Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-663/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; hüquqi maraq; VM 65.2.3-2 ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı “silinmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-3914/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********921800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 30371,02 manat əlavə vergi məsuliyyəti müəyyən edilmişdir.
2. İddiaçı həmin qərarın ləğvi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
3. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 21.800,87 manat, xx.xx.2024-cü il tarixdə isə 3.823,89 manat, ümumilikdə 25.624,76 manat məbləğində pul vəsaitini büdcəyə ödəniş olaraq silinmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının ƏDV depozit hesabından cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 21800.87 manat, xx.xx.2024-cü il tarixdə isə 3823.89 manat toplamda 25624.76 manat məbləğində silinmiş pul vəsaitlərinin iddiaçının bank hesabına və ya ƏDV depozit hesabına geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyətin ƏDV depozit hesabından cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə 21800.87 manat, xx.xx.2024-cü il tarixdə isə 3823.89 manat toplamda 25624.76 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə qanunsuz olaraq silinmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsini 65-ci maddəsinə əsasən vergi orqanı tərəfindən borcların alınması, ƏDV depozit və ya bank hesablarından pulların silinməsi halı müəssisə tərəfindən məhkəməyə müraciət edildikdə hesabda pul vəsaitinin dondurulması nəzərdə tutulmuşdur. Vergi orqanı tərəfindən qəbul edilmiş qərarlar Bakı İnzibati Məhkəməsinə müraciət edilərək mübahisələndirilmişdir. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********143348 saylı, xx.xx.2022-ci il tarixli **********156590 saylı və ƏDV “Noyabr 2023” dövrü üzrə xx. xx.2024-cü il tarixli **********921800 saylı qərarların hər biri tərəflərindən mübahisələndirilmişdir. Sözügedən qərarlardan xx.xx.2020-ci il tarixli **********143348 saylı qərar üzrə məhkəmə mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarla yekunlaşdırılmış və iddia tələbləri təmin edilmişdir. Digər qərarlar üzrə məhkəmə mübahisəsi hazırda davam etməkdədir. Həmçinin tərəflərindən Bakı İnzibati Məhkəməsinə müraciət edilərək, 2-1(112)-8503/2022 saylı işə mahiyyəti üzrə baxılıb qurtaranadək, xx.xx.2022-ci il tarixli **********156590 saylı qərarın icrasının dayandırılması, bank hesablarına qoyulmuş sərəncamların götürülməsi, müəssisənin hesablarının dondurulmasının və müəssisənin ƏDV depozit hesabına məhdudiyyətlərin qoyulmasının cavabdehə qadağa edilməsi bar ədə müvəqqəti təminat tədbiri barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 15(103)-52/2024 saylı qərardada əsasən ərizələri üzrə tələbləri təmin edilmiş və xx.xx.2022-ci il tarixli, **********156590 saylı qərarın icrası dayandırılmaqla, müəssisənin hesablarının dondurulması və müəssisənin ƏDV depozit hesabına məhdudiyyətlərin qoyulması cavabdehə qadağan edilmişdir. Lakin cavabdeh vergi orqanı tərəfindən bu kimi hallar nəzərə alınmamış və ƏDV depozit hesablarından məbləğlər silinmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7561/2024 nömrəli qərardadı (X1) ilə iddia mümkün sayılmamışdır.
8. Birinci i nstansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırkı tələbi üzrə silinmiş pul vəsaitlərinin silinməsi üçün əsas olan, həmin İdarə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********921800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarını ləğvinə dair məhkəmədə iddia qaldırmış və iş məhkəmənin icraatındadır. Həmin qərarın icrasının dayandırılması barədə məhkəmə qərardadı xx.xx.2024-cü ildə qəbul edilmişdir. Cavabdeh tərəfindən isə müəssisənin ƏDV depozit hesabından silinmələrin aparılması məhdudiyyət tədbirinin qoyulmasından əvvəl, yəni xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə aparılmışdı r. İddiaçı başqa iddia ərizəsində həmin silinmələrin aparılması üçün əsas təşkil etmiş xx.xx.2024-cü il tarixli, **********921800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı mübahisələndirdiyindən, iddiaçının hazırkı iddianı qaldırmağa hüquqi marağı müəyyən edilmir. Belə ki, iddiaçının həmin iş üzrə iddiası uğurlu olacağı təqdirdə mübahisələndirilən qərar ləğv ediləcək və tərəflərin vəziyyəti inzibati aktın qəbul edilməsindən əvvəlki vəziyyətinə gətiriləcəkdir.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2 024-cü il tarixli, 2-1(103)-3914/2024 nömrəli qərardadı (X4 (sədrlik edən və məruzəçi), X5 və X3) ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, vergi ödəyicisinin şikayətinə baxılan müddətdə vergi orqanının müəssisənin ƏDV depozit hesabından pul vəsaitlərini silmə si əsassızdır. Nəzərə alınmalıdır ki, bu halda vergi ödəyicisinin şikayəti dedikdə, vergi məcəlləsinin 62, 63, 64-cü maddələrinə əsasən ya vergi orqanına, ya da məhkəməyə ünvanlanmış şikayət nəzərdə tutulur.
14. Vergi Məcəlləsinin imperativ norması olan sözügedən maddəsindən də aydındır ki, vergi ödəyicisinin şikayətinə baxılan müddətdə vergi orqanının müəssisənin ƏDV depozit hesabından pul vəsaitlərini silməsi əsassızdır. Nəzərə alınmalıdır ki, bu halda vergi ödəyicisinin şikayəti dedikdə, vergi məcəlləsinin 62, 63, 64-cü maddələrinə əsasən ya vergi orqanına, ya da məhkəməyə ünvanlanmış şikayət nəzərdə tutulur. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN H ÜQUQ
16. Vergi Məcəlləsi: 63.2. Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər.... 65.2.3-2. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və t əklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ‘ Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdi rə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİN İN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ lazımi qaydada araşdırılmamışdır.
21. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıdan silinən pul vəsaitinin əsas olan inzibati akt məhkəmə qaydasında mübahisələndirildiyinə görə iddiaçının ƏDV depozit hesabından cavabdeh tərəfindən silinmiş pul vəsaitlərinin iddiaçının bank hesabına və ya ƏDV depozit hesabına geri qaytarılması barədə iddia tələbi mümkün sayılmamışdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi n əzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər.
24. Həmçinin Vergi Məcəlləsinin 65.2.3-2-ci maddəsinə görə vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir.
25. Yuxarıda göstərilən vergi müddəalarından görünür ki, vergi ödəyicisinin vergi öhdəliyi barədə bildiriş aldıqdan 30 təqvim günü müddəti keçməmiş vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi bo rcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilə bilməz.
26. Yuxarıda qeyd olunan normaların tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ondan tutulmuş məbləğin düzgün hesablanıbhesablanmaması deyil, həmin məbləğin Vergi Məcəlləsinin borcun tutulması ilə bağlı normalarına uyğunluğu, yəni şikayət verilməsi üçün nəzərdə tutulan 30 təqvim gününü gözləmədən vergi məbləğinin tutulmasının qanunsuzluğunun tanınması olmuşdur.
27. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbi barədə iddiaçının hüquqi marağı üzrə araşdırma aparmadan iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul etmişdir.
28. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab e dir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-3914/2024 nömrəli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir