Məhkəmə qərarları › İş №2-1(102)-655/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-655/2020

03.06.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-655/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı “X11 Limited” Şirkətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə vergi orqanının hərəkətindən şikayət giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X17, X6 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “X11 Limited” Şirkətinin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin nümayəndəsi X8, vəkili X9 iştirakı ilə, İddiaçı “X11 Limited ” Şirkətinin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə (bundan sonra cavabdeh) qarşı “səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş 25 dekabr 2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2190/2019 saylı, 14 noyabr 2019cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikasında Zığ və X3 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və X25 haqqında” Sazişin: - 14.2 mad dəsinin (a) bəndinə əsasən hər podratçı tərəf öz karbohidrogen fəaliyyətin münasibətdə mənfəət vergisi üçün ayrıca məsuliyyət daşıyır. Azərbaycan Respublikasının daxili qanunvericiliyi ilə bu Saziş arasında hər hansı ziddiyyət yarandıqda, Sazişin müddəaları üstün tutulur. Hər podratçı tərəf özünün Azərbaycan Respublikasında karbohidrogen fəaliyyətinə aid olmayan təsərrüfat fəaliyyətinə görə Azərbaycan Respublikasında tətbiq edilən qanunlara və reqlamentlərə uyğun şəkildə mənfəət vergisi ödəmək üçün məsuliyyət daşıyır; - 14.2-ci maddəsinin (k) bəndinə əsasən təqvim ili ərzində Podratçı tərəfin vergi qoyulan mənfəətinin və ya vergi qoyulan zərərinin məbləğini müəyyən etmək məqsədləri baxımından çıxarılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Podratçı tərəfin çəkdiyi bütün məsrəflə r daxildir və bu məbləğlərə Əməliyyat Şirkətinin Azərbaycan Respublikasında və ya başqa yerlərdə çəkdiyi və 8.6 bəndinə əsasən Podratçı tərəfin hesabına yazılmış bütün çıxılmaları daxil edir (bir şərtlə ki, çıxılmalar bir dəfədən artıq hesablanmamalıdır) və o cümlədən, lakin, bunlarla məhdudlaşmayan aşağıdakı xərclər daxildir; - 14.2-ci maddəsinin (i) bəndinə əsasən podratçı tərəfin əməkdaşlarına və onların ailələrinə, mənzil, yemək, verilməsi, kommunal xidmətlər göstərilməsi, uşaqlarının təhsil almaları ilə bağlı bütün xərclərin, habelə yaşadıqları ölkədən gəlmələri və geriyə qayıtmaları üçün çəkilən yol xərclərinin ödənilməsi ilə birlikdə bütün əməkdaşlara verdiyi əmək haqlarının, maaşların tam məbləğləri və digər məbləğlər; - 14.4-cü maddəsinin (a) bəndinə əsasən xarici subpodratçılara bu bəndin müddəalarına uyğun olaraq vergi qoyulur; - 14.4-cü maddəsinin (i) bəndinə əsasən Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faizinə bərabər vergi qoyulan mənfəət əldə edirlər və belə mənfəətə iyirmi dörd (24) faiz həcmində vergi qoyulur ki, bu da ümumən həmin ödənişlərin altı (6) faizini təşkil edir. Belə ödəniş məbləğlərini verən hər hansı şəxs həmin ödənişlərdən altı (6) faiz həcmində vergi tutur və tutulan vergiləri ödənişlər edildiyi təqvim ayının sonundan başlayaraq otuz (30) gün müddətində Dövlət Büdcəsinə keçirir. Aşağıda göstərilən müddəalar istisna olmaqla, belə vergilər həmin Xaric i subpodratçının mənfəət vergisinin məsuliyyətini, öhdəliklərini tamamilə əhatə edir. Cavabdehin 29.10.2018-ci il tarixli səyyar vergi yoxlamasına dair aktından görünür ki, yoxlama 2015-2017-ci illəri əhatə etmiş və aşağıdakılar müəyyən edilmişdir. - cavabdeh vergi orqanı tərəfindən iddiaçıda aparılmış 2015-2017-ci illəri əhatə edən növbəti səyyar vergi yoxlamasının nəticələri üzrə qəbul olunmuş 25 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçının üzərinə xarici subpodratçı qismində çıxış edən “x12” şirkəti tərəfindən “X13” şirkətindən 5.916.366,46 ABŞ dolları məbləğində nasoslar (sair avadanlıqlar) icarəyə götürülərək, qeyd olunan Sazişə əsasən 25 faiz gəlir əldə olunması nəzərdə tutulduğu halda, həmin nasoslara (sair avadanlıqlara) “x12” şirkəti tərəfindən, 5.130.197,27 ABŞ dolları məblə ğində ticarət əlavəsi (marja) də tətbiq olunmaqla iddiaçıya təqdim edilmiş və iddiaçı da öz növbəsində ümumilikdə 11.046.563,74 (5.916.366,46+5.130.197,27) ABŞ dolları məbləğində pul vəsaiti təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”ndə xərc maddələrinə aid etmiş; - bundan əlavə 2017-ci il üzrə nasosların icarəsi üçün qabaqcadan edilən 565.000,00 USD məbləğində ödəniş də podratçı tərəfə ötürülən əməliyyat xərclərinin tərkibində nəzərə alınmışdır. Beləliklə də vergi orqanı tərəfindən yoxlanılan dövr üzrə podratçıya təqdim edilən xərclərin ümumilikdə, 3.723.075,12 (5.916.366,46+5.130.197,27+ 565.000,00) ABŞ dollar məbləğində azaldıldığı müəyyən edilmişdir. “Qeyd olunan nəticəyə gəldiyini vergi orqanı onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən 30 gün ərz ində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxan) dəyişdikdə qiymətlər bazar qiymətləri ilə yenidən hesablana bilər. Həmin Məcəllənin 14.6.5-ci maddəsinə əsasən alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır. “Azərbaycan Respublikasında Zığ və X3 blokun bərpası, işlənməsi və X25 haqqında” Sazişin 14.4-cü maddəsinin (a) (i) bəndinə əsasən Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən Xarici subpod ratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faiz həcminə bərabər vergi qoyulan mənfəət əldə edirlər. Sazişin qeyd olunan müddəaları nəzərə alınmaqla, Navante Şirkətinin 2015- 2017-ci illər üzrə Zığ və Hövsan Sazişi çərçivəsində Abşeron Əməliyyat Şirkətindən əldə etdiyi ümumi gəliri 7.888.488,62 ABŞ dolları təşkil etməli olduğu halda, 11.046.563,74 ABŞ dolları təşkil etmiş və 3.158.075,12 ABŞ dolları məbləğində (icarə-2.609.451,46 ABŞ dollar, təmir- 351.956,99 ABŞ dolları, servis-196.666,67 ABŞ dolları) qiymət fərqi yaranmışdır. İddiaçı şirkətin Azərbaycan Respublikasındakı filialı tərəfindən Navante Şirkətinə nasosların icarəsi ilə bağlı 2017-ci ilin 4-cü rübündə 2018-ci ilin yanvar və 2018-ci ilin fevral aylan üçün 565.000,00 USD məbləğində nasosların icarəsi üçün qabaqcadan ödəniş (avans) edilmiş və 2017-ci ilin əməliyyat xərclərinə aid edilmişdir. Sazişin 14.2-ci maddəsinin (k) (iv) bəndinə əsasən “Cari icarə ili üçün icarə müqavilələri üzrə bütün ödənişlər” karbohidrogen fəaliyyəti ilə əlaqədar xərclərə aiddir. Göründüyü kimi, Saziş cari il üçün icarə ödənişlərindən bəhs etdiyi nəzərə alınaraq 565.000,00 USD məbləğində nasosların icarəsi üçün qabaqcadan ödənişin 2017-ci il üzrə podrat tərəfə ötürülən əməliyyat xərclərinin tərkibindən çıxarılması qərara alınmışdır. Beləliklə də, ümumilikdə, yoxlama ilə yuxarıda qeyd edilən maddələrin tələbləri nəzərə alınmaqla Podratçı tərəfin (Abşeron İnvestment Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı) təqdim etdiyi “Xüsusi rejimli mənfə ət bəyannaməsi’’nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin ümumilikdə 3.723.075,12 ABŞ dollar məbləğində azaldılması aşkar olunmuşdur”. İddiaçı 22 yanvar 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Vergilər Nazirliyi tərəfindən aparılan səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş 25 dekabr 2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 3-cü bəndinin ləğv edilməsini, qərarın 3-cü bəndinin “digər qeydlər: yoxlama ilə podratçı tərəfin təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin ümumilikdə 3.723.075,12 ABŞ dolları məbləğində çox göstərildiyi müəyyən edilməsi və Po dratçı tərəfindən təqdim edilən “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclər ümumilikdə 3.723.075,12 ABŞ dolları məbləğində azaldılsın və bununla əlaqədar podratçı tərəfə məlumat verilsin”- hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı şirkət X5 ******* qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasında filial təsis etmiş məhdud məsuliyyətli şirkətdir. Azərbaycan Dövlət Neft Şirkəti, Rusneft, Abşeron İnvestment Limited Şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasında Zığ və X3 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və X25 haqqında” Sazişə uyğun olaraq operator qismində fəaliyyət göstərir və Azərbaycan Respublikasında filialı vasi təsilə təmsil olunur. Filial hasil edilən karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik olmayan, mənfəətsiz və itkisiz əməliyyat aparan təsərrüfat hesablı şirkətdir. Saziş sahəsində qazma işləri, hasilat, idarəetmə və digər məsrəflər ilə bağlı bütün birbaşa olan xərclər əməliyyat şirkəti tərəfindən çəkilir və hesabat ilinin sonunda çəkilmiş xərclər Sazişdə Podratçı tərəflərə ötürülür. Filialda 2015- 2017-ci illəri əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Cavabdeh tərəfindən filialın vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********172573 nömrəli, 25 dekabr 2018-ci il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən, Filial tərəfindən xarici subpodratçı qismində çıxış edən “x12” şirkətindən nasoslar, klapanlar, qaz separato ru, hidromühafisəli dalma elektrik mühərriki, idarəetmə stansiyası, dalma kabeli icarəyə götürülmüşdür. Yoxlama zamanı müəyyən edilmişdir ki, 2015-2017-ci illər üzrə nasoslar “x12” şirkəti tərəfindən ümumilikdə 5 916 366,46 ABŞ dolları məbləğində “X13” şirkətindən icarəyə (həmçinin servis və xidmət daxil) götürülmüş və həmin məbləğin üzərinə ümumilikdə 5.130.197,27 ABŞ dolları məbləğində ticarət əlavəsi tətbiq edilməklə Filiala təqdim edilmişdir. Qeyd olunan ticarət əlavəsi yoxlanılan dövr üzrə 35% - 226% arası dəyişmişdir. Cavabdeh Sazişin 14.4(a) (i) bəndi və Vergi Məcəlləsinin 14-cü maddəsini əsas götürərək “x12” şirkətinin avadanlıqların icarəsinə tətbiq etdiyi marja məbləğlərini 25% həddində nəzərə almış, 25%-dən artıq olan hissədə, yəni yoxlanılan dövr üzrə ümumilikdə 3.723.075,12 AB Ş dolları məbləğində fərqi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin tərkibindən çıxarmalı olduğu qənaətinə gəlmişdir. İddiaçı hesab edir ki, cavabdehin həmin qərarı əsassızdır. Belə ki, Sazişin 14.2 və 8.6-cı bəndlərinə əsasən əməliyyat şirkətinə karbohidrogen fəaliyyəti ilə bağlı çəkdiyi xərclərin uçotunu apararaq Podratçı tərəflərə Sazişdəki paylarına mütənasib şəkildə ötürmək hüququnu verir. Sazişin digər müddəalarında xarici subpodratçıların əldə etməli olduqları gəlirlərə və əməliyyat şirkətinin podratçı tərəflərə ötürməli olduğu xərclərə məhdudiyyət nəzərdə tutulmamışdır. Vergi orqanı tərəfindən mülki dövriyyənin müstəqil subyekti olan xarici subpodratçının təqdim etdiyi xidmətlərə münasibətdə marjanın müəyyən olunması qanunvericil iyə ziddir. Vergi orqanı Sazişin 14.4 (a) (i) bəndini yanlış tətbiq edərək xarici subpodratçının təqdim etdiyi xidmətin dəyərini və dolayısı ilə onun mənfəətliliyini, buna səlahiyyəti olmadan, məhdud şəkildə müəyyən etmişdir. Cavabdehin istinad etdiyi Sazişin həmin müddəası xarici subpodratçının mənfəətinin həddini verginin qoyulması baxımından əvvəlcədən təsbit edir. Yəni, bu müddəa xarici subpodratçının mənfəətliliyini müəyyən etmir və hər hansı formada onun müstəqil sahibkarlıq fəaliyyətindən əldə etməli olduğu gəlirin həcminə məhdudiyyət qoymur. Sazişin 14.2 (k) bəndinə əsasən isə təqvim ili ərzində Podratçı tərəfin vergi qoyulan mənfəətinin və ya vergi qoyulan zərərinin məbləğini müəyyən etmək məqsədləri baxımından çıxılmalara karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Podratçı tərə fin çəkdiyi bütün məsrəflər daxildir və bu məbləğlərə Əməliyyat şirkətinin Azərbaycan Respublikasında və ya başqa yerlərdə çəkdiyi və Sazişin 8.6-cı bəndinə əsasən Podratçı tərəfin hesabına yazılmış bütün çıxılmaları daxil edir (bir şərtlə ki, çıxılmalar bir dəfədən artıq hesablanmamalıdır). Sazişin qeyd edilən müddəaları əməliyyat şirkətinə karbohidrogen fəaliyyəti ilə bağlı çəkdiyi xərclərin uçotunu apararaq Podratçı tərəflərə Sazişdəki paylarına mütənasib şəkildə ötürmək hüququnu verir. Sazişin digər müddəalarında xarici subpodratçıların əldə etməli olduqları gəlirlərə və əməliyyat şirkətinin podratçı tərəflərə ötürməli olduğu xərclərə məhdudiyyət nəzərdə tutulmamışdır. Vergi orqanı tərəfindən mülki dövriyyənin müstəqil subyekti olan xarici subpodratçının təqdim etdiyi xidmətlərə müna sibətdə marjasının müəyyən olunması qanunvericiliyə ziddir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş mövqeyini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında Zığ və X3 blokun bərpası, işlənməsi və X25 haqqında” Sazişin 14.4-cü maddəsinin (a) (i) bəndinə əsasən Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən Xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) 25 faiz həcminə bərabər vergi qoyulan mənfəət əldə edirlər. Qeyd olunan maddənin müddəaları nəzərə alınmaqla Navante Şirkətinin 2015- 2017-ci illər üzrə Zığ və Hövsan Sazişi çərçivəsində Abşeron Əməliyyat Şirkətindən əldə etdiyi ümumi gəliri 7.888.488,62 ABŞ dolları təşkil etməli olduğu hal da, 11.046.563,74 ABŞ dolları təşkil etmiş və 3.158.075,12 ABŞ dolları məbləğində (icarə-2.609.451,46 ABŞ dollar, təmir- 351.956,99 ABŞ dolları, servis-196.666,67 ABŞ dolları) qiymət fərqi yaranmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, “X11” Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Navante Şirkətinə nasosların icarəsi ilə bağlı 2017-ci ilin 4-cü rübündə 2018-ci ilin yanvar və 2018-ci ilin fevral ayları üçün 565.000,00 USD məbləğində nasosların icarəsi üçün qabaqcadan ödəniş (avans) edilmiş və 2017-ci ilin əməliyyat xərclərinə aid edilmişdir. Sazişin 14.2-ci maddəsinin (k) (iv) bəndinə əsasən “Cari icarə ili üçün icarə müqavilələri üzrə bütün ödənişlər” karbohidrogen fəaliyyəti ilə əlaqədar xərclərə aiddir. Göründüyü kimi, burada Saziş cari il üçün icarə ödəniş lərindən bəhs edir. Odur ki, həmin maddənin tələblərinə görə 565.000,00 USD məbləğində nasosların icarəsi üçün qabaqcadan ödənişin 2017-ci il üzrə podrat tərəfə ötürülən əməliyyat xərclərinin tərkibindən çıxarılması qərara alınmışdır. Ümumilikdə, yoxlama ilə yuxarıda qeyd edilən maddələrin tələbləri nəzərə alınmaqla, Podratçı tərəfin (Abşeron İnvestment Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı) təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi’’nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin ümumilikdə 3.723.075,12 ABŞ dollar məbləğində azaldılması müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimSüleymanova Şəhla Ənvər qızı,21(81)-1168/2019 saylı iş) 24 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı Şirkətinin Azərbaycan Respu blikasındakı filialında Vergilər Nazirliyi tərəfindən aparılan səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş 25 dekabr 2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 3-cü bəndinin “digər qeydlər: yoxlama ilə podratçı tərəfin (“Abşeron İnvestment Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı) təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi»nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclərin ümumilikdə 3.723.075,12 ABŞ dolları məbləğində çox göstərildiyi müəyyən edilmişdir. Podratçı tərəfindən təqdim etdiyi “Xüsusi rejimli mənfəət bəyannaməsi”nin xərc maddələrinə aid edilməsi üçün ötürülən xərclər ümumilikdə 3.723.075,12 ABŞ dolları məbləğində azaldılsın və bununla əlaqədar podratçı tərəfə məlu mat verilsin” hissəsində ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X14məruzəçi, X21 və X18, 2-1(103)-2190/2019 saylı iş) 14 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Sazişin 14.4-cü maddəsinin müddəalarının mənasından göründüyü kimi, Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən xarici subpodratçılar həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) 25 faiz həcminə bərabər vergi qoyula n mənfəət əldə edir və belə mənfəətə 24 faiz həcmində vergi qoyulur ki, bu da mahiyyət etibarı ilə, ümumilikdə, həmin ödənişlərin 6 faizini təşkil edir. Saziş üzrə xarici subpodratçılara aldıqları ödənişlərin yalnız 25 faizi həcmində vergi qoyulan mənfəət əldə edilməsinə yol verilir. Bundan artıq həcmdə ödənişlərdən vergi qoyulan mənfəətdə xərclərə aid edilməsi qəbul edilməzdir. İddiaçı 22 noyabr 2019-cu il tarixdə qərarın surətini almış, 9 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Ali Məhkəmənin icraatında olan oxşar bir inzibati iş üzrə İnzibati kollegiya tərəfindən çıxarılmış 2-1(102)-596/2020 saylı, 03.03.2020-ci il tarixli qərarda X25 haqqında S azişə uyğun olaraq, xarici subpodratçıya ödənilmiş olan vəsaitlərin HPBS üzrə podratçı tərəfin mənfəət vergisinin hesablanması zamanı nəzərə alınması məsələsinə həsr edilmişdir. İddiaçı, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X13 Limited Şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasında Zığ və X3 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və X25 haqqında” Sazişə uyğun olaraq operator (əməliyyatçı) qismində fəaliyyət göstərir və Azərbaycan Respublikasında filialı vasitəsilə təmsil olunur. Filial hasil edilən karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik olmayan, mənfəətsiz və itkisiz əməliyyat aparan təsərrüfat hesablı şirkətdir. Saziş sahəsində qazma işləri, hasilat, idarəetmə və digər məsrəflər ilə bağlı bütün birbaşa olan xərclər əməliyyat şirkəti tərəfındən çəkilir və hesabat ilinin sonunda (yəni təqvim ilinin sonu) çəkilmiş xərclər Sazişdə Podratçı tərəflərə ötürülür. Ali Məhkəmənin 2-1(102)-596/2020 saylı, 03.03.2020-ci il tarixli qərarı da digər Saziş üzrə, yəni “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və X2 Blokun Bərpası, Kəşfıyyatı, İşlənməsi və X25 haqqında" Sazişi üzrə yaradılmış olan və əməliyyat şirkəti kimi fəaliyyət göstərən iddiaçı “X29” Şirkəti ilə əlaqədardır. Həmin qərarda Ali Məhkəmə tərəfindən ortaya qoyulmuş aşağıdakı hüquqi mövqelər olduğu kimi bu iş üzrə də nəzərə alınmalıdır. “X29” Şirkəti ilə əlaqədar iş üzrə olduğu kimi burada da Vergilər Nazirliyi Saziş üzrə Podratçı tərəf üçün mənfəət vergisi baxımından düzünə hüquqi nəticə yaratmağa n ail olmaq istəyirsə, bunu yalnız Sazişin 14.3-cü maddəsinin (d) (ii) bəndində göstərilən prosedur qaydalarına uyğun edə bilər. Bu hüquqi mövqe 2-1(102)-596/2020 saylı, 03.03.2020-ci il tarixli qərarın əsaslandırıcı hissəsində yer almışdır. “X29” Şirkəti ilə əlaqədar iş üzrə olduğu kimi burada da vergi orqanı xarici subpodratçılarla bağlı özəllikləri nəzərə almamışdır. Belə ki, “Zığ və X3 Blok üzrə X1ması Haqqında” Protokolun 3.5-ci maddəsinə əsasən əgər Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamadan sonra müəyyən edilirsə ki, vergini tutan tərəf Xarici Subpodratçıya edilmiş ödənişlərdən Mənfəət Vergisinin düzgün məbləğini tutmamışdır və əgər vergini tutan tərəf bununla razılaşarsa, belə müəyyən edilmə X32 sayılacaqdır. Mənfəət Vergisinin düzgün məbləği ilə bağlı fikir ayrılığı olarsa, v ergini tutan tərəfyoxlama zamanı hər hansı müəyyən edilmə və ya tapıntı ilə razılaşmamaq hüququna malikdir. Lazım olarsa, Vergilər Nazirliyi və ya vergini tutan tərəf X32 üçün Arbitraja müraciət edə bilər və hər hansı əskik və ya artıq ödəmənin məbləği vergini tutan tərəfdən Dövlət Büdcəsinə, və yaxud Dövlət Büdcəsindən vergini tutan tərəfə əskik (artıq) ödənilmiş məbləğin ödənilməsi (geri qaytarılması) üzrə Azərbaycan Respublikasının Qanunvericiliyində müəyyən edilmiş müddətdə ödənilməlidir. Xarici subpodratçıya (bu iş üzrə "x12") mənfəət vergisi baxımından ödəmələrlə bağlı hansısa bir mübahisəli vəziyyət yarandığı halda Protokol da düzünə olaraq Vergilər Nazirliyini Arbitraja müraciət etməyə yönləndirir. Lakin, apellyasiya instansiya məhkəməsi Sazişin göstərilən normalarının tələbləri ba xımından araşdırma aparmamışdır. “X29” Şirkəti ilə əlaqədar iş üzrə qərarın əsaslandırma hissəsində də həmin hüquqi mövqe öz əksini tapır. İş materiallarında olan Səyyar vergi yoxlaması aktından görünür ki, səyyar vergi yoxlaması 21 fevral 2018-ci il tarixdə başlanılmış, 17 sentyabr 2018-ci il tarixdə başa çatdırılmış, 19 mart 2018-ci il tarixində 15 gün, 16 aprel 2018-ci il tarixində 20 gün, 22 may 2018-ci il tarixində 32 gün müddətində müvəqqəti dayandırılmış, 15 may 2018-ci il tarixində və 01 avqust 2018-ci il tarixində yoxlamanın müddəti 30 gün uzadılmış, 17 sentyabr 2018-ci il tarixində aktın tərtib edilmə müddəti 30 gün müddətinə uzadılmışdır. Bu uzatmalar və dayandırmalar barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi ilə ba ğlı iş materiallarında hər hansı bir məlumat yoxdur. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.1-ci, 3.4.16-cı, 1.5-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Qanunun 3.2-ci maddəsinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilm əməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçı şirkət əməliyyat şirkəti olaraq müvafiq sazişlər əsasında podratçı tərəfindən yaradılmış və məqsədi gəlir götürmək deyildir. İddiaçı, yoxlanılan dövr ərzi ndə əldə etdikləri gəlirləri və çəkdikləri xərcləri saziş tərəflərinə ötürürlər. Yoxlama zamanı hər hansı əlavə vergi məbləği hesablanmamış, iddiaçının podratçı tərəfə ötürdükləri xərcin məbləği azaldılmışdır ki, bu, nəticədə podratçı tərəfin mənfəət vergisi öhdəliyini artırmış olur. Cavabdeh səyyar vergi yoxlaması aktında qeyd etmişdir ki, şirkət xarici subpodratçıdan (Navante şirkəti) avadanlıqlar icarəyə götürmüş, həmin avadanlıqlar xarici subpodratçının özü tərəfindən X13 şirkətindən icarəyə (həmçinin servis və xidmət daxil) götürülmüş və həmin məbləğin üzərinə ticarət əlavəsi tətbiq edilməklə iddiaçı şirkətlərə təqdim edilmişdir. Qeyd olunan ticarət əlavəsi yoxlanılan dövr üzrə 35% - 226% arası dəyişmişdir. Cavabdeh öz mövqeyini əsaslandırmaq üçün “Azərbaycan Respublikasında Zığ və X3 Blokun Bərpası, İşlənməsi və X25 haqqında” Sazişin 14.4 (a) (i) bəndinə və Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad etmişdir. Cavabdeh xarici subpodratçının şirkətlərə göstərdiyi xidmət üzrə ticarət əlavəsinin yoxlanılan dövr ərzində 35% - 226% arası dəyişdiyini iddia edərək səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.5-ci maddələrinə istinad etmiş və xərclərin məbləğini yenidən hesablamışdır. Vergi orqanı Sazişin 14.4 (a) (i) bəndinə istinad edərək iddiaçılar tərəfindən xarici subpodratçıya ödənilən xərcləri cəmi 25% mənfəət + VM-nin 14-cü maddəsində icazə verilən 30% hədd daxilində nəzərə almış, məbləğlərin qalan hissəsini faktiki ödənilməsinə və ödəmə mənbəyində həmin məbləğdən verginin tutulmasına baxmayaraq xərc kimi nəzərə almamışdır. Cavabdehin göstərilə n mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi Vergilər Məcəlləsinin 14.2-ci, “Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və X2 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və X25 haqqında” Sazişin 14.4 (i) bəndinin tələblərinin iddiaçı tərəfindən pozulması, “x12” şirkətinin əldə etdiyi mənfəətin 25 faizdən artıq olması (vergi orqanı tərəfindən yoxlanılan dövr üzrə iddiaçı tərəfindən xarici subpodratçıya edilən ödənişlərin ticarət əlavəsinin yoxlanılan dövr üzrə 35-226 % arası olduğu müəyyən olunmuşdur), iddiaçı ilə müqavilə münasibətlərində olan podratçı Şirkətə ötürülən xərclərin məbləğinin artırılması və xarici subpodratçının Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəməli olduğu vergilərin azalmasına səbəb olması ilə bağlı mövqeyini əsaslandırmışdır. İddi açı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra - ARDNŞ), X13 Limited Şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasında Zığ və X3 Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və X25 haqqında” Sazişə (Bundan sonra: Saziş) uyğun olaraq operator (əməliyyatçı) qismində fəaliyyət göstərir və Azərbaycan Respublikasında filialı vasitəsilə təmsil olunur. Filial hasil edilən karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik olmayan, mənfəətsiz və itkisiz əməliyyat aparan təsərrüfat hesablı şirkətdir. Saziş sahəsində qazma işləri, hasilat, idarəetmə və digər məsrəflər ilə bağlı bütün birbaşa olan xərclər əməliyyat şirkəti tərəfindən çəkilir və hesabat ilinin sonunda (yəni təqvim ilinin sonu) çəkilmiş xərclər Sazişdə Podratçı tərəflərə ötürü lür. İddiaçıda-İddiaçı Şirkətinin filialında yoxlama aparıldığına baxmayaraq, digər bir subyekt-Abşeron İnvestment Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı (Saziş üzrə Podratçı tərəf) üçün mənfəət vergisinin hesablanması baxımından düzünə vergi məsuliyyəti yaradan bir iradə ifadəsi ortaya qoyulmuş olur. Halbuki, inzibati orqan Vergilər Nazirliyinin belə səlahiyyətinin həyata keçirilməsi üçün Sazişdə xüsusi prosedur qayda nəzərdə tutulmuşdur. Sazişin 14.3-cü maddəsinin (d) (ii) bəndində göstərilib ki, vergi orqanı hər Podratçı Tərəfin hər Təqvim İli üçün Mənfəət Vergisinə dair bəyannamələrini təftiş etmək səlahiyyətinə malikdir. Təftiş qurtarandan sonra Vergi orqanı təklif olunan hər hansı təshihi Podratçı Tərəf ilə müzakirə edir və lazım gələrsə, Mənfəət Vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verir. Mənfəət Vergisinin razılaşdırılmış hər hansı əskik və ya artıq ödənişləri 14.2(c) bəndinə uyğun olaraq Podratçı Tərəfinin müvafiq bildiriş məktubu alandan sonra on (10) gün müddətində qaytarılır. X33 və Vergi orqanı Mənfəət Vergisinin əskik və ya artıq verilmiş məbləğinin, yaxud bununla bağlı hər hansı məbləğləri razılaşdıra bilməsələr, həmin məsələnin tənzimlənməsi 25.3-cü bəndində göstərilən prinsiplərə uyğun olaraq arbitraja verilir. Apellyasiya instansiya məhkəməsi habelə Sazişin vergitutma ilə bağlı vergi orqanının səlahiyyətlərini həyata keçirilməsi məsələsində arbitrajla bağlı qaydaların tətbiq edilməsi ilə bağlı Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Ma sazır, Fatmayı, Şabandağ və X2 Bloku üzrə X1ması Haqqında Protokolun 3.5-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin bəndə əsasən əgər Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamadan sonra müəyyən edilirsə ki, vergini tutan tərəf Xarici Subpodratçıya edilmiş ödənişlərdən Mənfəət Vergisinin düzgün məbləğini tutmamışdır və əgər vergini tutan tərəf bununla razılaşarsa, belə müəyyən edilmə X32 sayılacaqdır. Mənfəət Vergisinin düzgün məbləği ilə bağlı fikir ayrılığı olarsa, verginitutan tərəf yoxlama zamanı hər hansı müəyyən edilmə və ya tapıntı ilə razılaşmamaq hüququna malikdir. Lazım olarsa, Vergilər Nazirliyi və ya vergini tutan tərəf X32 ucun Arbitraja müraciət edə bilər və hər hansı əskik və ya artıq ödəmənin məbləği vergini tutan tərəfdən Dövlət Büdcəsinə, və yaxud Dövl ət Büdcəsindən vergini tutan tərəfə əskik (artıq) ödənilmiş məbləğin ödənilməsi (geri qaytarılması) üzrə Azərbaycan Respublikasının Qanunvericiliyində müəyyən edilmiş müddətdə ödənilməlidir. Göründüyü kimi, xarici subpodratçıya (bu iş üzrə “x12”) mənfəət vergisi baxımından ödəmələrlə bağlı hansısa bir mübahisəli vəziyyət yarandığı halda Protokol da düzünə olaraq Vergilər Nazirliyini Arbitraja müraciət etməyə yönləndirir. Lakin, apellyasiya instansiya məhkəməsi Sazişin göstərilən normalarının tələbləri baxımından araşdırma aparmamış və mövqeyini bildirməmişdir. Mübahisələndirilən inzibati aktın maddi hüquq normalarının tətbiqi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı şirkət əməliyyat şirkəti olaraq müvafiq sazişlərin podratçı tərəfləri tərəfindən yaradılmış və məqsədi gəlir götürmək deyildi r. İddiaçılar yoxlanılan dövr ərzində əldə etdikləri gəlirləri və çəkdikləri xərcləri saziş tərəflərinə ötürürlər. Yoxlama zamanı hər hansı əlavə vergi məbləği hesablanmamış, iddiaçının podratçı tərəfə ötürdükləri xərcin məbləği azaldılmış, nəticədə podratçı tərəfin mənfəət vergisi öhdəliyi artmış olur. Vergi orqanı SVY aktında qeyd etmişdir ki, şirkətlər xarici subpodratçıdan (Navante şirkəti) avadanlıqlar icarəyə götürmüşdür. Yoxlama zamanı müəyyən edilmişdir ki, həmin avadanlıqlar xarici subpodratçının özü tərəfindən X13 şirkətindən icarəyə (həmçinin servis və xidmət daxil) götürülmüş və həmin məbləğin üzərinə ticarət əlavəsi tətbiq edilməklə iddiaçı şirkətlərə təqdim edilmişdir. Qeyd olunan ticarət əlavəsi yoxlanılan dövr üzrə 31% 162% arası dəyişmişdir. Vergi orqanı öz mövqeyini əsasl andırmaq üçün “Azərbaycan Respublikasında Zığ və Hovsan X10 Blokun Bərpası, İşlənməsi və X25 haqqında” Sazişin 14.4(a) (i) bəndinə və Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad etmişdir. Sazişin 14.4 (a) (i) bəndinə görə: Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı işlər və xidmətlər həyata keçirən xarici subpodratçılar (hazırkı halda Navante şirkəti) həmin işlər və xidmətlər üçün aldıqları ödəniş məbləğlərinin (kompensasiya olunan məsrəflər çıxılmaqla) iyirmi beş (25) faizinə bərabər vergi qoyulan mənfəət əldə edirlər və belə mənfəətə iyirmi dörd (24) faiz həcmində vergi qovulur ki, bu da ümumən həmin ödənişlərin altı (6) faizini təşkil edir. Vergi orqanı xarici subpodratçının şirkətlərə göstərdiyi xidmət üzrə ticarət əlavəsinin yoxlanılan dövr ərzində dəyişdiyini iddia edərək SVY aktında Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.5-ci maddələrinə istinad etmiş və xərclərin məbləğini yenidən hesablamışdır. Vergi orqanı Sazişin 14.4 (a) (i) bəndinə istinad edərək iddiaçılar tərəfindən xarici subpodratçıya ödənilən xərcləri cəmi 25% mənfəət + VM-nin 14-cü maddəsində icazə verilən 30% hədd daxilində nəzərə almış, məbləğlərin qalan hissəsini faktiki ödənilməsinə və ödəmə mənbəyində həmin məbləğdən verginin tutulmasına baxmayaraq xərc kimi nəzərə almamışdır. Saziş müddəasının mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, vergi orqanı hər dəfə yoxlama zamanı xarici subpodratçının rentabelliyini, gəlir və xərclərini hesablamaq üçün Saziş əvvəlcədən müəyyən edir ki, bir xarici subpodratçı bu Saziş çərçivəsində 25% miqdarında vergi qoyulan mənfəət əldə edir. Yəni, hansısa dö vrdə xarici subpodratçı 60% mənfəət əldə edə bilər, 10% də. Lakin, həmişə onun vergiyə cəlb olunmalı mənfəəti 25% olacaqdır. Apellyasiya instansiyası habelə nəzərə almamışdır ki, bu iş üzrə xarici subpodratçının təqdim etdiyi icarə xidməti dövlət tərəfindən tənzimlənən qiymətlərlə müəyyən olunmur. Belə olan surətdə, Sazişin 14.4.(a) (i) bəndinin sahibkarlıq subyektinin mənfəət götürülməsinə məhdudiyyət qoyulması kimi şərh edilməsi yolverilməzdir. Apelyasiya instansiya məhkəməsi bu mübahisə ilə tətbiq edilməli olan Saziş müddəasının Sazişin 14.2 (k) bəndi olmasını lazımi qaydada araşdırmamışdır. Həmin müddəaya əsasən təqvim ili ərzində Podratçı tərəfin vergi qoyulan mənfəətinin və ya vergi qoyulan zərərinin məbləğini müəyyən etmək məqsədləri baxımından çıxılmalara karbohidrogen fəaliyyəti i lə əlaqədar olaraq Podratçı tərəfin çəkdiyi bütün məsrəflər daxildir və bu məbləğlərə Əməliyyat şirkətinin Azərbaycan Respublikasında və ya başqa yerlərdə çəkdiyi və Sazişin 8.6-cı bəndinə əsasən Podratçı tərəfin hesabına yazılmış bütün çıxılmaları daxil edir (bir şərtlə ki, çıxılmalar bir dəfədən artıq hesablanmamalıdır). Sazişin bu müddəası xərclərə münasibətdə yalnız bir məhdudiyyət müəyyən edir ki, bu da çıxılmanın bir dəfədən artıq tanınmamasıdır. Apellyasiya instansiya məhkəməsi isə qeyd edilən müddəanın tələblərini nəzərə almamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adı çəkilən Sazişin digər müddəalarında xarici subpodratçıların əldə etməli olduqları gəlirlərə və əməliyyat şirkətinin podratçı tərəfə ötürməli olduğu xərclərə heç bir məhdudiyyət nəzərdə tutulmamışd ır. İş materialında və SVY aktında hər hansı bir digər oxşar fəaliyyətlə məşğul olan vergi ödəyicisi barədə məlumat olmamışdır. Bu onu dəlalət edir ki, cavabdeh formal olaraq bazar qiymətinə istinad etmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 iyun 2019-cu il tarixli ekspert rəyindən görünür ki, iş materialında göstərilən malların respublikada yerləşən ticarət mərkəzlərində, bazarlarında satışda olmadığından (həmçinin həmin malların icarəyə, kirayəyə verilməsinə dair məlumat), eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında bu barədə məlumat olmadığından, həmin malların (avadanlıqlar) qiymətini və xidmətlərin dəyərini müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa ha llar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul olunur. Belə ki, bazarda qiyməti dövlət tərəfindən tənzimlənməyən malların, işlərin və xidmətlərin dəyəri müxtəlif vergi ödəyiciləri tərəfindən müxtəlif rəqəmlərlə müəyyən oluna bilər. Bu hal da yoxlayıcı orqana həmişə bazar qiymətinin qanuna zidd tətbiqi üçün imkan yaradacaqdır. Yuxarıda göstərilən xarici subpodratçının ticarət əlavəsinin formalaşma mənbələrinin təhlili, ödənişin nağdsız qaydada edilməsi bir daha sübut edir ki, “x12” şirkəti tərəfindən təqdim edilən xidmətlərin dəyəri əsassız şəkildə artırılmamışdır. Bundan əlavə cavabdehin icarəyə götürülən qurğularla bağlı bazar araşdırması reallığı əks etdirmir. Belə ki, hər bir qurğunun seçimi müəyyən dövrdə hər bir quyu üçün fərdi şəkildə aparıldığı üçün bazarda Filial tərəfindən icarəyə götürülən avadanlığın qiymətlərinin faktiki olaraq müqayisəsi mümkün deyil. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. İş materiallarında olan səyyar vergi yoxlaması aktından görünür ki, səyyar vergi yoxlaması 21 fevral 2018-ci il tarixdə başlanılmış, 17 sentyabr 2018-ci il tarixdə başa çatdırılmış, 19 mart 2018-ci il tarixdə 15 gün, 16 aprel 2018-ci il tarixində 20 gün, 22 may 2018-ci il tarixdə 32 gün müddətində müvəqqəti dayandırılmış, 15 may 2018-ci il tarixində və 1 avqust 2018-ci il tarixdə yoxlamanın müddəti 30 gün uzadılmış, 17 sentyabr 2018-ci il tarixdə aktın tərtib edilmə müddəti 30 gün müddətinə uzadılmışdır. Bu uzatmalar və dayandırmalar barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi ilə bağlı məlumatları apelyasiya instansiyası məhkəməsi əldə etsə də, məhkəmə cavabdehin apardığı yoxlamanın ona icazə verilən müddətdə aparılıb-aparılmamasını araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.1-ci bəndinə əsasən reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. Əsasnamənin 3.4.16-cı maddəsinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) reyestrə daxil edilir. Əsasnamənin 1.5.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Digər tərəfdən, 2 iyul 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzi mlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materia llarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2190/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar