Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-67/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması; torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasına düşməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Sabunçu rayonu, Ləhiş bağ sahəsindəki 3607 saylı bağ sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2023-cü il tarixli, 2-1(103)-1755/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarı ilə 29 nəfərdən ibarət 181 saylı Ləhiş Bağ Tikinti Kooperativi üzvlərinin siyahısı təsdiq edilmiş, həmin qərara əlavə edilmiş siyahıda X2 adı 5-ci sırada göstərilmişdir.
2. X10 xx.xx.1991-ci il tarixdə ölmüş, ölümündən sonra xx.xx.1991-ci il tarixdə iddiaçı X6 və İstismarı Birliyinə ərizə ilə mürac iət edərək, atası X10 vəfat etdiyindən onun adına olan 3607 nömrəli bağ sahəsinin öz adına keçirilməsini xahiş etmişdir.
3. X1, X4, X11, X8, X12, X3 xx.xx.1991-ci il tarixli razılıq ərizələri ilə, X10 vəfat etdiyindən onun adına olan 3607 nömrəli bağ sahəsinin iddiaçının adına keçməsinə etiraz etməmişlər.
4. Bakı şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və X9 bağlar sahəsindəki 181 nömrəli kooperativinin 5 nömrəli orderindən göründüyü kimi, Bakı şəhər İK-nın xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarına əsasən, iddiaçıya Ləhiş bağlar sahəsində 181 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3607 nömrəli bağ sahəsi ayrılmışdır.
5. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla (bildiriş) imtina edərək bildirmişdir ki, bağ sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd olunsa da, faktiki ölçüsü 546 kv.m-dir. Elektron kadastr məlumatlarına əsasən, göstərilən bağ sahəsinin 3607 saylı bağ sahəsinə aidiyyəti yoxdur və bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, orderdə qərarın tarixində düzəliş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sabunçu rayonu, Ləhiş bağ sahəsindəki 3607 saylı bağ sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
7. İddiaç ı tələbini hazırki qərarın 1-5-ci bəndlərində sadalanan işin halları ilə əsaslandırmışdır.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddia olunan torpaq sahəsi sxematik xəritəyə əsasən, 2219 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir və 3607 saylı bağ sahəsinin həqiqi ərazisindən təqribən 2200 m aralı ərazidə yerləşir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) 14 dekabr 2022-ci il tarixli 21(112)-3226/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində ol an bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən orderi təqdim etsə də, həmin orderdəki məlumatlar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, orderdə 3607 nömrəli bağ sahəsinin xx.xx.1990-cı il tarixli qərarla iddiaçıya ayrıldığı göstərilsə də, işdə olan sənədlərdən görünür ki, həmin tarixli qərar iddiaçı deyil, onun atası X10 barəsində qəbul edilmişdir. Ə.Əkbərov 1991-ci ildə öldükdən sonra onu ailə üzvləri 3607 saylı bağ sahəsinin iddiaçıya keçməsinə etiraz etməmələri ilə bağlı aidiyyəti orqa na ərizə təqdim etsələr də, bağ sahəsinin addan-ada keçirilməsi barədə səlahiyyətli orqan tərəfindən hər hansı qərarın qəbul edilməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2021- ci il tarixli, BA05183-2021 nömrəli məktubdan da görünür ki, keçmiş Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarı 61 vərəq olmaqla, Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda iddiaçı barədə heç bir məlumat yoxdur. Halbuki, 1971-ci il tarixdən xx.xx.1992-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən, torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Həmin dövrdə qüvvədə olan qanunvericili k torpaq sahəsinin ayrılması üçün ilk əvvəl müvafiq qərarın qəbul olunmasını zəruri etmişdir. Lakin iddiaçı torpaq sahəsinin onun adına keçirilməsi barədə həmin qərarı məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, nə qədər ki, orderdə göstərilən qərar iddiaçı barəsində deyildir, deməli, həmin order hüququn qeydiyyatı üçün əsas kimi qəbul edilə bilməz.
11. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və R.Ə.Səmədov) 09 iyun 2023-cü il tarixli, 21(103)-1755/2023 nömrəli qərarı ilə şikayət təmin edilm iş, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2-1(112)-3226/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, 3607 nömrəli bağ sahəsinin xx.xx.1990-cı il tarixli qərarla iddiaçının atası X5 ayrılması işin mübahisəsiz halıdır. Bu hal hər hansı qaydada cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Mübahisələndirilən və məhkəmə tərəfindən də keçmiş qanunvericilik normalarına istinad edilərək yalnış şərh edilən məsələ isə ondan ibarətdir ki, X2 vəfatından sonra 3607 saylı bağ sahəsinin mərhumun oğlunun (hazırkı iddiaçının) adına keçirilməsi barədə qərar qəbul edilməmişdir. İş materiallarında doğruluğu şübhə altına alınmayan faktiki sənədlər qismind ə - 3607 nömrəli bağ sahəsinin iddiaçının atası X5 ayrılmasını təsdiq edən xx.xx.1990-cı il tarixli 4/143 saylı qərar, iddiacının atasının ölümündən sonra torpağın adına keçirilməsi üçün onun müraciəti, digər ailə üzvlərinin buna etiraz etməmələri barədə ərizələri və 3607 nömrəli bağ sahəsinin iddiaçının adına ayrılmasını əks etdirən Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və X9 bağlar sahəsindəki 181 nömrəli kooperativinin 5 nömrəli orderi mövcuddur. Qeyd edilən sənədlərin faktiki mövcudluğu və doğruluğu 3607 saylı bağ sahəsinin həqiqətən iddiaçının mərhum atası X5 və vəfatından sonra oğlu İddiaçı keçməsini təsdiq edir. Birinci instansiya məhkəməsinin mövqeyinin əksinə, hər bir halda qanunvericiliyin tələblərinə əsasən, torpaq sahəsinin bir şəxs dən başqa şəxsə keçməsinin müvafiq qərarla rəsmiləşdirilməməsinə dair inzibati orqanın hərəkəti iddiacının hüquqlarının pozulmasına əsas ola bilməz. Cavabdehin imtinasının digər dəlilləri isə ondan ibarət olmuşdur ki, texniki inventarlaşdırma işləri keçirilən zaman bağ sahəsinin faktiki ölçüsünün 546 kv.m olduğu aşkar edilmişdir. Elektron kadastr məlumatlarına əsasən, göstərilən bağ sahəsinin 3607 saylı bağ sahəsinə aidiyyəti yoxdur və 2219 saylı bağ sahəsinə uyğun gəlir, həmçinin bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Faktiki vəziyyətlə hüquqmüəyyənedici sənəd arasında uyğunsuzluqlar olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. Şəxsin istifadəsində olan bağın yerləşdiyi torpağın dövlət qeydiyyatı na alınmasını yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Cavabdeh orqan iddiaçının müraciətinə verilən imtina cavabını yuxarıda qeyd edilən uyğunsuzluqla əsaslandırsa da, həmin uyğunsuzluğun aradan qaldırılması məqsədilə hər hansı araşdırma aparmamış, həmçinin 3607 saylı bağ sahəsinə, həm də iddia edilən yerə (2219 saylı bağ) uyğun gələn bağ sahəsinə dair hər hansı hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat təqdim etməmişdir. Belə olan halda, nəticə etibarı ilə torpaq sahəsinin qeydiyyat alınmasından imtina edilməsi barədə cavabdehin mövqeyi əsaslı qəbul ed ilə bilməz. Cavabdehin iddia edilən torpaq sahəsindən yüksək gərginlikli elektrik xəttinin keçməsinə dair dəlilinə münasibətdə isə bildirilir ki, bu halın düzgünlüyünü təsdiq edən hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hüquqmüəyyənedici sənədin verildiyi vaxtda mövcud olmayan, lakin hazırda qüvvədə olan normaların məzmunundan göründüyü kimi, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilmir. İddiaçının tələbi qanuni və əsaslı olduğundan müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassızdır, bu imtina iddiaçının hüquqları nın pozulmasına səbəb olmuşdur.
14. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Cavabdeh kassasiya şikayətində iddiaçının müraciətindən imtinada və iddiaya qarşı etirazında qeyd edilən dəlillər təkrarlanmış, işin hallarının tam və hərtərəfli araşdırılmasının təmin edilməməsi, beləliklə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması bildirilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qa nunu: Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və y a bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyy ət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 19. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı: Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsə lələri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. dövlət orqanları tərəfindən
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə” Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayı ş evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” Bənd 3.0.23. Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. 3.0.50. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifəsidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”: Bənd
6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bənd
12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri i lə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan la zımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansi ya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinə münasibətdə qeyd edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, 3607 nömrəli bağ sahəsi iddiaçının atası X5 ayrılmış, iddiaçının atasının ölümündən sonra torpağın adına keçirilməsi üçün iddiaçı müraciət etmiş, digər ailə üzvləri buna etiraz etməmələri barədə ərizələr vermişlər. 3607 nömrəli bağ sahəsinin iddiaçının adına ayrılması Azərbaycan Respublikas ı Bakı şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və X9 bağlar sahəsindəki 181 nömrəli kooperativinin 5 nömrəli orderi ilə öz təsdiqini tapır. Bağ sahəsi hazırda onun istifadəsindədir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən, torpaq sahəsinin bir şəxsdən başqa şəxsə keçməsinin müvafiq inzibati aktla rəsmiləşdirilməməsinə dair inzibati orqanın hərəkətsizliyi iddiaçının hüquqlarının pozulmasına əsas ola bilməz.
29. Mübahisə predmeti olan bağ sahəsinin faktiki ölçülərinin fərqli olması, habelə torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasına düşməsi ilə bağlı cavabdeh inzibati orqanın kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 21-ci bəndində sadalanan qanunvericilik aktlarının tələbinə əsasən, torpaq sahəsinin faktiki vəziyyəti ilə hüquqmüəyyənedici sənəd arasında uyğunsuzluqlar olduqda, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin vəzifəsidir. Cavabdeh inzibati orqan isə uyğunsuzluğun aradan qaldırılması məqsədilə hər hansı araşdırma aparmamış, həmçinin 3607 saylı bağ sahəsinə, həm də iddia edilən yerə (2219 saylı bağ) uyğun gələn bağ sahəsinə dair hər hansı hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat təqdim etməmişdir.
30. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya hüquqmüəyyənedici sənədin (order) verildiyi vaxtda mövcud olmayan, lakin hazırda qüvvədə olan, bu qərarın 22-ci bəndində sadalanan qanunvericilik normalarında torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin s ahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin torpaq sahəsinin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilmir.
31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2023-cü il tarixli, 21(103)-1755/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.