Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-693/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: müddəti ötürülmüş faiz borcun ümidsiz borc qismində silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “müddəti ötürülmüş faiz borcun ümidsiz borc qismində silinməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-777/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına müraciət edərək, müəssisənin şəxsi hesab vərəqəsində olan Vergi Məcəlləsinin 85.4cü və 93.1.1-ci maddələrinə əsasən tələb etmə müddəti ötürülmüş 28528,17 manat faiz borcunun silinməsini xahiş etmişdir.
2. Müraciətə DVX-nin X1 Baş İdarəsi tərəfindən baxılmış və müraciətə cavab olaraq dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi ilə əlaqədar araşdırma aparıldığını, araşdırma yekunlaşdıqdan sonra ümidsiz borcların silinməsi məsələsinə baxılacağını bildirmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi yenidən xx.xx.2023-cü il tarixdə eyniməzmunlu ərizə ilə DVX-nin Aparatına müraciət etmiş, DVX müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı MTK-nin xx.xx.2023-cü il tarixə vergilər üzrə 28728,17 manat (o cümlədən, faizlər üzrə 28 528,17 manat və maliyyə sanksiyası üzrə 200,0 manat), məcburi dövlət sosial sığorta haqqı üzrə 9238,24 (mdss üzrə 6720,24 manat və penya üzrə 2518,00 manat) və işsizlik sığortası üzrə 101,70 manat (mdss üzrə 81,00 manat və penya üzrə 20,70 manat) borcu mövcuddur. Yaranmış öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədiyindən həmin dövrlər üzrə VM-nin 59.1-ci maddəsinə uyğun olaraq faizlə r hesablanmışdır. Vaxtında ödənilməmiş vergilərə görə hesablanmış faizlər üzrə borcunun tələbetmə müddəti bitdiyindən silinə bilməz. Qeyd olunan borc qısa müddətdə dövlət büdcəsinə ödəniməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi hesab vərəqəsində olan Vergi Məcəlləsinin 85.4-cü və 93.1.1-ci maddələrinə əsasən tələb etmə müddəti ötürülmüş 28528,17 manat faiz borcunun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbinin onunla əsaslandırılmışdır, iddiaçı MTK-nın şəxsi hesab vərəqəsindən görünür ki, cəmiyyətin xx.xx.2023-cü il tarixə vergi borcu 200 manat, faiz borcu isə 28528,17 manat olmuşdur. Göründüy ü kimi, cəmiyyətin xx.xx.2023-cü il tarixə ödənilməmiş vergi borcu 28728,17 manat təşkil edir. Qeyd olunan faiz borcu əsas vergi məbləğinə xx.xx.2018-ci il tarixədək olan hesablanmış faiz borcudur və qeyd olunan tarixdən faiz borcunun hesablanması dayandırılmışdır. Həmin faiz borcu xx.xx.2018-ci il tarixə 60003,52 manat olmuş və onun 31475,35 manat hissəsi vergi orqanı tərəfindən tələb etmə müddəti ötdüyü üçün xx.xx.2022-ci il tarixdə silinmişdir. Ancaq 28528,17 manat hissəsi isə tələb etmə müddəti ötməsinə və dəfələrlə cavabdeh vergi orqanına müraciət etmələrinə baxmayaraq silinməmiş, silinməmə səbəbi isə əsaslandırılmamışdır. Qeyd edir ki, şəxsi hesab vərəqəsində mövcud olan 28528,17 manat vergi borcunun tələbetmə müddəti bitmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən ve rgi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Göründüyü kimi, hər hansı vergi növü üzrə hesablanmış vergi məbləği və faiz, tətbiq edilmiş maliyyə sanksiyası hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutula bilər, bununla bağlı qanunla müəyyən edilmiş məcburiyyət tədbirləri həyata keçirilə bilər. 5 illik müddət bitdikdən sonra isə hesablanmış vergi, faiz borcu və tətbiq edilmiş maliyyə sanksiyası üzrə qalıq borc ümidsiz borc qismində silinməlidir.
6. Cav abdeh orqan iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixə vergilər üzrə 28825,17 manat (o cümlədən, faizlər üzrə 28 528,17 manat və maliyyə sanksiyası üzrə 200,0 manat) borcu mövcuddur. xx.xx.2024-cü il tarixə maliyyə sanksiyası üzrə mövcud olan 200,0 manat borcun 100,0 manatı xx.xx.2020-ci il, digəri isə xx.xx.2020-ci il tarixdə yaranmışdır. Bundan əlavə, 2016-cı ildə qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə əsasən MMC tərəfindən 2016-cı ilin 1-ci rübünə görə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi növü üzrə 708 966,0 manat məbləğində bəyannamə təqdim edilmiş və həmin məbləğ 70 896,60 manat olmaqla bərabər 10 hissəyə bölünmüşdür. Həmin BTFSV-nin son 2 hissəsinin, yəni ödəniş tarixləri xx.xx.2018-ci və xx.xx.2018-ci illər müəyyən edilənlər üzrə hesablanmış faizlərin tələbetmə müddəti bitməmişdir və hal-hazırda ŞHV-də mövcud olan 28 528,17 manat faiz borcu həmin hissələrə aiddir. Əlavə olaraq bildirir ki, MMC-nin 40 715,0 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli Protokol tərtib edilmişdir. Dövlət büdcəsinə ödənilməmiş 28 528,17 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın satılması barədə Qərar qəbul olunması üçün xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş və iddia tələbi hal-hazırda həmin məhkəmənin icraatındadır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olaraq tələbetmə müddəti bitmiş 31 475,35 manat faiz və 80,0 manat maliyyə sanksiyası məbləği xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinmişdir. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Həmçinin, Vergi Məcəlləsinin 85.52-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(118)2 682/2024 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, İddiaçı İddiaçınə aid şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş 28528,17 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)777/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: H.Babayeva sədrlik edən və məruzəçi, G.Cabbarova və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya inst ansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixədək hesablanmış və hazırda silinməsi tələb edilən 28.528,17 manat faiz borcuna münasibətdə vergi orqanı tərəfindən VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində həmin borcun ödənilməsi illə bağlı VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edilməmiş, vergi ödəyicisi tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsi təmin edilməmişdir. Vergi orqanı yalnız iddiaçının borcun silinməsinə dair müraciətindən sonra, yəni qanunla müəyyən edilən 5 illik müddət ötdükdən sonra (xx.xx.2018-xx.xx.2023) iddiaçının əmlakını siyahıya alaraq məhkəmədə iddia qaldırmışdır. Ona görə də, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı verilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barəd ə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.
14. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməs i vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dai r iş üzrə qərarı qətidir 15. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hes ab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə k ollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
22. Qeyd edilməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nə zərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
23. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.
24. Dövlət məcburiyyət təd birlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artı rılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı).
25. Beləliklə, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir.
26. Məhkəmə kollegiyası ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilmə si zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; -müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; -ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği.
27. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, 2016-cı ilin 1-ci rübü üzrə bəyan edilmiş 708966 manat sadələşdirilmiş vergi üzrə 141793.2 manat məbləğində son iki ödəniş xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə apar ılmışdır. Cavabdehin özünün də qeyd etdiyi kimi, hazırda silinməsi tələb edilən faiz borcu məhz həmin sadələşdirilmiş vergiyə görə hesablanmışdır. Bu isə o deməkdir ki, həmin məbləğ ən azından xx.xx.2018-ci il tarixədək hesablanmış faiz borcudur. Həmçinin, şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixədək iddiaçıya ümumilikdə, 60.003,52 manat faiz borcu hesablanmış, xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olaraq tələbetmə müddəti bitmiş 31.475,35 manat faiz və 80,0 manat maliyyə sanksiyası vergi orqanının öz təşəbbüsü ilə şəxsi hesab vərəqəsindən silinmiş, silinmədən sonra 28528.17 manat faiz borcu qalmışdır.
28. Göründüyü kimi, şəxsi hesab vərəqəsində olan borcun yaranma tarixi xx.xx.2018-ci il tarixə təsadüf edir ki, həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir.
29. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdr.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-777/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.