Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-652/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaçqın statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18.03.2025 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı "qaçqın statusunun verilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3524/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə y azılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Pakistan İslam Respublikasının vətəndaşı olan iddiaçı cavabdehə müraciət edərək ona qaçqın statusunun verilməsini xahiş etmiş, cavabdehin İQ-01/1 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə vəsatət rədd edilmişdir.
2. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, şəxsin vəsatətində və müsahibəsində ziddiyyətlər mövcuddur. Belə ki: a) Ameer İmran qatillər tərəfindən hədələndiyini və bu barədə polisə məlumat verməməsi barədə xəbərdarlıq olunduğunu bildirsə də, Ameer baş verənlərlə bağlı polisə məlumat verməməsinə baxmayaraq yenə də həmin şəxslər tərəfindən təqibə məruz qaldığını göstərmişdir; b) Ameer İmran qatilləri tanıdığını bildirsə də, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməmiş, qatillərin tapılması istiqamə tində köməklik göstərməmişdir. Dövlət tərəfindən hər hansı təqibə məruz qalmamışdır. Göründüyü kimi İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 11 yanvar 2023- cü il tarixli İQ-01/1 nömrəli “Qaçqın statusu verilməsindən imtina ed ilməsi haqqında” qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının Lahor şəhərində dünyaya gəlmiş və dini etiqadıma görə müsəlmandır. Orta məktəbi bitirdikdən sonra Lahor şəhərində 1992-1996-cı illərdə maliyyə üzrə magistr təhsili almış, daha sonra 1996-2006-cı illərdə aşpaz kimi çalışmış, 2010-2022-ci iliərdə Pakistanın Pişavar şəhərində “Dry CeJJ” adlı Şirkətdə direktor vəzifəsində çalışmışdır. Hal-hazırda evlidir, Komai Waheeda adlı Pakistan İslam Respublikası vətəndaşı ilə ailə həyatı qurmuş və bu nikahdan 3 qız və 1 oğlan övladı dünyaya gəlmişdir. Pakistan vətəndaşıdır və 12 iyul 2022-ci il ta rixdə təqribən axşam saat 8 radələrində Pakistan İslam Respublikasının Pişavar şəhərində Shahid Hussain adlı dostu ilə birlikdə olarkən 3 nəfər naməlum şəxs odlu silahdan atəş açmaqla dostunu qətlə yetirmişlər. Bundan sonra isə qətldə şübhəli bilinən şəxslər tərəfindən təhdidlərə məruz qalmışdır. Belə ki, cinayət törətmiş şəxslər onlar barədə mühafizə orqanlarına məlumat verəcəyi təqdirdə onu da öldürəcəkləri barədə işlədiyi ofisin önünə təhdid məktubu qoymuşlar. Baş vermiş cinayət hədisəsi ilə əlaqədar məhkəmədə şahid qismində dindirilmişdir. Həyatı təhlükədə olduğu üçün Pakistan İslam Respublikasını tərk etmək məcburiyyətində qalmışdır və 7 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, hal-hazırda ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Lakin ailəsi hələ də Pakistandadır və onların da həyatı təhlükədədir. Qaçqın statusunun verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatətin araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətiəri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Qaçqın statusunun verilməsindən imtina edilməsi barədə” 11 yanvar 2023-cü il tarixli İQ-01/1 nömrəli qərar verilmişdir. Sözügedən qərardan tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisinə inzibati qaydada şikayət verilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 15 fevral 2023 cü il tarixli 22 nömrəli inzibati şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Qaçqın statusunun verilməsindən imtina edilməsi barədə” 11 yanvar 2023-cü il tarixli İQ01/1 nömrəli qərarın dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş hər iki qərar qanunsuzdur və buna görə ləğv edilərək ona qaçqın statusunun verilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Belə ki, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı bir neçə arqumentlərə əsaslanmışdır. Cavabdeh orqan hesab etmişdir ki, izahatları inandırıcı deyil və bir-birinə ziddir. Bundan başqa cinayət hadisəsindən sonra onun Pakistana yenidən qayıtmağı, hüquq mühafizə orqanlarına müraciət etməməyi, irqi əlamətinə, milliyyətinə, dini etiqadı na, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun müəyyən edilməməsi qənaətinə gələrək inzibati orqan qaçqın statusunun verilməsindən imtina etmişdir. İzahatlarını ingilis dilində vermiş, izahatları bir-birinə tam uyğun olmuşdur. Cinayət törətmiş şəxslər tərəfindən təhdidlərə məruz qaldığından sonra Pakistanı tərk etmiş, lakin təxirəsalınmaz işləri səbəbindən həyatı təhlükədə olmasına baxmayaraq çox qısa müddətə, yəni 2-3 günlük Pakistana qayıtmış və 7 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Cinayət törətmiş şəxslər onun onlar barədə mühafizə orqanlarına məlumat verəcəyi təqdirdə onu və ailə üzvlərini öldürəcəkləri ilə bağlı hədə-qorxuları səbəbindən mühafizə orqanlarına müraciət etməkdən ç əkinmişdir. Onun həyatı təhlükədədir və bu səbəbdən ona qaçqın statusu verilməlidir ki, Azərbaycan Respublikasında təhlükəsiz şəraitdə yaşaya bilsin. Qeyd olunanlara əsasən cavabdehin qəbul etdiyi qərarlar qanunsuz olmuş və bu səbəbdən ləğv edilməlidir.
5. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 27 may 2024-cü il tarixli 2-1(112)-937/2024 nömrəli qərarı ilə (hakim A.Almazova) iddia rədd edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə şəxsin vəsatətində və müsahibəsində ziddiyyətlər mövcuddur. Belə ki: a) Ameer İmran qatillər tərəfindən hədələndiyini və bu barədə polisə məlumat verməməsi barədə xəbərdarlıq olunduğunu bildirsə də, Ameer baş verənlərlə bağlı polisə məlumat verməməsinə baxmayaraq yenə də həmin şəxslər tərəfindən təqibə məruz qaldığını göstərmişdir; b) Ameer İmran qatilləri tanıdığını bildirsə də, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməmiş, qatillərin tapılması istiqamətində köməklik göstərməmişdir. Dövlət tərəfindən hər hansı təqibə məruz qalmamışdır. Göründüyü kimi İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951- ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunv ericiliyin tələblərinə uyğun olaraq qəbul edilmiş, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir.İddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatlıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat 9 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3524/2024 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, S.Səlimova və M.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhk əməsinin 27 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1, 9-cu maddələrinə, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”n 1, 3, 8, 13-cü bəndlərinə istinadla birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayətində qey d etmişdir ki, apellyasiya məhkəməsi şikayəti rədd etməklə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin qanunun 1-ci maddəsinə əsasən qaçqın statusu almaq üçün səbəblərdən biri də odur ki, əgər şəxs dini etiqadına görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. İddiaçı şiyəliyi qəbul etdiyi üçün təqiblərin qurbanı olmuş və bu səbəbdən həmin Qanunun 1-ci maddəsində qeyd olunduğu kimi, dini etiqadına görə təqibə məruz qalmış və öz vətəninə qayıda bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə
1. Qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaş adığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə
12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə
13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
15. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir Bənd 1.... “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Q açqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.... Bənd 7. “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd
8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən daya nma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.
16. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdır mağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olubolmadığını yoxlayır. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı b arədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2-1(102)-3182/2019 n ömrəli; 25 noyabr 2020-ci il tarixli, 2-1(102)2143/2020 nömrəli, 24 fevral 2021-ci il tarixli, 2-1(102)- 366/2021 nömrəli və 31 mart 2021-ci il tarixli, 2-1(102)-535/2021 nömrəli qərarları KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddi a ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ailə üzvləri ilə birlikdə qaçqın statusunun verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nə zərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarın qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aiddir. Bu baxımdan məhkəmə yalnız cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər.
26. Qaçqın statusunun verilməsi ilə bağlı işlərə baxarkən inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa m ənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı və real təqib qorxusunun mövcud olub-olmadığını müəyyən etməkdən, eləcə də bununla bağlı real riskləri qiymətləndirməkdən ibarətdir.
27. Hazırkı mübahisəyə münasibətdə iddiaçının öz ölkəsinə qayıtdığı təqdirdə təqiblərə məruz qalacağı və ya ən azından əsaslı və real təqib qorxusunun və ya bununla bağlı real risklərin mövcud olduğu işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından və iş üzrə materiallardan görünmür. Belə ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış və siyasi fəaliyyətlə məşğul olmamışdır. Onun irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqibə məruz qaldığına dair də hər hansı sübut iş üzrə materiallarda mövcud deyildir. Bundan başqa, iddiaçının Pakist an İslam Respublikasına qayıdacağı təqdirdə “Qaçqınların statusu haqqında” 1951-ci il tarixli Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması da iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.
28. Nəzərə almaq lazımdır ki, etnik-dini mənsubiyyətinə və şərti siyasi əqidəsinə görə təqib edilməsi riskinin mövcud olduğuna istinad edərkən, iddiaçı həmin riskin real və əsaslı olduğuna dəlalət edən obyektiv göstəriciləri və ya bunların ifadə olunduğu sənədləri inzibati orqana yaxud da məhkəməyə təqdim etməlidir. İddiaçının sadəcə olaraq təqibə məruz qalacağını və ya təqib riskinin mövcudluğunu iddia etməsi yuxarıda istinad olunan normalar baxımından qaçqın statusunun verilm əsi üçün yetərli sayıla bilməz. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Bu baxımdan istinad olunan normanın tətbiqi şərtlərinin hazırkı mübahisəyə münasibətdə mövcu d olduğu iş üzrə materiallarla təsdiq edilmir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası əvvəlki qərarlarında, o cümlədən 10 dekabr 2019-cu il tarixli, 2-1(102)-3182/2019 nömrəli; 25 noyabr 2020-ci il tarixli, 2-1(102)-2143/2020 nömrəli, 24 fevral 2021-ci il tarixli, 2-1(102)- 366/2021 nömrəli və 31 mart 2021-ci il tarixli, 2-1(102)-535/2021 nömrəli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir.
30. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, yuxarıda istinad olunan normalara əsasən və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab olunmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 21(103)-3524/2024 tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.