Məhkəmə qərarları › İş №2-1(102)-676/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-676/2024

05.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-676/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində məhkəmə qərarı əsasında aparılmış qeydin ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X13 və X10) daşınma z əmlakın dövlət reyestrində qeydin ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-619/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ağstafa rayon Dövlət arxivinin xx.xx.2017-ci il tarixli, 159 nömrəli arxiv arayışı ilə Ağstafa rayonu, Xətai kəndinin 24 nömrəli təsərrüfatbaşına kitabının 1963-1965-ci illərə dair 1041 nömrəli qeydində X3 və 10 nəfər ailə üzvü qeyd edilərək 0,10 ha torpaq sahəsinin ayrılması, xx.xx.2023-cü il tarixli, 32 nömrəli arxiv arayışı ilə Ağstafa rayonu, Xətai kəndinin 24 nömrəli təsərrüfatbaşına kitabının 1986-1990-cı illərə dair qeyd ində X1 adına 1314 nömrəli şəxsi hesabda 0,19 ha torpaq sahəsi və 96 kv.metr sahəsi olan fərdi yaşayış evi əks olunmuşdur.

2. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)114/2018 nömrəli qətnaməsinə əsasən Ağstafa rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə JN 126A KOD 50208028 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, X4 miras qalmış yaşayış evinə və 0,06 ha torpaq sahəsinə dair İddiaçı adına qanun üzrə vərəsəlik şəhadətnaməsi, X2 və X5 miras qalmış 0,19 ha torpaq sahəsinə və orada inşa edilmiş yaşayış evinə dair X6 və X11 adına qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi qət edilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-681/2020 saylı qərardad ı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)114/2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddia tələbinin Ağstafa rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 01№-li qərarı ilə verilmiş JN-126A Kod 50208028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi hissəsində işin icraatına xitam verilməsi, iddiaçılara hazırkı tələbləri ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-681/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)114/2018-ci il tarixli qətnaməsinin tam amilə ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddiaçılar X10 və X11 X4 miras qalmış yaşayış evi və 0,06 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin cavabdeh İddiaçı adına, mərhum X2 və mərhum X5 miras qalmış yaşayış evi və 0,19 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin X6 və X11 adına verilməsinə dair iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4296/2020 nömrəli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)681/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır.

6. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsindən görünür ki, Ağ stafa rayonu Yenigün kəndində yerləşən 0,06 ha və 0,19 ha torpaq sahələrinin və həmin torpaq üzərində inşa edilmiş cavabdeh İddiaçı tərəfindən yaranmış maneənin aradan qaldırılması və real bölgünün aparılması (ekspert rəyinə əlavə olunmuş plan-sxemə müvafiq olaraq), mübahisəli torpaq sahələrinin və fərdi yaşayış evinin bölünüb ayrılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə həvalə olunması qət edilmişdir.

7. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(104)-1656/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Ağstafa Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə veril miş icra vərəqəsi ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsi icraya yönəlmiş, Ağstafa İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, 297 nömrəli məktubu ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli icra vərəqəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə icra edilməsi üçün göndərilmişdir. 9. 16.07.2021-ci il tarixli akta əsasən, Ağstafa rayonu Yenigün kəndində yerləşən 0,06 ha və 0,19 ha torpaq sahələrinin və həmin torpaq üzərində cavabdeh İddiaçı tərəfindən yaranmış maneələr aradan qaldırılmışdır.

10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Ağstafa rayon u, Yenigün kəndində 0.19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X11 və X6 mülkiyyət hüququ qeydiyyata alınmışdır.

11. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-931/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər X10, X13 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli, **********31- 10301 reyestr nömrəli çıxarışın ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubu ilə İddiaçı çıxarışın ləğvinə dair müraciətindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinin tələblərinə ə sasən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

13. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X13 və X6 adına cavabdeh tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, **********31-10301 reyestr nömrəli çıxarışın verilməsinə səbəb olmuş qeydin ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Ağstafa rayonu Yenigün kəndində yerləşən yaşayış evi vardır. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X6 və X11 ona qarşı "vərəsəlik şəhadətnaməsinin ləğv olunması, qanun və vəsiyyətnamə üzrə vərəsəliyin müəyyən edilməsi v ə vərəsəlik şəhadətnaməsinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilmişdir.

15. Sonradan iddiaçı tərəfindən müddətin bərpası və apellyasiya şikayəti barədə ərizə verilmiş, müddət bərpa olunaraq mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)-114/2018 saylı qətnaməsi tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi qərara alınmış, iddia tələbinin Ağstafa rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş JN126A KOD 50208028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi hissəsində işin icraatına xitam verilməsi barədə qərar qəbul edilmişdir.

17. Həmin qərardadla yanaşı qət namə də qəbul olunmuş, qətnamədə iddiaçılar X10 və X11 X4 miras qalmış yaşayış evi və 0,06 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin cavabdeh İddiaçı adına, mərhum X2 və mərhum X5 miras qalmış yaşayış evi və 0,19 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin X6 və X11 adına verilməsinə dair iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

18. Həmin qətnamədən narazı qalan iddiaçılar Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-681/2020 saylı qərardadından Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişlər və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4296/2020 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərardad və qətnaməsi qüvvəsində saxlanılmışdır.

19. Bu olanlara baxmayaraq Ağstafa Rayon Məhkə məsinin xx.xx.2018-ci il tarixli, 2(015)-114/2018 saylı qətnaməsinə əsasən iddiaçı X10 Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli, **********87-10301 reyestr nömrəli çıxarışı almağa müvəffəq olmuşdur və sonradan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli qeyri-qanuni şəkildə çıxarış almışlar. İddiaçı sözügedən çıxarışın ləğv edilməsi barədə DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə ərizə ilə müraciət etməyinə baxmayaraq, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları:

20. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)-114/2018 s aylı qətnaməsi ilə X10 və X11 iddiası təmin edilmiş və məhkəmə qərarı əsasında Ağstafa rayonu Yenigün kəndində 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96 kv.m fərdi yaşayış evi xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrə ilə hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır.

21. Bundan əlavə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)104/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı X6, X11 iddiası təmin edilmiş və Ağstafa rayonu Yenigün kəndində yerləşən 06 ha və 0.19 ha torpaq sahələrinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş cavabdeh İddiaçı tərəfindən yaranmış maneələr aradan qaldırılmış və real bölgü aparılması barədə qətnaməsi icra edilərək xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrə ilə hüquqları dövlət reyestrində qeydiyyata alı nmışdır.

22. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)-114/2018 saylı qətnaməsinin Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-681/2020 saylı qərarı ilə ləğv edilməsinə baxmayaraq icra edilmiş məhkəmə qərarının nəticəsinin ləğv edilməsi barədə Apelyasiya məhkəməsi münasibət bildirməmişdir. Sözügedən yaşayış evinə dair dövlət reyestrində sonuncu qeydiyyat Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli icra vərəqəsi əsasında naturada bölgü edilməklə aparılmışdır. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

23. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1341/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

24. Birinci instansiya məhkəməsi qeyd etmi şdir ki, təqdim edilmiş sənədlərdən və cavabdehin iddiaya qarşı etirazından görünür ki, ləğv edilməsi tələb olunan qeyd Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparılmışdır. Həmin əmlakla bağlı xx.xx.2018-ci il tarixdə Ağstafa Rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında çıxarış verilməsinə və həmin qətnamənin ləğv edilməsinə baxmayaraq, həmin çıxarışın verilməsindən sonra yeni əsasla hazırda mübahisələndirilən çıxarış verilmişdir ki, bu da qanuni əsaslara söykənmişdir.

25. Beləliklə, işin faktiki hallarına və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur.

26. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin o lunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

27. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-619/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1341/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən X13 və X6 adına cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********31-10301 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan sənəd qüvvədə olduğundan, həmin sənəd əsasında aparılmış qeydin ləğv edilməsinə də heç bir əsas yoxdur.

29. Məhkəmə iddia ərizəsinin əsas dəlili olan Ağst afa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)114/2018 nömrəli qətnaməsinin apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və məhz bu səbəbdən qeydin ləğv edilməli olması ilə bağlı qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)681/2020 saylı qərardadı və qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)114/2018 nömrəli qətnaməsi sonradan tamamilə ləğv edilsə də, həmin qətnamə ilə bağlı icra hərəkətləri həyata keçirilmiş, bundan sonra mübahisəli qeydiyyat digər məhkəmə aktı əsasında aparılmışdır. Belə ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)114/2018 nömrəli qətnaməsi icra edilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsa sən Ağstafa rayonu, Yenigün kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində X11 fərdi yaşayış evi ½ hissə, torpaq sahəsi 0,095 ha, X7 fərdi yaşayış evi ½ hissə, torpaq sahəsi 0,095 ha, İddiaçı torpaq sahəsi 0,06 ha hissəsində xüsusi mülkiyyət hüququ qeydiyyata alınmış, bundan sonra qətnamə (xx.xx.2020-ci il tarixdə) ləğv edilmişdir.

30. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsinə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Ağstafa rayonu, Yenigün kəndində 0.19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X11 və X6 mülkiyyət hüququ qeydiyyata alınmışdır.

31. Hazırkı mübahisənin predmeti də məhz Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsi əsasında aparılan müvafiq qeydiyyat olduğundan və qətnamə qanuni qüvvəsini aldığından onun əsasında aparılmış qeydin ləğv edilməsinə heç bir əsas yoxdur.

32. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

33. Məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Kassatorun arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Göründüyü kimi, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

34. Hüquqi mövqeyə əsasən, məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılsın və qərar qəbul olunsun, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənsin. Göründüyü kimi mübahisələndirilən münasibətlər maddi və prosessual hüquq normaları ilə tənzimlənməmişdir. Yəni apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə yuxarıda qeyd etdiyimiz bütün maddi və prosessual hüquq normalarının pozulması öz əksini tapmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

36. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədlər i Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. A pellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləc ə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, üçüncü şəxslərin adına dövlət qeydiyyatının aparılmasına əsas Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsi olmuşdur. Hazırkı mübahisənin predmeti də məhz Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu i l tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsi əsasında aparılan müvafiq qeydiyyat olduğundan və qətnamə qanuni qüvvəsini aldığından onun əsasında aparılmış qeydin ləğv edilməsinə heç bir əsas yoxdur.

43. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-619/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar