Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-701/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxqarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxqarşı “onun mülkiyyətində olan Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzər inə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(108)-58/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il tarixli, 89 nömrəli qərarı ilə özəlləşdirilən və idarəetməyə verilən müəssisələr üçün nəzərdə tutulmuş qaydalara əməl olunmadığından və müəyyən olunmuş fəaliyyət sahələri ilə məşğul olmadığı üçün Culfa "xxxx" X1 Cəmiyyəti ləğv edilmiş, cəmiyyətin balansında olan əsas və köməkçi binalar Culfa rayon İcra Hakimiyyətinin balansına verilmişdir.
2. Culfa rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2009-cu il tarixli, 113 nömrəli sərəncamı ilə Culfa "xxxx" X1 Cəmiyyətinin balansında olan əsas və köməkçi tikililərin Culfa Rayon İcra Hakimiyyətinin balansına verilməsi üçün dövlət komissiyası yaradılmış, bundan sonra Culfa Rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2009-cu il tarixli, 114 nömrəli sərəncamı ilə ləğv olunmuş Culfa "xxxx" X1 Cəmiyyətinin əsas və köməkçi tikililəri Culfa rayon İcra Hakimiyyətinin balansına alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Culfa "xxxx" ASC-nin 31 iyul 1998-ci il tarixdə 378 saylı Dövlət Əmlak komitəsinin sərəncamı ilə Culfa "xxxx" müəssisəsinin bazasında yaradılmışdır. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 30 avqust 2001-ci il tarixli 15 saylı, 31 oktyabr 2001-ci il tarixli 19 saylı, 23 noyabr 2001-ci il tarixli 83 saylı sərəncamlarına əsasən cəmiyyətin səhmləri auksiona çıxarılaraq satılmış, 01-05 yanvar 2001- ci il tarixdə açıq çek hərracına, 15 aprel 2003-cü il tarixdə isə 30 %-i pullu hərraca çıxarılmışdır. Bundan sonra cəmiyyətin ümumi yığıncağı keçirilərək idarə heyətinin sədri İddiaçı seçilmiş və cəmiyyət i inkişaf etdirmək üçün qanunla qadağan olunmayan yeməkxana, çayçı, avtomaşınların təmiri üçün sexlərin və mağazaların yaradılması üçün qərar qəbul olunmuşdur. Bu qərarın hesabına cəmiyyətin daşınmaz əmlakında yəni avtovağzalda sərnişinlərin gözləmə zalı, müdriyyət binası, yeməkxana (restoran), çayçı və təmir sexi yaradılmışdır. 07 aprel 2009-cu ildə Culfa rayon İcra hakimiyyətinin başçısı onu yanına çağıraraq cəmiyyətin ləğv olunmasını ona bildirərək, sənədləri götürməsi üçün ona iki gün möhlət vermiş, əgər oranı boşaltmasa polis ilə hədələyərək oranı boşatdıracağını bildirməklə, əmlakın dəyərini artıqlaması ilə şəxsən özünün ödəyəcəyini söz veridiyini və iki ay müddətinə yəni may 2009-cu ilin axırına pulunu alacağını bildirmişdir. Lakin ona pul ödənilməmişdir. Bundan sonra həmin avtovağ zala getmədiyini, 09 aprel 2009-cu ildən - 29 oktyabr 2009-cu ilədək cəmiyyətə məxsus olan əmlakı yəni avtovağzalı təmir edərək açılışını etdiklərini, 29 oktyabr 2009-cu ildə açılış zamanı onu Culfa rayon Polis şöbəsinin növbətçi hissəsində saxladıqlarını, açılış qurtardıqdan sonra onu buraxdıqlarını qeyd etmişdir. Culfa rayon avtovağzalının açılışının 30 oktyabr 2009-cu il tarixli Şərq Qapısı qəzetində dərc olunduğunu, ilin sonuna yaxınlaşdığına görə Culfa rayon İcra hakimiyyəti həmin avtovağzala xərclənmiş vəsaitin silinməsi üçün 04 dekabr 2009-cu il tarixli 101 saylı məktubla Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə və Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinə müraciət edərək cəmiyyətin ləğv olunmasını xahiş etmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikası İ qtisadi İnkişaf Nazirliyi 16 dekabr 2009-cu il tarixli 01/953 saylı məktubla cəmiyyətin ləğv olunması üçün Nazirlər Kabinetinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti həmin məktubları nəzərə alaraq 18 dekabr 2009-cu il 89 saylı qərarla Culfa “Avtoqnəqliyyat’’ ASC-ni ləğv etmiş, cəmiyyətin balansında olan əsas və köməkçi binalar Culfa rayon İcra Hakimiyyətinin balansına verilmiş və daşınar əmlak yəni avtobuslar barəsində heç bir qərar qəbul olunmamışdır. Ona görə də qanunsuz olaraq cəmiyyətə məxsus olan 1 mikro avtobus, 15 avtobus isə qanunsuz olaraq silinmiş və əzilərək metallanmaya verilmişdir. İddiaçı qeyd edir ki, toplanan sənədlərə baxdıqda görsənir ki, cəmiyyət qanuni auksiona çıxarılmış və qanuni satılmışdır. Qanuni satılmasına baxmayaraq Culfa rayon İcra Ha kimiyyəti və Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Nazirlər Kabinetinə yazdığı məktubdakı faktlar saxta faktlardır. Çünki, cəmiyyət adından Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinə 2005-ci ildə biznes planı təqdim edərək 10 dizel mühərrikli avtobusun alınması üçün kreditin verilməsinə köməklik göstərilməsini xahiş etsə də, bu müraciətin heç bir nəticəsi olmamış, Culfa rayon İcra Hakimiyyəti və Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi cəmiyyət haqqında göstərdiyi nöqsanları yazılı surətdə təqdim etməmişdir.
5. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(122)-442/2023 nömrəli qərardadı ilə (hakim E.Hüseynov) iddia mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisə obyektinin onun mülkiyyətində olm asını ərizəsində qeyd etmiş, lakin bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının subyektiv hüquqa malik olması şərti də yerinə yetirilmir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il tarixli, 89 nömrəli qərarı və Culfa Rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2009-cu il tarixli, 113 nömrəli və 24 dekabr 2009-cu il tarixli, 114 nömrəli sərəncamları qüvvədə olduğu halda iddiaçının hazırki iddiası əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində bi rinci icraat
8. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(108)-58/2023 nömrəli qərardadı ilə (hakimlər: S.Novruzov - sədrlik edən və məruzəçi, Y.Qurbanov və V.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cəmiyyətin əmlakının dəyəri olan 34,944.67 manat iddiaçıya ödənilmişdir. Başqa sözlə müəyyən olunur ki, iddiaçı cəmiyyətə olan hüququnu əldə edənə vermişdir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçı mübahisə obyektinə münasibətdə hər hansı hüququn sahibi kimi qəbul edilə bilməz. Naxçıvan Mux tar Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il tarixli, 89 nömrəli qərarı ilə özəlləşdirilən və idarəetməyə verilən müəssisələr üçün nəzərdə tutulmuş qaydalara əməl olunmadığından və müəyyən olunmuş fəaliyyət sahələri ilə məşğul olmadığı üçün Culfa "xxxx" X1 Cəmiyyəti ləğv edilmiş, cəmiyyətin balansında olan əsas və köməkçi binalar Culfa Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Culfa Rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2009-cu il tarixli, 113 nömrəli sərəncamı ilə Culfa "xxxx" X1 Cəmiyyətinin balansında olan əsas və köməkçi tikililərin Culfa Rayon İcra Hakimiyyətinin balansına verilməsi üçün dövlət komissiyası yaradılmış, bundan sonra Culfa Rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2009-cu il tarixli, 114 nömrəli sərəncamı ilə ləğv olunmuş Culfa "xxxx" X1 Cə miyyətinin əsas və köməkçi tikililəri Culfa Rayon İcra Hakimiyyətinin balansına alınmışdır.
10. Apellyasiya məhkəməsi İPM-in 35.1-ci maddəsinə və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına istinad etmişdir.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, mübahisələndirilən obyekt onun əlindən alınarkən onun hüquqları pozulmuş və ona 10 ildən sonra cuzi bir pul vəsaiti verilmişdir. Həmin pul nə əmlakın, nə də səhmlərin indiki bazar qiymətinə uyğun deyil. Bundan baş qa məhkəmə işə mahiyyəti üzrə baxıb qərar qəbul etməli olduğu halda iddianı mümkün saymamışdır. Halbuki iddia tələbi üzrə yekun məhkəmə qərarı qəbul edilməli idi. Məhkəmə qərarında Naxçıvan MR Nazirlər Kabinetinin 05 mart 2018-ci il tarixli, 17s saylı sərancamında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təklifi nəzərə alınaraq özəlləşdirilən və idarəetməyə verilən müəssisələr üçün nəzərdə tutulmuş qaydalara əməl olunmadığı və təyinatı üzrə fəaliyyət göstərmədiyi üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli 89 nömrəli qərarı ilə ləğv edilmiş və əsas və köməkçi binaları Culfa Rayon İcra Hakimiyyətinin balansına verilmiş. Culfa "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əmlakının dəyərinin ödənilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası İqtisadi yyat Nazirliyinin büdcədənkənar xüsusi hesabından Cəmiyyətin İdarə Heyətinin sədri İddiaçı hesabına 34944,67 manat ayrılması, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Culfa Rayon İcra Hakimiyyəti ilə birlikdə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi qeyd olunmuşdur. Ancaq məhkəmə nəzərə almamışdır ki, səhmdar cəmiyyətin ləğv olunması Nazirlər Kabinetinin səlahiyyətində deyil. Səhmdar Cəmiyyət ancaq məhkəmə qərar ilə ləğv edilə bilər.
13. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün iddiaçı "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarına istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri
14. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıd ır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
16. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
17. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şika yəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr i lk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icr ası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla o nunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya mahiyyəti üzrə o zaman baxıla bilər ki, digər şərtlərlə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də ödənilsin.
27. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayıl mış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
30. Məhkəmə kollegiyasının qənaətinə görə, aşağıda qeyd olunmuş səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
31. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı iki hissədən ibarətdir:
1. Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və 2. 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq ona ödənilmə si.
32. Qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il tarixli, 89 nömrəli qərarı ilə özəlləşdirilən və idarəetməyə verilən müəssisələr üçün nəzərdə tutulmuş qaydalara əməl olunmadığından və müəyyən olunmuş fəaliyyət sahələri ilə məşğul olmadığı üçün Culfa "xxxx" X1 Cəmiyyəti ləğv edilmiş, cəmiyyətin balansında olan əsas və köməkçi binalar Culfa Rayon İcra Hakimiyyətinin balansına verilmişdir.
33. Culfa Rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2009-cu il tarixli, 113 nömrəli sərəncamı ilə Culfa "xxxx" X1 Cəmiyyətinin balansında olan əsas və köməkçi tikililərin Culfa rayon İcra Hakimiyyətinin balansına verilməsi üçün dövlət komissiyası yaradılmış, bundan sonra Culfa rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2009-cu il tarixli, 114 nömrəli sə rəncamı ilə ləğv olunmuş Culfa "xxxx" X1 Cəmiyyətinin əsas və köməkçi tikililəri Culfa rayon İcra Hakimiyyətinin balansına alınmışdır.
34. Həmçinin qeyd edilməlidir ki, iddiaçının qaytarılmasını tələb etdiyi avtovağzal binasına görə, onun öz müraciəti əsasında əmlakının dəyəri kimi 34,944.67 manat ödənilmiş və bu hal iddiaçı tərəfindən də təkzib edilmir.
35. Beləliklə, “Culfa "xxxx" X1 Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il tarixli, 89 nömrəli qərarı ilə ləğv edildiyindən və Culfa rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2009-cu il tarixli, 114 nömrəli sərəncamı ilə ləğv olunmuş Culfa "xxxx" X1 Cəmiyyətinin əsas və köməkçi tikililəri Culfa rayon İcra Hakimiyyətinin balansına alındığından, həmin qərar və sərəncamlar hal-hazırda qüvvədə olduğundan, eləcə də əmlakının dəyəri kimi 34,944.67 manat iddiaçının öz müraciəti əsasında ona ödənildiyindən, onun hazırkı iş üzrə mübahisə obyektinə münasibətdə iddia qaldırmağa hər hansısa hüququnu istisna edir.
36. Belə olan halda, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması və bu səbəbdən, iddianın mümkünsüzlüyü barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə düzgün olmuşdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 15 n oyabr 2023-cü il tarixli, 21(108)-58/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.