Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-7/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X36 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X36 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə d air inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-795/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********369800 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə aparılmış araşdırma nəticəsində Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və onun riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. 2. “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı (VÖEN **********) xx.xx.2011-cü il tarixdə “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmışdır.
3. EBBY seriyalı 576893 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü: Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, təqdim edən: ********** İddiaçı, alıcı: ********** "xxxx" MMC, yekun məbləğ 8126.46 manat.
4. EBBY seriyalı 576157 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü: Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, təqdim edən: ********** İddiaçı, alıcı: ********** "xxxx" MMC, yekun məbləğ 8350.68 manat.
5. EBBY seriyalı 579185 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü: Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, təqdim edən: ********** İddiaçı, alıcı: ********** "xxxx" MMC, yekun məbləğ 3 278.46 manat.
6. EBBY seriyalı 579580 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü: Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, təqdim edən: ********** İddiaçı, alıcı: ********** "xxxx" MMC, yekun məbləğ 4258.16 manat.
7. EBBY seriyalı 006522 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü: Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, təqdim edən: ********** İddiaçı, alıcı: ********** "xxxx" MMC, yekun məbləğ 8265.84 manat.
8. EBBY seriyalı 062636 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü: Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, təqdim edən: ********** İddiaçı, alıcı: ********** "xxxx" MMC, yekun məbləğ 182.00 manat.
9. EBBY seriyalı 365105 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü: Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, təqdim edən: ********** İddiaçı, alıcı: ********** "xxxx" MMC, yekun məbləğ 22674.50 manat.
10. Satıcı” X4 ilə “Alıcı” "xxxx" MMC arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, 6 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” Alıcıya, ona məxsus beton zavodunda istehsal edilmiş hazır beton qarışığını (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malları qəbul edir və razılaşdırılmış müddətlərdə Malın qiymətini ödəyir.
11. CC_P0103_16 nömrəli 01 mart 2021-ci il tarixli Podrat müqaviləsindən görünür ki, İddiaçı müqavilənin tərkib hissəsi olan Aktlarda nəzərdə tutulan işləri icra olunaraq "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə İddiaçı təhvil verdiyi işi o ndan təslim aldıqdan sonra İddiaçı həmin Akt və Müqavilə ilə müəyyən etdiyi işlərin işin müqabilində bu Müqavilənin əlavəsində razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. 12. "xxxx"un xx.xx.2023-cü il tarixli 3 nömrəli Arayışdan görünür ki, “xx.xx.2021 tarixli, CC_P0103_16 saylı, fiziki şəxs İddiaçı (VÖEN - **********) və "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən fiziki şəxsə materialları müəssisəmiz təmin edir və fiziki şəxs müqavilədə qeyd edilən xidməti icra edir”.
13. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X28 xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2021-ci ildə xitam verilmiş, X29 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam veril miş, X3 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, X8 xx.xx.2021ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2021-cü ildə xitam verilmiş, X15 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, X30 xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2021-cü ildə xitam verilmiş, X31 xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2021-ci ildə xitam verilmiş, X34 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, X19 xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2021-ci ildə xitam verilmiş, X16 xx.xx.2021-ci il tarixdə əmək müqavi ləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2021-ci ildə xitam verilmiş, X20 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmiş, X18 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmiş, X9 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-ci ildə xitam verilmiş, X13 xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2021-ci ildə xitam verilmiş, X10 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, X11 xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2021-ci ildə xitam verilmiş, X21 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-c ü ildə xitam verilmiş, X12 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmiş, X22 xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2021-ci ildə xitam verilmiş, X17 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmiş, X14 xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2021-ci ildə xitam verilmiş, X35 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X36 üzrə Baş İdarəsinə qarşı iddia ərizə si ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********369800 saylı “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv olunmasını və onun adının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə onun arasında podrat müqavilələri bağlanılmışdır. Qeyd olunan müqavilələr üzrə elektron qaimələrdə göstərilən xidmətlər podratçı kimi onun tərəfindən icra edilmiş, ödənişlər də xidmətin dəyəri kimi ödənilmişdir. Vergi orqanı tərəfindən bundan sonra ona məktub göndərilərək 54,4 manat dəyərində təqdim edilmiş qaimə faktura lar üzrə satışda örtük betonu, lentalar, armatur-beton və s qeyd olunduğu, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu, lakin təsərrüfat subyektinin qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçı vergi orqanına bununla bağlı məktub göndərmiş və qeyd etmişdir ki, riskin məzmunu olaraq göstərilən örtük betonu, lentalar, armatur-beton və s məzmun etibarı ilə işçiliyə istinad edir. Elektron qaimələr mal satışını deyil, xidmətlərin göstərilməsini rəsmiləşdirmək üçün nəzərdə tutulmuşdur. Xidmət göstərilən şirkət mal-materialları birbaşa özü təchiz etmiş, şirkətə hər hansı mal-material alqı-satqısı həyata keçirilməmişdir. Vergi orqanı isə onun riskli vergi ödəyi cisi hesab edilməsi barədə əsassız qərar qəbul etmişdir. Həmin qərarın ləğvi barədə müraciətinə münasibət bildirilməmişdir. Halbuki, elektron qaimələrdə qeyd olunan malların alqı-satqısı sifarişçi ilə digər şirkət arasında bağlanılmış müqaviləyə əsasən təmin edilmişdir və həmin malların alqı-satqısının mənə aidiyyəti olmamışdır. Sifarişçi ilə digər şirkət arasında bağlanılmış müqavilə əsasında alınmış mallar əsasında tərəfindən yalnız elektron qaimələrdə qeyd olunan xidmətlər icra edilmiş və həmin xidmətlər də elektron qaimələrlə dəqiqliklə göstərilmişdir.
16. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 54,4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə örtük betonu, lentalar, a rmatur-beton və s satışda qeyd olunduğu müəyyən edilmiş, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd olunan mallar (İş, xidmət) müəyyən edilməmişdir. İddiaçı tərəf sahibkarlıq fəaliyyətinin yalnız bağladığı podrat müqaviləsinə əsasən xidmətlər həyata keçirməsi olduğunu qeyd etsə də, satışla məşğul olmadığını, e-qaimə fakturalarda qeyd edilən malların sifarişçi şirkətin özü tərəfindən təchiz edildiyini göstərsə də nəzərə alınmalıdır ki, elektron qaimə fakturalarda malın adı qrafasında örtük betonu, lentalar, armatur-beton qeyd olunmuşdur. Başqa sözlə iddiaçının təkcə xidmət sahəsində fəaliyyət göstərməsi qeydi ilə elektron qaimə faktular uyğunsuzluq təşkil edir. Əgər iddiaçı həqiqətən də podrat müqaviləsi əsasında fəaliyyət göstərdiyini qeyd edirsə, həmin p odrat müqaviləsi, həmin mal və material barədə şirkətin bağladığı alqı-satqı müqaviləsi, həmin malların təhvil alınma sənədləri təqdim edilməli idi ki, sənədlər təqdim edilməmişdir. Bundan əlavə iddiaçı hər hanı şəxslərin işlərin görülməsinə cəlb edilməsi, hər hansı şəxslərlə əmək müqaviləsi bağlaması halına da rast gəlinməmişdir.
17. Bakı İnzibati Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-10239/2023 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbinin təmin edilməsi, İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə 01 may 2023-cü il tarixli **********369800 nömrəli qərar ləğv edilməsi, İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri X36 üzrə Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi qeyd etmiş dir ki, iddiaçı tərəfindən adıçəkilən mal materialın ümumiyyətlə alqı-satqısı həyata keçirilməmişdir ki, bu səbəbdən də alqı-satqı əməliyyatlarının aparılması sahibkarlıq fəaliyyətinin əsası olan şirkətin təsərrüfat obyektinin olmalı olması barədə də cavabdeh əsassız mövqe nümayiş etdirərək qanunsuz qərar qəbul etmişdir. Halbuki, iddiaçı istər inzibati icraat gedişində, istərsə də inzibati məhkəmə icraatı gedişində sahibkarlıq fəaliyyətinin xidmətlərin həyata keçirilməsi ilə bağlı olduğunu, podratçı şəxs kimi elektron qaimə fakturalarda adıçəkilən şirkətlərə podrat xidmətlərini həyata keçirdiyini, fəaliyyətinin işlərin görülməsi ilə bağlı olduğunu bildirmiş, bununla bağlı sənədlər də təqdim edilmişdir. Belə ki, iş materiallarında olan müqavilə və arayışdan, elə elektron qaimə fakturaların özündən görünür ki, iddiaçı müqavilələr əsasında podratçı kimi mal-materialın alqı-satqısı ilə yox, məhz işlərin yerinə yetirilərək sifarişçiyə təqdim etməsindən gəlir əldə edən sahibkardır. İş materiallarında olan arayışdan da görünür ki, elektron qaimə fakturada adıçəkilən şirkət mal-materialı ümumiyyətlə özü təmin etmişdir ki, fiziki şəxs kimi iddiaçı təkcə həmin mal-materiala uyğun olaraq iş görərək bitirilmiş işin həmin şirkətə təhvil verilməsi barədə müqavilə münasibətinin tərəfidir. Cavabdeh isə bunun əksini sübut etməyə çalışmış, həmçinin əmək müqavilələrinin bağlanılmaması barədə dəlil irəli sürmüşdür ki, məhkəməyə təqdim edilmiş əmək müqavilələrinə dair elektron sistemdən çıxarışdan da görünür ki, iddiaçı ilə əmək münasibətinin tərəfi olan digər şəxslərin peşə üzrə fəaliyyəti məh z inşaat fəhləsi peşəsi ilə bağlı olmuşdur.
19. Bundan başqa, qeyd edilmişdir ki, iddiaçı inşaat fəhləsi peşəsi üzrə müxtəlif şəxslərin əmək fəaliyyətinə cəlb edilməsini həyata keçirmişdir ki, həmin hal da onun podratçı qismində sahibkarlıq fəaliyyətini təsdiq edir. Məntiqi nəticə etibarı ilə iddiaçıya işləyən şəxslərin satıcı əvəzinə məhz fəhlə peşəsi üzrə ixtisaslaşması onun sahibkarlıq fəaliyyətinin xüsusiyyətindən xəbər verir ki, aydın məsələdir ki, işəgötürən məhz onun fəaliyyət sferasına aid olan şəxslərin işə cəlb edilməsində sahibkarlıq fəaliyyətinin peşəkarcasına həyata keçirilməsində maraqlıdır. Bu səbəbdəndir ki, məhkəmə hesab edir ki, məhz hazırda qərarda istinad olunan qaimə fakturarla təsdiq edilən fəaliyyətinin alqı- satqı deyil, xidmətlərin-işlərin yerinə yetirilməsi ilə bağlı olduğu aşkardır və cavabdehin irəli sürdüyü dəlillər əsaslandırılmamış dəlillərdir. Halbuki, cavabdeh qərarın qəbulu əsaslı edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir ki, hazırkı iş üzrə faktiki hallar təkcə qərarın qəbulu üçün əsas ola biləcək alq-satqı əməliyyatlarının mövcud olmadığını, həmçinin də əməliyyatın məhz podratla bağlı olduğunu sübut edir. Əslində elektron qaimə fakturalar da formal baxımından yox, məzmun baxımından təhlil edildikdə də orada xidmətlə bağlı qeydin xüsusi ilə vurğulanmasının əksini tapdığı aşkar görünər. Belə olduğu təqdirdə də nə qədər ki iddiaçı podratçı şirkətdir, alqı-satqı ilə məşğul olmur cavabdehin təsərrüfat obyektinin qeydə alınmalı olması barədə dəlili də öz əhəmiyyətini itirmiş hesab edilir. Belə ki, podrat işi ilə məşğul olan, fəaliyy əti tikinti ilə bağlı olan şəxs tərəfindən malmaterial satmadığından və ya almadığından onun təsərrüfat obyektinin qeydə alınması zərurəti də aradan qalmış olur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz və qanunsuz inzibati akt ləğv edilməlidir. Həmin ləğv etmə isə inzibati aktın hüquqi nəticələrinin də aradan qaldırılmasını ehtiva edir ki, bu səbəbdən də inzibati aktın ləğvi ilə yanaşı həmin inzibati aktın hüquqi nəticəsi kimi iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması da cavabdeh tərəfindən təmin edilməlidir.
20. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-795/2024 nömrəli (sədrlik edən: C.A.Yusifov, hakimlər: P.A.Hüseynov və Ş.A.Məmmədova) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-10239/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş elektron qaimə fakturalardan da görünür ki, beton məmulatlarını "xxxx" MMC-yə təqdim edən şəxs, məhz iddiaçı deyil, X2r. Eyni zamanda, işdən görünür ki, həmin fiziki şəxslə alıcı "xxxx" MMC ilə də bağlanmış müvafiq müqaviləyə əsasən də sonuncuya beton məhsullar ı təqdim edilir. İşdə olan iddiaçı ilə bağlanmış müqavilələr isə yalnız podrat müqavilələridir ki, həmin müqavilə şərtlərinə əsasən də podratçı yalnız xidmət göstərir sifarişçinin təqdim etdiyi məmulatlar hesabına işlər görür. İşdən həmçinin görünür ki, iddiaçı müxtəlif şəxslərin inşaat fəhləsi peşəsi üzrə əmək fəaliyyətinə cəlb etməklə podratçı kimi xidmətləri yerinə yetirməsi bir daha onun podratçı qismində sahibkarlıq fəaliyyətini təsdiq edir. Belə ki, işə əlavə olunmuş çoxsaylı əmək müqaviləsi bildirişlərindən görünür ki, iddiaçı ilə əmək münasibətinin tərəfi olaraq, həmin şəxslər inşaat fəhləsi kimi işə cəlb olunmuşdur. Lakin cavabdeh vergi orqanı tərəfindən iddiaçı riskli vergi ödəyicisi hesab olunarkən, yuxarıda qeyd olunan iddiaçının xeyrinə olan halların araşdırılmasından yan keçm işdir.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)-795/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə a parılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.1.2. vergi ödəyicilərinin hüquqların ı və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən i carəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kim i aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsi sçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməl idir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instans iyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apel lyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Hazırkı işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, vergi orqanı iddiaçının xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində cəmi 54,4 min manat dəyərində elektron qaimə-fakturalar təqdim etdiyini, lakin elektron qaimə faktura üzrə iddiaçının alışında, idxalında qeyd edilən malların müəyyən edilmədiyini, iddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu, lakin təsərrüfat subyekti (obyektinin) qeydə alınmadığı əsas gətirərək iddiaçını Meyarların 2.1.1, 3.1.1 və 2.1.3 yarımbəndlərinə əsasən riskli verg i ödəyicisi siyahısına salmışdır.
37. CC_P0103_16 nömrəli 01 mart 2021-ci il tarixli podrat müqaviləsindən görünür İddiaçı “Crocus Construction MMC-yə (VÖEN: **********) podrat xidmətlərini həyata keçirərək müqavilədə nəzərdə tutulmuş işlərin görülməsini öhdəsinə götürmüşdür. 38. xx.xx.2022-xx.xx.2022-ci tarixlərə aid olan elektron qaimələrdən görünür ki, elektron qaimələrin verilməsinə əsas xidmət olmuş, xidmətin adı bölməsində qeyd olunmuş “Polo Resident 7 mərtəbə örtük betonu, lentalar, armatur-beton və s.” sözləri isə malları deyil, işçiliyi ifadə etmişdir.
39. Qeyd olunan elektron qaimələr mal satışını deyil, xidmətlərin göstərilməsini rəsmiləşdirmək üçün nəzərdə tutulmuşdur. 40. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3 nömrəli arayışı ilə də təsdiq olunur ki, xidmət müqaviləsinə əsa sən İddiaçı materialları MMC təmin etmiş və fiziki şəxs müqavilədə qeyd edilən xidməti icra etmişdir.
41. X4 ilə "xxxx" MMC arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, 6 nömrəli alqısatqı müqaviləsi və EBBY seriyalı 767960 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə təsdiq olunur ki, "xxxx" MMC malları (beton) X1 almışdır.
42. İddiaçı podrat müqaviləsi üzrə xidmət etmiş, xidmət müqaviləsinə əsasən materiallar isə sifarişçi tərəfindən ona təqdim edilmişdir.
43. İddiaçının həmin dövr üzrə tikinti-təmir xidmətləri göstərməsini 01 mart 2021-ci il tarixli podrat müqaviləsi ilə yanaşı, 22 nəfər işçi ilə bağlanmış əmək müqaviləsi bildirişləri də təsdiq edir.
44. Göründüyü kimi hazırkı iş materialları ilə iddiaçının hər hansı mal idxal etdiyi və ya satın aldığı müəyyən olunmur. Eyni zamanda, iddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu sübut olunmadığından, podrat müqaviləsi üzrə isə xidmət göstərilməsi ilə bağlı fərdi sahibkarın təsərrüfat subyekti (obyektinin) qeydə alınması qanunla tələb olunmadığından bu halda iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi üçün əsas hesab edilə bilməz.
45. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi or qanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 21(103)-795/2024 nömr