Məhkəmə qərarları › İş №2-1(102)-712/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-712/2025

05.03.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-712/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin (indiki "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: riskli vergi ödəyicilərin siyahısından çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (indiki "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət V ergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(103)-1394/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarla müəyyən edilir ki, "Vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2022-ci il tarixdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Reklam lövhələri, ofis ləvazimatları, Switch 24 gigabyte, ATS panasonik 24 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur.

2. İddiaçı (indiki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi) müraciət edərək bildirmişdir ki, xx.xx.2022 (Vəkil1 **********), x x.xx.2022 (Vəkil1 **********) və xx.xx.2022 (“X2 **********) tarixlərdə göndərilən elektron qaimə əməliyyatlarını vergi ödəyicisi malları gəlib çıxmadığı üçün ləğv etmiş, qarşı tərəfə məbləğin bir hissəsi qaytarılmış, qalan hissəsi isə qarşı tərəfin razılığı ilə avans olaraq saxlanılmışdır. Müəssisə öz fəaliyyətini dayandırmış, heç bir işçi ilə əmək müqaviləsi bağlanılmamışdır. Göstərilənləri nəzərə alan qərarın ləğv edilməsini və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına köməklik edilməsi xahiş edilmişdir.

3. Cavabdeh müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməl iyyatlar aparan şəxsdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatla Meyarları”nın 2.1.1 və 3.1.1 -ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilmiş hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Həmçinin “Meyarlar”ın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən ödəyicinin uçot-baza məlumatları araşdırılmışd ır. Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarını və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Reklam lövhələri, ofis ləvazimatları, Switch 24 gigabyte, A7 panasonik 24 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Riskli vergi ödəyicisi siyahısından çıxarılma barədə müraciətə baxılarkən vergi ödəyicisi tərəfindən təqdim edilmiş riskli elektron qaimə-fakturanın ləğv edildiy i, lakin təqdim edilmiş elektron qaimə-fakturalara (obyektinin) qeydə alınmadığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (indiki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia qaldıraraq cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-c ü il tarixli qərara əsasən İddiaçı MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda müəssisənin riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsaslar göstərilmişdir. Həmin əsaslarla razılaşmadığından cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdeh vergi orqanı tərəfindən müraciətin təmin edilməsi və müəssisənin riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə hər hansı tədbir həyata keçirməmişdir.

6. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəx sdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1 və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Eyni zamanda “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan „anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əs asən "xxxx" MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “reklam lövhələri, ofis ləvazimatları, switch 24 gigabyte, ATS panasonik 24" satılmasına baxmayaraq, satış gününə qədər olan alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3cü yarımbəndlərinə əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Vergi ödəyicisi müraciətində təqdim edilən elektron qaimə-fakturaların ləğv edildiyini və əldə edilən vəsaitin tam məbləğdə bank hesabına geri qaytarıldığını bildirməsinə baxmayaraq, ləğv edilmiş elektron qaimə fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə qismən geri qaytarıldığı müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən ləğv edilmiş elektron qaimə fakturalara görə geri qaytarılmalı olan vəsaitin tam məbləğdə əks etdirildiyi bank hesabından çıxarışın təqdim edilmədiyi aşkar edilmişdir. Araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı müəyyən edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır.

7. Daha s onra qeyd edilmişdir ki, iddiaçı ərizəsində təsərrüfat obyektinin xx.xx.2022ci il tarixindən vergi uçotuna alındığını göstərmiş, eyni zamanda bildirmişdir ki, elektron qaimə əməliyyatlarını malları gəlib çıxmadığı üçün ləğv etmişdir, qarşı tərəfə malların məbləğin bir hissəsi qaytarılmış, qalan hissəsi isə qarşı tərəfin razılığı ilə avans olaraq saxlanılmışdır. Müəssisə öz fəaliyyətini dayandırmış, heç bir işçi ilə əmək müqaviləsi bağlanılmamışdır. Vergi ödəyicisinin malları gəlmədiyi üçün qaimələri ləğv etməsi barədə fikri tamamilə əsassızdır. Çünki Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt qarşı tərəf vergi ödəyicisinə təqdim edilir. Mal təqdim edilmədən öncədən elektro n qaimə-faktura təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduqdan sonra həmin qaimələri ləğv edərək risk halını aradan qaldırmağa çalışmışdır ki, bu hal həmin əməliyyatın riskli əməliyyat olmasına birbaşa sübutdur. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır.

8. İddiaçı MMC iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək iddianın tələbi riskli vergi ödəyiciləri siyahısından çıxarılması, 2022-ci il mənfəət vergisi üzrə vergi orqanının qəbul etdiyi 10 iyul 2023-cü il tarixli **********534 100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi kimi qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8917/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(112)-8917/2023 saylı qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı MMC-nin 2022-ci il mənfəət vergisi üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 10 iyul 2023-cü il tarixli **********534100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çı xarılması barədə qərar qəbul etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli kassa məxaric orderlərinə əsasən 2000 manat, 5000 manat, 7670,91 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 2329,09 manat olmaqla cəmi 17.000 manat elektron qaimələrin ləğv edilməsi və xx.xx.2022-ci il tarixli bank ödənişi əməliyyatı baş tutmadığı üçün iddiaçı tərəfindən Vəkil1 geri qaytarılmışdır. Odur ki, vergi ödəyicisi riskli hesab olunan əməliyyatın nəticələrini aradan qaldıraraq alışında (idxalında) olmayan malın təqdim edilməsi nəticəsində mədaxil etdiyi vəsatəti geri qaytardığı üçün riskli vergi ödəyiciləri siyahısı ndan çıxarılmalıdır. Bunun məntiqi nəticəsi olaraq müvafiq əməliyyat ləğv olunduğundan (tərəflər əvvəlki vəziyyətinə qaytarıldığından) həmin əməliyyatın aparılması ilə əlaqədar hesablanmış vergi məbləği də əsassız hesab olunmalıdır. Belə ki, qərarın qəbul edildiyi həmin xx.xx.2023-cü il tarixə artıq elektron qaimə-faktura ləğv olunaraq mədaxil edilmiş vəsait geri qaytarılmışdır.

12. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1394/2024 nömrəli iş üzrə 16 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X8) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(112)-8917/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə Vergi Məcəlləsinin 13.2.82, 23.1.1, 33.2, 37, 71-1, 94 və 130-cu maddələrinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instan siya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, kassa məxaric orderləri nəzərdən keçirildikdə, Nağdsız hesablaşmalar haqqında Qanunun 3.4.11-ci bəndinin pozulduğu məlum olmuşdur. Belə ki, Nağdsız hesablaşmalar haqqında Qanunun 3.4.11-ci bəndinin tələblərinə əsasən bir əməliyyat çərçivəsində 4000 manatdan yuxarı ödənişlər nağdsız qaydada həyata keçirilməli olduğu halda, vergi ödəyicisi tərəfindən 5000 manat məbləğində pul vəsaiti 23 may 2023-cü il tarixli 01 nömrəli kassa məxaric orderi ilə, 7670,91 manat məbləğində pul vəsaiti isə 23 may 2023-cü il tarixli, 01 nömrəli kassa məxaric orderi ilə Vəkil1 qaytarılmışdır. Sənədlərin tərtibatından göründüyü kimi, eyni gündə ayrı-ayrı tərtib edilmiş kassa məxaric orderlərinin nömrələrinin eyni olması, həmçinin, 7670,91 manat məbləğində pu lun qaytarılmasına dair kassa məxaric orderində nömrəsinin uyğunsuz olması ilə yanaşı tarixin də olmaması, vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri”nin pozulmasın a dəlalət edir.

17. Qeyd edilən faktlardan göründüyü ki, iddiaçı tərəfindən riskli vergi ödəyicilərinin siyahısından çıxarılması məqsədilə qanunvericiliyin tələbləri pozulmaqla müxtəlif sənədləşmələr aparılmışdır. Eyni zamanda vergi ödəyicisi bank hesabına daxil olan məbləğin kassa məxaric orderləri ilə geri qaytarıldığını bildirsə də 1-ci instansiya məhkəməsində qərar çıxarıldıqdan sonra həmin məbləğin ikinci dəfə bank vasitəsilə də geri qaytarılmasını təmin etmişdir. Bu hal da bir daha sübut edir ki, vergi ödəyicisi tərəfindən məhkəmə prosesi gedərkən ədalətli məhkəmə qərarının çıxarılmasına mane olmaq üçün qanunvericiliyin tələbləri pozulmaqla sənədlər hazırlanmış və bununla da təəssüf ki, 1-ci instansiya məhkəməsində həmin sənədlər vasitəsilə məhkəmənin iddia tələbinin təmin olunması b arədə qərar çıxarmasına nail olunmuşdur. Qeyd olunan hallar Bakı Apellyasiya Məhkəməsinin diqqətinə məhkəmə prosesində çatdırılsa da, Kollegiya qərar çıxararkən bu hallara ümumiyyətlə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutul muş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə ape llyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əs aslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Hazırkı iş üzrə iddiaçının tələbi: 1. riskli vergi ödəyiciləri siyahısından çıxarılması; 2. 2022-ci il mənfəət vergisi üzrə vergi orqanının qəbul etdiyi 10 iyul 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi kimi qəbul edilməsininə yönəlmişdir.

29. Həm birinci, həm də apellyasi ya instansiya məhkəməsi iddiaçının iddia tələbini əsaslı hesab etsələr də, cavabdeh məhkəmələrin gəlmiş olduqları nəticəni qanunvericiliyə ziddi hesab edir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin tələbinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

31. Məhkəmə k ollegiyası qeyd edir ki, cavabdeh iddiaçını riskli vergi ödəyicisi hesab etmiş, iddiaçı cavabdehin bu qərarı ilə bağlı mübahisə açmamışdır. Mübahisə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə siyahıdan çıxarılması ilə bağlıdır.

32. Risk meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” ilə tənzimlənir. Həmin Meyarların 4.5.1-ci bəndinə görə vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qur umlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir.

33. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı riskli vergi ödəyici hesab edildikdən sonra onun təqdim etdiyi izahat, izahata əlavə edilmiş əməliyyatların ləğv edilməsi barədə məlumatlar, habelə xx.xx.2023-cü il tarixli kassa məxaric orderlərinə əsasən 2000 manat, 5000 manat, 7670,91 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 2329,09 manat olmaqla, cəmi 17.000 manat elektron qaimələrin ləğv edilməsi və xx.xx.2022-ci il tarixli bank ödənişi əməliyyatı baş tutmadığı üçün iddiaçı tərəfindən geri qaytarılmışdır. Odur ki, vergi ödəyicisi riskli hesa b olunan əməliyyatın nəticələrini aradan qaldıraraq alışında (idxalında) olmayan malın təqdim edilməsi nəticəsində mədaxil etdiyi vəsaiti geri qaytardığı üçün Meyarların 4.5.1-ci bəndinə əsasən riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Həmin əməliyyat ləğv olunduğundan bu əməliyyatın aparılması ilə əlaqədar hesablanmış vergi məbləği də əsassız hesab olunmalıdır. Belə ki, qərarın qəbul edildiyi xx.xx.2023-cü il tarixə artıq elektron qaimə-faktura ləğv olunmuş və mədaxil edilmiş vəsait geri qaytarılmışdır.

34. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması əsasları sadalanmışdır. Hazırkı halda vergi ödəyicisində onun riskli vergi ödəyicisi siyahısından çıxarılması halı mövcud olmuşdur.

35. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısından çıxarılma və 2022-ci il mənfəət vergisi üzrə vergi orqanının qəbul etdiyi 10 iyul 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilmə ilə bağlı iddiaçının tələbi əsaslı olmuşdur. 36. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.11-ci maddəsinə əsasən, bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində (bir nəz arət-kassa aparatının çeki üzrə) dörd min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.

37. Cavabdehin mövqeyinə görə iddiaçı iki əməliyyat üzrə (5000 manat, 7670,91 manat) məbləğləri qaytarsa da, adı çəkilən Qanunun tələbini pozmaqla ödənişləri nağdsız qaydada həyata keçriməmişdir.

38. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı hazırkı vəziyyətdə Meyarların 4.5.1-ci bəndinin tələbinə əməl etdiyindən, ləğv edilmiş əməliyyatlar üzrə məbləğlər qaytarıldığından cavabdehin bu dəlili iddiaçının siyahıdan çıxarılmaması üçün əsas deyil. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.11-ci maddəsinin tələbinə iddiaçı tərəfindən əməl edilməməsi qanunvericiliyin tələb etdiyi halda müəyyən məsuliyyət yarada bilər.

39. Beləliklə, məhkəmə kollegiyası bəhs olunanlara əsasən hes ab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(103)-1394/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar