Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-651/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2567/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1946-cı il təvəllüdlü iddiaçıya 2008-ci ildən ümumi əsaslara yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı əmək kitabçasına əsasən, xx.xx.1971-ci il tarixdən müxtəlif müəssisələrdə əmək fəaliyyətində olmuş, o cümlədən Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində xx.xx.1975-ci il tarixdə rejissor köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixdə İİ dərəcəli rejissor assistenti vəzifəsinə, xx.xx.1976-cı il tarixdə İ dərəcəli rejissor assistenti vəzifəsinə, xx.xx.1989-cu il tarixdə İİİ dərəcəli rejissor və zifəsinə, xx.xx.1992-ci il tarixdə televiziyanın “Üfüq” yaradıcılıq birliyinə İİ dərəcəli rejissor vəzifəsinə keçirilmiş və xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə "xxxx" QSC-də “Uşaq, Gənclər və İdman” redaksiyasının “Uşaq” şöbəsinə İ dərəcəli rejissor vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə televiziyanın “Uşaq verilişləri” baş redaksiyasına İ dərəcəli rejissor keçirilmiş və xx.xx.2008-ci il tarixdən işdən azad edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, 1975-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayınadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işlədiyi dövr nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının müraciətinin təmin o lunmasından imtina edərək bildirmişdir ki, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından, onun müraciətinin təmin olunması mümkün deyildir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ittifaq-respublika orqanı olması, Əsasnamənin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusda olması qənaətinə gəlməyə əsas verir. Bu səbəbdən də müraciətdə qeyd edilən vəzifələrin uyğunlaşdırılmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 77 nömrəli qərarına dəyişiklik edilməsi yolu ilə həlli məqsədə uyğun hesab edilir.
6. Azərbaycan Respublikası X3 xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1971-ci il tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti nin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən, Komitə respublika televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan teleradio mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X7 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən əlavəyə əsasən, X2 (Planmaliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, Ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsas tikinti şöbəsi, İkinci şöbə) Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilat Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən yuxarıda adıçəkilən digər qurumların Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funks iyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, operator, diktor, filmoteka müdiri və s. vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz olunmur.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1971-ci il tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsi və həmin Əsasnaməyə xx.xx.1971-ci il tarixli, 2 saylı əlavəyə görə, Azərbaycan Televiziya və X8 yanında təsərrüfat hesablı müəssisə kimi yaradılmışdır. “Dövlət qulluğu haqqında” Qanunun 2.5-ci maddəsinə əsasən, bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu səbəbdən də keçmiş Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin yanında fəaliyyət göstərən Azərbaycan Televiziya və Radio Mərkəzinin işçilərinin vəzifələrinin mövcud dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması məqsədəmüvafiq hesab olunmamışdır.
8. Azərbaycan Respublikası X3 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardım çı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2- ci bəndlərinə əsasən aparılmışdır. 1975-1991-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və ya Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor assistenti və rejissor vəzifələrində iş müddəti ilə bağlı bildirilir ki, həmin illərdə adıçəkilən orqanın strukturunu müəyyən edən sənədlər Mərkəzdə mövcud olmadığından məsələyə dair rəy vermək mümkün olmamışdır. Bununla belə, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1985-ci il tarixli, 211 nömrəli qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1971-ci il tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən, Komitə respublikada televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan teleradio mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X7 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən Əlavəyə əsasən X2 (Pla nmaliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar və xüsusi işlər şöbəsi Maddi-texniki təminat şöbəsi, Ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsaslı tikinti şöbəsi, İkinci şöbə), Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilatlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən Siyahının 1.16-cı bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət ida rəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında və 1.15-ci bəndində Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, həmin bəndlərdə rejissor köməkçisi, rejissor assistenti və rejissor vəzifələri nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1975-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayınadək televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİ, İ dərəcəli) v ə rejissor (İİİ, İİ dərəcəli) vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunması xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1975-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayınadək işlədiyi rejissor köməkçisi, rejissor assistenti və rejissor vəzifələri dövlət qulluğuna aiddir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
11. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlət Televiziya və Radio Yayımları Komitəsində işlədiyi vəzifənin dövlət q ulluğu hesab olunmasını və onun dövlət qulluqçusu kimi pensiya təminatının həyata keçirilməsini iddia edir. İddiaçının Dövlət Televiziya və Radio Yayımları Komitəsində işlədiyi dövrün bir hissəsi xx.xx.1991-ci il tarixdən əvvəlki dövrlərə aiddir və bu qəbildən olan vəzifələrin uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövl ət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” ilə müəyyən edilir. Lakin iddiaçının işlədiyi vəzifə və işlədiyi qurumda nəzərdə tutulan digər vəzifələr müvafiq Siyahıda nəzərdə tutulmamışdır. İddiaçının hüquqi marağının əsasını təşkil edən vəzifənin Siyahıya salınması yalnız Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən əlavə edilmə yolu ilə həll edilə bilər. Hazırkı iş üzrə mübahisə predmetini təşkil edən vəzifə ümumiyyətlə Siyahıda mövcud olmadığından, X6 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahıya daxil edilməyən vəzifə ilə bağlı hər hansı uyğunluq barədə rəyin verilməsi qanunvericiliklə mümkün hesab oluna bilməz və heç bir hüquqi qüvvəyə malik deyildir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
12. Bakı İnzibati Məhkəməs inin (hakim: Orxan Həsənov) 01 mart 2024-cü il tarixli, 2-1(112)-5209/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1975-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayınadək televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİ, İ dərəcəli) və rejissor (İİİ, İİ dərəcəli) vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 2008-ci ildə yarandığından, onun dövlət qulluqçusu kimi pensiya almaq hüququnun yaranması üçün dövlət qulluğu stajının 5 il olması zəruridir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanun un (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. Cavabdehin qənaətinə görə iddiaçının işlədiyi rejissor köməkçisi, rejissor assistenti və rejissor vəzifələri İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda nəzərdə tutulmadığından, habelə aidiyyəti qurumlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, X6) tərəfindən verilən müsbət rəylər sözügedən vəzifələrin uyğunlaşdırılmasına əsas vermədiyindən, bu uyğunlaşdırılmanın aparılması səlahiyyəti məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinə aid olduğundan, iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğu stajına daxil edilməsi mümkün deyil. Doğrudur ki, iddiaçının işlədiyi adıçəkilən vəzifələr həqiqətən də Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli Fərmanı və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 77 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahılarda öz əksini tapmamışdır. Lakin həmin vəzifələrin siyahıda olmaması mübahisənin həllini istisna etmir.
14. İlk növbədə ona görə ki, iddiaçı digər şəxslər ilə birgə cavabdeh kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı tələb irəli sürərək ayrı-ayrı vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələ rinə uyğunlaşdırılması və dövlət qulluqçusu kimi pensiyalarının yenidən hesablanması barədə iddia ərizəsi ilə müraciət etmiş, inzibati məhkəmə icraatı çərçivəsində həmin mübahisə üzrə iddia mümkünlük şərtlərinin ödənilməməsi əsası ilə mümkün sayılmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-1213/2023 nömrəli qərarında həmin tələbin hansı qaydada baxılmasına aydınlıq gətirmiş, vətəndaşların hüquqi maraqlarının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğunu nəzərə alaraq həmin şəxslərin pensiya təyinatı barədə müraciət etməli olduğunu, mübahisənin həllinin isə onların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı müvafiq aidiyyəti dövlət orqanlarından həmin dövrün dövlət qu lluğu sayılması barədə rəylər alındıqda həllini tapacağını bildirmişdir. Məhkəmə, Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəbul etdiyi qərarın qəti olduğunu, qərarda şərh edilən göstərişlərin məcburiliyini, ayrı-ayrı vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması öhdəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə qoyulmasının hakimiyyətlərin bölünməsi prinsipinə və qanunvericiliyə uyğun olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin istinad etdiyi hallar (aidiyyəti qurumlar tərəfindən verilən müsbət rəylərin sözügedən vəzifələrin uyğunlaşdırılmasına əsas verməməsi və s.) hazırkı iddianın təminini istisna etmir. Xülasə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarı nda X3 fəaliyyət sferasını göstərərək vəzifənin dövlət qulluğuna aid olub-olmamasının müəyyən edilməsi zamanı həmin publik hüquqi şəxsin rəyinin zəruriliyini diqqətə çatdırmışdır.
15. Hazırkı iş üzrə Azərbaycan Respublikası X3 rəyi müsbət olmuşdur. Məlum olduğu kimi, X6 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının Döv lət X1). Bu səbəbdən X3 rəyi hər hansı şübhə doğurmur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, təkcə Azərbaycan Respublikası X6 deyil, həmçinin aidiyyəti digər qurumlar da (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istisna olmaqla) Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda kiçik redaktor, redaktor, böyük redaktor, operator, rejissor, diktor, filmoteka müdiri və s. vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasında müsbət mövqedən çıxış etmişdirlər.
16. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, qanunvericilikdə müvafiq uyğunlaşdırımanın aparılmaması, Ali Məhkəmənin yuxarıda adıçəkilən qərarındakı hüquqi mövqeyi əsas götür ülməklə dövlət orqanında inzibati vəzifə tutan şəxsin dövlət qulluqçusu sayılmaması kimi anlaşılmaz nəticəyə gəlinməsinə səbəb olmamalıdır. Əks yanaşma, qulluq keçilən orqanın dövlət orqanı, qulluğun isə dövlət qulluğu olmaması kimi məntiqə uyğun olmayan halın baş verməsinə əsas olacaqdır ki, məhkəmə həmin halları da nəzərə almaqla hesab edir ki, iddiaçının qulluq stajı məhz dövlət qulluğu stajıdır. Odur ki, Ali Məhkəmənin qərarında da qeyd edildiyi kimi, aidiyyəti qurumların, eləcə də X3 rəyi nəzərə alınmaqla məsələyə qiymət verilməsi mümkündür. Məhkəmə də həmin məsələyə qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1975-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayınadək televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİ, İ dərəcəli) və rejissor (İİİ, İİ dərəcəli) vəzifələrində işlədiyi müddət dövlət qulluğu kimi qəbul edilməlidir. Həmin illəri cəmlədikdə isə iddiaçının dövlət qulluğu stajının 5 ildən çox təşkil etdiyi müəyyən olunur ki, bu da, onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almaq hüququnun yarandığına dəlalət edir. Son olaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası X3 məhkəmə icraatı zamanı təqdim etmiş olduğu sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 199 1-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.16-cı bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında olan vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır.
17. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Səadət Səlimova /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Kamran Əkbərov) 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2567/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qa rşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmus udur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7 (xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyada). 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci i l oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 20.11 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbl əğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qul luğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensi yaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2 (xx.xx.2018-ci il tarixli ). Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.
25. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifə lərin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli, 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qayda da əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
31. Şi kayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1975-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayınadək televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİ, İ dərəcəli) və rejissor (İİİ, İİ dərəcəli) vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya dövlət qulluqçusu kimi yaş görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin iddiaçıya münasibətdə ödənilməsi ilə bağlı məsələ apellyasiya instansi yası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən h əcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
37. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həll i üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
38. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respubl ikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
39. Yuxarıda istinad edilən normalar baxımından iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun dövlət qulluğu vəzifəsində ən azı 5 il qulluq stajı olmalıdır.
40. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərti iddiaçıya münasibətdə mövcuddur.
41. Cavabdeh iddiaçının 1975-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayınadək Azərbaycan SSR D övlət Televiziya və Radio Verilişləri Komitəsində işlədiyi vəzifələrin (rejissor köməkçisi, rejissor assistenti (İİ, İ dərəcəli) və rejissor (İİİ, İİ dərəcəli)) Uyğunlaşdırma Siyahısında nəzərdə tutulmadığına görə dövlət qulluğu vəzifəsi hesab edilmədiyinə istinadən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi həmin vəzifələrin Uyğunlaşdırma Siyahısında birbaşa öz əksini tapmaması iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi üçün yetərli əsas sayıla bilməz. Belə ki, iddiaçının işlədiyi həmin vəzifələrin Uyğunlaşdırma Siyahısına salınması və dövlət qulluqçusu vəzifəsi hesab edilməsi ilə bağlı müvafiq qurumların, o cümlədən bu sahə üzrə ixtisaslı qurum olan Azərbaycan Respubli kası X3 müsbət rəyləri iş üzrə materiallara əlavə edilmişdir.
43. Bundan əlavə, iddiaçı ilə birlikdə beş nəfərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “işlədikləri vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1213/2023 nömrəli qərarında qeyd edilmişdir ki, “İddiaçıların işlədikləri vəzifələrin dövlət qulluğu vəzifəsi olması ilə bağlı pensiya təyinatı barədə müraciətlərinə baxılarkən müvafiq aidiyyəti dövlət orqanlarından onların işlədikləri dövrün dövlət qulluğu sayılması barədə rəylər alınmaqla mübahisə həllini tapa bilər.... Məhkəmə təcrübəsində əvvəllər dövlət qulluğunda işləmələri ilə əlaqədar pensiya təyin edilməsinə dair iddia tələbləri üzrə bir sıra i şlərdə ayrı-ayrı vəzifələrin müxtəlif dövrlərdə dövlət qulluğu hesab edilib-edilməməsi barədə X4 sorğu edilərək Mərkəzin rəyi alındıqdan sonra mübahisə məhkəmə icraatı qaydasında yekun həllini tapmışdır”.
44. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Ali Məhkəmənin bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, dövlət qulluqçularının dairəsi İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu və müvafiq Siyahılar ilə məhdudlaşdırıla bilməz. Belə ki, həmin qərarlarda olan yanaşmaya əsasən, Uyğunlaşdırma Siyahısında qeyd edilməyən bir sıra vəzifələr dövlət qulluğu vəzifəsi kimi nəzərə alınmışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(1819/2022, 2-1(102)3037/2024 nömrəli işlər üzrə qərarları).
45. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan SSR Nazirl ər Sovetinin xx.xx.1985-ci il tarixli, 211 nömrəli qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin adı dəyişdirilərək Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırıldıqdan sonra Komitənin strukturunu müəyyən edən sənədlərin müvafiq qurumlara, o cümlədən X4 təqdim olunmamasında iddiaçının təqsiri olmadığından, Komitənin hər iki halda ittifaq-respublika orqanı olması mübahisəsiz olduğundan, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əsasnaməsinin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusda olmasına dəlalət edir. Komitənin strukturuna da xil olan Azərbaycan televiziyası (AzTv) Komitənin vahid sistemini təşkil etmiş, televiziyanın işçiləri bilavasitə Komitənin funksiyalarının icrasını və mərkəzi aparatın səmərəli fəaliyyətini təmin etmiş, eyni zamanda Əsasnamə ilə həvalə edilmiş funksiyaları həyata keçirmişdir. İddiaçının vəzifəsi üzrə icra etdiyi əmək fəaliyyətinin Azərbaycan SSR Nazirlər Soveti Televiziya və X5 Komitəsinin strukturuna daxil olan Azərbaycan televiziyasının işinin həyata keçirilməsi ilə əlaqədar təminedici funksiyaların icrasından ibarət olduğu təsdiq olunur. Odur ki, sözügedən vəzifələrdə işləmiş iddiaçı televiziya proqramlarının yaradılmasında birbaşa iştirak edən redaksiya işçisi hesab olunduğundan, həmin vəzifələr də Komitənin vahid sistemini təşkil edən və Komitənin funksiyalarının bilavasitə icrasını təmin edən vəzifələr qrupuna aid olduğundan, həmin vəzifələrdə iş dövrü dövlət qulluğu stajı kimi nəzərə alınmalıdır.
46. Belə olan halda, iddiaçının hazırkı məzmunda tələbinin təmin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
47. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən veril miş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2567/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.