Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-714/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: riskli vergi ödəyicilərin siyahısından çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarə sinə qarşı “Riskli vergi ödəyicisi” siyahısından çıxarılma tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3236/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 48,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "sit, Karobka, sağ sol səs boğucu qazan, Sağ fara və s." satışda qeyd olunduğu müəyyən edilməsi əsası ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdı r.
2. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək riskli vergi ödəyici siyasından çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh müraciətə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Qeyd olunan “Meyarlar"ın müddəalarına əsasən ərizəçinin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 48.3 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə "sit, karobka, sağ sol səs boğucu qazan, sağ fara” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin fəaliyyət növünün həyata keçirilməsi üçün satış gününə qədər olan alışında, idxalında mallar (iş, xidmət) müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci bəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2022-ci il tarixli **********619400 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq göndərilmişdir. Araşdırma zamanı təqdim edilmiş riskli elektron qaimə-fakturaların qismən ləğv edild iyi, lakin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş cəmi 910 manat dəyərində olan iki riskli elektron qaimə fakturaların ləğv edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar aradan qaldırılmadığından ərizəçinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. Eyni zamanda riskli elektron qaimə-faktura ləğv edildikdən, ləğv edilmiş elektron qaimə-fakturaya görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlər təqdim edildikdən və digər kənarlaşmalar aradan qaldırıldıqdan sonra müraciətə yenidən baxılacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İda rəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul olunmuş 01 dekabr 2022-ci il tarixli “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixində Bakı şəhəri X6 Departamenti tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və ona fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə təqdim edilmişdir(VÖEN: **********). xx.xx.2023-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə baş İdarəsinə məktub ünvanlanaraq bildirilmişdir ki, İddiaçı məxsus avtoservis xidmət sahəsində fəaliyyə t göstərir və heç bir mal satışı olmamışdır. Qeyd edilən qaimələr səhvən göndərilmiş, bu səbəbə riskli vergi ödəyicisi siyahısına salınma barədə qərar alındıqdan sonra qaimələrdə düzəliş edilərək yenidən təqdim edilmiş, lakin riskli vergi ödəyicisi siyahısından çıxarılmamışdır. xx.xx.2023-cü il tarixli məktubla riskli vergi ödəyicisi siyahısından çıxarılmaqları xahiş edilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixində yenidən məktub ünvanlanaraq bildirilmişdir ki, səhvən göndərilmiş qaimələrə düzəliş edilərək yenidən göndərilməsinə baxmayaraq müraciət nəzərə alınmamış və şəxsi hesab vərəqəsində 15.720,67 borc olmasına baxmayaraq, cəmi ödənilməli borc 31.385,02 hesablanmış və bank hesabına sərəncam qoyulmuşdur. Bu səbəblə, qeyd edilənlər nəzərə alınaraq şəxsi vərəqədə azalmanın təmin edilməs i xahiş edilmişdir. 15 sentyabr 2023-cü il tarixində vergi orqanı tərəfindən müraciətə baxılması barədə məktub ünvanlanaraq bildirilmişdir ki, araşdırma zamanı təqdim edilmiş riskli elektron qaiməfakturaların qismən ləğv edildiyi, lakin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş cəmi 910 manat dəyərində olan iki riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar aradan qaldırılmadığından riskli vergi ödəyiciləri siyahısından çıxarılma mümkün olmamışdır. Lakin İddiaçı məxsus avtoservis xidmət sahəsində fəaliyyət göstərir və heç bir mal satışı olmamışdır. Qeyd edilən qaimələr səhvən göndərilmişdir, bu səbəbə riskli vergi ödəyicisi siyahısına salınma barədə qərar alındıqdan sonra qaimələrdə düzəliş edilərək yenidən təqdim edilmişdir. Mü raciətə baxılması barədə məktubda qeyd edilmiş, xx.xx.2022- xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş cəmi 910 manat dəyərində olan iki elektron qaimə-fakturanın ləğv edilməsi texniki səbəbdən baş tutmamışdır. Bu barədə vergi orqanına məlumat verilsə də, iddiaçı riskli vergi ödəyicisi siyahısından bu günə qədər çıxarılmamışdır. Odur ki, İddiaçı mülkiyyətində olan avtoservisin realda heç bir mal satışını həyata keçirməməsini, qaimələrin səhvliklə göndərilməsini, bu barədə məlumat alındıqdan sonra tərəfdən qaimələrin 48.3 min manat dəyərində qaimələrə düzəliş edilərək yenidən göndərilməsini, bu qaimələrdən sadəcə 910 manat dəyərində 2 elektron qaimənin texniki səbəblərdən ləğv edilə bilməməsini nəzərə alaraq iddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır.
6. Cavabdeh iddiaya y azılı etiraz təqdim edərək bildirmişdir ki, fiziki şəxs İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 48,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "sit, Karobka, sağ sol səs boğucu qazan, Sağ fara və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında və istehsalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli “Riskli əməliyyatların və (və ya) riskli vergi ödəyicilərinin meyarlarının (meyarının) müəyyən edilməsi barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyi cisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci bəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Təhlil zamanı vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, obyektin vəziyyətinin bağlı olması səbəbindən vergi ödəyicisinə məxsus təsərrüfat subyektinə müvafiq struktur tərəfindən yerində baxış keçirilməklə həmin təsərrüfat subyektində (obyektində) hansı fəaliyyət növü ilə məşğul olduğunun, mal qalığının, işçi sayının, o cümlədən əmək müqaviləsi olmadan işçilərin işlərə cəlb edilməsi hallarının olub-ol mamasının, nağd pul hesablaşmaları qaydalarına düzgün riayət edilməsi vəziyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində təqdim edilmiş 47.4 min manat dəyərində olan 22 ədəd riskli elektron qaimə-fakturaların ləğv edildiyi, digər 2 ədəd 910 manat dəyərində olan riskli elektron qaimə-fakturanın isə ləğv edilmədiyi və təqdim edilmiş elektron qaiməfakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi, araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır.
7. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barəd ə ərizə təqdim etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3342/2024 saylı, 22 may 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3342/2024 saylı, 22 may 2024-cü il tarixli qərarı ilə (hakim X4) iddia təmin edilmiş, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı riskli vergi ödəyicisi siyahısına salınmasına əsas olmuş halları aradan qaldırmış, riskli əməliyyatlar hesab edilən e-qaimələri ləğv etmiş və bu ləğv etməni vergi orqanı qəbul etmişdir. Qeyd edilən dövr üzrə mübahisəli 48,3 mi n manat dəyərində qaimə-fakturalardan yalnız bir vergi ödəyicisi ilə aparılmış əməliyyat üzrə cəmi 910 manat dəyərində e-qaimələr ləğv edilməmişdir ki, qeyd edilən e-qaimələrin ləğv edilməməsi hazırkı halda iddiaçıdan asılı deyil, iddiaçı birtərəfli qaydada həmin qaimələrin ləğvini həyata keçirə bilmir. Qeyd edilən qaimə fakturalar üzrə tərəflər arasında xidmət göstərilməsi barədə müqavilə iddiaçı tərəfindən təqdim edilmiş, eləcə də əldə edən tərəf həmin qaimələr üzrə iddiaçı ilə hər hansı ehtiyat-hissə, mal alışı və satışı olmadığını bildirmişdir. İşin hazırkı halında iddiaçı tərəfindən barəsində müvafiq qərarın qəbul edilməsinə əsas olan hallar aradan qalxdığından, məhkəmə hesab edir ki, bu, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi üçün əsasdır.
10. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3236/2024 nömrəli iş üzrə 01 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X3) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3342/2024 saylı, 22 may 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022- xx.xx.2022-ci il tarixlərində təqdim edilmiş 47.4 min manat dəyərində olan 22 ədəd riskli elektron qaiməfakturalar ləğv edilsə də, təqdim edilmiş həmin elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə ge ri qaytarıldığını əks etdirən sənədlərin təqdim edildiyi müəyyən olunmur. Həmçinin, digər 2 ədəd 910 manat dəyərində olan riskli elektron qaimə-faktura ləğv olunmamışdır. Beləliklə, araşdırmanın nəticəsi olaraq iddiaçı tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edildiyindən iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması tələbi də əsassız olmuşdur.
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
15. Belə ki, elektron qaimə fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edildiyi müəyyən olunmaması barədə məhkəmənin şərhi əsassızdır. Çünki iddiaçı servis olaraq xidmət göstərir, yəni həmin qaimədə göstərilən məbləğlər satışdan deyil, xidmətə görə ödənilmişdir. Bununla belə əldə edilmiş həmin məbləğin şirkətin hesabına sərəncam qoyulduğu üçün geri qaytarılması mümkün olmayacaqdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisini n riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” (21 noyabr 2024-cü ilə qədər olan redaksiya) 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respubl ikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparılması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təş kil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı ol araq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.
3. Riskli əməliyya tların meyarları 3.1.Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim edilməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olma sına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxt ında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiy ası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı iş üzrə iddiaçının tələbi riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına yönəlmişdir.
27. İddia tələbini rədd edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, araşdırmanın nəticəsi ol araq iddiaçı tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edildiyindən iddiaçının tələbi əsassız.
28. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılığını ifadə edərək bildirir ki, Vergi Məcəlləsinin tələbinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfi ndən qəbul edilir.
29. Risk meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” ilə tənzimlənir. Həmin Meyarların 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə- fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fəaliyyəti “Meyarlar”ın müddəalarına uyğun şəkildə təhlil edilərkən onun riskli vergi ödəyicisi olduğu müəyyən edilir. Belə ki, təhlil zamanı iddiaçının xx.xx.2022- xx.xx.2022-ci il tarixlərində cəmi 48,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "sit, Karobka, sağ sol səs boğucu qazan, Sağ fara və s." satışda olduğu qeyd edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında və istehsalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********456700 nömrəli “Riskli əməliyyatların və (və ya) riskli vergi ödəyicilərinin meyarlarının (meyarının) müəyyən edilməsi barədə” inzibati orqan tərəfindən bildiriş göndərilmişdir.
31. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində təqdim edilmiş 47.4 min manat dəyərində olan 22 ədəd riskli elektron qaiməfakturaların ləğv edildiy i, digər 2 ədəd 910 manat dəyərində olan riskli elektron qaiməfakturanın isə ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir.
32. Belə olan halda iddiaçı tərəfindən riskli əməliyyatlar tam aradan qaldırılmadığından onun riskli vergi ödəyicisi siyahısından çıxarılmasına dair müraciəti təmin edilməməsi ilə bağlı cavabdehin mövqeyi qanuni olmuşdur.
33. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin nəticəsi qanunidir və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir.
34. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3236/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.