Məhkəmə qərarları › İş №2-1(102)-705/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-705/2025

01.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-705/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi, ikinci dərəcə əlilliyin təyin edilməsi, əlilliyin təyinat tarixinin sonuncu imtina tarixindən müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” öhdəliyinin cavabdehi n üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-13/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçının əlillik vəziyyətinə ilk dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və Bronxial astma infeksion-allergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı səbəbi ilə ona xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir.

2. Daha sonra Biləsuvar Rayon Mər kəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və Bronxial astma infeksionallergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı səbəbi ilə ona xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir.

3. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və Bronxial astma infeksion-allergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı səbəbi ilə ona xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir.

4. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və əlavə müalicəyə ehtiyacın olması Səbəb: 2005-ci ildən xəstə olmasina baxmayaraq bu günə qədər heç bir stasionar müalicə almamışdır” səbəbi ilə ona əlilliyin təyin edilməsindən imtina verilmişdir.

5. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə təkrar baxılmış və göndərişin natamam doldurulması - Səbəb: 2005-ci ildən xəstə olmasına baxmayaraq stasionar müalicələr haqqında məlumat yoxdur. Xəstəliyin hazırkı ağırlıq dərəcəsini qiymətləndirmək üçün ixtisaslaşmış tibb (ETACXİ-da) müəssisəsi ndə müayinə tövsiyə olunur” səbəbi ilə ona əlilliyin təyin edilməsindən ikinci dəfə imtina verilmişdir.

6. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə bir daha baxılmış və “ Bronxial astma, ağır gedişli, nəzarət olunmayan, infeksion allergik forma.Tez-tez kəskinləşmə, tez-tez boğulma tutmaları və tez-tez ağır asmatik statusla. İV tip hiper həssaslıq. (Yüksək dozada inhalyasion kortikosteroid+əlavə dərman preparatlarının təyini zamanı müalicəyə qeyri- adekvat cavab). Tənəffüs çatmamazlığı İİİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulmasıSəbəb: ETACXİ-da müayinəyə ehtiyacı vardır” səbəbi ilə ona əlilliyin təyin edilməsindən üçüncü dəfə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində aparılan icraat

7. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2021-ci ilin fevral ayından etibarən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xəstəliyi ilə bağlı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona 2004-ci tarixdən ikinci dərəcə əlillik verilmişdir. 2021-ci ilin yanvarından etibarən əlilliyi ləğv edilmişdir. İddiaçı hesab edir ki, ikinci dərəcə əlilliyin ləğv edilməsi (dayandırılması) tamamilə qanunsuzdur. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyə n olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinin tələblərinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Normanın tələbindən göründüyü kimi 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunur. Qanunvericilikdə 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunduğundan yenidən forma 88 göndərilməsi və ya müayinəyə cəlb edilməsi qanunsuzdur. Cavabdehin etirazları:

9. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçıya ikinci dərəcə əlillik ümumi xəstəlik ilə əlaqədar olaraq, xx.xx.2005-ci ildə 1 il, xx.xx.2014-c ü ildə 1 il və xx.xx.2016-cı ildə 5 il müddətinə təyin olduğundan, ümumi olaraq fasiləsiz 7 il əlillik dərəcəsi olduğundan müddətsiz əlillik təyin edilməsi mümkün deyil.

10. Cavabdeh iddiaya qarşı digər etirazında isə bildirilmişdir ki, vətəndaşın əlillik vəziyyəti ilk dəfə xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş və xx.xx.2006-cı il tarixədək əlillik təyinatı aparılması barədə qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2006-cı ildə qiymətləndirilmə aparılmış və xx.xx.2007-ci ilədək əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Ancaq, vətəndaş növbəti qiymətləndirmə üçün əlillik müddəti başa çatdıqdan 5 ay sonra, xx.xx.2007-ci il tarixdə müraciət etmiş və əlillik təyinatının aparılması ilə bağlı qərar qəbul edilmişdir. Növbəti illərdə eyni şərtlərlə əlillik təyinatı yenidən aparılmış və xx.xx.2015-ci il tarixdə sonuncu dəfə Azərbaycan Respublikası Prezidentinin "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında" xx.xx.2015-ci il tarixli, 595 nömrəli Fərmanının 6.1-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin (bundan sonraƏsasnamə) 6.1-ci bəndinə əsasən vətəndaşın əlillik müddəti Tibbi-Sosial Ekspertiza və X1 tərəfindən 5 il uzadılmışdır. Göründüyü kimi, əlillik müddəti ancaq 2007-2015-ci illər ərzində (8 il müddətinə) fasiləsiz davam etmiş, 2015-ci ildə isə vətəndaşın əlilliyi müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı 10 il tamamlanmada n avtomatik qaydada 5 il müddətinə təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şirvan İnzibati Məhkəməsinin e-2-1(120)-410/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2021-ci ilin fevral ayından etibarən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş tibbi sənədlərlə, habelə cavabdeh təşkilatın iddiaya qarşı etirazı və etiraza əlavə edilmiş sənədlərlə tam təsdiq olunur ki, iddiaçının 2005-ci ildən etibarən hər il “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan” diaqnozu, “boğulma, təngnəfəslik və öskürək”lə müşayiət olunan xəstəliyi ilə əlaqədar 2005-ci il dən 2021-ci ilədək fasiləsiz olaraq ikinci dərəcə əlilliyi mövcud olmuş, müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması üçün qanunvericiliklə tələb olunan fasiləsiz 10 (on) il əlillik müddəti 2015-ci ildə tamam olmuş və iddiaçının müddətsiz ikinci dərəcə əlillik əldə etməsi hüququ yaranmışdır. İddiaçının 2007-ci ildə növbəti qiymətləndirmə üçün əlillik müddəti başa çatdıqdan 5 ay sonra müraciət etməsi isə bu müddət ərzində onun reabilitasiya olunmasını təsdiq etmir. Belə ki, 2007-ci ildə növbəti qiymətləndirmə zamanı səhhətində heç bir dəyişiklik olmadan eyni səbəb və diaqnozla xx.xx.2007-ci il tarixdə ikinci dərəcə əlillik təyinatının aparılması ilə bağlı qərar qəbul edilməsi, cavabdehin qeyd etdiyi kimi növbəti illərdə eyni şərtlərlə əlillik təyinatının yenidən aparılması, nəhayət xx.xx.2015-ci il tarixdə iddiaçının ikinci dərəcə əlilliyinin 5 il müddətinə təsdiq edilməsi də bunu sübut edir.

13. Məhkəmə hesab etmişdir ki, hətta cavabdeh təşkilatın iddiaya qarşı etirazında razılaşdığı iddiaçının fasiləsiz əlillik müddətinin xx.xx.2007-ci ildən hesablandığı halda belə, xx.xx.2015-ci ildə onun fasiləsiz əlillik müddəti cavabdehin təsdiq etdiyi kimi 8 il, həmin il təsdiq olunmuş 5 illik əlillik müddətinin ikinci ilində, yəni 2017-ci ildə 10 il təşkil etmiş, növbəti müayinəyə zərurət olmadan xx.xx.2017-ci il tarixdə (2007-2017) müddətsiz ikinci dərəcə əlillik hüququ yaranmış, lakin nəinki 2017ci ildə, 5 illik əlillik müddətinin başa çatdığı və vaxt artıq fasiləsiz əlillik müddətinin 13 il təşkil etdiyi xx.xx.2020-ci ildə belə iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin olunması təmin edilməmiş, bununla da, onun qanuni hüquqlarına kobud şəkildə müdaxilə edilmişdir.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində aparılan icraat

15. İş apellyasiya instansiya məhkəməsinin icraatında olarkən iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əlillik təyinatından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmə kollegiyası tərəfindən icaata qəbul edilmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-13/2024 nömrəli, xx.xx.2024-cü il ta rixli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin e-2-1(120)410/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçıya həmin tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyy at pozuntularının olması əlilliyin təyini üçün əsasdır. Cavabdeh inzibati orqanın mövqeyi ondan ibarətdir ki, iddiaçı həmin müddət ərzində müalicə olunmadığından, ona əlillik təyin edilməsi mümkün deyildir. Lakin Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi ilə bağlı şərt müəyyən edilmişdir ki, bəndin tələbinə əsasən, bu zaman şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt aradan qalxmış olur. Əlilliyin təyinində həmin maddədə nəzərdə tutulan şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sa bit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlı olur ki, ixtisaslaşmış səhiyyə müəsisəsinin məktubu ilə də əlilliyin təyini üçün əsas verən xəstəliyin iddiaçıda mövcud olması aşkar göstərilmişdir.İddiaçıda əlilliyin təyininə səbəb olan xəstəliyin mövcudluğu tam təsdiq edilmişdir.

18. Sənədlərdə görünür ki, iddiaçıya əlillik təyinatından xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlarla imtina edilmişdir. Yəni iddiaçı ilkin və sonrakı imtina qərarlarından şikayət verməmiş və hər dəfə yeni tibbi göndərişin təqdim edilməsi üçün müraciət etmiş, nəhayət sonuncu imtina qərarından sonra məhkəmədə iddia qaldırmışdır. Ona görə də məhkəmə araşdırmasının predmeti də həmin qərar olmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaç ıya ilkin imtina tarixindən əlilliyin təyin edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır.

19. Eyni zamanda birinci instansiya məhkəməsi əlillik təyinatından imtina haqqında qərarların, o cümlədən xx.xx.2021-ci il tarixli qərarın qanuniliyinə qiymət vermədən, mübahisəyə yalnız müvafiq dövr üzrə əlillik vəziyyətində olma əsası ilə müddətsiz əlillik təyinatının zəruriliyi baxımından qiymət vermişdir.

20. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçının əlillik vəziyyəti ilk dəfə xx.xx.2005-ci il tarixdə qiymətlən dirilmiş və xx.xx.2006-cı il tarixədək əlillik təyinatı aparılması barədə qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2006-cı ildə qiymətləndirilmə aparılmış və xx.xx.2007-ci ilədək əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı növbəti qiymətləndirmə üçün əlillik müddəti başa çatdıqdan 5 ay sonra, xx.xx.2007-ci il tarixdə müraciət etmiş və əlillik təyinatının aparılması ilə bağlı qərar qəbul edilmişdir. Növbəti illərdə eyni şərtlərlə əlillik təyinatı yenidən aparılmış və xx.xx.2015-ci il tarixdə sonuncu dəfə Azərbaycan Respublikası Prezidentinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” xx.xx.2015-ci il tarixli, 595 nömrəli Fərmanının 6.1-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 201 5-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 6.1-ci bəndinə əsasən vətəndaşın əlillik müddəti Tibbi-Sosial Ekspertiza və X1 tərəfindən 5 il uzadılmışdır.

22. Göründüyü kimi əlillik müddəti ancaq 2007-2015-ci illər ərzində (8 il müddətinə) fasiləsiz davam etmiş, 2015-ci ildə isə vətəndaşın əlilliyi müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı 10 il tamamlanmadan avtomatik qaydada 5 il müddətinə təsdiq edilmişdir. İddiaçıya ilkin əlillik təyinatının aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin birin ci bölməsinin səkkizinci abzasına və əlillik müddətinin başa çatdığı dövrdə qüvvədə olan Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin edildiyi halda əlillik müddətsiz müəyyən edilir.

23. Yuxarıda qeyd olunanlara əsasən iddiaçıya ikinci dərəcə əlillik ümumi xəstəlik ilə əlaqədar olaraq, xx.xx.2005-ci ildə 1 il, xx.xx.2014-cü ildə 1 il və xx.xx.2016-cı ildə 5 il müddətinə təyin olduğundan, ümumi olaraq fasiləsiz 7 il əlillik dərəcəsi olduğundan müddətsiz əlillik təyin edilməsi mümkün deyil.

24. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına v erilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin aprel ayında, yəni təxminən 8 ay sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir.

25. Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə ə məl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. 26. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-912/2022 saylı, xx.xx.2022-ci il tarixli analoji işind ə Məhkəmə qərarında ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunması göstərişini vurğulamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcə llənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyi şdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq müna sibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə ilk dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və Bronxial astma infeksion-allergik forma tez-tez boğulma tutmaları ilə. TÇ İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə ona xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Daha sonra xx.xx.2006-cı ildə qiymətləndirilmə aparılmış və xx.xx.2007-ci ilədək əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə xx.xx.2007-ci il tarixdən eyni şərtlərlə əlillik təyinatı yenidən aparılmış və xx.xx.2015-ci il tarixdə sonuncu dəfə əlillik müddəti 5 il uzadılmışdır.

34. Sonuncu dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə bir daha baxılmış və “Göndərişin natamam doldurulması” - Səbəb: ETACXİ-da müayinəyə ehtiyacı vardır” səbəbi ilə ona əlilliyin təyin edilməsindən üçüncü dəfə imtina ver ilmişdir.

35. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci və apellyasiya instansiya məhkəmələrində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2005-ci ildən imtinanın verildiyi xx.xx.2021-ci ilə qədər xəstə olması və ikinci dərəcə əlilliyinin mövcudluğu tam təsdiq edilir.

36. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı qeyd olunan müddət ərzində müalicə olunmadığından, ona əlillik təyin edilməsi mümkün deyildir.

37. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “.....Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi ilə bağlı şərt müəyyən edilmişdir ki, bəndin tələbinə əsasən, bu zaman şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt aradan qalxmış olur.

38. Əlilliyin təyinində həmin maddədə nəzərdə tutulan şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlı olur ki, ixtisaslaşmış səhiyyə müəsisəsinin məktubu ilə də əlilliyin təyini üçün əsas verən xəstəliyin iddiaçıda mövcud olması aşkar göstərilmişdir.

39. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilmələri zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir.

40. Əlavə olaraq qeyd etmək lazımdır ki, iş materiallarında olan İddiaçı adına tərtib olunmuş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan da görünür ki, iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022xx.xx.2022-ci il tarixləri ərzində “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan” diaqnozu, “boğulma, təngnəfəslik və öskürək”lə müşayiət olunan, habelə “Bronxial astma ağır gedişli infeksion allergik forma, xroniki tez-tez boğulma tutmaları və s.” diaqnozu ilə tibbi müəssisələrdə müayinə olunmuş və müalicə almışdır.

41. Beləliklə, hazırkı işin hallarına əsasən isə istər birinci, istərsə də apellyasiya instansiya məhkəməsində aparıl an araşdırmalar zamanı iddiaçıda əlilliyin təyininə səbəb olan xəstəliyin mövcudluğu iş materialları əsasında müəyyən edilmişdir.

42. Kollegiya kassasiya şikayətinin “ümumi olaraq iddiaçının fasiləsiz 7 il əlillik dərəcəsi olduğundan müddətsiz əlillik təyin edilməsi mümkün deyil” dəlilinə, iddiaçıya müddətsiz əlillik təyin edilməsinin apellyasiya baxışının predmeti olmamasını və bununla bağlı qərar qəbul edilməməsini nəzərə alaraq münasibət bildirilməsini zəruri hesab etmir.

43. Buna baxmayaraq kollegiya qeyd edir ki, tibbi sənədlərlə, habelə cavabdeh təşkilatın iddiaya qarşı etirazı və etiraza əlavə edilmiş sənədlərlə tam təsdiq olunur ki, iddiaçının 2005-ci ildən etibarən hər il “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan” diaqnozu, “boğulma, təngnəfəslik və öskürək”lə müşayiət olu nan xəstəliyi ilə əlaqədar 2005-ci ildən 2021-ci ilədək fasiləsiz olaraq ikinci dərəcə əlilliyi mövcud olmuş, müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması üçün qanunvericiliklə tələb olunan fasiləsiz 10 (on) il əlillik müddəti 2015-ci ildə tamam olmuş və iddiaçının müddətsiz ikinci dərəcə əlillik əldə etməsi hüququ yaranmışdır. İddiaçının 2007-ci ildə növbəti qiymətləndirmə üçün əlillik müddəti başa çatdıqdan 5 ay sonra müraciət etməsi isə bu müddət ərzində onun reabilitasiya olunmasını təsdiq etmir. Belə ki, 2007-ci ildə növbəti qiymətləndirmə zamanı səhhətində heç bir dəyişiklik olmadan eyni səbəb və diaqnozla xx.xx.2007-ci il tarixdə ikinci dərəcə əlillik təyinatının aparılması ilə bağlı qərar qəbul edilməsi, cavabdehin qeyd etdiyi kimi növbəti illərdə eyni şərtlərlə əlillik təyinat ının yenidən aparılması, nəhayət xx.xx.2015-ci il tarixdə iddiaçının ikinci dərəcə əlilliyinin 5 il müddətinə təsdiq edilməsi də bunu sübut edir.

44. Belə ki, iddiaçı ilk olaraq birinci instansiya məhkəməsinə 2021-ci ilin fevral ayından etibarən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı müraciət etsə də, apellyasiya instansiya məhkəməsində iddia tələbini dəqiqləşdirmiş və cavabdehin əlillik təyinatından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini və həmin tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və iddia tələbi təmin edilmişdir.

45. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiya sı məhkəməsinin qərarının ləğvinə əsas vermir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-13/2024 saylı saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar