Məhkəmə qərarları › İş №2-1(102)-671/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-671/2024

28.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-671/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və ikinci qrup əlillik dərəcəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın lə ğv edilməsi və ikinci qrup əlillik dərəcəsinin verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-31/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının qiymətləndirilmə məlumatından görünür ki, xx.xx.2014-cü il tarixli göndərişə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdə ilkin, 1 il müddətinə ikinci dərəcə əlillik(=2.2.7.həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi), xx.xx.2015-ci il tarixli, 0232003AAE13 nömrəli Forma 88 üzrə xx.xx.2015-ci il tarixdən təkrar, 1 il müddətinə, xx.xx.2016-cı il tarixli göndərişə əsasən isə təkrar 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur (Diaqnozun mətni- Onikibarmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla. Qastroezofaqeal reflyukus. Ezofaqit İİ st. Həzm sistemi funksiyasının pozulması. Ümumi qidalanma zəifliyi. İİ-li anemiya. Tubootit. Nevrasteniya. Tez-tez kəskinləşən vegetativ damar krizləri ilə).

2. Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışların surətlərindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bərdə rayon Poliklinikasında xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında müalicə almışdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasının 12 oktyabr 2015-ci il tarixli qiymətləndirməsindən görünür ki, İddiaçı növbəti müayinə tarixi xx.xx.2016-cı il olmaqla ikinci dərəcəli əlillik təyin edilmiş, diaqnoz olaraq on iki barmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla reflyukus, ezofaqit İıst, həzm sistemi funksiyasının pozulması, ümumi qidalanma zəifliyi, 2-li anemiya, tubootit, tez- tez kəskinləşən vegetativ damar krizləri qeyd edilmişdir.

4. Ömürdən pay klinikası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli videoqastmoduodenoskopiyada İddiaçı müayinəsi nəticəsində sliding tip Hiatal Herni, Ezofaqit / Grade B/, Erroziv antral qastrit, 12.b.b.xora xəstəliyi müəyyən edilmişdir. Xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, İddiaçı onikibarmaq bağırsağın xorasının kəskinləşməsi, xroniki pankreatinin kəskinləşməsi diaqnozu ilə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək X6 publik hüquqi şəxsdə müalicə almışdır.

5. Bərdə rayon « Mərkəzi Xəstəxanası » publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişlərinə Tibbi-Sosial Ekspert Komissiyasının cavablarından görünür ki, əlillik və sağlamlıq imkanının məhdudluğu təyin edilmi ş İddiaçı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə TSEK-də müayinədən keçmiş və « əlavə müalicəyə ehtiyacın olması ixtisaslaşdırılmış stasionar müalicəsi davam etdirilsin » diaqnozu qoyulmuşdur.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyası tərəfindən barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarından görünür ki, « Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: İxtisaslaşdırılmış stasionar müalicəsi davam etdirilsin » səbəbi ilə əlilliyin təyin edilməsindən imtina olunmuşdur.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2014-cü il t arixdən “ümumi xəstəlik” səbəbindən bir il müddətinə (diaqnoz: onikibarmaq bağırsağın soğanağının qanaxma ilə fasadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla. Nevrasteniya. Həzm sistemi funksiyalarının pozulması, ümumi qidalanma zəifliyi) ilkin olaraq ikinci dərəcə əlillik təyinatı aparılmışdır. xx.xx.2015-xx.xx.2021-ci illər ərzində şəxs “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik statusuna malik olmuşdur. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra dövlət tibb müəssisəsi tərəfindən İddiaçı dair iki göndəriş daxil olmuşdur. Bərdə rayon Mərkəzi Xəstəxanasının 0232003AAVQL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə elektron qiymətləndirmə aparılmış və “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Şəxsin əlillik vəziyyəti sonuncu dəfə Bərdə rayon Mərkəzi Xəstəxanasının 0232002AAXAH nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında qiymətləndirilmiş və stasionar müalicə müddətinin günləri az olduğundan, müalicə potensialı tükənmədiyindən (ekspertiza üçün əhəmiyyətli sayılan boy-çəki əmsalı qeyd olunmayıb, həmçinin laborator göstəricilər əlilliyin təyininə əsas vermir), növbəti dəfə “Əlavə müalicəyə ehtiyacın olması” barədə əsaslı qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015- ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndinə uyğun olaraq, həzm sisteminin xəstəliklərində residivlə əlaqədar bir il ərzində azı dörd dəfə stasionar müalicə tələb olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət TibbiSosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyası tərəfindən barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsi, həmçinin qeyd edilən komissiyanın üzərinə ona müddətsiz ikinci qrup əlillik dərəcəsinin (sağlamlıq imkanlarının 51 faizdən 80 faizədək itirilməsi) verilməsi üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə ona 21 saylı TSEK-in müvafiq qərarı ilə “12 barmaq bağırsaq soğanağının qanaxma ilə pasadlaşmış xroniki xora xəstəliyi, xroniki erozi qastro duodenit, həzm sistemi funksiyasının pozulması, ümumi qidalanma zəifliyi, çəkinin düşməsi, İİ-li anemiya” diaqnozu ilə ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra həmin TSEK-in xx.xx.2015ci il tarixli qərarı ilə yenidən həmin diaqnoz ilə əlillik müddəti xx.xx.2016-cı ilədək uzadılmışdır. Daha sonra 2016-cı ilin oktyabr ayında onun əlillik müddəti beş il müddətinə, yəni 2021-ci ilin oktyabr ayınadək uzadılmışdır. Bundan başqa, 20162021-ci illər ərzində o, hər il Bərdə rayon Mərkəzi Xəstəxanasında beş dəfə, hər dəfə də bir ay müddətində, eyni zamanda “Ömürdən pay” klinikasında stasionar və ambulator müalicələr alsa da xəstəliyi sağalmamışdır. Ona görə də Bərdə rayon X3 hüquqi şəxsi tərəfindən 2021-ci ilin oktyabr ayında adına “Forma 88” tərtib olunaraq Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasına göndərilmiş, lakin həmin komissiyanın xx.xx.2021ci il tarixli qərarı ilə əlavə müalicəyə ehtiyacın olması ixtisaslaşdırılmış stasionar müayinə və müalicənin davam etdirilməsi diaqnozu ilə ona ikinci qrup əlillik dərəcəsinin verilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir.

10. Qeyd edilən qərarı qanunsuz və əsassız hesab etməsinə baxmayaraq (2016-2021-ci illər ərzində o hər il Bərdə rayon Mərkəzi Xəstəxanasında beş dəfə, hər dəfə də bir ay müddətində, eyni zamanda “Ömürdən pay” klinikasında stasionar və ambulator müalicələr alsa da yenə də Bakı şəhəri X5 həmin qərarda göstərilmiş ixtisaslaşdırılmış stasionar müayinə və müalicə almaq üçün Bərdə rayon X3 hüquqi şəxsində n göndəriş alaraq həmin tibb mərkəzinə gedib orada 22 gün müddətinə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ixtisaslaşdırılmış stasionar müayinə və müalicə alsa da “12 barmaq bağırsaq soğanağının qanaxma ilə pasadlaşmış xroniki xora xəstəliyi, xroniki erozi qastro duodenit, həzm sistemi funksiyasının pozulması, ümumi qidalanma zəifliyi, çəkinin düşməsi, İİ-li anemiya” diaqnozu öz təsdiqini tapmış və bu barədə yenidən Bərdə rayon X3 hüquqi şəxsi tərəfindən 2022ci ilin yanvar ayında adına “Forma 88” tərtib olunaraq Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasına göndərilmişdir. Komissiyanın xx.xx.2022-ci il tarixli qərarı ilə yenə də birinci imtina qərarındakı təkrar diaqnoz, yəni əlavə müalicəyə ehtiyacın olması ixtisaslaşdırılmış stasionar müalicənin davam etdirilməsi diaqnozu ilə ona ikinci qrup əlillik dərəcəsinin verilməsindən yenidən qanunsuz və əsassız olaraq imtina edilmişdir.

11. Göründüyü kimi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyası tərəfindən ona ikinci qrup əlillik dərəcəsinin verilməsindən imtina olunması barədə hər iki qərar eyni məzmunlu olmuş və həmin komissiya tərəfindən qeyd edilən qərarlar səthi, heç bir araşdırma aparılmadan, yəni adına tərtib edilmiş epikrizlər nəzərə alınmadan qəbul olunmuş və nəticədə həmin komissiya tərəfindən hər hansı bir əsasnaməyə və yaxud qaydaya, eyni zamanda heç bir qanuna söykənməyən əsassız və qanunsuz qərarların qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, həmin komissiyanın verdiyi əsas sız və qanunsuz qərardan belə məlum olur ki, o, ilin on iki ayı stasionar müayinə və müalicə almalıdır. Bundan başqa, 2016-2022-ci illər ərzində o, hər il Bərdə rayon X3 hüquqi şəxsində və axırıncı dəfə isə Bakı səhəri X4 ixtisaslaşdırılmış stasionar müayinə və müalicələr almışdır və həmin tibb müəssisələri tərəfindən də ona ikinci qrup əlillik dərəcəsi verilməsinə səbəb olan onikibarmaq bağırsaq soğanağının qanaxma ilə pasadlaşmış xroniki xora xəstəliyi, xroniki erozi qastro duodenit, həzm sistemi funksiyasının pozulması, ümumi qidalanma zəifliyi, çəkinin düşməsi, İİ-li anemiya” diaqnozu öz təsdiqini tapmışdır.

12. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılm ış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: On iki barmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xora xəstəliyi, davamsız remissiyalarla. Nevrasteniya, tez-tez kəskinləşən vegetativ damar krizləri ilə. Həzm sistemi funksiyasının pozulması, ümumi qidalanma zəifliyi. İİ- li anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - H əzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: On iki barmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla. Qastroezofaqeal reflyukus. Ezofaqit İİ st. Həzm sistemi funksiyasının pozulması. Ümumi qidalanma zəifliyi. İİ-li anemiya. Tubootit. Nevrasteniya. Tez-tez kəskinləşən vegetativ damar krizləri ilə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR; 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq ba ğırsaq xorası; Diaqnozun mətni: On iki barmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla Qastroezofaqeal reflyukus. Ezofaqit İİ st. Həzm sistemi funksiyasının pozulması. Ümumi qidalanma zəifliyi. İİ-li anemiya. Tubootit. Nevrasteniya. Tez-tez kəskinləşən vegetativ damar krizləri ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş müddətinə əlillik dərəcəsi verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0232003AAVQL saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsağı; xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq; bağırsağın xorası, On iki barmaq bağırsağın xora ilə fəsadlaşm ış xroniki xora xəstəli Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: İxtisaslaşdırılmış stasionar müayinə və müalicəsi davam etdirilsin” səbəbi imtina verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0232003AAXAH saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsağın: xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq; bağırsağın xorası, Kəskin, qanaxma ilə, On iki barmaq bağırsaq soğanağının qanaxma ilə ağırlaşmış xorası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış stasionar müalicəsi dava etdirilsin” səbəbi ilə imtina verilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1022/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərarı ilə (hakim E.Axundov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, İddia qalan hissədə təmin edilməmişdir.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı xəstəliyi xroniki xəstəlik olduğundan, onun əlilliyinin qiymətləndirilməsi üçün stasionar müalicənin davam etdirilməsinə ehtiyac yoxdur. Bu səbəbdən əlilliyin təkrar qiymətləndirilməsi öh dəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-31/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı qismən “İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində” hissəsində dəyişdirilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmiş, şəxsin cari xəstəliyi ona ikinci qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır.

18. Bundan başqa iş materiallarında olan 13 yanvar 2022-ci il tarixli Forma-88 üzrə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı K20-K31 qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri, K26 on iki barmaq bağırsaq xora xəstəliyi diaqnozu qeyd edilmişdir.

19. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə alma mış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

20. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əlilliyin təyin edilməsi tarixi müəyyən olunmamış, buna hüquqi qiymət verilməmişdir.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı et irazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası Konstitusiyası:

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 25. “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həy ata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayi nəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməs i barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 26. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1.Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinə sindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, öz ünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.5. ümumi qidalanmanın kəskin nəzərə çarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9);

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassa siya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır.

31. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi üçün apellyasiya məhkəməsi işin hallarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də raz ılaşır.

34. Bununla belə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

35. İşin hallarına əsasən ilk öncə qeyd edilməlidir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə ilkin, 1 il müddətinə ikinci dərəcə əlillik (2.2.7.həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi), xx.xx.2015-ci il tarixli, 0232003AAE13 nömrəli Forma 88 üzrə xx.xx.2015-ci il tarixdən təkrar, 1 il müddətinə, xx.xx.2016-cı il tarixli göndərişə əsasən isə təkrar 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. İddiaçı barəsində tərtib olunmuş növbəti xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişlərdə əlillik vəziyyəti səhiyyə müəssisəsi tərəfindən qiymətləndirilmiş, əlillik təyinatından imtina verilmişdir. İmti naya əsas kimi iddiaçının əlavə müalicəyə ehtiyacının olması və ixtisaslaşdırılmış stasionar müalicənin davam etdirilməsi göstərmişdir.

36. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.

37. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fər qləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndiril məlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması ü çün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

39. Belə ki, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən qeyd edilmişdir ki, iddiaçı uzun müddət 2-ci qrup əlil olmuş və təkrar müayinələrdə də eyni diaqnoz təyin edilmişdir. Diaqnozun mətniOnikibarmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla. Qastroezofaqeal reflyukus. Ezofaqit İİ st. Həzm sistemi funksiyasının pozulması. Ümumi qidalanma zəifliyi. İİ-li anemiya. Tubootit. Nevrasteniya. Tez-tez kəskinləşən vegetativ damar krizləri ilə. Bu səbəbdən də iddiaçı barəsində cavabdehin imtinası əsaslı olmamışdır.

40. Eyni zamanda apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, Ömürdən pay klinikası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli videoqastmoduodenoskopiyada iddiaçının müayinəsi nəticəsində sliding tip Hiatal Herni, Ezofaqit / Grade B/, Erroziv antral qastrit, 12.b.b.xora xəstəliyi müəyyən edilmişdir. - Xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, İddiaçı onikibarmaq bağırsağın xorasının kəskinləşməsi, xroniki pankreatinin kəskinləşməsi diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X6 publik hüquqi şəxsdə müalicə almışdır.

41. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşk il edən tibbi diaqnozda dəyişiklik baş verməmiş, şəxsin cari xəstəliyi ona ikinci qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır.

42. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 13 yanvar 2022-ci il tarixli Forma-88 üzrə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı K20-K31 qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri, K26 onikibarmaq bağırsaq xora xəstəliyi diaqnozu qeyd edilmişdir.

43. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndinə əsasən iddiaçı müxtəlif vaxtlarda ambulator və stasionar qa ydada müvafiq xəstəlikdən müalicə kursu keçmiş və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozunun diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq cavabdehin əlilliyin yenidən təyin olunmasından imtinası qanuni sayıla bilməz.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən və istinad olunan normalar baxımından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-31/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar