Məhkəmə qərarları › İş №2-1(102)-706/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-706/2023

13.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-706/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 21(105)-696/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba şəhəri, 22-ci məhəllədə yerləşən ümumi sahəsi 33.9 kv.m olan qeyriyaşayış sahəsi xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli ******* saylı çıxarışa və texniki pasporta əsasən iddiaçının xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. İddiaçı Quba şəhəri, 22-ci məhəllədə yerləşən ümumi sahəsi 33.9 kv.m olan qeyri-yaşayış sahəsinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin xx.xx.2022-ci il tarixli, 01/01/02-1/3-14-198 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir.

3. İmtina onunla əsaslandırılmışdır ki, su təchizatı və tullantı suların axıdılması xidməti hüquqi və fiziki şəxslərlə müqavilə ilə tənzimlənir və 1 (bir) il müddətinə bağlanılır. Əgər tərəflərdən hansısa biri müqavilənin bitməsinə 1 (bir) ay müddət qalmış müqavilənin ləğv edilməsi üçün müraciət etmirsə, müqavilənin müddəti növbəti 3 (üç) il üçün uzadılmış hesab olunur. İddiaçı sonuncu dəfə 605679 saylı 27 dekabr 2009-cu il tarixli mədaxil qəbzinə əsasən ödəniş etmişdir. Bu günə qədər su və kanalizasiya xidmətindən istifadə etmədiyinə görə onun müqaviləsinə müəssisə tərəfindən xitam verilmişdir. Quba şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2015-ci ildə istifadəyə verilmişdir. İddiaçıya məxsus qeyri-əhali obyektinin içməli su və kanalizasiya ş əbəkəsinə qoşulmasından ötrü texniki şərtin alınması üçün Cavabdeh ASC-yə müraciət edilməlidir. Texniki şərt alındıqdan sonra iddiaçıya məxsus qeyri-əhali obyekti içməli su və kanalizasiya şəbəkəsinə qoşulması təmin olunacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba şəhəri, 22-ci məhəllədə yerləşən ümumi sahəsi 33.9 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehin su və kanalizasiya şəbəkəsi sisteminə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 33.9 kv.m torpaq sahəsində inşa etdiyi obyekt (paxlava sexi) xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli ******* saylı çıxarışa və texniki pasporta əsasən iddiaçının mülkiyyətindədir. 28 mart 2013-cü ildə cavabdehə ərizə ilə müraciət edərək həmin paxlava sexini (obyektimə) su-kanalizasiya xətti ilə təchiz edilməsi barədə sərəncam verilməsini xahiş etmiş, texniki şərtə əsasən obyektinə su və kanalizasiya xətləri çəkilmişdir. Keçən müddət ərzində sərf etdiyi suyun həcminə görə vaxtlı-vaxtında ödənişləri aparmış, sonradan maddi vəziyyəti ilə və ağır ürək əməliyyatı nəticəsində əmək qabiliyyətini itirməyi ilə əlaqədar obyektində sahibkarlıq fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Quba şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2015-ci il tarixdə tamamlanaraq istifadəyə verilmişdir. O cü mlədən, onun paxlava sexinə də həmin layihə əsasında su və kanalizasiya xətləri yenidən çəkilmiş, lakin əmək fəaliyyətinin dayandırılması ilə əlaqədar sayğac quraşdırılması təmin edilməmişdir. 2020-ci ildən fəaliyyətini bərpa etmək üçün cavabdehə müraciətlər etmişdir. İlkin olaraq sayğacın quraşdırılmaqla yeni kod nömrəsi ilə təmin olunacağı bildirilsə də, kanalizasiya xətti mövcud olsa da, bu günə kimi su sayğacı quraşdırılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, hazırkı iddia inzibati mübahisəyə aid deyildir, eləcə də iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından məhkəmə aidiyyəti düzgün verilməmiş və inzibatiprosessual qanunvericiliyə əsasən tələb cavabdeh üçün öhdəlik yarada bilməz. İddiaçının qaldırdığı məsələ ilə bağlı ötən və cari ildə eyni məzmunlu müraciətlərə baxılaraq müvafiq qaydada cavablandırılmışdır. İddiaçı qeyri-əhali qrupuna aid istehlakçıdır. Bütün fiziki və hüquqi şəxslər nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı suların və tullantıları atmaq hüquqlarına malikdirlər. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər i stehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın. Müraciətlə əlaqədar su təchizatı müəssisəsi aşağıdakıları tələb edə bilər: a) su təchizatı sisteminə qoşulma üçün zəruri olan məlumatların, habelə su təsərrüfatı pasportunun təqdim olunmasını. Beləliklə, iddiaçının mübahisələndirdiyi tələbin heç bir hüquqi əsası yoxdur.

7. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(118)1644/2022 nömrəli qərarı (hakim C.B.Məmmədov) ilə iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən ümumi sahəsi 33.9 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehin su və kanalizasiya şəbəkəsi sisteminə qoşulması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqan kimi göstərilməsə də, təbii inhisar subyektinə aid olması səbəbindən ona qarşı verilmiş hazırkı iddiaya baxılması mümkündür. Belə ki, hazırkı iddia tələbi üzrə Cavabdeh ASC dövlət inhisarçılığını həyata keçirən qurumdur və onun hərəkətsizliyindən verilən iddialara İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən baxılmalıdır.

9. Bundan başqa, məhkəmə hesab etmişdir ki, 2015-ci ildə Quba şəhərində içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulması nəticəsində iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasına verilmiş suyun təchizatı dayandırılmış və suyun yenidən verilməsi üçün texniki şərt tələb edilmişdir. Halbuki, Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.5-ci bəndinə əsasən STTSAS-da edilən dəyişikliklərə görə texniki şərtin alınmasına zərurət yoxdur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(105)-696/2022 nömrəli qərarı (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsini n 14 sentyabr 2022-ci il tarixli, 2-1(118)1644/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” Qaydalarının 2.5-ci bəndi ilə əsaslandırmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh qeyd edir ki, iddiaçının həmin ünvan üzrə, yəni Quba şəhərinin, 2 2-ci məhəlləsində istifadəsində 2 obyekti var və həmin obyektlərdən biri ünvan 2 ünvanı üzrə qeyri-əhali qrupuna aid olmaqla, su və kanalizasiya xidmətlərindən istifadəçisi kimi iddiaçının adına 560185 nömrəli abonent kodu ilə Cavabdeh ASC-nin Müştəri Xidmətləri bazasında qeydiyyata götürülmüş və hazırda da iddiaçı göstərilən xidmətlərdən (həmin ünvan paxlava sexi kimi fəaliyyət göstərir) istifadə etməkdədir. İddiaçıya məxsus digər obyekt isə, birinci obyekt ilə eyni məhəllədə yerləşsə də, yerləşmə ərazisi başqadır. Həmin ikinci obyekt ilə bağlı iddiaçının ötən illər ərzində rəsmi olaraq Cavabdeh ASC-nin şəbəkəsinə qoşulması barədə Cavabdeh ASC-nin Müştəri bazasında heç bir məlumat yoxdur. Bundan başqa həmin obyektə Cavabdeh ASC tərəfindən STTSAS-nə (su təchizatı və tullantı sularının axıd ılması sistemi) qoşulması üçün heç vaxt texniki şərt verilməmiş və qoşulma həyata keçirilməmişdir. İddiaçı iddia edir ki, vaxtı ilə Cavabdeh ASC-nin şəbəkəsinə qoşulmuşdur və sudan müəyyən müddət istifadə etmişdir. Belə olan halda bu qoşulma qanunsuz olmaqla mülki məsuliyyətə səbəb olan bir əməldir. Digər tərəfdən iddiaçı əvvəllər həmin obyekt üzrə sudan istifadə etdiyini iddia etsə də, bunu hər hansı bir sənədlərlə (ödəniş qəbzi, müqavilə və s.) sübut edə bilməmişdir. Belə ki, digər obyekt üzrə olduğu kimi iddiaçı ilə su təchizatından və kanalizasiya xidmətlərindən istifadə etməsi üçün müqavilə bağlanılmalıdır. Müqavilə bağlandığı gündən iddiaçının adına fərdi hesab açılır. Həmin fərdi hesabda iddiaçının aylar üzrə, illər üzrə istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin həc mi və bunun müqabilində ödədiyi məbləğlər əks olunur. Həmçinin cavabdehin əməkdaşları tərəfindən normaların tələbinə əsasən iddiaçıya istifadə etdiyi suyun həcmi və ödəniləcək xidmət haqqı barədə bildirişlər təqdim edilməlidir. İddiaçı mübahisəli ünvan üzrə su təchizatı müəssisəsi ilə bağladığı müqaviləni, bildirişləri və ödədiyi məbləğlər barədə qəbzləri təqdim edə bilməmişdir. Bu fakt iddiaçının mübahisəli ünvanının su ilə təchiz edilmədiyini bir daha sübut edir. İşin bu halları məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamış, faktın müəyyən edilməsi üçün ekspertiza və ya yerli baxış təyin etməmişdir.

15. Cavabdeh kassasiya şikayətində “Su təchizatı və tullantı suları haqqında” Qanunun 23-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.1, 2.6, 2.7 və 3.1-ci bəndlərinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

12. Su təchizatı müəssisələrinin vəzifələri Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir: a) məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və lazımi miqdarda istehlakçıların məişət (təsərrüfat)-i çməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını; b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını; c) əsas vəsaitlərin lazımi qaydada saxlanılmasını və onların təkmilləşdirilməsini, xidmətlərin genişləndirilməsini və yaxşılaşdırılmasını, həmçinin su təchizatı sahəsində bu Qanuna müvafiq olaraq digər vəzifələrin yerinə yetirilməsini. Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Maddə

23. Su təchizatı sisteminə qoşulmaqdan irəli gələn vəzifələr və şərtlər

1. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın.

2. Müraciətlə əlaqədar su təchizatı müəssisəsi aşağıdakıları tələb edə bilər: a) su təchizatı sisteminə qoşulma üçün zəruri olan məlumatların, habelə su təsərrüfatı pasportunun təqdim olunmasını;

3. Xidmətlər göstərilərkən su təchizatı mü əssisəsi səbəbsiz olaraq hər hansı istehlakçılar qrupuna və ya potensial istehlakçılara ayrı seçkilik etməməlidir. Ayrı-ayrı istehlakçıya və ya istehlakçılar qrupuna ilkin xidmətlərin göstərilməsinə qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə və qaydada etiraz edilə bilər....

5. İstehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”:

1. Ü mumi müddəalar... 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. su təchizatı və tullantı sularının axıdılması sistemi (bundan sonra - STTSAS) - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsi, həmçinin yaşayış məntəqəsi və sənaye müəssisələrində formalaşan tullantı sularını qəbul edən, nəql edən, təmizləyən və kənarlaşdıran şəbəkə və qurğular kompleksidir; 1.2.2. texniki şərtlər - obyektlərin STTSAS-a qoşulması məqsədi ilə layihənin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir;...

2. Texniki şərtləri n hazırlanması və verilməsi 2.1. Sifarişçinin tikinti obyektinin STTSAS-a qoşulması STKM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir.... 2.4. Sifarişçinin tələblərinə əsasən suyun ümumi buraxılış həcminin artırılması və STTSAS-a qoşulma nöqtələrinin dəyişdirilməsi halları istisna olmaqla, digər hallarda yeni texniki şərtlərin alınması tələb olunmur. 2.5. STKM tərəfindən STTSAS-da edilən dəyişikliklərə görə istehlakçıdan yeni texniki şərtlərin alınması tələb edilə bilməz. Bu halda STKM istehlakçını qabaqcadan xəbərdar etməli və onun yeni yaradılmış STTSAS-a qoşulmasını təmin etməlidir....

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqd im olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhk əməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnı z ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, imtina məktubunun, iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması ilə bağlı məsələ apellyasiya məhkəmə si tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Belə ki, hazırkı inzibati mübahisənin əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə texniki şərt v erilmədən su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması dayanır. Cavabdehin kassasiya şikayətinin də əsas və təkrarlanan dəlili ondan ibarətdir ki, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ötən illər ərzində rəsmi olaraq Cavabdeh ASC-nin şəbəkəsinə qoşulması barədə Cavabdeh ASC-nin Müştəri bazasında heç bir məlumat yoxdur.

30. Halbuki, cavabdeh iddiaçıya ünvanladığı məktubda qeyd etmişdir ki, iddiaçının müraciəti Quba sukanal sahəsinin nümayəndələri ilə birlikdə araşdırılmış və iddiaçı sonuncu dəfə 605679 saylı 27 dekabr 2009-cu il tarixli mədaxil qəbzinə əsasən ödəniş etmişdir. Bu günə qədər su və kanalizasiya xidmətindən istifadə etmədiyinə görə onun müqaviləsinə müəssisə tərəfindən xitam verilmişdir.

31. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, ca vabdehin kassasiya şikayətinin, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ötən illər ərzində rəsmi olaraq Cavabdeh ASC-nin şəbəkəsinə qoşulması barədə Cavabdeh ASC-nin Müştəri bazasında heç bir məlumatın olmaması barədə dəlili əsassızdır.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı qərarın 18-ci bəndində qeyd edilən normaya əsasən istehlakçıdan yeni texniki şərtlərin alınması tələb edilə bilməz. STKM tərəfindən STTSASda edilən dəyişikliklərə, yəni Quba şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 2015-ci ildə istifadəyə verilməsinə görə STKM istehlakçını qabaqcadan xəbərdar etməli və onun yeni yaradılmış STTSAS-a qoşulmasını təmin etməlidir.

33. Beləliklə məhkəmə kolle giyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(105)-696/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar