Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-666/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2019-cu il tarixədək müraciət etmiş şəxsə münasibətdə yaranmış pensiya fərqinin ödənilməsində 3 illik məhdudiyyətin tətbiq olunmaması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fo ndunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2359/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2014cü il tarixdən xx.xx.2019-cu il tarixədək əmək haqqındakı mükafat və pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbu l edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(112)-1387/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.2014-cü il tarixindən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə, Mərkəzi Seçki Komissiyasında işləyərkən aldığı əmək haqqı tərkibindəki mükafat və pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2359/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən - “xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək əmək haqqındakı pul təminatı nəzərə alınmaqla pensiyanın yenidən hesabl anması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2359/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı -“xx.xx.2014-cü il tarixdən xx.xx.2019cu il tarixədək əmək haqqındakı mükafat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı ilədək Mərkəzi Seçki Komissiyasının üzvü olmuş, ona Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 628 nömrəli qərarı ilə xx.xx.2014-cü il tarixindən MSK üzvü kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya ilkin olaraq 2014-2018-ci il ərzində pensiya hesablanmasında əmək haqqının tərkibində yalnız vəzifə maaşı və səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərclərinə görə əlavə nəzərə alınmaqla pensiya hesablanmış, xx.xx.2020-ci il tarixli yenidən hesablama barədə qərarla 2019-cu ildən etibarən pensiya hesablanması üçün əsas götürülən əmək haqqının tərkibində onun vəzifə maaşı və təmsilçilik xərcindən əlavə 100% məbləğində aldığı mükafat və 25% pul təminatı nəzərə alınmaqla hesablanmışdır. Lakin pensiya işindən görünür ki, iddiaçı hələ xx.xx.2018-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə ərizə ünvanlayaraq MSK-dan əldə etdiyi xx.xx.2018-ci il tarixli əmək haqqı arayışı əsasında pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
6. Hazırkı halda cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7ci maddələrinə istinad edərək qanunla müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə etdiyini əsas gətirərək 2014-2018-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı tərkibində nəzərdə tutulan mükafat nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasından imtina edir. Qeyd edilməlidir ki, iddiaçının tələbi pensiyanın təyin edilməsi ilə bağlı deyil, təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədardır. Bu zaman, şəxsə yenidən hesablanmış pensiya məbləğinin əvvəlki hansı dövrlər üzrə ödənilməsi məsələsinə məhz pensiyanın yenidən hesablanması zamanı əvvəlk i dövrlər üzrə ödəməni müəyyən edən normanın tələbinə əsasən qiymət verilməlidir. Belə olan halda, iddiaçının tələbi üzrə tətbiq edilməli olan norma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.12-ci maddəsidir. Məhz həmin norma pensiyanın yenidən hesablanması tələbinə münasibətdə əvvəlki dövrlər üzrə 3 illik ödəmə məhdudiyyəti nəzərdə tutmuş və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, iddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı xx.xx.2018-ci il tarixində, yəni “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı xx.xx.2019-cu il tarixindən əvvəl cavabdehə müraciət etdiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarında da vurğulandığı kimi, Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği 3 illik məhdudiyyət tətbiq olunmadan əvvəlki bütün dövrlər üzrə ödənilməlidir.
7. Cavabdeh mahiyyətcə imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəaların a, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statu suna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli old uğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3- cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı xx.xx.2019-cu il tarixindən əvvəl cavabdehə yenidən hesablanma ilə bağlı müraciət etmiş şəxslərin yenidən hesablanmış pensiya məbləğləri 3 illik məhdudiyyət tətbiq olunmadan əvvəlki bütün dövrlər üzrə ödənilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1719/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2388/2023 nömrəli qərarları).
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq e dilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda is tinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2359/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.