Məhkəmə qərarları › İş №2-1(102)-64/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-64/2022

01.02.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-64/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi miqdarında əmək pensiyasına əlavələrin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təminat xərcliyinin 100 faizi miqdarında əlavələrin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1841/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsaslanmaqla qulluq stajına görə əmək pensiyasına əlavələrin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 11 avqust 2020-ci il tarixli, **********5 s aylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İdarəyə təqdim olunmuş MN06298 nömrəli məlumat vərəqəsinə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən, ona 30 sentyabr 2016-cı il tarixində 27 il 9 ay 23 gün xidmət müddəti üçün təminat xərcliyinin 71 faizi miqdarında yaşa görə (ştat ixtisarına görə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İdarəyə təqdim olunmuş 18 fevral 2020-ci il tarixli MN-06298 nömrəli yeni məlumat vərəqəsinə əsasən (xəstəliyə görə tərxis olunmaqla) onun əmək pensiyası təminat xərcliyinin (1690,35 manat) 76 faizi -1284,67 manat məbləğində müəyyən edilmiş, eyni zaman da keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 2266,46 manat fərq məbləğinin cari ilin iyul ayından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ yoxdur. Bu səbəbdən də ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsin dəki icraat

2. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, xidməti vəzifələri yerinə yetirərkən əlil olduğuna görə əmək pensiyasına müvafiq təminat xərcliyinin - 100 faizi miqdarında əlavələrin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14.07.1993-cü ildən 02.09.2016-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, Müdafiə nazirinin 07.05.2016-cı il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq polkovnik - leytenant hərbi rütbəsində ehtiyata buraxılmış, 02.09.2016-cı il tarixədək N saylı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Tərxis olunana dək dəfələrlə sağlamlığında yaranmış problemlərlə əlaqədar olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və N saylı hərbi hissədə stasionar və ambulator, N saylı hərbi hissə komandirinin 11.01.2016-cı il tarixli, 42 saylı göndərişinə əsasən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuş və hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdır. Həmin şəhadətləndirilməyə əsasən, nadir hallarda kəskinləşən, hissi hərəki pozulmalarla təzahür edən, residiv gedişli, diskogen mənşəli xroniki boyun və beloma radikuliti, natamam remissiya mərhələsində fəqrələrarası disklərin protuziyaları və s. diaqnozu qoyulmaqla xəstəliyin hərbi xidmət dövründə alındığı qərarına gəlinmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, Müdafiə nazirinin qeyd olunan müvafiq əmri də məhz bu müraciətdən sonra verilsə də, o, 02.09.2016-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra isə ağrılar dözülməz olduğundan qeydiyyata alındığı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi rəisinin 17.01.2017-ci il tarixli, 22 nömrəli göndərişi ilə AR MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasına yoxlanmaya göndərilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının 27.02.2017-ci il tarixli, 575 nömrəli qərarına əsasən “xarici amihnradiyasiyanın (yəni şüalanmanın) təsiri nəticəsində yaranan toksiki-postradiasion ensefalopatiyanın soltərəfli piramid çatışmazlığı, davamlı vegetativ-dam ar və astenonevrotik əlamətlərlə keçən ifadəli funksional pozğunluqlarla təzahür edən nəticələri” diaqnozu qoyulmaqla, bunların hərbi travma olmaqla hərbi xidmət vəzifələri yerinə yetirərkən alındığı bildirilmişdir. Müdafiə nazirinin əmrinin dəyişdirilməsi ilə bağlı əvvəlcə Müdafiə Nazirliyinə və sonradan məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş 2-1(82)205/2018 saylı 15.02.2018-ci il tarixli qərarı ilə əmrdə xəstəliyinə görə ehtiyata buraxılması ilə bağlı dəyişiklik edilməsi cavabdehə həvalə olunmuş və həmin qərar, Bakı Apellyasiya Məhkəməsinin iş 2-1(103)-311/2019 saylı 27.03.2019-cu il tarixli qərarı, bu qərar isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)2845/19 saylı iş üzrə 29.11.2019-cu il tarixli qərarı ilə qüvvə sində saxlanılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Müdafiə nazirinin 092 nömrəli 11.02.2020 tarixli əmrinə və “Hərbi xitmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) 07.05.2016-cı il tarixdən (N saylı hərbi hissə komandirinin N nömrəli 02.09.2016-cı il tarixli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış) ehtiyata buraxılmış və Müdafiə Nazirliyi tərəfindən yeni məlumat vərəqəsi tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Daha sonra, 06.05.2020-ci il tarixində ərizə və qoşma sənədlərlə cavabdeh İdarəyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin edilməsinə köməklik göstərilməsini xahiş etsə də, c avabdeh müraciətini təmin etməmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1832/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərarı ilə (hakim: E.Ə.Əliyev) iddia təmin edilmiş, xidməti vəzifələri yerinə yetirərkən əlil olduğuna görə iddiaçının əmək pensiyasına müvafiq təminat xərcliyinin 100 faizi miqdarında əlavələrin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının aldığı travmanın Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır.” kimi şəhadətləndirilməsi və bununla əlaqədar, yəni hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ona müddətsiz birinci dərəcəli əlillik təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz tə sdiqini tapdığından, cavabdeh orqanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir.

6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1841/2021 nömrəli iş üzrə 02 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1832/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçının əmək p ensiyasına hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İ dərəcəli əlil olduğuna görə 19.04.2018-ci il tarixindən təminat xərcliyinin 100 faizi miqdarında əlavələrin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 575 nömrəli 27.02.2017-ci il tarixli Xəstəlik haqqında Şəhadətnaməsinə əsasən müəyyən olunur ki, sonradan, iddiaçının aldığı travma “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi, şəhadələndirilmiş, yalnız bundan sonra ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyası tərəfindən 19.04.2018-ci il tarixində hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar səbəb əlaqəsi ilə İ qrup əlillik dərəcəsi təyi n olunmuşdur. Belə olan halda, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsində nəzərdə tutulan xidməti vəzifələri yerinə yetirərkən İ dərəcə əlil olmuş şəxs kimi, onun aldığı müvafiq təminat xərcliyinin - 100 faizi miqdarında əmək pensiyasına əlavələr almaq hüququ da, məhz, 19.04.2018-ci il tarixindən yaranmış olur.

9. İddiaçı və cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş olunur. Qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmasının başlanğıcını s əhvən 19.04.2018-ci il tarixdən, yəni İ qrup əlillik dərəcəsi təyin olunduğu gündən götürmüşdür. Bu səbəbdən də iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin müddəaları deyil, həmin Qanunun 20.16.1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, iddiaçı xidmətdən tərxis olunma barədə yuxarı komandanlığa raportla müraciət edən dövrdə də xəstə olmuş, ambulator və stasionar şəraitdə müalicələr almış və tərxisdən sonra da bu proses davam etmişdir. Göründüyü kimi, onun travması tərxis olunduqdan sonra deyil, məhz xidmət illərində alınmışdır və proqressiv travmadır. b) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının l əğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.16.1-ci maddəsinin müddəalarını tətbiq etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 20.16. Bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə—80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə—55 faizi;... 13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;... Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarı n qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir 15. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi b arədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı: Bənd 1.1. Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Bənd 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Bənd 4.2. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Bənd 4.8. TSEK-ə göndərişin forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir. Bənd 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X2 (bundan sonra - TSERAS) ötürülür. Bənd 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərh al göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Bənd 4.9-2. Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir; Bənd 4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesabl anır. 16 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə tərkibi hesab edir ki, tərəflərin şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. Cavabdeh kassasiya şikayətində bildirir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsi tətbiq edilməklə, ona təminat xərcliyinin 100 faizi miqdarında pensiya təyin edilməsi yaşa görə pensiya növündən əlillik pensiyasına keçməsidir ki, bu da “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə münasibətdə yolverilməzdir.

21. Cavabdehin mövqeyini əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, işə əlavə olunmuş qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş 2-1(82)205/2018 saylı 15.02.2018-ci il tarixli qərarının icrası qaydasında Azərbaycan Respublikası Müdafiə nazirinin 092 nömrəli 11.02.2020 tarixli əmri ilə Müdafiə nazirinin əvvəlki 07.05.2016-cı il tarixli əmrində iddiaçının ehtiyata buraxılmasının əsası dəyişdirilərək, onun “Hərbi xitmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) 07.05.2016-cı il tarixdən (N saylı hərbi hissə komandirinin N nömrəli 02.09.2016-cı il tarixli əmri ilə şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış) ehtiyata buraxılmış, yazılması Müdafiə Nazirliyinə həvalə olunmuşdır. Bundan sonra, Müdafiə Nazirliyi tərəfindən tərxis olunmasının tarixi - 02.09.2016-cı il, əsası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndi (xəstəliyə görə), xəstəliyin səb əb əlaqəsi - “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” göstərilməklə, iddiaçı barəsində 18.02.2020-ci il tarixində yeni məlumat vərəqəsi tərtib edilərək, cavabdeh orqana göndərilmişdir.

22. Odur ki, iddiaçıya hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz birinci dərəcəli əlillik təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsi tətbiq etməkdə haqlı olmuşdur.

23. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi belə qənaətə gəlir ki, iddiaçının aldığı travmanın Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır.” kimi şəhadətləndirilməsi və bununla əlaqədar, yəni hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar iddiaçıya müddətsiz İ dərəcəli əlillik təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

24. İddiaçı isə kassasiya şikayətində qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi səhvən onun əlilik tarixini 19.04.2018-ci il tarixdən götürmüşdür.

25. İddiaçının kassasiya şikayətini də əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.

26. İddiaçı, Müdafiə nazirinin sonrakı əmri ilə əvvəlki əmrdə düzəliş edilsə də, faktiki olaraq 2016-cı ildə tərxis olunarkən onun “xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar” səbəb əlaqəsi ilə xəstəliyinə görə tərxis olunmamış, həmin anda DSMF-nin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edilən İ qrup əlillik dərəcəsi hələ mövcud olmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 575 nömrəli 27.02.2017-ci il tarixli Xəstəlik haqqında Şəhadətnaməsinə əsasən müəyyən olunur ki, sonradan, iddiaçının aldığı travma “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi, şəhadələndirilmiş, yalnız bundan sonra ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 19.04.2018-ci il tarixində hərbi xidmət vəzifəsini yerinə yetirməklə əla qədar, səbəb əlaqəsi ilə İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Belə olan halda, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsində nəzərdə tutulan xidməti vəzifələri yerinə yetirərkən İ dərəcə əlil olmuş şəxs kimi, onun aldığı müvafiq təminat xərcliyinin - 100 faizi miqdarında əmək pensiyasına əlavələr almaq hüququ da, məhz, 19.04.2018-ci il tarixindən yaranmış olur.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda barəsində şikayət verilən qərarının ləğv olunması üçün əsas hesab ed ilə bilməz.

28. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Tərəflərin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1841/2021 saylı iş üzrə 02 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar