Məhkəmə qərarları › İş №2-1(102)-704/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-704/2025

07.03.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-704/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: bakalavr diplomunun tanınması; təhsil müəssisəsinin qeyri-qanuni fəaliyyət göstərməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “Bakı Menecment Universitetini bitirməyinə dair adına yazılmış A-1 0069 saylı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 2-1(106)-506/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1993-cü ildə Bakı Menecment Universitetinin maliyyə, bank işi və marketinq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin fakültəni mühasibat uçotu ixtisası üzrə bitirməklə, ona mühasib ixtisası verilmiş və adına A-1 0069 nömrəli diplom hazırlanmışdır.

2. İddiaçı diplomunun tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətə münasibət bildirməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Menecment Universitetini bitirməyin ə dair adına yazılmış A-1 0069 saylı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonunun Günəşli kəndində yaşayır, 1993-cü ildə Bakı şəhərində fəaliyyət göstərən Bakı Ali Menecer Kollecinə daxil olmuş, 1995-ci ildə həmin Kollec Bakı Menecment Universiteti kimi təşkil edilmişdir. 1997-ci ildə həmin Universiteti bitirmiş, oxuduğu illərdə təhsil haqlarını köçürmüşdür. Bundan başqa, tələbə bileti, məqbul kitabçası olmuşdur. Məqbul kitabçasında illər üzrə verdiyi imtahanlar və imtahanları qəbul edən müəllimlərin adları və aldığı qiymətlər öz əksini tapmışdır. 1997-ci ildə o, Bakı Menecment Universitetini bitirmiş və ona həmin Universitetin A-1 0069 saylı diplomu verilmişdir. Həmin Universitetdə ali təhsil aldığına görə 1 il müddətinə hərbi xidmətə çağırılmış, 1 il müddət də hərbi xidmət keçmişdir. Universiteti bitirdikdən sonra müxtəlif idarələrdə işləmiş, 2003-cü ildən Biləsuvar rayon İHB-nın Günəşli kənd İcra nümayəndəsinin müavini vəzifəsinə təyin edilmiş, icra strukturunda işləməklə ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 2021-ci ilin dekabr ayına kimi, yəni 19 il kənd icra nümayəndəliyində müavin işləmişdir. Təhsil Nazirliyi məktub göndərmişdir ki, onun diplomunun hüquqi əsası yoxdur. Təhsil Nazirliyinin məktubundan belə çıxır ki, ümumiyyətlə o, Universiteti bitirməmişdir və diplomu saxtadır. Halbuki, onun təhsil aldığı universitet Bakı şəhərində yerləşir, onun tələbə bileti, ödəniş çekləri, məqbul kitabçası da qalmışdır. Təhsil aldığı müəssisə ilə Təhs il Nazirliyi arasında hansısa mübahisənin ona nə aidiyyəti vardır və yaxud təhsil aldığı müəssisə arxiv sənədlərini və digər qeydləri Təhsil Nazirliyinə verməmişsə, buna məgər o cavabdehdirmi?. Hazırda həmin məktuba əsasən 19 il dövlət qulluqçusu kimi işlədiyi peşəsindən və işindən olmuşdur. Digər tərəfdən, onun diplomunun hüquqi əsası yox idisə, onu niyə 2003-cü ildə İcra Hakimiyyətində işə götürürdülər və 19 il işləyərkən ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisası verirdilər?. Hesab edir ki, Təhsil Nazirliyinin məktubunun heç bir hüquqi əsası yoxdur. Adı çəkilən məktubla əlaqədar onun konstitusion hüquqları pozulmuşdur. Təhsil Nazirliyinə müraciət etsə də, bu günə kimi müraciətinə cavab verilməmişdir. Cavabdeh təşkilatların təqsiri üzündən onun hüquqları pozulmuşdur.

5. Cavabdeh iddi aya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus diplomun tanınması ilə bağlı inzibati orqana müraciət etməmiş, lakin buna baxmayaraq, cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya məxsus diplomun hüquqi əsası yoxdur və həmin diplom dövlət nümunəli təhsil sənədi deyildir. Belə ki, 07 oktyabr 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu” nun 8-ci maddəsinə görə, “təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir”. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsinin məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd universitetə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun surətindən görünür ki, təhsil müəssisəsi məzunlara diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, Menecment Universiteti dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Məlumat üçün bildirilir ki, həmin dövrdə təhsil müəssisələri hüquqi şəxs kimi, ədliyyə orqanlarında dövlət qeydiyyatına alınırdılar. Digər tərəfdən, 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Universitet fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada aparılan təhsilin hüquqi əsası olmamışdır. Təhsil Nazirliyində həmin universitetin fəaliyyəti barədə hər hansı bir məlumat mövcud deyildir.

6. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11- 2684/2024 və xx.xx.2024-cü il tarix li, 3-16-5/2-113233/2024 nömrəli məktubları ilə müəyyən edilmişdir ki, Bakı Menecer Kolleci və Bakı Menecment Universiteti həmin dövrdə hüquqi şəxs kimi ədliyyə orqanlarında dövlət qeydiyyatına alınmamış, bu təhsil müəssisəsinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilməmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmamış, həmçinin, fəaliyyət hüququ verən sertifikata malik olmamışdır.

7. Şirvan İnzibati Məhkəməsinin (hakim: F.N.Abbasov) 04 iyun 2024-cü il tarixli, 21(120)-653/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici təhsil müəssisələrinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu almasını və fəaliyyət hüququ verən sertifikata malik olmasını tələb edir. Bakı Menecment Universiteti fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada aparılan təhsilin hüquqi əsası olmamışdır. Bakı Menecment Universiteti təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınmadığından onun hüquqi statusu olmamış, habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik olmamış, sonda qanunvericiliyin tələbinə əsasən fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisəsinin verdiyi təhsil sənədləri etibarsız olmuşdur.

9. Bakı Menecment Universitetinin dövlət qeydiyyatı və fəaliyyətinə icazə hüququ verən sənədi olduğu təqdirdə belə, məhkəmə hesab etmişdir ki, iddiaçının həmin təhsil müəssisəsində təhsil aldığı 1993-1997-ci illərdə qüvvədə olmuş normativ-hüquqi aktların tələb inə görə, təhsil müəssisəsinin məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən dövlət nümunəli təhsil sənədi hesab oluna bilməz.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və H.X.Bəhmanov) 16 oktyabr 2024-cü il tarixli, 2-1(106)-506/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdı r.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. İddiaçı kassasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən iş ədalətli araşdırılmamış, kobud qanun pozuntularına yol verilmişdir. Məhkəmə tərəfindən tələbi demək olar ki, araşdırılmamış, araşdırılsa da qərəzli formada araşdırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Təhsil haqqında” Qanun (7 oktyabr 1992-ci il tarixli,324 nömrəli) Maddə

8. Təhsil müəssisələri məzunlara həmin təhsi l müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Maddə

13. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəali yyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir. Maddə

18. Orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə liseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər. Orta ixtisas m əktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir. Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır....

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü madd ələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apell yasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraa t çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Şəxsin təhsilinə dair müvafiq diplomun dövlət nümunəli hesab edilməsi üçün həmin sənədin blankı qanunvericiliklə müəyyən olunmuş qaydada və səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq olunmalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən m əzunların sayına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş tələblər çərçivəsində fəaliyyət göstərən təhsil müəssisələrinə təhvil verilməlidir. Təhsil sənədi, o cümlədən diplom təhsil müəssisəsi tərəfindən yalnız bu prosedurlardan sonra həmin müəssisəni uğurla bitirmiş məzunlara verilə bilər. Bu qayda həm dövlət, həm də özəl təhsil müəssisələrinə şamil olunur və imperativ xarakter daşıyır.

25. Belə ki, bu qərarın 16-cı bəndində istinad olunan və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş normalara görə, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədi nin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Təhsili Nazirliyi verir.

26. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir.

27. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallara əlavə olunmuş sənədl ərdən görünür ki, iddiaçının təhsil aldığı müəssisəyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində təsbit olunmuş qaydada lisenziya (icazə) verilməsinə dair “Lisenziyaların və icazələrin vahid Reyestri”ndə hər hansı məlumat qeydə alınmamış, Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərən orta ixtisas təhsili müəssislərinin siyahısında həmin müəssisə nəzərdə tutulmamış, həmçinin cavabdeh tərəfindən həmin təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq diplom blankı verilməmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(106)-506/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar