Məhkəmə qərarları › İş №2-1(102)-675/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-675/2024

24.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-675/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Gəncə şəhəri Kəpəz bələdiyyəsinə (üçüncü şəxs X6) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Gəncə şəhəri Kəpəz bələdiyyəsinə (üçüncü şəxs X6) qarşı “xx.xx.2019-cu il tarixli 17 saylı iclas protokol-qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 21(104)-707/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gəncə şəhər Kəpəz bələdiyyəsinin 17 saylı, 21 dekabr 2019-cu il tarixli iclas protokoluna əsasən Gəncə şəhəri, Kəpəz rayonunda 5 ildən yuxarı qeydiyyatda və 1-ci qrup əlil olması nəzərə alınaraq Gəncə şəhəri, A.Sultanov küçəsi, ev 18-də qeydiyyatda olan X4 ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, 6-cı zonaya aid ərazidən fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə alqı-satqı yolu ilə 400 kv metr və ya 0,04 ha torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır.

2. AN-İ ******* seriya və nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanda 0,04 ha torpaq sahəsi Gəncə şəhər Kəpəz bələdiyyəsi tərəfindən X1.

3. Gəncə şəhər Kəpəz bələdiyyəsinin İ-143 nömrəli, 17 fevral 2023-cü il tarixli məktubu ilə X4 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin tələblərinə uyğun aparılması və mülkiyyət hüququnu təsdiq edən sənədin bələdiyyə tərəfindən ləğv edilməsinin mümkün olmaması qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Gəncə şəhəri Kəpəz rayonu Kəpəz bələdiyyəsinə (üçüncü şəxs X6) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, 17 nömrəli protokol-qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan 600.0 kv.m torpaq sahəsi Sovet vaxtlarında Metallurq bağçılıq ərazisinə aid olub və o ərazidə olan torpaqlar 1988-1998-ci illərdə Gəncə X5 və onun yardımçı qurumlarının işçilərinə verilmişdir. İddiaçının mərhum həyat yoldaşı Alüminium zavodunda işlədiyi üçün ona da torpaq sahəsi verilmişdir və o hələ 90- cı illərin əvvəllərində bu sahəni iddiaçıya göstərmişdir. Bu bağçılıq ərazisinə daxil olan torpaq sahələri haqda hüquqi baxımdan sənədləşmənin aparılmasının axıra çatdırılmaması səbəbdən bu sahələr hakimiyyət orqanları və bələdiyyə tərəfindən faktiki istifadədə olan torpaqlar kimi qəbul olunmuşlar. Ərazi küçələrə bölünmüşdür, sakinlər və ev tikməyən torpaq sahibləri vergi ödəyiciləri kimi qeydiyyata alınmışlar. Bir çoxları orada evlər tikmişlər və qanunvericilik imkan verdiyi vaxtdan bələdiyyə orqanları tərəfindən vətəndaşların ərizələri əsasında onların faktiki istifadələrində olan torpaq sahələri onlara satılmağa başlanılmışdır. Əsas şərt də bundan ibarət olmuşdur ki, torpaq sahələri hərracdan kənarqaydada yalnız Gəncə şəhəri Kəpəz rayon bələdiyyəsinin ərazisində 5 ildən artıq yaşayış yeri üzrə qeydiyyatda olanlara və torpaq sahələrinin faktiki istifadəçilərinin özlərinin mülkiyyətinə verilə bilər. İddiaçı ailəsi birlikdə istifadəsində olan torpaq sahəsində uzun illərdir ki, əkinlə məşğul olur və qonşu sahələrin sahibləri bu torpağın istifadəçiləri kimi yalnız iddiaçını tanıyırlar. Bunun təsdiqi kimi iddiaçı Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tari xli 2(043)-897/2022 nömrəli qətnaməsinə istinad edir. Belə ki, tamamilə başqa bir şəxs də bu torpağa görə iddiaçını məhkəməyə vermişdir. Həmin qətnamədən görünür ki, bu torpaq sahəsi həmişə iddiaçının ailəsinin istifadəsində olub və bu fakt qonşu torpaqların mülkiyyətçiləri və istifadəçiləri tərəfindən təsdiq edilmişdir. Məhkəmə qərarı qanuni qüvvədədir və hətta, həmin məhkəmədə Gəncə şəhər Kəpəz Bələdiyyəsinin özü də vəkil sorğusuna rəsmi cavabla bildirmişdir ki, İddiaçı həmin torpaq sahəsinə görə “…2017-ci il dən vergi ödəyir, 2019-cu ildə uzun müddət istifadəsində olan həmin torpaq sahəsinin alqısatqı qaydasında mülkiyyətinə verilməsi barədə Kəpəz bələdiyyəsinə ərizə ilə müraciət etmişdir”. Gəncə şəhər Kəpəz Bələdiyyəsi həmin məhkəmədə deməmişdir ki, iddiaçıya qanunla satılmalı olan t orpaq sahəsi hazırkı iş üzrə 3-cü şəxs olan Allahverdiyevə satılmışdır. Ona görə ki, özləri də bilmirdilər ki, Allahverdiyevə səhvən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsini ölçüb satıblar. Məhkəməyə sübut kimi təqdim etdiyi xx.xx.2016-cı il tarixli ərizənin surətindən məlum olur ki, iddiaçı Kəpəz Rayon Bələdiyyəsindən xahiş etmişdir ki, yaşayış səraitini və ailə vəziyyətini nəzərə alaraq iddiaçıya ev tikmək üçün torpaq sahəsi versinlər. Kəpəz Bələdiyyəsinin 1-110 saylı, 17 iyun 2016-cı il tarixli cavabından isə məlum olur ki, ərizəni qəbul ediblər və adını siyahıya salıblar. Hətta, “…həmin torpaq sahəsi üzrə sərəncam hüququ yarandıqdan sonra…” ərizəyə baxılacağına söz verilmişdir. Torpağın iddiaçıya satılacağına söz verildiyi üçün, iddiaçı borc-xərc edib yarımçıq bir yer tikm iş və atası da elə orada yaşayır. Arxayın olmuşdur ki, o da qanunun şərtlərinə cavab verir deyə torpağı ala biləcək. Sonra isə, əvvəllər tanışlığı olmayan X6 iddiaçının ailəsinin və iddiaçının 1992-ci ildən faktiki istifadəsində olan Natəvan qəsəbəsində yerləşən 600.0 kv.m ölçüsü otan torpaq sahəsinə gələrək bildirmişdir ki, bu sahəni ona Kəpəz bələdiyyəsi satıb və mülkiyyət hüququ haqda sənədləri də vardır. Allahverdiyev torpaqla bağlı iddiaçıya qarşı iddia ərizəsi vermişdir və ərizəsindən də bəlli olur ki, mübahisəli torpaq sahəsi heç vaxt onun istifadəsində olmayıb. Torpaq sahəsi ona yalnız l-ci qrup əlil olduğu üçün verilib və bu torpaq sahəsinə görə bələdiyyə ilə alqı-satqı müqaviləsi 19 fevral 2020-ci il tarixli 4Ə-237 nömrə ilə Gəncə şəhəri 5 saylı notariat kontorunda bağlanıb. Reye str xidmətindən isə ona xx.xx.2020-ci il tarixli, ********** saylı mülkiyyət hüququ haqda çıxarış verilib. X3 iddia tələbləri Gəncə şəhər məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmişdir, lakin iddiaçının ona qarşı torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqda qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İzah olunmuşdur ki, torpaq sahəsi Kəpəz Bələdiyyəsinin inzibati akt hesab edilən qərarı əsasında satılıb. Qərar isə qüvvədədir. Qeyd edir ki, eyni torpaq sahəsi üstə mübahisə olduğu iddiaçı və Allahverdiyev tərəfindən təsdiq edilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsi X2 üçün və bu haqda bələdiyyənin qərarının maraqlı şəxs kimi iddiaçıya təqdim edilməsi haqda ərizəyə cavab olaraq, Kəpəz Bələdiyyəsi xx.xx.2023-cü il tarixli 1-143 saylı cava blandıran X4 Natəvan qəsəbəsi 39A ünvanında fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsi barədə 21 dekabr 2019-cu il tarixli 17 saylı iclas protokolunun 631 saylı qərarının surətini təqdim etmişdir. Əlavə olaraq bildirilmişdir ki, bələdiyyə tərəfindən bu qərarın ləğvi mümkün deyil. İddiaçı hesab edir ki, onun neçə illərdir faktiki istifadəsində olan torpaq sahəsini Gəncə şəhəri Kəpəz bələdiyyəsinin Allahverdiyevə satması qanunsuzdur və ona görə də, bu müqavilə ləğv edilməlidir. Torpaqla bağlı X3 Kəpəz bələdiyyəsinə ərizəsindən məlum olur ki, onun ərizəsi Kəpəz bələdiyyəsinə xx.xx.2019-cu il tarixdə təqdim edilib və mətnindən də aydın olur ki, guya onun yaşadığı və istifadəsində olan torpaq sahəsinin ona satılmasını xahiş edib. Halbuki, o yerindən asılı olmayaraq hər hansı bir torpaq sahəsinin ona verilməsi haqda müraciət etmişdir və köməklik məqsədi ilə ona torpaq verilmişdir. İstifadəsində isə heç bir torpaq olmamışdır. Ərizədə də yalnız 0,02 ha torpaq haqda xahiş edib, mülkiyyətinə isə 0.04 ha torpaq verilib. Bələdiyyə işçiləri isə, iddiaçı hesab edir ki, səhvən iddiaçıya veriləsi torpağı ölçüb ona veriblər. Allahverdiyev isə, vəziyyətdən istifadə edərək, onun adına qeyd olunan torpaq sahəsinə görə iddiaçıdan 10000 manat pul istəyib. Yəni, mübahisəli torpaq sahəsi ilə onun heç bir bağlılığı yoxdur, satmağa da hazırdır. Bələdiyyə orqanı ona başqa münasib torpaq sahəsinin də verilməsini təklif edir, lakin Allahverdiyev razılaşmır. Yəni, torpaq sahəsinin X4 və ya iddiaçıya satılmalı olmasını müəyyən etmək üçün iki hüquqi əsas vardır və bunların heç biri X3 xeyr inə deyil. Belə ki, torpaq sahəsi həmişə iddiaçının istifadəsində olub, vergiləri iddiaçı ödəmiş və torpağın satılması haqda ərizəni də ilk növbədə iddiaçı vermişdir. X4 isə torpaq sahəsi qanuna əsasən yalnız hərracla satıla bilər.

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2240/2023 nömrəli qərardadı ilə (hakim Z.A.Quliyev) iddia tələbi mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir.

8. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2240/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.İsgəndərova (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və A.V.Bayramov) 18 oktyabr 2023-cü il tarixli, 2-1(104)-707/2023 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2240/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razıla şmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. İddiaçı ərizəsində Gəncə X7 tərəfindən torpaq sahəsinin mərhum həyat yoldaşına verildiyini bildirsə də, bununla bağlı heç bir sənəd təqdim olunmamışdır. Belə olan halda torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inz ibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Beləliklə torpaq sahəsinin iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxara bilməmişdir ki, üçüncü şəxs üçün əlverişli olan inzibati aktı mübahisələndirsin.

11. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin iddianın mümkün sayılmaması haqda 2-1(104)- 707/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələblərinə mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayəti onunla əsaslandırılmşdır ki, iddia tələbinin faktiki əsasları odur ki, mübahisəli torpaq sahəsi Kəpəz bələdiyyənin rəsmi mülkiyyətinə verilənədək və sonra 3-cü şəxsə satılanadək mənim ailəmin faktiki istifadəsində olub. Vergisini ödəyirdilər, istifadə edirdilər, yarımçıq bir ev tikmişlər və torpaq sahəsinin onun mülkiyyətinə satılması haqda da xx.xx.2016-cı il tarixdə rəsmi ərizə ilə Kəpəz Rayon Bələdiyyəsinə müraciət etmişdir. Bu əsasların heç biri məhkəmədə təkzib olunmayıb və hətta, Kəpəz Bələdiyyəsinin nümayəndəsi tərəfindən təsdiqlənib. İddia tələbinin hüquqi əsasları kimi isə, o “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. Belə ki, həmin Qanunun 9.1-ci maddəsinin indiki redaksiyasında deyilir ki, “Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddə tində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.” Bələdiyyə torpaqlarının kimlərə və hansı üsulla satıla bilməsi haqda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR-nın qanununun 16.3-cü maddəsində deyilir ki, “Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlə rinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.” Məhkəmə isə, bu hüquqi əsaslarda nəzərdə tutulmuş faktiki halların onun vəziyyətində mövcud olduğuna əhəmiyyət verməyərək, istinad etdiyi hüquq normalarının mənasını təhrif etmişdir. Belə ki, məhkəmə yazır ki, həmin torpaq sahəsinin mənim həyat yoldaşıma və ya ona ayrılması, verilməsi haqda heç bir sənəd yoxdur. Məhkəmə qeyd etmişdir ki, “Beləliklə torpaq sahəsinin iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxara bilməmişdir ki, üçüncü şəxs üçün əlverişli olan inzibati aktı mübahisələndirsin.” Onun torpağa dair hüquqmüəyyənedici sənədləri yoxdur deyə, o “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR-nın qanununun 16.3-cü maddəsinə istinad edir. Orada isə “qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqları” haqda deyilir. Bundan başqa, orada deyilir ki, belə torpaqların “geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.” Torpaq sahəsinin faktiki istifadəçisi olduğu üçün və mülkiyyətçisi olan Kəpəz Bələdiyyəsi bu sahənin geri qaytarılmasını heç vaxt tələb etmədiyi səbəbdən və qanun torpaq sahəsinin ona verilməli olduğunu birbaşa imperativ qaydada nəzərdə tutduğu üçün onun Kəpəz Bələdiyyəsinə qarşı iddia qaldırmağa subyektiv hüququ vardır. Bu iddia tələbi onun hüquqlarının müdafiə oluna bilməsi üçün vasitədir. Başqa cür hüquqlarının müdafiəsi mümkün deyil. Ona görə də, məhkəmənin iddia tələbi irəli sürməkdə subyektiv hüquqlarının olmadığı haqda qərardadı qanunsuzdur və ləğv edilməlidir. Onun hüququ odur ki, istifadəsində olan torpaq sahəsini o başqalarından əvvəl satın ala bilər. Hüquqi marağının olmasını isə o sübut edir ki, yalnız bu üsulla müdafiə oluna bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2 015-ci il tarixli qərarının 6.2-bəndində də nəzərdə tutulub ki, “İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.” Həmin qərarda göstərilmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır və hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Plenumun həmin qərarının 5.2-ci bəndində qeyd edilmişdir ki, “Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədl əri nəzərə almalıdırlar.” Yuxarıda istinad olunan Ali Məhkəmənin Plenumunun qərarının 5.4cü bəndində deyilir ki, “Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir.” Onun mübahisəsi ilə bağlı belə bir qanunvericilik aktı “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında AR Qanunudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etirazda qeyd etmişdir ki, ünvan 4 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi ünvan 5ci il tarixli 4Ə-237 nömrəli Alqı-Satqı müqaviləsinə əsasən Gəncə şəhəri Kəpəz rayon Kəpəz Bələdiyyəsindən əldə etmişəm. Mülkə dair hüquqlarım Dövlət reyestrində qeydiyyata alınaraq bu barədə adına Hüquqların Dövlət qeydiyyatı haqqımda daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış verilmişdir. Onun mülkiyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi, Xosrov Məmmədov küçəsi, 39A saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsində, iddiaçı İddiaçı tərəfindən müvafiq icazə sənədi, təsdiq edilmiş layihəsi olmadan qanunsuz inşa edilmiş qanunsuz tikililəri sökməsinə dair iddiaçı İsgəndərova Hicran Cəmil qızına müraciət etmişdir. Bu məsələnin həlli üçün ona məxsus 0.04 ha torpaq sahəsinə 10.000 (on min) manat kompensasiya ödəməsini təklif etsə də o, bildirdi ki, torpaq onundur və heç kəs onu torpaq sahəsindən çıxara bilməz. İddiaçı ona məxsus torpaq sahəsində inşa etdirdiyi qanunsuz yarım tikililərlə özünə məxsus 0.04 ha torpaq səhəsini onun təyinatı üzrə istifadə etməsinə maneəçilik törədir. Onu da qeyd etmişdir ki, İddiaçı ona məxsus torpaq sahəsində qanunsuz, yarımçıq tikilini 2021-ci il tarixdən başlayaraq inşa etdirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imt inasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə h aqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.2. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üç ün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasl andırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi m əsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından müəyyən olunur ki, iddiaçının iddia qaldırmaqla bağlı subyektiv hüququ mövcud olmamışd ır.

23. Hazırkı iş üzrə iddiaçı faktiki istifadəsində olan 600.0 kv.m torpaq sahəsinin vaxtilə Metallurq bağçılıq ərazisinə aid olmasını, mərhum ərinə həmin torpaq sahəsinin ayrılmasını bildirərək ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, 6-cı zonaya aid ərazidən fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə alqı-satqı yolu ilə üçüncü şəxs X4 ayrılmış 400 kv metr torpaq sahəsi ilə bağlı Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 17 nömrəli protokol-qərarının ləğv olunmasını xahiş etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın ə saslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətin ə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbayca n Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementləri nin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

27. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir.

28. Eyni zamanda, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir.

29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir.

30. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbayca n Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

31. Qanunun 16.3-cü maddəsində qeyd edilmişdir ki, həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə veri lir, eyni zamanda torpaq vergisinə cəlb edilir.

32. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.

33. Göründüyü kimi bələdiyyə torpaqlarının ayrılmasının xüsusiyyətləri qanunvericiliklə imperativ olaraq müəyyən edilmiş və müəyyən hallar istisna olmaqla bələdiyyə torpaqlarının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi təsbit olunmuşdur. Torpaqların açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, birbaşa vətəndaşlara satılması ilə bağlı istisna hallara Azərbaycan Respublikası vətəndaşının bələdiyyənin ərazis ində daimi yaşaması və ya beş il müddətində qeydiyyatda olması, torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi halları və torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir. Qeyd olunan halların hər biri ayrıayrılıqda bələdiyyə tərəfindən torpaq sahəsinin vətəndaşlara birbaşa ayrılması üçün əsasdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi məhkəmədə iddia qaldıran şəxsin, iddianı irəli sürmək üçün subyektiv hüququnun olması mütləq şərtdir. İddiaçı bəhs olunan torpaq sahəsinin onun istifadəsinə və ya mülkiyyətinə verilməsi barədə heç bir sübut təq dim etməmişdir. İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından, beləliklə də iddia, inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhəkəməsinin qərardadı dəyişdirilmədən salanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2-1(104)-707/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar