Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-661/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərt lərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2009/2020 saylı, 7 dekabr 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1959-cu ildə ünvan 1 ünvanda qeydiyyatdadır.
2. Əmək kitabçasında qeyd o lunmuş məlumatlara əsasən iddiaçı 17.07.1974-cü ildə Ucar kolxozlararası tikinti idarəsinə fəhlə işinə qəbul olunmuşdur. 05.11.1974-cü ildə idarənin 107 №-li əmrinə əsasən işdən azad edilmişdir. 19.06.1975-ci ildən 20.08.1975-ci il tarixədək müvəqqəti olaraq həmin idarədə fəhlə işləmişdir. 26.07.1976-cı il tarixdə Dop sahəsinə birinci dərəcəli fəhlə işinə qəbul edilmişdir. 31.12.1976-cı ildə 1-ci dərəcəli çilingər – gəmi ustası ixtisası verilib və eyni vəzifəyə işə qəbul olunmuşdur. 01.02.1977-ci ildə Dop sahəsinin ləğv olunması ilə əlaqədar eyni mexaniki sexə vəzifəyə keçirilmişdir. 21.09.1977-ci ildə eyni sexdə ikinci dərəcə verilmişdir. 10.04.1978-ci ildə işdən azad edilmişdir (hərbi xidmətə çağırış ilə əlaqədar). 24.06.1978-ci ildən 30.05.1980-cı ilə qədər həqiqi hərbi xidmətdə olmuşdu r. 10.07.1980-ci ildə Bakı gəmi təmiri zavodu mexaniki sexə ikinci dərəcəli çilingər – gəmi ustası vəzifəsinə işə qəbul edilmişdir. 26.11.1980-ci ildə eyni sexdə üçüncü dərəcə verilmişdir. 19.01.1982-ci ildə Enerqomexaniki təmir sexinə nasos stansiyasının ikinci dərəcəli maşinisti vəzifəsinə keçirilmişdir. 07.09.1982-ci ildə İstehsalat – dispetçer şöbəsinə mühəndis vəzifəsinə keçirilmişdir. 03.07.1984-cü ildə işdən azad edilmişdir. 23.07.1984-cü ildə Bakı Dəniz Limanı Liman sahilində 2-ci sinif matrosu vəzifəsinə qəbul edilmişdir. 11.01.1985-ci ildə liman donanmasının “Buxtovıy” liman/sahil gəmisində 2-ci sinif sahil matrosu hesab edilmişdir. 16.03.1985-ci ildə eyni yerdə “Orbita” liman/sahil gəmisində 2-ci sinif matrosu, 24.06.1985-ci ildə eyni yerdə “Orbita” liman/sahil gəmisinin bosmanı, 19.09.1985-ci ildə eyni yerdə “Trudovik” liman/sahil gəmisinin 1-ci sinif matrosu, 16.01.1988-ci ildə “Trudovik” liman/sahil gəmisinin bosmanı, 14.07.1989-cu ildə “Orbita” liman/sahil gəmisinin 1-ci sinif matrosu, 01.01.1990-cı ildə “HMC-25” 1-ci sinif motorçu; 1-ci sinif matros, 01.04.1992-ci ildə “Kosmos” 1-ci sinif motorçu; 1-ci sinif matros, 14.10.1992-ci ildə “HMC-21” 1-ci sinif motorçu; 1-ci sinif matros, 23.02.1996-cı ildə “Limançı” gəmisində növbə mexaniki, 01.01.1998-ci ildə “Şirinov” gəmisinə növbə mexaniki, 18.09.1998-ci ildə “E.Kazımov” gəmisində növbə mexaniki, 01.09.2005-ci ildə “E.Kazımov” gəmisində müvəqqəti böyük mexanik, 11.12.2005-ci ildə “E.Kazımov”-da növbə mexaniki, 23.12.2005-ci ildə “E.Kazımov” gəmisində müvəqqəti böyük mexanik, 22.06.2007 “E.Kazımov” gəmisində da imi böyük mexanik, 09.11.2007-ci ildə “Limançı”-da müvəqqəti növbə mexaniki, 15.11.2007-ci ildə “Əhmədli” gəmisində böyük mexanik, 08.01.2008-ci ildə “Limançı” gəmisinə növbə mexaniki, 25.08.2008-ci ildə “N.Şirinov” gəmisinə müvəqqəti böyük mexanik, 25.09.2008-ci ildə “E.Kazımov” gəmisinə böyük mexanik, 16.11.2008-ci ildə “N.Şirinov” gəmisinə müvəqqəti böyük mexanik, 08.01.2009- cu ildə “E.Kazımov” gəmisinə böyük mexanik, 02.05.2016-cı ildə ştat cədvəlinə əsasən həmin vəzifəyə Donanma xidmətində sayılmışdır. 24.01.2017-ci ildə struktur dəyişikliyi ilə əlaqədar Donanma ilə dəniz xidmətinin Elxan Kazımov gəmisinə mexanik vəzifəsinə keçirilmişdir. 10.06.2019-cu ildə Dəniz xidmətləri departamenti “Donanma xidmətinin “Elxan Kazımov” gəmisinə baş mexanik vəzifəsinə keçirilmişdir. 08.07.2019-cu ildə Dəniz xidmətləri departamenti Donanma xidmətinin “Limançı” gəmisinə baş mexanik vəzifəsinə keçirilmişdir, 09.08.2019-cu ildə Dəniz xidmətləri departamenti Donanma xidmətinin “Günəşli” gəmisinə baş mexanik vəzifəsinə keçirilmişdir. 04.03.2020-ci ildə Dəniz xidmətləri departamenti Donanma xidmətinin “Nüsrət Şirinov” gəmisinə baş mexanik vəzifəsinə keçirilmişdir. Hal-hazırda Dəniz xidmətləri departamenti, Donanma xidmətinin “Nüsrət Şirinov” gəmisində baş mexanik vəzifəsində çalışır. 3. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İRD 147 nömrəli 10.12.2019-cu il tarixli arayışda göstərilmişdir ki, iddiaçı 23.07.1984-cü ildə Bakı Dəniz Limanında (indiki “xxxx” QSC) 1244/Л nömrəli əmrə əsasən Dəniz donanmasına 2 dərəcəli matros vəzifəsinə işə qəbul edilmişdir. 195/л saylı 11.01.198 5-ci il tarixli əmrə əsasən “Buxtovıy” gəmisində 2 dərəcəli sahil matrosu. 460/ л saylı 16.03.1985-ci il tarixli əmrə əsasən “Orbita” gəmisinə 2 dərəcəli matros, 1033/ л saylı 24.06.1985-ci il tarixli əmrə əsasən “Orbita” gəmisində bosman, 1518/ л saylı 19.09.1985-ci il tarixli əmrə əsasən “Trudovik” gəmisinə 1 dərəcəli matros, 145/ л saylı 16.01.1988-ci il tarixli əmrə əsasən “Trudovik” gəmisində bosman, 1248/ л saylı 14.07.1989-cu il tarixli əmrə əsasən Orbita” gəmisinə bosman, 2312/л saylı 01.01.1990-cı il tarixli əmrə əsasən “NMS-25” gəmisinə 1 dərəcəli motorçu-matros, 366/л saylı 01.04.1992-ci il tarixli əmrə əsasən “Kosmos” gəmisinə 1 dərəcəli motorçu-matros, 37/k saylı 23.02.1996-cı il tarixli əmrə əsasən “Limançı" gəmisinə növbə mexaniki, 143/k saylı 01.01.1998-ci il tarixli əmrə ə sasən “N.Şirinov” gəmisinə növbə mexaniki, 88/k saylı 18.09.1998-ci il tarixli əmrə əsasən “E.Kazımov” növbə mexaniki, 127/k saylı 01.09.2005-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisində böyük mexanik, 170/k saylı 11.12.2005-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisində növbə mexaniki, 184/k saylı 23.12.2005-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisində böyük mexanik, 136/k saylı 09.11.2007-ci il tarixli əmrə əsasən “Limançı” gəmisinə növbə mexaniki, 138/k saylı 15.11.2007-ci il tarixli əmrə əsasən “Əhmədli” gəmisinə böyük mexanik, 02/k saylı 08.01.2008-ci il tarixli əmrə əsasən “Limançı” gəmisində növbə mexaniki, 103/k saylı 25.08.2008-ci il tarixli əmrə əsasən “N.Şirinov” gəmisində böyük mexanik, 115/k saylı 25.09.2008-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisində böyük mexanik, 142/k saylı 16.11.2008-ci il tarixli əmrə əsasən “N.Şirinov” gəmisinə böyük mexanik, 01/k saylı 08.01.2009-cu il tarixli əmrə əsasən E.Kazımov” gəmisinə böyük mexanik, 1/027 saylı 24.01.2017-ci il tarixli əmrə əsasən Donanma və dəniz xidmətinin “E.Kazımov” gəmisində baş mexanik, 1/206.3 saylı 08.07.2019-cu il tarixli əmrə əsasən Dəniz xidmətləri departamenti, Donanma və dəniz xidmətinin “Limançı” gəmisinə baş mexanik, 1/298 saylı 09.08.2019-cu il tarixli əmrə əsasən Dəniz xidmətləri departamenti, Donanma və dəniz xidmətinin “Günəşli” gəmisində baş mexaniki vəzifəsinə keçirilmişdir. Hal-Hazırda Dəniz xidmətləri departamenti, Donanma və dəniz xidmətinin “Günəşli” gəmisində baş mexanik vəzifəsində çalışır. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peş ələrin, vəzifələrin və göstəricilərin siyahısını” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda motorçular və mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir.
4. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətlərə cavab olaraq, Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş 30.12.2019-cu il və 30.01.2020-ci il tarixli eyni məzmunlu imtina məktublarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbayc an Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanlara əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraa t
5. İddiaçı 4 mart 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin (bundan sonra mətndə DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsi) “Pensiya miqdarının dəyişdirilməsi barədə” 18 iyul 2019cu il tarixli sərəncamının ləğv edilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə Ucar rayonunda doğulmuşdur. Əmək fəaliyyətinə 17.0 7.1974-cü ildə başlamış və 01.01.1990-cı ildən etibarən "NMS 25" saylı gəmidə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan motorçu vəzifəsində işləməyə başlamışdır. İddiaçıya DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən 22.12.2016-cı il tarixli ərizəsinə əsasən 09.12.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan vəzifələrdə ən azı 25 il işləmiş şəxs kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin 60 yaşı tamam olmadığından, o, hal-hazırda Dəniz Xidmətləri Departamenti Donanma Xidmətinin Limançı gəmisində baş mexanik vəzifəsində işini davam etdirir. 2019-cu ilin iyun ayının 1- dən onun pen siyasının ödənişi DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən dayandırılmışdır. İmtina məktubunda buna səbəb kimi göstərilmişdir ki, "Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çaldıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığort a hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı iş üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun müraciəti üzrə inzibati icraatda imtinanın səbəblərini konkret göstərməmiş, ona əmək pensiyasının dayandırılmasının səbəbləri göstərilməmiş, bərpa edilməsinə münasibət bildirmədən yenidən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə sənədləri təqdim etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatl arın, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda nəzərdə tutulmasını, eləcə də 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq zərərli əmək şəraitində əmək stajına malik olan şəxsdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cii maddəsinin "b" bəndinə əsasən 57 yaşdan, yəni 11 avqust 2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ona görə də onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yaranır.
7. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili X4 məhkəməyə iddianın mümkünsüz sayılmasına dair təqdim etdiyi iddiaya dair vəsatətdə g östərmişdir ki, iddiaçı cavabdehdə lazımi qaydada müraciət edib imtina almadan məhkəməyə müraciət etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”na 2 nömrəli əlavəyə əsasən, pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş cavab məktubunda iddiaçıya məlumat verilmişdir ki, müvafiq sənədlərin əsilləri cavabdehə təqdim edildikdən sonra iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi məsələsinə baxıla bilər. Yəni iddiaçının müraciətinə mahiyyəti üzrə baxılmamış və imtina verilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 2.3cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessua l həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1 -ci maddəsinə əsasən, İPM-in 35.1 -ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1 -ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq ü çün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
8. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən **********7 №li 02.06.2020-ci il tarixli məktubla məhkəməyə göndərilmiş İddiaçı pensiya işinin surətindən müəyyən olunur ki, DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinin 1742 nömrəli qərarı ilə İddiaçı “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında güzəştli şərtlərlə yaşa görə 09.12.2016-cı il tarixdən 177,58 manat məbləğində ömürlük pensiya təyin edilmiş, Şöbənin “Pensiyanın miqdarının dəyişdirilməsi haqqında” 15.02.2017-c i il tarixli sərəncamı ilə sonuncuya 01.01.2017-cı il tarixdən ömürlük 248,44 manat məbləğində pensiya verilməsi qərara alınmışdır. DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinin “pensiya miqdarının dəyişdirilməsi haqqında” 18 iyul 2019cu il tarixli sərəncamı ilə İddiaçı tələb olunan güzəştli iş stajının olmadığı üçün pensiya ödənişinin dayandırılması və 7.927,73 manat məbləğində artıq ödənilmiş pensiyanın bərpa olunması qərara alınmışdır. “Kapital Bank” 28 May filialının 27.06.2019-cu il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 7.927,73 manat məbləğində artıq ödənilmiş pensiya DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinə qaytarılmışdır. - “xxxx” QSC-nin 19.06.2020-ci il tarixli MC02/02-338 nömrəli və “xxxx” QSC X12 Donanmasının 30 iyul 2020-ci il tarixli cavab məktubları ilə bildirilmişdir ki, sorğularda adları qeyd olunan “Buxtovıy”, “Orbita”, “Trudovik”, “NMS-25”, “Kosmos”, “Limançı”, “N.Şirinov”, “E.Kazımov” və “Günəşli” gəmiləri “xxxx” QSC-yə (ASCO)məxsus və aid deyildir. - “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 29.09.2020-cu il tarixli arayışda göstərilmişdir ki, iddiaçı 23.07.1984-cü il tarixdə Bakı Dəniz Limanına (indiki “xxxx” QSC) işə qəbul edilmişdir. Hazırda o, Dəniz xidmətləri departamenti, Donanma xidmətinin “Nüsrət Şirinov” gəmisində baş mexanik vəzifəsində işləyir. İddiaçı çalışdığı dövr ərzində “Buxtovıy”, “Orbita”, “Trudovik”, “NMS-25”, “Kosmos”, “Limançı” (əvvəlki adı “Trudovik”), “N.Şirinov”, “E.Kazımov” (əvvəlki adı “Kosmos”) və “Günəşli” (əvvəlki adı “Orbita”) gəmilərində müxtəlif vəzifələri icra etmişdir və qeyd edilən gəmilə rin üzmə rayonu Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindədir. Gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilir: 1) “Buxtovıy-yedək gəmisi; 2) “NMS25”-neft yığan gəmi; 3) “Limançı”- yedək gəmisi; 4) “N.Şirinov”-yedək gəmisi; 5) “E.Kazımov”- yedək gəmisi; 6) “Günəşli”- yedək gəmisi.
9. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-3851/2020 saylı iş) 6 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçıya məxsus əmək kitabçası və iş yerindən güzəştli arayışlarla təsdiq olunur ki, o, 01.01.2006-cı il tarixə, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8ci m addələrinə əsasən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.
11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X5 və X6, 2-1(103)-2009/2020 saylı iş) 7 dekabr 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. İddiaçı 11 fevral 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məh kəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. Məhkəmə iddiaçının ümumi iş stajının 01.01.2006-cı il tarixdə 25 il olduğunu qeyd etmiş, lakin iddiaçının işlədiyi peşənin ilk tələb olan 2 nömrəli siyahıda qeyd edilən peşəyə aid olmadığı qənaətinə gəlmişdir. Bu qənaətini məhkəmə qanunvericilikdə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “23000000 - XXVİİİ. Nəqliyyat - 23003000
3. Dəniz və çay donanması - 23003010 - 1) Üzən heyət - Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti(daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdax ili yol gəmiləri istisna olmaqla)”nin nəzərdə tutulduğunu, iddiaçının işlədiyi gəmilərin isə dəniz donanmasının gəmi heyətinə aid olmadığı ilə əsaslandırmışdır. Məhkəmə bu qənaətini iş materiallarında olan “xxxx” QSC-nin 29.09.2020-ci il tarixli arayışına və “xxxx” QSC-nin X12 Donanmasının 30.07.2020-ci il tarixli məktublarına istinad edərək möhkəmləndirməyə çalışmışdır.
15. Məhkəmə bunu qeyd edərkən apelyasiya şikayətini səthi araşdırdığını və tərəflərə qərəzsiz yanaşmadığını bir daha üzə çıxarmışdır. Çünki, apelyasiya şikayətində “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Nəqliyyat adlanan” XXVİİİ fəslin 23003020 - Xidməti köməkçi dona nma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olunmaqla) hissəsini də qeyd etsək məhkəmə kollegiyası bu hissəyə ümumiyyətlə qiymət verməmişdir. 23003020 kodunun alt kodu olan 23484 nömrəsi altında qeyd edilən peşələrə nəzər salsaq görərik ki, orada güzəştli şərtlərlə pensiya almaq hüququ olan peşələrə mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər daxildir. 16. “xxxx” QSC-nin 29.09.2020-ci il tarixli arayışına əsasən iddiaçı hazırda Dəniz xidmətləri departamenti, Donanma Xidmətinin “Nüsrət Şirinov” gəmisində baş mexanik vəzifəsində işləyir. Bu arayışdan da görünür ki, iddiaçının işlədiyi peşə məhkəmənin dediyinin əksinə Donanma Xidmətinə aiddir və iddiaçı orada Baş mexanik işləməklə 23003020 kodunun alt kodu olan 23484 nömrəsi altında qeyd edilən peşədə (Baş mexanik) çalışır.
17. Odur ki, apellyasiya instansiyasının qərarı əsaslı və qanuni deyildir, iddiaçıya münasibətdə qərəzlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.
20. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə gö rə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 22. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mind iyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələ rin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərar ının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məh kəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
26. İddiaçının kasasiya şikayəti vaxtında, y əni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
29. İddiaçının pensiya işindən müəyyən olunur ki, inzibati orqan Nazirlər Kabinetinin 21.06.1993-cü i l tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında güzəştli şərtlərlə yaşa görə iddiaçıya 09.12.2016-cı il tarixdən ömürlük pensiya təyin etmiş, “Pensiya miqdarının dəyişdirilməsi haqqında” 18.07.2019-cu il tarixli sərəncamı ilə, iddiaçının tələb olunan güzəştli iş stajı olmadığı üçün, pensiya ödənişinin dayandırılması və 7.927,73 manat məbləğdə artıq ödənilmiş pensiyanın bərpa olunması qərara alınmışdır.
30. Cavabdehin mövqeyini əsaslı sayan apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işləmiş olduğu peşə dəniz donanmasının üzən gəmi heyətinə aid olmadığında n Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda mövcud olmadığından onun güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.
31. İddiaçının şikayətinin dəlillərinə görə çalışdığı dövr ərzində müxtəlif vəzifələri icra etdiyi gəmilərin “üzmə rayonu” Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindədir. Təqdim olunan arayışda gəmilərin yedək gəmisi və neft yığan gəmilər olduğu qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan arayışda onun vəzifəsinin “üzən heyət”ə aid olmadığı ilə bağlı hər hansı məlumat qeyd olunmamış, əks inə işlədiyi gəmilərin “üzmə rayonu” qeyd olunmuşdur. Adi məntiqlə yanaşdıqda gəminin üzmə rayonunun qeyd olunmasının həmin gəminin üzən gəmi olduğu və heyətinin də üzən heyətə aid olduğu qənaətinə gəlmək mümkündür.
32. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
33. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
34. İddiaçı 9 dekabr 1959-cu ildə doğulmuş, 9 dekabr 2016-cı ildə 57 yaşı tamam olmuşdur. 1974-cü ildən müxtəlif qısa fasilələr nəzərə alınmaqla əmək fəaliyyətinə başlamışdır və 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının olması mübahisə doğurmur.
35. Araşdırılmalı hal iddiaçının 1 yanvar 2006-cı ilə qədər güzəştli şərtlə pensiya hüququ verən peşədə 12 il 6 aydan az olmayan staja malik olması ilə bağlıdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəllər inzibati orqan iddiaçıya 57 yaşının tamam olduğu vaxt 2 saylı siyahı üzrə güzəştli şərtlə pensiya təyin etsə də, 57 yaşının tamam olduğu vaxt Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə peşədə işləməsi təsdiq olunduğu halda bu vaxt vacib deyil ki, tələb olunan ümumi və güzəştli stajı 1 yanvar 2006-cı il tarixə qədər toplamış olsun, iddiaçının 57 yaşının tamam olduğu vaxt 25 il ümumi stajı və işlədiyi peşənin azı 12 il 6 ayı Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda mövcud olarsa iddiaçının 57 yaşdan pensiya hüququ yaranmış olacaqdır.
37. İddiaçı 23.07.1984-cü il tarixdə Bakı Dəniz Limanına (indiki “xxxx” QSC) işə qəbul edilmişdir. Hazırda o, Dəniz xidmətləri departamenti, Donanma xidmətinin “Nüsrət Şirinov” gəmisində baş mexanik vəzifəsində işləyir. İddiaçı çalışdığı dövr ərzində “Buxtovıy”, “Orbita”, “Trudovik”, “NMS-25”, “Kosmos”, “Limançı” (əvvəlki adı “Trudovik”), “N.Şirinov”, “E.Kazımov” (əvvəlki adı “Kosmos”) və “Günəşli” (əvvəlki adı “Orbita”) gəmilərind ə müxtəlif vəzifələri icra etmişdir və qeyd edilən gəmilərin üzmə rayonu Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindədir. Gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilir: 1) “Buxtovıy” - yedək gəmisi; 2) “NMS-25” - neft yığan gəmi; 3) “Limançı” - yedək gəmisi; 4) “N.Şirinov” - yedək gəmisi; 5) “E.Kazımov”yedək gəmisi; 6) “Günəşli” - yedək gəmisi.
38. Həm 2 saylı siyahıda, həm də Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda güzəştli peşələr aşağıdakı kimi qeyd edilmişdir: 39. 21.2. Dəniz və çay donanması: (-) b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxi li yol gəmiləri istisna olmaqla) xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) (-) bütün adlarda motorçular mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər.
40. Yuxarıda adı çəkilən gəmilərdə 1 aprel 1992-ci ildən motorçu-matros peşəsində işləyən iddiaçı 23 fevral 1996-cı ildən başlayaraq 57 yaşadək növbə mexaniki, böyük mexanik vəzifələrində işləmişdir.
41. İş yerindən verilən arayışlarda iddiaçının dəniz donanmasında işlədiyi, işlədiyi gəmilərin üzmə rayonunun Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi olduğu qeyd edilmişdir.
42. İddiaçının iş yerindən təqdim edilən arayışa görə iddiaçıya Nazirlər Kabinetinin 2007-ci il 23 yan var tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda motorçular və mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına imkan verir.
43. İş yerindən verilən arayışda Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya istinad edilərək “bütün adlarda motorçular və mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” peşəsinin siyahıda olması qeyd edilsə də, arayışda iddiaçının həmin siyahıda hansı sahə üzrə fəaliyyəti qeyd edilməmişdir.
44. Apelyasiya məhkəməsi iddiaçının iş yerinə sorğ u edərək iddiaçının həm 2 saylı siyahıda, həm də Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda hansı sahədə (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla), yaxud xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) işləməsi ilə bağlı araşdırma aparmamışdır.
45. Apelyasiya məhkəməsi iddiaçının dəniz donanmasının gəmi heyətində çalışmadığı qənaətinə gəlmiş, lakin gəldiyi nəticəni hər hansı mötəbər sübutla əsaslandırmamış, işlədiyi “xxxx” QSC-dən idd iaçının işləmiş olduğu peşənin siyahıda göstərilən dəniz donanmasının gəmi heyətində çalışıb-çalışmamasını öyrənməmiş, siyahıda qeyd edilən dəniz donanması üzən heyətə aid liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlərə aid olmasını müəyyən etməmişdir.
46. Apelyasiya məhkəməsi iddiaçının işləmiş olduğu peşələrin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda olan sahə və peşə üzrə ətraflı araşdırmadığından apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti qismən təmin olunmalıdır.
47. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya ba xışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz.
48. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2009/2020 saylı 7 dekabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.