Məhkəmə qərarları › İş №2-1(102)-644/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-644/2025

24.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-644/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üz rə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 22 oktyabr tarixli, 21(103)-3532/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar ilə iddiaçının nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzərət edilməsi məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti təyin edilmişdir. 2.11.xx.xx.2022-ci il tarixli DVX seriyalı 000325 nömrəli “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanuna müəyyən olunmuş tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” aktın n əticə hissəsindən görünür ki, iddiaçı “Nağdsız hesablaşmalar” haqqında Azərbaycan Respublikası Qanunun 3.4.12-ci maddəsinin tələbləri pozaraq 1.453.296 manat məbləğində əməliyyatların qanunun tələblərinə əməl olunmadan həyata keçirmişdir.

3. Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8452 nömrəli qərardan görünür ki, İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmalarının həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 145329 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur.

4. Tələbnamənin surətindən görünür ki, İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixə kimi 145329 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb olunmuşdur.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 mart 2023-cü il tarixli **********671000 nömrəli qərarı ilə İddiaçı MMC-nin inzibati şikayətləri təmin edilməmiş; xx.xx.2022-ci il tarixli DVX seriyalı 000325 nömrəli “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanuna müəyyən olunmuş tələblərə əmək edilməsinə riayət olunması vəziyyəti haqqında” akt əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8452 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasi ya Şurasının 15 dekabr 2023-cü il tarixli 94 nömrəli qərarı ilə İddiaçı MMC-nin inzibati şikayətləri təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8452 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 13 mart 2023-cü il tarixli **********671000 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdə ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış və fəaliyyət növü "xxxx" olaraq müəyyən edilmişdir. İddiaçı MMC dövlət qeydiyyatına alındığı tarixdən bu günə kimi həmin fəaliyyət növü üzrə fəaliyyətini davam etdirərək qanunvericliyini tələblərinə uyğun mühasibat uçotunu təşkil etmiş, o cümlədən müvafiq vergi və digər məcburi tutmaları vaxtında tam icra etmişdir. Cavabdeh inzibati orqan-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra – Baş İdarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2049 nömrəli qərarı əsasında iddiaç ı MMC-nin özəl tibb fəaliyyəti göstərdiyi ünvan 1 ünvanda yerləşən “DünyaGöz” klinikasında xx.xx.2023-cü il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir.

9. Həmin operativ vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli DVX seriyalı 000325 nömrəli akt üzrə qeyd edilmişdir ki, iddiaçı MMC zamanı 500 (beş yüz) manatdan yuxarı (bir əməliyyat çərçivəsində) 1.453.296,0 manat vəsaitlərin kassaya nağd mədaxil edildiyi, Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinin və “X1” Qanunun tələblərinin pozulduğu faktı aşkar edilmişdir və iddiaçıya cavabdeh inzibati orqanın “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2022-ci il tarixli **********98452 saylı qərarına əsasən, iddiaçı Azərbaycan Respublikası V ergilər Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 145329,6 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, habelə **********8453 saylı Tələbnamə verilmişdir.

10. Bu qərardan narazı qalan iddiaçı tərəfindən inzibati qaydada yuxarı orqana verilən xx.xx.2023 və xx.xx.2023-cü il tarixli şikayətlər ARİN yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi” haqqında xx.xx.2023-cü il tarixli **********6671000 saylı qərarı ilə təmin edilməmiş və cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********98452 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Davamında iddiaçının həmin qərarlardan verdiyi inzibati şikayət Azərbaycan Respublikası İqtisadiyy at Nazirliyinin Apellyasiya Şurasında baxılmış, sonuncunun xx.xx.2023-cü il tarixli 94 saylı qərarı ilə inzibati şikayət təmin edilməmiş və sadalanan qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərar iddiaçıya poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə çatdırılmış, bu iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində təqdim olunur. Cavabdeh inzibati orqan tərəfindən qeyd olunan qərarların çıxarılmasında əsas kimi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.7-1 və 58.7-1.10 maddələri, “X1” Azərbaycan Respublikası qanunun 3.4.12-ci maddələri götürülmüşdür. İddiaçı qeyd etmişdir ki, cəmiyyət tərəfindən məbləğindən asılı olmayaraq, həmin dövrdə bütün ödənişlər üzrə xəstə və xəstə yaxınlarının birbaşa nağdsız hesablaşmalar aparması məqsədilə əsas əməkdaşlıq edilən ba nklara müraciət edilmiş, birincidə bankda belə terminalın mövcud olmadığı, digər halda isə dövriyyənin azlığı ilə əlaqədar iki bank imtina etmiş, sonunda "xxxx" ASC-nin İçərişəhər filialı ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanılmışdır. Davamında həmin müqavilə əsasında bank tərəfindən həmin vaxt ödənişlərin vətəndaşlar tərəfindən nağdsız aparılmasına imkan verən X2 Mabas SDS 1200 markalı ödəmə/mədaxil terminalı quraşdırılmışdır. Təəssüf ki, həmin terminal vasitəsilə ödənişlər edilərkən texniki problemlər yaranmış, mobil şəbəkə internet bağlantısında tez-tez kəsilmələr baş verdiyindən vətəndaşların (xəstə və xəstə yaxınlarının) haqlı narazılığına səbəb olmuş və buna görə də həmin terminal dəyişdirilmək məqsədilə götürülmüşdür. Hətta operativ yoxlamadan sonra-xx.xx.2022-ci il tarixdə " xxxx" ASC tərəfindən təkrar qoyulan terminalda da analoji problemlər davam etmiş, hər dəfə də bu barədə tərəfimizdən banka bildirilməklə və aidiyyəti mobil operatorun nümayəndələrinin müdaxiləsi nəticəsində xətanın aradan qaldırılması ilə vətəndaşlar (xəstə və xəstə yaxınları) ödənişləri həyata keçirməkdədir. Göründüyü kimi, iddiaçı qanunun tələblərinə vaxtında və lazımi qaydada riayət olunması üçün üzərinə düşən bütün hərəkətləri yerinə yetirmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı fəaliyyətə başladığı dövrdən (operativ yoxlamaların aparıldığı dövr daxil olmaqla) bu günə kimi fəaliyyətində düzgün mühasibatlıq uçotunu və maliyyə şəffaflığını tam təmin etmişdir. Cavabdehin etirazı:

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmi şdir. Etirazda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2014-cü il tarixdə fəaliyyət növünün "xxxx" olması və Əlavə dəyər vergisinin ödəyicisi olaraq uçota alındığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli **********2049 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən iddiaçının fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən obyektində (Xəstəxana sub icarə **********-17001) Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutularaq nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti keçirmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı nağdsız hesablaşmaların həyata keçiri lməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi yoxlanılarkən iddiaçı tərəfindən 500 (beş yüz) manatdan yuxarı nəzarət-kassa aparatı çekləri üzrə 2 109 796 manat vəsaitin nəzarətkassa aparatına nağd mədaxil edildiyi, Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinin və “X1” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulduğu faktı aşkar edilərək 29.11,2022-ci il tarixli DVX seriyalı 000325 nömrəli akt tərtib edilmişdir. İddiaçı MMC-nin rəhbəri Hazıroğlu Mahmut aktın doğruluğunu imzasıyla təsdiq etmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı M.Hazıroğlu həmçinin izahat verərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 500 manatdan yuxarı məbləğlərin müştərilərdən nağd şəkildə qəbul edildiyini və həmin məbləğlər nəzarət kassa aparatının fisk al yaddaşına mədaxil edildiyini bildirmişdir. 12. “X1” Azərbaycan Respublikasının Qanununun 3.4.12-ci maddəsinə əsasən tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə bilər. Lakin iş üzrə materiallardan göründüyü kimi, iddiaçı tərəfindən qanunun tələbləri pozulmuşdur. Eyni zamanda göstərilən məsələ ilə əlaqədar Cəmiyyətin inzibati şikayət ərizəsində və Cəmiyyətin nümayəndəsinin verdiyi izahatlarda qeyd olunan pozuntu faktının müxtəlif səbəblərlə əlaqələndirilməsinə baxmayaraq, bunu təsdiq edən heç bir əsaslı sübut nə operativ vergi nəzarəti zamanı, nə də inzibati araşdırma aparılan zaman təqdim edilməmişdir. Əksinə vergi ödəyicisi izahatda qanunvericiliyin tələblərinin pozulmasını etiraf etmişdir. İddiaçı MMC tərəfindən həyata keçirilmiş əməliyyat üzrə hər bir əməliyyat üçün qanunun icazə verdiyi 500 manat nəzərə alınmaqla 500x1313=656 500 manat təşkil etmiş və bunun nəticəsində 656 500 manat məbləğ 2.109.796 manatdan çıxılmaqla yerdə qalan qanunvericiliyin tələbləri pozulmaqla icra edilmiş 1 453 296 manat məbləğə görə Cəmiyyətə 10% miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir.

13. İddia ərizəsində qeyd olunmuşdur ki, iddiaçının nümayəndəsi Mahmut Hazıroğlu müəyyən müddətdən bəri Azərbaycan Respublikasında yaşasa da, Azərbaycan Respublikasının dövlət dilini bilməsi ağlabatan deyil. Həmçinin operativ vergi nəzarəti tədbiri zamanı sənədlər dövlətin adından tərtib e dildiyi üçün həmin sənədləri imza etməkdən imtina edilməsinin hörmətsizlik kimi qəbul edilməsindən ehtiyat edərək həmin sənədləri imza etdiklərini, vergi işçilərinin yoxlama zamanı bütün nüansların nəzərə alınacağını qeyd edərək aktın imzalanmalı olduğunu, aktı imza etdikdən sonra şikayət etmək hüquqlarının olduğunu bildirdiklərini, lakin tərtib edilmiş aktı imza etməmək hüququnun olduğunu başa salmadıqlarını qeyd etmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi hallarla bağlı hər hansı təsdiqedici sübutları təqdim etməmişdir. Həmçinin iddiaçının nümayəndəsi sıradan bir şəxs deyil, sahibkarlıq subyektidir və o, sahibkarlıq fəaliyyətini müqavilələr (o cümlədən, əmək müqavilələri) və digər əqdlər bağlamaqla, uçot-hesabat sənədləri (o cümlədən, vergi hesabatları) tərtib etməklə həyata keçirir. Yəni, iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi sənədləri tam anlamadan qol çəkməsi əsassızdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 31 may tarixli, 2-1(112)-6202/2024 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 dekabr 2022-ci il tarixli **********8452 saylı qərarın ləğv edilməsi qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haq qında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən “X1” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 500 manatdan yuxarı məbləğləri nağd şəkildə qəbul etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər 500 manatdan yuxarı məbləğləri nağd şəkildə qəbul etsələr, bu zaman onlar “X1” Azərbaycan Respublikası Qanunun tələblərinə pozmuş olarlar və nəticədə onlar maliyyə sanksiyasına cəlb olunurlar. Lakin hazırki mübahisə üzrə vəziyyət bir qədər fərqlidir. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli müraciətinə əsasən Ziraat Bank Azərbaycan ASC tərəfindən Ba kı şəhəri, Bayıl qəsəbəsi, Mikayıl Hüseynov prospekti 39 ünvanında yerləşən xəstəxanasına X2 mədaxil terminalı 20 iyun 2022-ci il tarixində quraşdırılması üçün daşınmışdır. Lakin xəstəxanın yerləşdiyi ərazidə zəif mobil internet şəbəkəsi səbəbindən avadanlığın tam xidmətə yararlı vəziyyətə gətirilməsi sorunlarla müşayət olunmuş, quraşdırma prosesi 30 iyul 2022-ci il tarixində yekunlaşdırılmış və X4 Azərbaycan MMC arasında müvafiq müqavilə imzalanmışdır. Daha sonra xəstəxanada olan şəbəkə zəifliyindən qaynaqlanan və avadanlığa nağd mədaxil imkanlarının davamlığının hələ də təmin edilə bilməməsi səbəbindən həmin terminal 08 sentyabr 2022- ci il tarixində xəstəxanadan geri götürülmüşdür. 02 dekabr 2022-ci il tarixində xəstəxanaya yeni X3 SDS ES 3001 (Renome) model mədaxil terminalı quraşdırıl mış və məqbul istismar edilməyə başlamışdır.

16. Göründüyü kimi İddiaçı MMC ilə Ziraat Bank Azərbaycan ASC ilə aralarında yaranan hüquq münasibətləri 2022-ci ilin ilk aylarında yaransa da, İddiaçı MMC tərəfindən nağdsız hesablaşmaların aparılması üçün quraşdırılmış mədaxil terminalının istifadəsində müəyyən nasazlıqlar yaranmış, bu texniki nasazlıqların aradan qaldırılması ilə bağlı bank tərəfindən müvafiq tədbirlər görülmüş, nasazlığın kökündə dayanan halın bilavasitə xəstəxanın yerləşdiyi ərazidə internet şəbəkəsinin zəif olması dayanmışdır. Başqa sözlə desək, iddiaçı tərəfindən aparılan əməliyyatlar zamanı, yəni iddiaçının tibb müəssisəsi olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 500 manatdan yuxarı məbləğlərinin nağd şəkildə qəbul etməsi bilavasitə onun öz iradə ifa dəsindən, yəni onun təqsiri ilə bağlı olmamışdır.

17. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 22 oktyabr tarixli, 2-1(103)-3532/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş,. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 31 may tarixli, 2-1(112)-6202/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh qeyd olunan qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş e tmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayəti iddiaya etiraz və apelyasiya şikayəti eyni məzmunlu tərtib edilmiş, oxşar dəlillər təkrarlanmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilərək kassasiya şikayətinin əsassız olduğu, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etiraz iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehti yatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.2.Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yet irmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyini n pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 58.7-1. “X1” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə

24. X1 Qanun: Maddə

3. Nağds ız qaydada həyata keçirilən hesablaşmalar 3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.12. tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsi ndə (bir nəzarət-kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan ödənişlər

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasə n, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.

31. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixli **********2049 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən iddiaçının fəaliy yət göstərdiyi ünvan 1 ünvanda yerləşən obyektində nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti keçirmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi yoxlanılarkən iddiaçı tərəfindən 500 (beş yüz) manatdan yuxarı nəzarət-kassa aparatı çekləri üzrə 2 109 796 manat vəsaitin nəzarət-kassa aparatına nağd mədaxil edildiyi, Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinin və “X1” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması əsası ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə c əlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8452 nömrəli qərarla İddiaçı MMC 145.329 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur.

32. Aşağı instansiya məhkəmələri "xxxx" tərəfindən iddiaçıya ünvanlanmış məktubu əsas götürərək hesab etmişlər ki, nağdsız qaydada həyata keçirilməli olan ödənişlərin nağd qaydada həyata keçirilməsi vergi ödəyicisi təqsiri nəticəsində meydana gəlməmiş, onun iradə ifadəsindən asılı olmadan məhz mədaxil terminalında texniki nasazlıq ilə bağlı olmuşdur ki, bu nasazlığın aradan qaldırılması istiqamətində də həmin dövrdə müvafiq tədbirlər görülmüşdür. Yəni, faktiki olaraq iddiaçı yaranan bu hal üzrə təqsirli olmamışdır.

33. Kollegiya qeyd edir ki, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən 500 manatdan yu xarı məbləğlərin nağd şəkildə qəbul edilməsi “X1” Azərbaycan Respublikası Qanunun tələblərinə pozulması hesab olunur. Hazırkı işin mübahisələndirilməyən hallarına görə iddiaçı qanunun qeyd olunan tələbini pozmuşdur.

34. İşin xüsusatlarını nəzərə alan Kollegiya hesab edir ki, internet şəbəkəsinin olmaması və ya terminalda texniki nasazlıqlar kimi halların baş verməsi nəticəsində 1 ildən artıq müddətdir davam edən bu halın iddiaçının iradəsindən asılı olmayan hal kimi dəyərləndirilməsi əsassızdır.

35. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinə əsasən qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir.

36. Kollegiya onu da qeyd edir ki, aşağı instansiya məhkəmələ ri tərəfindən ümumiyyətlə mübahisələndirilən inzibati aktda qeyd olunan maliyyə sanksiyası məbləğinin dorğu hesablanıb-hesablanmaması ilə bağlı hər hansı araşdırma aparılmamış, qərarda buna qiymət verilməmişdir.

37. İş materiallarında olan “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddəti əhatə etmişdir.

38. Vergi qanunvericiliyinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərin də) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir.

39. Vergi Məcəlləsinin 2024-cü il 01 yanvar tarixədək qüvvədə olan normalarına əsasən, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.

40. Odur ki, təkrar apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin bu qərarının 36, 37, 38 və 39-cu bəndlərində qeyd olunan, habelə bu qəbildən olan işlərdə operativ vergi nəzarəti, yoxlanılmalı olan müddət və s. ilə bağlı kassasiya instansiya məhkəməsinin formalaşmış mövqeyi nəzərə alınmaqla araşdırma aparılmalı və araşdırmanın nəticəsində qanunamüvafiq qaydada qərar qəbul edilməlidir.

41. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1,12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin norm aların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

42. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət təmin edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 22 oktyabr tarixli, 21(103)-3532/2024 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar