Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-671/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi; vahid sənəd prinsipi; kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pu blik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 02 oktyabr tarixli, 2-1(103)-2737/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4/35 saylı 0.12 ha torpaq sahəsinə dair “torpaq sahəsinin p lan-ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2024-cü il 06 mart tarixli, e-2-1(112)-2324/2024 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilərək, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4/35 saylı sahədə yerləşən ölçüsü 0.12 ha olan torpaq sahəsinə dair “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
3. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya ş ikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 06 mart tarixli, 21(112)-2324/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Səadət Səlimova /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə, Kamran Əkbərov) 2024-cü il 02 oktyabr tarixli, 2-1(103)-2737/2024 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-2324/2024 nömrəli, 2024-cü il 06 mart tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. Məhkəmə hesab qeyd etmişdir ki,....göründüyü kimi inzibati işin mübahisələndirilməyən və işdəki mötəbər sübutlarla təsdiqlənən hallarına görə iddiaçıya məxsus və onun qonşuluğunda yerləşən torpaq sahələrinə dair hər birinin adına artıq cavabdeh inzibati orqan tərəfindən ayrıca çıxarışlar tərtib edilmişdir. İddiaçının adına elə cavabdehin özü tərəfindən verilmiş (keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi) “Torpağın mülkiyyətə verilməsinə dair” JN – 29488D KOD-00306016 nömrəli şəhadətnaməyə əsasən, şəhadətnamə tərtib edilərkən iddiaçıya məxsus torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü göstərilmiş, torpaq sahəsinin yerləşdiyi yerin sxemi tərtib edilmişdir. Həmçinin cavabdeh tərəfindən torpaq sahəsinin faktiki ölçüsünün 1480 kv.m olmasına istina d edilsə də, iddiaçının həmin əlavə torpaq sahəsi ilə bağlı hər hansı bir iddiası yoxdur. İddiaçının tələbi elə özünün xüsusi mülkiyyətində olan 0.12 ha hissəyə dair plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. Əlavə olaraq elektron kadastr baza məlumatlarına əsasən həmin torpaq sahəsinin X1 və X2 adına qeydiyyatdan keçmiş sahələrlə üst-üstə düşməsi iddiaçının hüquqlarını məhdudlaşdıran hal-kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh iddiaçıya və 3-cü şəxslərə məxsus torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldığı təqdirdə və iddiaçının mülkiyyətində olan torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü edilmədiyi, eləcə də, torpaq sahəsi ilə bağlı hazırda həmin şəxslərlə iddiaçı arasında hər hansı bir məhkəmə mübahisəsi mövcud olmadığı təqdirdə, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra yol verdiyi yanlışlığı aşkar etməli və aradan qaldırmalı olduğu halda, əksinə, iddiaçının müraciətinin icrasından imtina etmiş, situasiyanı araşdırmamış, özünün yaratdığı ziddiyyətli vəziyyəti həll etməmiş, son nəticədə isə həm iddiaçının, həm də 3-cü şəxslərin mülkiyyət hüququnu pozan vəziyyət yaranmışdır. Halbuki, mülkiyyətçiyə çıxarış, o cümlədən sözügedən torpaq sahəsinə şəhadətnamə eyni qurum, yəni cavabdehin özü tərəfindən verilmişdir. Ziddiyyətli vəziyyəti yaradan da, elə cavabdeh qurumun özüdür.
6. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İnzi bati Prosessual Məcəllənin 94.2, 96.2-96.3, 981-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllən in 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud mə hkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət h üququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən müəyyən edilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölç ülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-3013/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1436/2023 nömrəli qərarları və s.).
11. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sah ələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir.
12. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2021-ci il 28 oktyabr tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
13. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki,...cavabdeh öz vəzifəsini icra etməkdən, yəni iddiaçının adına torpaq s ahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Belə ki, cavabdeh yaratdığı uyğunsuzluğu özü aradan qaldırmalı, onun hərəkətləri dövlət tərəfindən tanınan və qorunmasına təminat verilən mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün isə əsas ola bilməz.
14. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 02 oktyabr tarixli, 2-1(103)-2737/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.