Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-702/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ İş № 2-1(102)-702/2024 (Açar sözlər: əlilliyin təyin edilməsi; işin hallarının düzgün araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1726/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə Bakı 18 nömrəli Şəhər Poliklinikasının 17 oktyabr 2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası ll-lll fs.İnfarktdan sonrakı kardioskleroz. Sağ yarımkürədə beyin infarktından s\v. Beyinin xr. işemiyası. Hipertoniya xəstəliyi İİ mər.ÜQDÇ-ğı. İİ dər; Meyar: 2.
2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncüdördüncü funksional sinif)” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. Elektron təyinatla 19 oktyabr 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası lllll fs. İnfarktdan sonrakı kardioskleroz. Sağ yarımkürədə beyin infarktından s\v. Beyinin xr. işemiyası. Hipertoniya xəstəliyi İİ mər. ÜQDÇ-ğı. İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarp an koronar çatmamazlıq əlamətləri ilə (üçüncü – dördüncü funksional sinif)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. İddiaçının əlillik vəziyyətinə Bakı Nərimanov Tibb Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasının 8 aprel 2022- ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 Serebrovaskulyar xəstəliklərin nəticələri => 169.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Əsas diaqnoz 169.3 Beyin infarktının nəticələri, Keçirilmiş insultun davamlı qalıq əlamətləri Ağırlaşma F06.5 Üzvi dissosiativ pozğunluq,. Ağırlaşma G11.2 Gecikmiş beyincik ataksiyası, Koordinator statik pozuntu. Ağırlaşma F06.7 Yüngül koqnitiv pozğunluq, Ağırlaşma G81.1 Spastik hemiplegiya, Sol tərəf li hemiparez; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı «cavabdehin imtinasının ləğv edilməsi və iddiaçıya əlilliyin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etm işdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 X8 1 nömrəli Poliklinika Şöbəsi tərəfindən **********01 nömrəli müayinə vərəqəsi tərtib edilmiş və həmin vərəqə əsasında 2709003AADT7 nömrəli göndəriş tərtib edilərək 11 aprel 2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmişdir. Bunun əsasında iddiaçı müayinədən keçmişdir. Müayinənin nəticəsində 12 aprel 2022-ci il tarixdə əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edilmişdir.
7. İmtina Aktında göstərilmişdir ki, göndəriş natamam doldurulmuşdur, əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir.
8. Aşağıdakı səbəblərə görə əlillik müəyyən edilməsindən imtina aktı qanunsuzdur və bu səbəbdən iddiaç ıya əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İlk növbədə qeyd edilməlidir ki, 11 aprel 2022-ci il tarixli 2709003AADT7 nömrəli göndəriş tam doldurulduğu halda, Tibbi Sosial Ekspert Komissiyası əsassız olaraq həmin sənədin natamam doldurulmasını göstərmiş, natamamlığın nədən ibarət olmasını təsvir etməmişdir. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
9. Bu baxımdan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən inzibati akt hes ab edilən İmtina aktı qəbul edilərkən yazılı şəkildə konkret faktiki (natamamlığın nədən ibarət olması) və hüquqi hallara (göndərişin natamam doldurulmasının hansı normaya əsasın əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edilməsinə səbəb olması) istinadən əsaslandırılmalı idi.
10. İmtina aktından göründüyü kimi, həmin akt heç bir faktiki və hüquqi hallarla əsaslandırılmamışdır. Göndərişin natamam doldurulmasına görə imtina aktının qəbul edilməsi səlahiyyəti və qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərlə yanaşı, əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsindən imtina formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması ilə əsaslandırıla bilməzdi. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nda Tibbi Sosial Ekspert Komissiyası tərəfindən göndəriş natamam doldurulduqda, əlilliyin müəyyən olunmasından imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti və qaydası nəzərdə tutulmamışdır.
11. Əksinə, Qaydanın 2.9-cu bəndinə əsasən göndəriş natamam doldurulduqda, Tibbi Sosial Ekspert Komissiyası yalnız altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyasına göndərə bilər. İmtina aktından isə görünür ki, Tibbi Sosial Ekspert Komissiyası bu qayda və səlahiyyətinin ziddinə 11 aprel 2022-ci il tarixli 2709003AADT7 nömrəli göndərişi komissiyaya göndərmə k əvəzinə, əsassız və qanunsuz olaraq imtina aktı qəbul etmişdir. Tibbi Sosial Ekspert Komissiyası nəinki sahəvi normativ sənəd olan «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın tələblərini, həm də «İnzibati icraat haqqında» Qanunun tələblərini kobud şəkildə pozaraq qanunsuz imtina aktı qəbul etmişdir. Əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək üçün əlavə müayinə keçirilməsi məqsədilə imtina aktının qəbul edilməsi qanunsuzdur. Təsvir edilənlərlə yanaşı, qeyd edilməlidir ki, əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək məqsədilə xəstənin ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi əsası ilə imtina aktının qəbul edilməsi qayda və səlahiyyəti də qanunvericilikdə, o cümlədən «Əlilliyin qiymətləndirilməsi Qaydası»nda nəzərdə tutulmamışdır. Əksinə, sözügedən Qaydaların məzmunundan ayd ın olur ki, əlavə müalicəyə ehtiyacın olması məhz əlilliyin təyinatını şərtləndirir. Belə ki, həmin Qaydaların 2.6-cı bəndinə əsasən Tibbi Sosial Ekspert Komissiyasının qərarı qəbul edildikdə, əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, Tibbi Sosial Ekspert Komissiyasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, əlilliyin qiymətləndirilməsi əlilliyin təyinatı ilə birgə reabilitasiyanı da nəzərdə tutur. Reabilitasiyası dedikdə isə, əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə ə lilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası başa düşülür («Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə görə). Əlavə müalicəyə ehtiyacın olmaması əlilliyin təyinatından imtina üçün əsas ola bilərdi, çünki əlillik məhz sağlamlıq imkanlarının məhdudlaşdırılmasını ifadə edən termindir ki, bu reabilitasiya vasitəsilə aradan qaldırıla bilər. Beləliklə, cavabdehin əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək məqsədilə xəstənin ixtisaslı tibb müəssisəsində ətraflı əlavə müalicəyə ehtiyacının olması barədə qərar qəbul edərək əlillik təyinatından imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdehin etirazları
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 202 0-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın müddəalarına əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir.
13. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
14. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntul arının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.
15. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsis tem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi Sosial Ekspert Komissiyasına göndərilir. Tibbi Sosial Ekspert Komissiyasının sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehti yacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, Tibbi Sosial Ekspert Komissiyasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
16. Göründüyü kimi, iddiaçıya sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir” olmuşdur. Odur ki, iddiaçının ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçdikdən sonra əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Bakı İ nzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8947/2022 saylı qərarı ilə iddia təmin edilmiş və iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya əvvəllər də əlillik dərəcəsi təyin olunduğu və həmin əlilliyin müddətinin 2021-ci ildə başa çatdığını nəzərə alaraq, işdə olan, o cümlədən müvafiq tibb müəssisəsindən verilən sənədlərə əsasən iddiaçıda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etməsi təkzib olunmur.
19. Mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliyin davam etdiyi təqdirdə iddiaçıya münasibətdə «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi deyil, 1.5.3- cü bəndinin tələbləri tətbiq edilməlidir. Qaydanın 1.5.3-cü bəndi isə, şəxsin orqanizminin pozulmuş funksiyalarının bərpa olunmamasını və müvafiq sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularını “eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması” ilə şərtləndirmir.
20. Həmçinin nəzərə alınmalıdır ki, mövcud qanunvericilik normalarının tələbləri müvafiq tibb müəssisəsinin göndərişi natamam doldurulduğu hal əlilliyin təyinat olunmasından imtinaya əsas vermir.
21. İmtinada göstərilən “ətraflı müayinə məsləhətdir” dəlilinə gəldikdə isə, cavabdeh tərəf bunun zəruriliyinin hansı xüsusatlar üzrə yaranması ilə bağlı heç bir dəlil və sübut təqdim etmir. Odur ki, bu dəlil formal şəkildə təqdim olunmuş kimi sayılır.
22. Belə olan halda cavabdehin iddiaçıya əlillik təyin edilməsindən “göndəriş natamam doldurulmuşdur və ətraflı müayinə məsləhətdir” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1726/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikаsı Səhiyyə Nаzirliyi Məhkəmə Tibbi Ekspertizа və X4-Təcrübi və Tədris Birliyinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1) İddiaçı xx.xx.1962-ci ildə Naxçıvan MR-da doğulmuş və Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq olaraq Bakı şəhəri X6 X7 1 nömrəli Poliklinika şöbəsi tərəfindən göndərilmiş 08 aprel 2022- ci il tarixli, 2709003AADT7 №-li göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? 2) Həmin göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? 3) Həmin göndərişdə aparılan müayin ələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə reabilitasiya müalicəsinə zərurət vardırmı? 4) Həmin Göndəriş tam doldurulmuşdurmu? 5) Göndərişdə qeyd olunan xəstəliklər (diaqnoz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə hazırda əlillik təyinatına əsas vermir? 25. “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2023-cü il tarixdə T397/2023 saylı ekspert rəyində suallara aşağıdakı kimi cavab verilmişdir. 1-4-cü suallar üzrə: Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı şəhəri X5 PHŞ-nin 1 nömrəli Polik linika Şöbəsində tərtib edilib göndərilmiş xx.xx.2022-ci il tarixli 2709003AADT7 nömrəli göndəriş tam doldurulmuş və qeyd edilmiş “Əsas diaqnoz: İ69.3-Beyin infarktının nəticələri, Keçirilmiş insultun qalıq əlamətləri. Ağırlaşma: F06.5- Üzvi dissosiativ pozğunluq. G11.2- Gecikmiş beyincik ataksiyası.Kordinator statik pozuntu. F06.5- Yüngül koqnutiv pozğunluq. G81.1- Spastik hemiplegiya, Sol tərəfli hemiparez” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyinin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş və buna görə də əmək qabliyyəti itirilməmiş hesab edilmişdir. İddiaçı xəstəlikləri tam reabilitasiya olunmurlar, lakin kəskinləşərkən müvafiq ixtisas sahəsi üzrə həkimdə vəziyyəti nin ağırlığından asılı olaraq ambulator, ya da stasionar müalicəyə cəlb oluna bilərlər. 5-ci sual üzrə: Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və X2-Sosial ekspertlərinin səlahiyyətlərinə aiddir.
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1726/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8947/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbinin rədd edilməsi barə də yeni qərar qəbul edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və aşağıdakıları qeyd etmişdir.
28. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya əlillik təyin edilməsindən “göndəriş natamam doldurulmuşdur və ətraflı müayinə məsləhətdir” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.”
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş ekspert rəyindən görünür ki, iddiaçı müvafiq olaraq əyani müayinədən keçmiş və əmək qabiliyyətinin itirilməmiş olduğunu müəyyən edilmişdir.
31. Göründüyü kimi Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi).
32. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhk əməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.
33. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
34. İlk növbədə qeyd edilməlidir ki, əlilliyin yenidən qiymətləndirilməsi üçün əmək qabiliyyətinin itirilməsinə ehtiyac yoxdur, əmək qabiliyyətinin itirilməsi ilkin əlilliyi qiymətləndirilən şəxslərə aiddir. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.10-cu bəndinin mənasına görə istehsalat zə dəsi və ya peşə xəstəliyi ilkin əlilliyi qiymətləndirilən şəxslərlə bağlı əhəmiyyətlidir və bu halda, peşə əmək qabiliyyətini itirmə faizi mütləq qaydada göstərilməlidir. Əgər əlilliyin yenidən qiymətləndirilməsi üçün əmək qabiliyyətinin itirilməsi tələb olunsa idi, heç bir halda, əlil olan şəxslərin işləməsi mümkün olmazdı və bununla bağlı əlil olan şəxslərin işləməsinin təşviq edilməsinə dair müddəalar qanunvericilikdə nəzərdə tutulmazdı. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən “Məşğulluq haqqında” Qanuna uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Bu isə onu göstərir ki, əlilliyin yenidən təyinatı üçün əmək qabiliyyətini yenidən itirməyə ehtiyac yoxdur, onun əlilliyi əvvəlki əmə k qabiliyyətini itirməklə əlaqədardır və məhz konkret əmək funksiyalarının icrasındaəlilliyindən irəli gələn güzəştlər nəzərdə tutulur. Bu baxımdan apellyasiya məhkəməsinin qərarda əks etdirdiyi “əlilliyin yenidən qiymətləndirilməsi üçün əmək qabiliyyətinin itirilməsinin tələb olunması” barədə dəlili tamamilə əsassız və qanunsuzdur.
35. Ekspert Rəyinə əsasən göndəriş tam doldurulmuşdur. Bununla yanaşı, qeyd edilməlidir ki, ekspert rəyində iddiaçının xəstəliyinə görə onun əmək qabiliyyətini itirməmiş hesab edilməsi göstərilsə də, o da qeyd edilmişdir ki, göndəriş tam doldurulmuşdur, iddiaçının xəstəliyi tam reabilitasiya olunmur, lakin kəskinləşərkən müvafiq ixtisas sahəsi üzrə həkimdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator, ya da stasionar müalicəyə cəlb oluna bilərlər. Ekspert r əyində həmçinin, iddiaçının xəstəlik (diaqnozunun) əlillik təyinatına əsas olması sualı cavablandırılmamışdır. Qeyd edilən halları isə apellyasiya məhkəməsi nəzərə almamış, iddiaçının barəsində olan göndərişin əslində tam doldurulmasını, onun əsl həqiqətdə xəstə olmasının ekspert rəyi ilə də təsdiq edilməsini təkzib edə bilmədiyi halda, həmin halları əsas kimi götürməmişdir. Eyni zamanda, iddiaçıya diaqnoz qoyulan xəstəliklər üzrə ona əlillik təyinatının aparılmasının mümkün olması ekspert rəyi ilə təkzib edilmədiyi də məhkəmə tərəfindən nəzərə almamışdır. Bu isə ona işarə edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun şəkildə imtina aktını əsaslandırmamış, göndəriş tam doldurulduğu halda, həmin sənədin natamam doldurulmasını əsassız şəkildə qeyd etməklə 2-ci də rəcə əlillik təyinatından imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsi də ekspert rəyi ilə cavabdehin imtina aktı təkzib edildiyi və iddia tələbinin təmin edilməsinə xidmət etdiyi halda, əsassız olaraq iddiatələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir.
36. Göndərişdəki xəstəliklər 2-ci dərəcəli əlillik təyinatına əsas verir. İddiaçıya aid olan Göndərişdəki xəstəliklər 2-ci dərəcəli əlillik təyinatına əsas verdiyi halda, cavabdeh tərəfindən əsassız olaraq ona əlilliyin təyinatından imtina edilmişdir. Belə ki, Göndərişdən görünür ki, İddiaçının diaqnozu kodlaşdırılmış xəstəliklər olaraq İ69.3, F06.5, G11.2, G81.1 təsnifatına aid olmuşdur. xx.xx.2022-ci il tarixədək (İmtina Aktının qəbul edildiyi xx.xx.2022-ci il tarixdə qüvvədə olmuş) qüvvədə olmuş Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.9-cu bəndinə əsasən G00-G14 xəstəlikləri üzrə 2-ci dərəcə əlillik təyin edilir. Odur ki, İddiaçıya 2-ci dərəcə əlillik təyinatına əsas olan xəstəlik üzrə diaqnoz qoyulduğu halda, əsassız olaraq ona əlillik təyinatından cavabdeh tərəfindən imtina edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
37. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyin in qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunmas ı meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.... 39. “Əlilliyin qiymətləndirilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir): 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.... 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir..... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həki m-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününə dək uzadıla bilər. "Əlilliyin müəyyən olunması meyarları" (Azərbaycan Respublikası Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmişdir) Nazirlər
1. Ümumi müddəalar 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının d avamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəra rı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, apellyasiya instansiya məhkəməsi tərəfindən işin baxılması zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyi üçün qərar ləğv edilməklə iş təkrar baxılması üçün həmi n məhkəməyə qaytarılmalıdır.
42. Apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, ekspert rəyindən görünür ki, iddiaçı müvafiq olaraq əyani müayinədən keçmiş və əmək qabiliyyətinin itirilməmiş olduğu müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il ta tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır.
43. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.
44. Belə ki, apellyasiya instansiya mə hkəməsində işə baxılan zaman iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında yuxarıda hazırkı qərarın 24-cü bəndində göstərilən 5 sual qoyulmuşdur. 45. “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2023-cü il tarixdə T397/2023 saylı ekspert rəyi ilə ilk 4 suala cavab verilmiş və göstərilmişdir ki, göndəriş tam doldurulmuş, qeyd edilmiş “Əsas diaqnoz: İ69.3-Beyin infarktının nəticələri, Keçirilmiş insultun qalıq əlamətləri. Ağırlaşma: F06.5- Üzvi dissosiativ pozğunluq. G11.2- Gecikmiş beyincik ataksiyası. Kordinator statik pozuntu. F06.5- Yüngül koqnutiv pozğunluq. G81.1- Spastik hemiplegiya, Sol tərəfli hemiparez” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyinin dinamikasına uyğun aparıldığından on ların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş və buna görə də əmək qabiliyyəti itirilməmiş hesab edilmişdir. İddiaçı xəstəlikləri tam reabilitasiya olunmurlar, lakin kəskinləşərkən müvafiq ixtisas sahəsi üzrə həkimdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator, ya da stasionar müalicəyə cəlb oluna bilərlər. 5-ci əsas suala isə cavab verməmiş və qeyd etmişdir ki, Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Dövlət Tibb-Sosial Ekspertiza və X2-Sosial ekspertlərinin səlahiyyətlərinə aiddir.
46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən ekspert rəyi düzgün qiymətləndiirlməmişdir. Belə ki, həmin rəydə iddiaçının göndərişində qeyd edilən diaqnozlar öz təsdiqini tapmış, iddiaçının xəstəliklərinin tam reabilitasiya olunmayan xəstəlik olduğu qeyd edilmişdir. Ekspert həmin xəstəliklərin əlilliyin təyini üçün əsas olubolmaması barədə suala isə cavab verməkdən yayınmışdır.
47. İddiaçının diaqnozu kodlaşdırılmış xəstəliklər olaraq İ69.3, F06.5, G11.2, G81.1 təsnifatına aid olmuşdur. xx.xx.2022-ci il tarixədək (İmtina Aktının qəbul edildiyi xx.xx.2022-ci il tarixdə qüvvədə olmuş) qüvvədə olmuş Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.9-cu bəndinə əsasən G00-G14 xəstəlikləri 2-ci dərəcə əlillik təyin edilməsinə əsas verən xəstəliklər olmu şdur.
48. Apellyasiya məhkəməsi isə Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələblərinə cavabdeh tərəfindən riayət edilməsi qənaətinə gəlmişdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, göndərişin tam doldurulmaması əsası ilə cavabdehə əlillik təyin edilməsinən imtina edilməsi əsası qanunvericilikdə nəzərdə tutulmamış, həmçinin əlilliyin təkrar təyin edilməsi zamanı əmək qabiliyyətinin itirilməmiş hesab edilməsinin əhəmiyyətli olub-olmaması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
50. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlill iyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
51. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfində n təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsin i təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
52. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən, eləcə də səbəb əlaqəsinin dəyişdirilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
53. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
54. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1726/2023 saylı qərarı ləğv olunsun. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.