Məhkəmə qərarları › İş №2-1(102)-662/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-662/2025

12.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-662/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarların ləğvi və əmək pensiyasının bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğvi və əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3038/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur.

2. İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı 7 noyabr 1996-cı il tarixindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət S osial Müdafiə Fondu həyata keçirdiyindən, İddiaçı əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra - Mərkəzi Filial) tərəfindən ödənilib. Sonradan onun müraciətinə əsasən pensiya kateqoriyası dəyişdirilərək, ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı dövlət qulluğu stajı 15 ildən az təşkil edir. Buna görə də onun sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yoxdur. Qeyd olunan səbəbdən ona sözügedən kateqoriya üzrə pensiya ödənişi 01 may 2021-ci il tarixindən dayandırılıb və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə ödənilmiş 37.427,86 manat pul vəsaiti artıqödəmə hesab olunur. Eyni zamanda, Mərkəzi Fi lial tərəfindən 11 avqust 2021-ci il tarixində (xx.xx.2019-cu il tarixindən hesablanmaqla) daxili işlər orqanlarının sabiq əməkdaşı kimi xidmət illəri ilə əlaqədar yaşa görə əmək pensiyası bərpa edilib və İddiaçı xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi ödənilməli olan ümumilikdə 12.947,25 manat hesablanıb. Qeyd olunanlara əsasən, ona hərbi qulluqçu kimi 12.947,25 manat ödənilməli olduğu halda, dövlət qulluqçusu kimi 37.427,86 manat ödənilib. Nəticədə artıqödəmə 24.480,61 (37.427,86-12947,25) manat təşkil edib. Göstərilənlər barədə İddiaçı Mərkəzi Filial tərəfindən 12 avqust 2021-ci il tarixli məktubla ətraflı məlumat verilib. Əlavə olaraq bildirilmişdir ki, dövlət qulluqçusu kimi pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar İdd iaçı tərəfindən, artıq ödənilmiş pensiya məbləğinin qaytarılması ilə əlaqədar isə Mərkəzi Filial tərəfindən məhkəməyə müraciət edilib. Məhkəmə çəkişmələri nəticəsində dövlət qulluqçusu kimi pensiya ödənişi dayandırılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək Mərkəzi Filialın iddiası təmin edilməyib, İddiaçı iddiası təmin edilməklə dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılması haqqında qərar ləğv edilib. Həmçinin, sözügedən kateqoriya üzrə pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixindən bərpa edilməsi vəzifəsi Mərkəzi Filiala həvalə edilib. Məhkəmə qərarının icrası məqsədilə sabiq dövlət qulluqçusu kimi əmək pensiyası xx.xx.2023-cü il tarixində 2210,57 manat məbləğində bərpa edilib və qərarın icrası barədə Bakı İnzibati Məhkəməsinə müvafiq məktubla məlumat verilib. Eyni zamanda, pensiyasının qanunauyğun qaydada yenidən hesablanması məqsədilə sözügedən məhkəmə qərarında ifadə olunan mövqeyə uyğun olaraq cavabdeh tərəfindən təkrar inzibati icraata başlanılıb. Belə ki, pensiya məbləğinin yenidən hesablanması haqqında mülahizələrinin dinlənilməsi üçün tərəflərindən İddiaçı xx.xx.2023-cü il tarixli məktub göndərilib. İddiaçı xx.xx.2024-cü il tarixində Mərkəzi Filiala gəlmiş və ona qeyd olunanlarla bağlı ətraflı məlumat verilmiş, daha sonra onun mülahizələri dinlənilib və bu barədə birgə akt tərtib edilmişdir. Qeyd olunanlardan sonra, İddiaçı hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası cari ilin mart ayında 737,80 manat məbləğində bərpa edilib. Həmçinin, İddiaçı cari ilin yanvar və fevral ayları üzrə ödənilməli ol an 1.475,60 manat vəsait hesablanıb. Həmin vəsait də cari ilin mart ayında yeni pensiya məbləği ilə birlikdə ona ödənilib. Qeyd olunan məhkəmə qərarının icrası nəticəsində də ona 3.094,16 manat artıq pul vəsaiti ödənilib. Nəticədə, hazırda İddiaçı ümumilikdə artıq ödənilmiş vəsait 27.574,77 (24.480,61+3.094,16) manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona artıq ödənilmiş 27.574,77 manat vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuş və əlavə olaraq bildirilmişdir ki, yuxarıda qeyd olunanlarla bağlı ona Mərkəzi Filialın 7 mart 2024-cü il tarixli məktubu ilə məlumat verilib. Bundan başqa, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərba ycan Respublikasının 31 may 2021-ci il tarixli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və Şərtləri” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əm ək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulduğundan, dövlət qulluğu stajınızın müraciətinizdə göstərdiyiniz əsaslarla hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-72594/2024 nömrəli qərarı, “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-302/2024 nömrəli qərarı və “Əmək pensiyasının ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-301/2024 nömrəli qərarının ləğv edilməsi, İddiaçı sabiq dövlət qulluqçusu kimi aldığı pensiyasının sonrakı artımlar da nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 22 il qulluq stajı ilə pensiyaya çıxmışdır. 2006-cı ildən şöbə müdiri vəzifəsində qulluq etdiyi Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyindən yaş həddi çatdığına görə öz xahişi ilə 2019-cu ilin iyun ayında işdən azad olunmuş, sənədlərini DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edərək, ona təyin edilmiş Daxili İşlər Nazirliyinin pensiyasının qanunla nəzərdə tutulmuş qaydada dövlət qulluğu pensiyasına dəyişilməsi barədə müraci ət etmiş və həmin idarə tərəfindən heç bir sual olmadan 20 il 02 ay 22 gün staja müvafiq olaraq ona dövlət qulluqçusu kimi pensiya təyin edilmiş və bu pensiyanı 2021-ci ilin aprel ayı da daxil olmaqla almışdır. Göstərilən 20 il 02 ay 22 gün qulluq stajının 07 il 07 ay 02 gün dövrü 1980-1995-ci illər ərzində Daxili İşlər Nazirliyinin mərkəzi aparatında rəis heyəti vəzifələrində qulluq etdiyi müddət və 12 il 07 ay 20 gün qulluq stajı isə 2006-2019-cu illərdə Müdafiə Sənayesi Nazirliyindəki qulluq müddətidir. Lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üç ay sonrakı tarixlə, yəni xx.xx.2021-ci il tarixdə əmək pensiyasının dayandırılması haqqında **********7 nömrəli qərar qəbul edərək, dövlət qulluqçusu kimi pensiya hüququnun olmaması əsası ilə, ona təyin edilmiş yaşa görə ə mək pensiyasını 30 aprel 2021-ci il tarixdən ləğv edərək, həmin ilin may, iyun, iyul ayları üçün ona pensiya ödəməmiş və 2021-ci ilin avqust ayından DİN-in pensiyasını ödəməyə başlamışdır. Mərkəzi Filial 2021-ci il 12 avqust tarixli məktubunda bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinin tələblərinə görə, daxili işlər orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi dövlət qulluğunun xüsusi növüdür və buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qulluq etdiyi dövrün ona 01 iyul 2019-cu il tarixindən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərkən dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Mərkəzi Filial 2021ci ilin avq ust ayında ona artıq vəsait ödənilməsi iddiası ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş o, da dövlət qulluğu pensiyasının bərpa edilməsi tələbi ilə qarşılıqlı iddia irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsi Mərkəzi Filialın inzibati icraatın aparılmasında buraxdığı qanunsuzluqlara görə onun iddiasını rədd etmiş, iddiaçının, yəni onun iddia tələbini isə təmin etmişdir. Mərkəzi Filialın apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin İnzibati Kollegiyaları tərərindən təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Mərkəzi Filial 2023-cü ilin noyabr və dekabr ayları üçün dövlət qulluğu pensiyasını ödəmiş, cari ilin yanvar aynın 8-də Mərkəzi Filiala dəvət edilərək, sabiq dövlət qulluqçusu kimi əmək pensiya sı hüququnun olmadığı və yenidən DİN-in pensiyasına keçiriləcəyi barədə məlumat verilmişdir. Eyni zamanda, 11 yanvar 2024-cü il tarixdə bu barədə inzibati akt da qəbul edilmişdir. Bu “Qayda və şərtlər”in 2-ci bəndinin 2.1.1-ci yarımbəndinə uyğun olaraq, DİN-in mərkəzi aparatında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti iddiaçıda 07 il 07 ay 02 gün, 2.1.7-ci yarımbəndinə əsasən DİN-in Kadrlar İdarəsində sərəncamda olduğu müddət (xx.xx.1993-ildən xx.xx.1994-cü ilə qədər) 01 il 01 ay 07 gün, 2.3-cü yarımbəndinə əsasən “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınması müddət əmək kitabçasına uyğun olaraq 04 il 09 ay 19 gün olmaqla DİN-in mərkəzi aparatındakı xidmət illərinin cəmi 13 il 05 ay 21 gün edir. Dövlət qulluğu stajını, yəni 12 il 07 ay 20 gün müddəti də onun üstünə gələndə cəmi qulluq stajı 26 il 01 ay 11 gün edir.

5. Cavabdehin iddiaya qarşı etirazı imtinaya uyğun əsaslandırılmışdır.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 23 may 2024-cü il tarixli 21(112)-8309/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-72594/2024 nömrəli, “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-302/2024 nömrəli, “Əmək pensiyasının ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-301/2024 nömrəli qərarları ləğv edilmiş, İddiaçı sabiq dövlət qulluqçusu kimi aldığı əmək pensiyasının sonrakı artımlar da nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

7. Birinci i nstansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh qurum vaxtilə qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Lakin iddiaçının pensiyasının yenidən hesablanması zamanı (xx.xx.2024-cü il tarixdə) artıq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bu səbəbdən də inzibati orqanın hərəkəti hazırda “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1ci və 22.7-2-ci maddələri qüvvədə olduğu təqdirdə iddiaçının əlverişsiz vəziyyətə salınması ilə nəticələnir. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi “sözügedən Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil edilmir” dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş şəxslərin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluğa qəbul edilməsi zamanı dövlət qulluğunun xüsusi növündə xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajına və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluq keçmiş şəxslərin dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilməsi zamanı dövlət qulluğunda malik olduqları qulluq stajı nın dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müəyyən edir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: /sədrlik edən və məruzəçi R.Ə.Səmədov /, X.A.Cəmilova və E.Ə.Əliyev) 22 oktyabr 2024-cü il tarixli, 21(103)-3038/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qər arın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

12. Kassasiya şikayəti cavabdehin imtinası, iddiaya etirazı və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir.... 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüq uquna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Maddə

22. Dövlət məvacibi... 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə

23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.... 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “D övlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzə rə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə t əyin edilir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şika yət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə b axılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya etiraz və apelly asiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə qərarların ləğvi və əmək pensiyasının bərpa edilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, iddiaçının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməli olması qənaətindən çıxış edərək, iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

23. Məhkəmə bununla bağlı istinad etdiy i sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3038/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar