Məhkəmə qərarları › İş №2-1(102)-635/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-635/2020

24.06.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-635/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 50 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi, peşələrin üst-üstə düşməsi, 18 yaşa qədər olan dövrün güzəştli staja daxil edilməsi (iş № 2-1(102)-635/2020) Bakı şəhəri 24 iyun 2020-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X6, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı X9, vəkili Vəkil, cavabdeh Azərbaycan Respubl ikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili X1 iştirakı ilə, İddiaçı X4 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşının tamam olduğu 20.07.2016-cı il tarixdən, lakin pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi ilə ömürlük güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)2086/2019 saylı, 9 oktyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1956-cı ildə Gədəbəy rayonunda doğulmuşdur. İddiaçı əmək kitabçasına əsasən 20.08.1970-ci ildən 28.04.1975-ci ilə qədər Ermənistan SSR X12 Mədən İdarəsində qazmaçı,16.05.1975-ci ildən 01.06.1977- ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 02.01.1978-ci ildən 22.08.1980- cı ilədək Sənayeləndirilmiş ev X8 3 nömrəli X15 çilingər, 17.09.1980-cı ildən 16.08.1993-cü ilədək 3 saylı X13 Baş Korpusunda çilingər vəzifəsində işləyib. Sənayeləndirilmiş ev X8 3 nömrəli ETK-nın arayışına əsasən iddiaçı 01.01.1995-ci il tarixindən iş ahənginin olmaması ilə əlaqədar öz hesabına məzuniyyətə göndərilmişdir və əmək haqqı ödənilməmişdir. 20.03.2016-cı il tarixində öz xahişi ilə işdən azad edilmişdir. İddiaçının pensiya işinə əsasən ona DSMF-nin Binəqədi rayon Şöbəsinin 2727 №-li qərarı ilə iddiaçıya ikinci dərəcəli əlilliklə 05.02.2016-01.03.2021-ci il tarixə kimi pensiya təyin edilmişdir. Hazırda iddiaçı ona 50 yaşı tamam olduğu tarixdən, yəni 20.07.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini istəyir və bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı 15 mart 2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən qanunvericiliklə tələb olunan ümumi və güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. İddiaçı 1 may 2019-cu il tari xdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 15.03.2019-cu il tarixli **********0 saylı cavab məktubunun ləğv edilməsi, iddiaçıya 1970-ci ildən 1980-cı ilədək olan dövr üzrə əmək stajı nəzərə alınmaqla, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 50 yaşının tamam olduğu 20.07.2016-cı il tarixdən, lakin pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi ilə ömürlük güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, keçmiş SSRİ dövründə Ermənistan SSR-də Zəngəzur Filiz İdarəsinin Mis çıxartma İdarəsində işlədiyi vaxt və dövlət müəssisəsi tərəfindən açılmış əmək kitabçası mövcuddur. Qeyd olunan əmək kitabçalarının (və hərbi biletinin və-digər arayışların) surətinə əsasən onun aşağıdakı əmək stajı müəyyəndir. 28.08.1970-28.04.1995-ci illərdə Ermənistan SSR X14 Mədən İdarəsində burilşik (4 il 8 ay) 15.05.1975-01.06.1977-ci illərdə müddətli hərbi xidmət (2 il 15 gün) 02.01.197822.08.1980-ci illərdə sənayeləndirilmiş ev X8 3 nömrəli X15 çilingər (14 il 1 ay) 01.01.1995-30.12.1998-ci illərdə Bakı şəhəri Təmir Tikinti Trestində Qaz qaynaqçısı (3 il 11 ay 29 gün) Qeyd olunan stajı ümumiləşdirdikdə Ermənistan SSR ərazisində 22 avqust 1970-ci ildən 28 aprel 1975-ci ilə kimi qazanılmış siğorta stajı (müddətli hərbi xidmət dövrü də nəzərə al ınmaqla) 4 il 8 ay təşkil edir. Həmin stajda 4 il 8 ayı Mis Mədənində yeraltı ehtiyatların çıxarılması üzrə 2-ci dərəcəli qazmaçı kimi işləmişdir. Ermənistan SSR-də Zəngəzur Filiz İdarəsinin Mis Çıxartma Baş İdarəsinin 28.04.1975-ci il tarixli arayışına əsasən iddiaçı xüsusilə zərərli və ağır işdə işlədiyi öz təsdiqini tapır. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş əmək kitabçasından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərar nömrə 12 “güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin; və göstəricilərin siyahı”nın 10.5 neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməyi də müəyyən olunur. Qeyd olunan stajı ümum iləşdirdikdə 20.08.1970-ci ildən 30.12.1998-ci ilədək tərəfindən qazanılmış siğorta stajı (müddətli hərbi xidmət dövrünü də nəzərə alınmaqla) 27 il 5 ay 19 gün təşkil edir. Həmin stajın 15 il 4 ay 14 gün Ermənistan SSR X12 Mədən İdarəsində, müddətli hərbi xidmətdə, Q. Qarayev adına neft emalı zavodunda və Bakı şəhəri 8 saylı TəmirTikinti Trestində qazmaçı, əsgər, çilingər və qaz qaynaqçısı kimi işləmişdir. Belə olan halda “əmək pensiyaları haqqında” qanunun 23.1-ci maddəsinin tələbinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələrdə həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə və ya başqa hal tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial siğorta haqları ödənildikdə, siğorta sta jına daxil edilir. Həmin qanunun 23.2-ci maddəsinin tələbinə əsasən isə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ ərazisində qazanılmış əmək stajı bu müddətdə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada siğorta stajına daxil edilir. Qanunvericiliyin qeyd olunan normalarının tələblərindən göründüyü kimi 1192-ci il yanvarın 1-dək keçmiş SSRİ ərazisində qazanılmış əmək stajı qeyd - şərtsiz ümumi qaydada siğorta stajına daxil edilir. Belə olan halda iddiaçının Ermənistan SSR-də hərbi xidməti hesablamaqla da qazandığı 6 il 8 ay 15 gün mədəndə xüsusilə və ağır iş şəraitində mis mədənində yeraltı qazma işlərində çalışdığı dövr əmək stajı siğorta stajı kimi qəbul edilməlidir. Bundan başqa Q. Qarayev adına Neft Emalı zavodunda 2 il 7 ay 22 gün və Bakı şəhəri 8 saylı Təmir-Tikinti Trestində 3 il 11 a y 29 gün xüsusilə və ağır iş şəraitində çilingər və qaz qaynaqçısı işində çalışdığı əmək stajı siğorta stajı kimi qəbul edilməlidir. Belə olan halda iddiaçının 30 dekabr 1998-ci il vəziyyətinə 27 il 5 ay 19 gün ümumi siğorta stajı toplanır ki, həmin müddətində 15 il 4 ay 14 gün xüsusilə zərərli və ağır peşədə çalışdığı müddət təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimSüleymanova Şəhla Ənvər qızı, 21(81)-2245/2019 saylı iş)10 iyun 2019-cu il tarixliqərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının ümumi stajı 20 ildən artıq olsa da, güzəştli iş stajı mövcud olmamışdır. Əmək Məcəlləsinin 250-ci maddəsinə əsasən əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər y eraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. Belə ki, iddiaçının əmək kitabçasında qeyd edilən 20 avqust 1970-ci ildən (iddiaçının 14 yaşı olmuşdur) 28 aprel 1975-ci ilə kimi Ermənistan SSR ərazisində Mis Çıxartma Baş İdarəsində işləməsi Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələblərinə əsasən qeyri-mümkündür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 28.08.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi – cavabdeh DSMF-nin Xüsusi şərtlərlə təyinat idarəsi ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin10 iyun 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7-məruzəçi, X10 və X5, 2-1(103)2086/2019 saylı iş) 9 oktyabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 8 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunaraq şikayətin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Məhkəmə Əmək Məcəlləsinin 250-ci madd əsini rəhbər tutaraq İddiaçının yaşının xüsusilə zərərli və ağır işlərdə işləməyə imkan vermədiyini əsas gətirərək, onun bu illərdə işlədiyi dövrü nəzərə almamışdır. Məhkəmə nəzərə almalı idi ki, söhbət Ermənistan SSRdən gedir. Hansı ki, Ermənistan ordusu gözünü qırpmadan körpə Azərbaycan balalarının, neçə-neçə hamilə Azərbaycan qadınlarım vəhşicəsinə güllə atəşi ilə qətlə yetirmiş, minlərlə azərbaycan oğul və qızlarını əsir götürərək heç kimin ağlına gələ bilməyəcək məcburi əməyə cəlb etmişdir. Qeyd olunan dövrdə də öz məkirli siyasətlərindən geri qalmayaraq fürsət düşdükcə azərbaycanlı övladının da 14-18 yaşlarında mədən işlərində çalışmasına göz yummaları heç şübhəsiz həqiqətə uyğundur. Hətta məhkəmə daxili inamını əsas gətirərək qərar qəbul edərkən nəzərdən qaçırmışdır ki, iddiaçının 1 8 yaşı -28 aprel 1975-ci il tarixdə deyil 20 iyun 1974-cü il tarixdə tamam olmuş və məhkəmənin istinad etdiyi qanunun müvafiq maddəsinə əsasən iddiaçının qanuni əsaslarla Ermənistan SSR X12 Mədən İdarəsində işləməsi 20 uyun 1974-cü il tarixdən mümkün olmuşdur. Bundan başqa məhkəmə qərar qəbul edərkən əmək kitabçasında göstərilən digər əmək stajlarına heç bir münasibət göstərmədən əsassız və qanunsuz qərar qəbul etmişdir. Halbuki, hətta Ermənistan SSR X12 Mədən İdarəsində işlədiyi dövrləri nəzərə alınmasa belə, iddiaçının işlədiyi müəssisələr və oradakı vəzifələri ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi imkanını verir. Belə ki, Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edil məsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 nömrəli əlavəyə əsasən 22900000-XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri işlərində 2290000a 18447 yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər, eyni zamanda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 24 yanvar tarixli, 12 nömrəli qərarı ilə də Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri işlərin də 2290000a—18447 yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəzabərpa işlərinin çilingərləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər. Məhkəmə nədənsə əmək kitabçasında göstərilən bu faktlara fikir verməmiş yalnız iddia ərizəsində zənni ilə olan neqativləri qabartmış İnzibati Prosessual Məcəllənin 13-cü maddəsi ilə məhkəməyə verilmiş vətəndaşa yardım etmək funksiyasını unutmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı 1970-ci ildən 1980-cı ilədək olan dövr üzrə əmək stajı nəzərə alınmaqla, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 50 yaşının tamam olduğu 20.07.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdehin mövqeyinə görə 1 yanvar 2006-cı ilədək iddiaçının 17 il 7 ay sığorta stajı mövcuddur. Bu da qanunvericilikdə tələb olunandan azdır. İddiaçı qanunvericilikdə tələb olunan ümumi və güz əştli iş stajı olmadığından ona əmək pensiyası təyin edilməsi mümkün deyildir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı güzəştli şərtlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddiaçının ümumi stajının 20 ildən artıq olduğunu, lakin güzəştli iş stajının mövcud olmadığını bildirmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mind iyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kiş ilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin a vqustun 1-dək hər il 6 ay artırılmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: -01.08.1997-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; -01.08.1997-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Apelyasiya məhkəməsi iddiaçının ümumi staja malik olmasını, lakin güzəştli şərtlə əmək pensiyası hüququ olan staja malik olmadığını bildirmiş, lakin hər iki halda qərarında heç bir əsaslandırma aparmamışdır. İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apelyasiya məhkəməsi 1 avqust 1997-ci ilə qədər iddiaçının ümumi stajı ilə yanaşı, güzəştli şərtlə əmək pensiyası hüququ olan stajı ilə bağlı faktiki və hüquqi əsaslandırma aparmamış, iddiaçının işlədiyi hansı peşəsinin və hansı dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda olubolmamasını qərarında göstərməmiş, nəticədə güzəştli şərtlə əmək pensiyası hüququ olan stajın müddətini müəyyən etməmişdir. Əmək Məcəlləsinin 250-ci maddəsinə əsasən, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının əmək kitabçasında qeyd edilən 20 avqust 1970-ci ildən (iddiaçının 14 yaşı olmuşdur) 28 aprel 1975-ci ilə kimi Ermənistan SSR ərazisində Mis Çıxartma Baş İdarəsində işl əməsi Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələblərinə əsasən qeyri-mümkündür. Yəni iddiaçı həmin dövrdə işləyərkən yaşı 18-dən az olduğundan bu dövr güzəştli iş stajı kimi qəbul edilə bilməz. İlk öncə qeyd edilməlidir ki, apelyasiya məhkəməsi iddiaçının 18 yaşa qədərki dövrdə işlədiyi hansı peşənin 1 saylı Siyahıda hansı peşəyə uyğun olmasını müəyyən etməmişdir. Həmçinin məhkəmə 1970-1975-ci ildə olan münasibətlərə hazırda qüvvədə olan Əmək Məcəlləsinin müddəalarını tətbiq etməkdə haqlı olmamışdır. Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmçinin, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixl i 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin a) bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1970-1975-ci illərdəki iş dövrü ona məxsus əmək kitabçasında qeyd edildiyinə görə həmin dövr onun sığorta stajına daxil edilməlidir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində bax ış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2086/2019 saylı, 9 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar