Məhkəmə qərarları › İş №2-1(102)-638/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-638/2025

07.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-638/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 16 saylı Ucar ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (texniki pasporta düzəliş edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plan nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasporta düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli, 2-1(107)-578/2024 qərarından üçüncü şəxs X8 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Göyçay Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 nömrəli qərarı ilə ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi sahibkarlığın inkişafı məqsədi ilə atası X1.

2. Bələdiyyənin sözügedən qərarı əsasında Ərziman Qasımova xx.xx.2006-cı il tarixli, 194 nömrə ilə qeydiyyata alınmış JN-1362 saylı torpağa mülkiyyət huququna dair Dövlət Aktı verilmişdir.

3. Sözügedən torpaq üzərində qeyri-yaşayış binası inşa edilmişdir. Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının xx.xx.2008-ci il tarixli aktından görünür ki, ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası X4 adına istismara qəbul edilmişdir. 4. **********64-12301 reyestr nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair X4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 5. **********64-12301 reyestr nömrəli, xx.xx.2023-cü qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair iddiaçının mülkiyyət hüquqla rı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plan nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasporta düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 nömrəli qərarı ilə ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi sahibkarlığın inkişafı məqsədi ilə atası X1. Bələdiyyənin sözügedən qərarı əsasında Ərziman Qasımova xx.xx.2006-cı il tarixli, 194 nömrə ilə qeydiyyata alın mış JN-1362 saylı torpağa mülkiyyət huququna dair Dövlət Aktı verilmişdir. Bundan sonra atası 2007-ci ildə həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsi inşa etmiş və elə həmin ildən inşa edilmiş tikililər istismara verilmişdir. Tikinti işləri başa çatdıqdan sonra atası həmin tikintilər və 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır Bir müddət atası Ərziman Qasımov mülkiyyətində olan əmlak kompleksində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, sonradan yaşı ilə əlaqədar işlərin öhdəsindən gələ bilmədiyi uçun fəaliyyətini davam etdirməyi ona həvalə etmişdir. Eyni zamanda mülkiyyətində olan əmlak kompleksini və həmin kompleksin yerləşdiyi torpaq sahəsi x x.xx.2022-ci il tarixdə ona bağışlamış və bu barədə notarial qaydada bağışlama müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında sözügedən əmlak kompleksi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport almışdır. Qeyd edilən sənədləri cavabdeh inzibati orqandan aldıqdan sonra məlum olmuşdur ki, cavabdeh inzibatı orqan texniki pasportda yalnışlığa yol vermiş, torpaq sahəsinə dair verilmiş Dövlət Aktında qeyd edilən cizgilərə (plana) uyğun deyil, mühəndisin öz mülahizəsinə uyğun olaraq torpaq sahəsinin planı tərtib edilmişdir. Bu hal aşkar edildikdən sonra inzibatı orqana müraciət edilmiş və yol verilmiş texniki yalnışlığın aradan qaldırılması xahiş edilmişdir. Lakin cavabdeh orqan müraciətini təmin etməkdən imtina etmişdir. Buna səbəb kimi mübahisəli halın olduğu göstərilmişdir. Cavabdehin etirazı:

8. İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, xx.xx.2006-cı il tarixli, JN-1362 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X3 adına tərtib edilmişdir. Sözügedən torpaq üzərində qeyri-yaşayış sahəsi inşa edilmişdir. xx.xx.2022-ci il tarixdə **********64-12301 çıxarış əsasında İddiaçı notarial qaydada bağışlanmışdır. Həmin müqavilə əasında vətəndaşa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən çıxarış və texniki pasport verilmişdir. İddiaçı iddia etdiyi torpaq sahəsi və üzərində qeyri-yaşayış binası **********64-12301 reyestr nömrəli çıxarışla mülkiyyətinə olan 0,05 ha torp aq sahəsində yerləşməməklə mübahisə halının olduğu aşkar edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Göyçay rayon İH-nin Memarlıq və Tikinti şöbəsi tərəfindən tərtib edilmiş sxematik planda vətəndaşın iddia etdiyi ərazi və üzərində yerləşən qeyri-yaşayış obyekti qeyd edilməmişdir. Göyçay rayon İHB-nın obyektin istismara qəbulu haqqında aktında iddia olunan torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış obyekti nəzərə alınmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 2024-cü il 25 iyul tarixli, 21(116)-357/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəylərində qeyd edilmişdir ki, “Göyçay rayonu, Göyçay yaşayış məntəqəsi ərazisində xü susi mülkiyyətə, bələdiyyə mülkiyyətinə və dövlət mülkiyyətinə verilmiş torpaqların planı” üzərində JN-1362 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.05 ha torpaq sahəsinin koordinatları daxil edildikdə sözügedən torpaq sahəsi İddiaçı Arzuman oğlunun faktiki istifadəsində olan torpaq sahəsindən 374 metr şimala düşür. 0,05 ha torpaq sahəsinin dövlət aktında göstərilən cizgisində qonşu istinad nöqtəsi göstərilməmişdir. Bu səbəbdəndə torpaq sahəsinin yerləşmə vəziyyəti naturada müəyyən etmək mümkün olmadı. İddiaçı Arzuman oğlunun faktiki istifadəsində olan torpaq sahəsi TEKUİS baza məlumatlarında yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan torpaqlar uqodiyalı olmaqla faktiki istifadə vəziyyətinə uyğun olaraq, bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. JN-1362 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,05 ha torpaq sahəsinin sxemini **********64-12301 reyestr nömrəli çıxarışa əlavə olunmuş 408- 1/5533 inventar nömrəli Texniki Pasportda göstərilən yerləşmə sxemi ilə müqayisələndirdikdə məlum oldu ki, X7 faktiki istifadəsində olan qeyri-yaşayış obyektinin 16 kv.m hissəsi JN-1362 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin, **********64-12301 reyestr nömrəli çıxarışa əlavə olunmuş 408- 1/1533 invertar nömrəli “Texniki Pasport’da göstərilən D “liter”inin 18.7 kv.metr hissəsi JN1362 X12 sxemindən kənarda yerləşir. Texniki Pasport tərtib edilən zaman üzərində İddiaçı Arzuman oğlunun faktiki istifadə etdiyi tikili (Texniki Pasportda D literi kimi görünən ərazidə yerləşən) X7 faktiki istifadəsində olan torpaq sahəsinin 16 kv.metr hissəsi torpaq sahəsi ilə əvəzləşdirilmış və sözügedən 16 kv.m torpaq sahəsi elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir.

11. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 13 saylı qərarı əsasında X2. Sözügedən qərar əlavə olunmuş torpaq sahəsinin yerləşmə vəziyyətinə dair rayonun baş memarının və DT və XK-nin Göyçay rayon şöbəsinin birgə təsdiq etdiyi sxematik planda torpaq sahəsinin eni 22,5 m, uzunluğu isə 26,5 göstərilmişdir. Mübahisələndirilən texniki pasportda isə torpaq sahəsinin uzunluğu mübahisəli hissədə 23,6 m olmaqla ilkin sənəddən 2,9 m azdır. Həmçinin ilkin torpaqayırma sənədinə və texniki pasporta müqayisəli baxış keçirilərkən müəyyən olunur ki, faktiki olaraq ayrılmış torpaq sahəsi səkiyə paralel olmaqla trapesiya formasındadır. Mübahisənin olduğu 16 kv.m hissə də, ilkin torpaqayırma sənədində iddiaçıya məxsus ərazinin tərkib hissəsi olaraq öz əksini tapmışdır. Təqdim edilmiş mütəxəssis rəyində də, X7 faktiki istifadəsində olan qeyri-yaşayış obyektinin 16 kv.m hissəsinin JN1362 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir. Lakin, mübahisəli torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olması nəzərə alınaraq iddiaçıya məxsus texniki pasportda həmin hissə sol tərəfə sürüşdürülmüş və torpaq sahəsi ilkin sənəddən fərqli konfiqurasiyada təsvir edilmişdir. Torpaq sahəsinin uzunluğu 2,9 m, eni isə 5,8 m hiss ə olmaqla sol tərəfə sürüşdürülməsi 16,82 kv.m hissədə texniki pasportun ilkin torpaqayrıma sənədinə uyğunsuzluğunun yaranmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı və üçüncü şəxs arasında olan mübahisə də, məhz 16 kv.m torpaq sahəsi ilə bağlıdır.

12. Mütəxəssis tərəfindən sözügedən sürüşmənin edilməsi onunla əsaslandırılmışdır ki, **********64-12301 reyestr nömrəli çıxarışa əlavə olunmuş 408-1/1533 invertar nömrəli “Texniki Pasport’da göstərilən D “liter”inin 18.7 kv.metr hissəsi JN-1362 X12 sxemindən kənarda yerləşir. Texniki Pasport tərtib edilən zaman üzərində İddiaçı Arzuman oğlunun faktiki istifadə etdiyi tikili (Texniki Pasportda D literi kimi görünən ərazidə yerləşən) X7 faktiki istifadəsində olan torpaq sahəsinin 16 kv.metr hissəsi torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Yəni, iddiaçının faktiki istifadəsində olan tikili ona məxsus torpaq sahəsində yerləşmədiyindən mübahisələndirilən ölçüdə torpaq sahəsi həmin tikinti olan sahəyə sürüşdürülməklə ona məxsus tikili üzərində hüquqların dövlət qeydiyyatı aparılmışdır.

13. Məhkəmə cavabdeh orqanın dəlilini əsassız hesab edir. Belə ki, tərtib edilmiş texniki pasport onun tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədinin məzmununa zidd ola bilməz. O cümlədən, cavabdeh orqan iddiaçının faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin ona aid olmaması qənaətində idisə bu həmin hissədə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya səbəb ola bilərdi. Odur ki, müvafiq əvəzləşmənin aparılmasında ifadə olunan cavabdeh orqanın hərəkətləri mahiyyət etbarilə əsassız olmuşdur. Hər bir halda id diaçıya sənəd üzrə məxsus olan torpaq sahəsinin ölçüsü 0.05 hektardan artıq olmamalı və həmin torpaq sahəsinin yerləşmə vəziyyəti torpaq sahəsini ayıran qurumun iradə ifadəsinin əks olunduğu sxematik planda göstərilən yerləşmə vəziyyətindən və ölçülərdən kənara çıxmamalıdır. Hazırkı halda isə cavabdeh orqan ilkin sənəddə öz əksini tapmış 16 kv.m (mübahisələndirilən hissə nəzərdə tutulur) torpaq sahəsini texniki pasportdan çıxartmaqla iddiaçının faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinə əlavə etmiş, qeyd olunan hal isə texniki pasportun həmin hissədə ilkin torpaqayrıma sənədinə uyğunsuzluğuna gətirib çıxartmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plan nəzərə alınmaqa xx. xx.2023-cü il tarixli 4081/5533 inventar nömrəli texniki pasporta düzəliş edilməsini tələb etməkdə haqlı olmuşdur.

14. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X8 həmin qərardan apellyasiya şikayəti vermişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər V.Məlikov /sədrlik edən və məruzəçi/, İ.Şükürov və T.Həsənov) 2024-cü il 17 oktyabr tarixli, 2-1(107)- 578/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2024-cü il 25 iyul tarixli, 2-1(116)-357/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya insta nsiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Üçüncü şəxs həmin qərardan kassasiya şikayətİ verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gün dən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə.16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasın da özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə ş ikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdi r.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin tə şkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla belə kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq Kollegiya qeyd edir ki, tərtib edilmiş texniki pasport onun tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədinin məzmununa zidd ola bilməz.

28. Aşağı instansiya məhkəmələri tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh orqan ilkin sənəddə öz əksini tapmış 16 kv.m (mübahisələndirilən hissə nəzərdə tutulur) torpaq sahəsini texniki pasportdan çıxartmaqla iddiaçının faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinə əlavə etmiş, qeyd olunan hal isə texniki pasportun həmin hissədə ilkin torpaqayrıma sənədinə uyğunsuzluğuna gətirib çıxartmışdır.

29. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh orqan iddiaçının faktiki istifadəsində olan tikilinin yerləşd iyi torpaq sahəsinin ona aid olmaması qənaətində idisə bu həmin hissədə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya səbəb ola bilərdi. Odur ki, müvafiq əvəzləşmənin aparılmasında ifadə olunan cavabdeh orqanın hərəkətləri mahiyyət etbarilə əsassız olmuşdur. Hər bir halda iddiaçıya sənəd üzrə məxsus olan torpaq sahəsinin ölçüsü 0.05 hektardan artıq olmamalı və həmin torpaq sahəsinin yerləşmə vəziyyəti torpaq sahəsini ayıran qurumun iradə ifadəsinin əks olunduğu sxematik planda göstərilən yerləşmə vəziyyətindən və ölçülərdən kənara çıxmamalıdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası mə hkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli, 2-1(107)-578/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar