etsə də, bu hal vəziyyəti məhkəmə hesab edir ki, onun ziyanına dəyişmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin Əlavə 2-də lisenziya tələb olunan fəaliyyət növlərinin adları və dövlət rüsumunun məbləği müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi yuxarıda adıçəkilən həmin mallar lisenziya tələb olunan fəaliyyət növlərinin əhatə dairəsinə daxil olmamışdır.”
25. Daha sonra apellyasiya məhkəməsinin qərarında qeyd edilir ki, “mübahisələndirilən inzibati aktdan da göründüyü kimi cavabdeh iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu hesab edərkən onun ümumiyyətlə 800.836 kub metr həcmdə istehsal həcminin olmadığına əsaslanmışdır. Halbuki, İddiaçı MMC üzrə kameral vergi yoxlaması zamanı DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən araşdırma aparılmışdır ki, bu araşdırma nəticəsində vergi orqanı iddiaçının xx.xx.2022-xx.xx.2022 dövrü ərzində ümumilikdə 45.848 kub metr həcmdə çınqıl xammalı, 22.970 k ub metr həcmdə tikinti qumu hasilatının olduğunu, eyni zamanda müəyyən etmişdir. Göründüyü kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan iki qurum, yəni DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Dövlət Vergi Xidmətinin X1 üzrə Nəzarət Baş İdarəsi iddiaçının istehsal həcmi ilə bağlı bir birinə zidd olan mövqeyilər irəli sürmüşdürlər.”
26. Burada məhkəmə kollegiyası xüsusi qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Dövlət Vergi Xidmətinin iki qurumunun mövqelərində ziddiyyətlər olduğunu müəyyən etdiyi halda bunu sadəcə olaraq birinci fakt kimi yazmaqla kifayətlənməməli, həmin məsələni tam və hərtərəfli araşdırmalı idi.
27. Daha sonra apellyasiya məhkəməsi qərarında yazır ki, “hər iki qurumun əsas məqsədi vergi ödəyiciləri nin dövlət büdcəsinə olan vergi ödənişlərinin vaxtında ödənilməsinə nəzarət etməkdən ibarətdir. İşin faktiki hallarından da göründüyü kimi həm DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həm də Dövlət Vergi Xidmətinin X1 üzrə Nəzarət Baş İdarəsi iddiaçını əlavə vergi məsuliyyətini cəlb etmişdirlər ki, iddiaçının özü də məhkəmə icraatı zamanı DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nəticəsini, yəni dövlət büdcəsinə olan vergi borcunun olduğunu mübahisələndirməmiş, əksinə Dövlət Vergi Xidmətinin X1 üzrə Nəzarət Baş İdarəsinin nəticəsi ilə razılaşmayaraq onun riskli vergi ödəyicisi olması barədə qərarı mübahisələndirmişdir.”
28. Həmçinin apellyasiya məhkəməsi göstərmişdir ki, “Göründüyü kimi Lokal Gəlirlər Baş İdarəsinin verginin hesablanması barədə qərarları ilə cavabdehin istin ad etdiyi istehsal həcminin olmaması barədə mövqeyinin əssasız olmağı müəyyən edilmiş, istehsal həcmi nəzərə alınmaqla iddiaçıya vergi hesablanmışdır ki, işin faktiki halları ilə də müəyyən edildiyi kimi bir vergi orqanı inzibati akt qəbul etməklə qumçınqılın olmadığına istinad etmiş, digər vergi orqanı isə həmin qum-çınqılın mövcudluğuna istinad edərək vergi məsuliyyətinə cəlb etmə barədə qərar qəbul etmişdir ki, iki vergi orqanının qərarlarının düzgünlüyünün müəyyən edilməsi faktiki olaraq məhkəmə hesab edir ki, mümkün ola bilməz. Vergi orqanlarında bir inzibati aktında əmlakın olmadığına istinad edib, digər qərarında həmin əmlakın mövcud olmadığını qeyd etmişdir ki, bu səbəbdən iddiaçıya məhkəmə tərəfindən hansı vergi orqanının qərarlarının mübahisələndirilməsi soruşulmuş, iddiaçı vergi hesablamaları barədə qərarların mübahisə edilmədiyini, həmin qərarlarda nəzərdə tutulan faktiki hallar, yəni istehsal həcmi nəzərə alınmaqla cavabdehin qərarının ləğv edilməli olmasını xahiş etmişdir. Beləliklə vergi hesablamaları barədə inzibati aktlar qüvvədədir, ləğv edilməmiş, dəyişdirilməmişdir və hüquqi nəticəsi mövcuddur. Burada hüquqi nəticə isə odur ki, iddiaçının istehsal həcmi olmuş, lakin istehsal həcminə uyğun vergiləri ödəmədiyindən əlavə vergilər hesablanmalı olmuşdur ki, qeyd olunan hal mübahisələndirilən qərarın qanunsuz və əsassız olmasına dəlalət edir.”
29. Buna görə də, apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “... iddiaçı öz fəaliyyətində qadağa olunmuş və ya lisenziya tələb olunan malların satışı ilə məşğul olmadığından, eyni zamanda onun göstərdiyi hər hansı bir əməliyyat Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda riskli vergi ödəyicisi hesab olunması üçün səciyyələnmiş halların əhatə dairəsinə düşmədiyindən, o, riskli vergi ödəyicisi hesab olunmur. Odur ki, onun riskli vergi ödəyicisi hesab olunması barədə qərar ləğv olunması və iddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılmalıdır...”
30. Beləliklə apellyasiya məhkəməsinin sözügedən meyarlara istinadən, qənaətinə görə iddiaçı riskli vergi ödəyicisi hesab olunması üçün səciyyələnmiş halların əhatə dairəsinə düşmədiyindən, o, riskli vergi ödəyicisi hesab olunmur.
31. Bununla əlaqədar qeyd edilməlidir ki, apellyasiya məhkəməsi mübahisənin mahiyyətini düzgün müəyyən etməmiş, buna görə də apellyasiya məhkə məsinin həyata keçirdiyi məhkəmə araşdırması yanlış istiqamətdə aparılmışdır.
32. Belə ki, yuxarıda artıq göstərildiyi kimi apellyasiya məhkəməsi qərarında yazır ki. “Burada hüquqi nəticə isə odur ki, iddiaçının istehsal həcmi olmuş, lakin istehsal həcminə uyğun vergiləri ödəmədiyindən əlavə vergilər hesablanmalı olmuşdur”.
33. Halbuki hazırkı inzibati mübahisənin məğzi, iddiaçının vergiləri ödəyibödəməsindən deyil, iddiaçının riskli vergi ödəyicisi olub-olmamasından ibarətdir ki, məhkəmə kollegiyası da hesab edir ki, sözügedən məsələ apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamışdır.
34. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq e tdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 35. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.8 2-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) v ə ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və y a icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
36. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi də, yuxarıda göstərilmiş maddi hüquq normalarına əsaslanmışdır.
37. Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati müb ahisəni həmin maddi hüquq normalarının müddəaları çərçivəsində tam və hərtərəfli araşdırmamışdır.
38. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı MMC xx.xx.2022-ci il tarixdən vergi ödəyicisi və xx.xx.2022-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Qeydiyyata alındığı zaman əsas fəaliyyət növü kimi inşaat materiallarının topdan satışı qeyd edilmiş, sonrakı tarixlərdə (xx.xx.2022, xx.xx.2023) ərizə ilə müraciət edilərək, cəmiyyətin əsas fəaliyyət növü kimi sənaye və tikinti üçün qum və çınqıl hasilatı, əlavə fəaliyyət növü kimi şüşənin topdan satışı, inşaat materiallarının topdan satışı, qum və çınqılın topdan satışı, malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət qeyd edilmişdir. İddiaçı hüquqi şəxsin fəaliyyət göstərdiyi bütün dövr ərzində biri anbar, dig ər üçü isə karxana olmaqla 4 obyekti olmuşdur (Yoxlama zamanı yalnız Quba rayonu, Əlməmmədova ünvanında yerləşən obyekt qum-çınqıl karxanası və ünvan 2 ünvanında yerləşən obyekt - anbar kimi aktiv təsərrüfat subyektləri olmuşdur).
39. Həmçinin iş materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.2-ci meyarına əsasən qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilmiş nəzarət tədbiri zamanı vergi ödəyicisinin qum-çınqıl karxanasına baxış keçirilmiş, elektron qaimə faktura üzrə təqdim edilmiş 23 370 982 manat dəyərində 800 836 kub metr həcmdə istehsal həcminin olmadığı, işləmək görüntüsü yaratmaqla karxananın fəaliyyət göstərməsi müəyyən edilmişdir. Buna əsasən vergi ödəyicisi tərəfində n təqdim edilmiş karxana məhsullarının satışı əmtəəsiz hesab edilmişdir. Obyektin fotoşəkilləri çəkilmiş, səlahiyyətli nümayəndəsinin izahatı alınmış və araşdırmanın nəticəsi barədə akt tərtib olunmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara əsasən əldə edilmiş vəsaitin köçürülməsi vasitəsilə əldə edilmiş malların vergi ödəyicisinin təsərrüfat subyektlərində müəyyən olunmamasını nəzərə alınaraq vergi ödəyicisinə təqdim edilmiş qaimələr əmtəəsiz hesab olunmuşdur (işin İ cildi: iş v.50-51). 40. xx.xx.2023-cü il tarixdə “Riskli vergi ödəyicisi hesab edilmə barədə” qərar qəbul edilmişdir.
41. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2022xx.xx.2023-cü il tarixləri aralığında digər şəxslərə e-qaimə faktura üzrə “avtomobil ehtiyat hissələri, kos metik (gözəllik) vasitələri, karxana məmulatları, şüşələr, güzgülər, radiatorlar, market üçün vitrin aksesuarları, müxtəlif mətbəx ləvazimatları, çay məhsulları” və s. bu kimi bir-biri ilə uyğunluq təşkil etməyən mallar təqdim edilmiş, bir sıra ödəyicilər tərəfindən alınmış malların dəyəri (o cümlədən ƏDV) Cəmiyyətə ödənilməmişdir.
42. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı vergi ödəyicisi aktiv qalan ən son obyektinin xx.xx.2023-cü il tarixdə qeydiyyatını ləğv etdirsə də, vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı müəyyən olmuşdur ki, bu tarixdən sonra külli miqdarda, fəaliyyət növünə uyğun olmayan fərqli çeşid və növlərdə (geyim əşyaları, avtomobil ehtiyat hissələri, sabunlar, ətirlər, şampunlar, kosmetik vasitələr, mətbəx əşyaları və s.) mal alışı həyata keçirm işdir.
43. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda sadalanan məsələlər işin faktiki hallarını təşkil etdiyi halda və “riskli vergi ödəyicisi” anlayışı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində, eyni zamanda geniş şəkildə sözügedən “meyarlar”da xüsusi ilə 2.1.2., 3.1., 3.1.1., 3.1.2-ci bəndlərində müəyyən edildiyi təqdirdə, tam, hərtərəfli və müfəssəl məhkəmə araşdırması aparmadan, apellyasiya instansiyası məhkəməsinin iddiaçının riskli vergi ödəyicisi hesab olunmaması barədə gəldiyi əsaslandırılmamış qətiyyətli nəticəsi qanuna uyğun sayıla bilməz.
44. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkə məsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2- 1(103)-1740/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.