Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-715/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunvericiliyə edilmiş müvafiq dəyişikliyin qanuni qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; texnoloji qurğuların operatorları və əmtəə operatorları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkib də, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2834/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus diploma, hərbi biletə, eləcə də əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1979-xx.xx.1981-ci illərdə texniki peşə təhsili almış, xx.xx.1981xx.xx.1983-cü illərdə həqiqi hərbi xi dmətdə olmuşdur. xx.xx.1980-ci ildə (əmr № 1651 k, xx.xx.1980-cı il) “Kirovneft” NQÇİ-nin 1 №-li NQÇS-nə (neft mədəni) 2-ci dərəcəli təmirçiçilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1981-ci ildə (əmr № 1723 k, xx.xx.1981ci il) Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə (əmr № 680 k, xx.xx.1984-cü il) “Kirovneft” NQÇİ-nin 1 №-li Neft mədəninə 3-cü dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1985-ci ildə (əmr № 992 k, xx.xx.1985-ci il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1986-cı ildə (əmr № 107 k, xx.xx.1986-cı il) “Kirovneft” NQÇİ-nin (sonrakı adı “Binəqədineft” NQÇİ) 1 №-li Neft mədəninə 3-cü dərəcəli təmirçi-çilingə r peşəsinə işə qəbul edilmişdir. xx.xx.1987-ci ildə (əmr № 610 k, xx.xx.1987-ci il) 4-cü dərəcəli təmirçiçilingər peşəsinə keçirilmişdir. xx.xx.1991-ci ildə (əmr № 183 k, xx.xx.1991-ci il) neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmişdir. xx.xx.1992-ci ildə (əmr № 720 k, xx.xx.1992-ci il) QYƏTS-yə 4-cü dərəcəli quyuların yeraltı təmiri operatoru peşəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə (əmr № 130 k, xx.xx.1993-cü il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1996-cı ildə (əmr № 363 k, xx.xx.1996-cı il) “Binəqədineft” NQÇİ-nin 3 №-li NQÇS-nə 4-cü dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.2002-ci ildə (əmr № 368 к, xx.xx.2002-ci il) 5-ci dərəcəli əmtəə operatoru peşəsinə, keçirilmişdir. xx.xx. 2005-ci ildə (1 №-li protokol) idarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur (Əsas: Fond: 65, Siyahı: 1, İş: 76, 84, 109, 115, 125, 130, 134, 149, 158, 130, 170, 181).
3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən bildirilmişdir ki, "xxxx" Dövlət Şirkətinin 446 nömrəli Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.
4. Dövlət Statistika Komitəsi tərəfindən bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" Dövlət Şirkətinin 446 nömrəli Tikinti İdarəsi 05 iyun 1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı ə lavə məlumat mövcud olmamışdır.
5. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Qeydiyyatı idarəsi tərəfindən bildirilmişdir ki, idarədə olan reyestrə əsasən "xxxx" Açıq tipli Səhmdar Cəmiyyəti (VÖEN:**********) ləğv edilmiş "xxxx" Dövlət Şrkətinin 9 müəssisəsinin bazasında yaradılmışdılr və onların hüquq və öhdəliklərinin varisidir.
6. SOCAR tərəfindən İddiaçı əmək kitabçasının surətindəki qeydlərə və SOCAR-ın Baş ofisinin Hüquq idarərəsinin xx.xx.2021-ci il tarixli SOCAR**********30490089X00078 nömrəli məktubundakı SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərin əsasında yazılmış qeydlərə uyğun olaraq hazırlanmış əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı haqqında arayış təqdim edilmişdir. Həmi n arayışa əsasən o “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin 1 nömrəli neft və qazçıxarma sexində xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, 1 nömrəli neft mədənində xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “təmirçi çilingər”, həmin sexdə xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin 1 nömrəli neft mədənində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “neft və qaz hasilatı üzrə operator”, Quyuların yeraltı təmiri sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “quyuların yeraltı təmiri üzrə operator” peşəsində işləyib və bu peşələrdə işlədiyi müddət (09 il 04 ay 19 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tar ixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsinin (a) “Fəhlələr” bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Qeyd: “Binəqədineft” NQÇİ-nin 3 nömrəli neft və qazçıxarma sexində xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi əmtəə operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsində nəzərdə tutulmamışdır.
7. İddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya təyini ilə bağlı müraciətindən imtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajı 25 ildən az (20 il 6 ay 18 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1986xx.xx.1993-cü il və xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlə rlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
8. İddiaçının 60 yaşdan pensiya təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli təkrar müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin (10.5) fəhlələr yarımbəndində texnoloji qurğuların operatorları və əmtəə operato rları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “Binəqədi OYL Kompani” şirkətinin sizə dair 18 iyul 2022-ci il tarixli 48 nömrəli arayışında xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin 2-ci Mədənində əmtəə operatoru vəzifəsində, xx.xx.2009-cu il tarixindən bugünədək Neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Binəqədi OYL Kompani” şirkətinin fəaliyyət sahəsi Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin t ələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a.
9. Birinci instansiya məhkəməsindəki icraat İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1996-cı ildə adına açılmış ИТ-İ № ******* nömrəli əmək kitabçasındakı və SOCAR-ın verdiyi **********80020123X00274 saylı arayışdakı 1980-2006-cı il dövr üçün iş stajını təsdiq etməklə ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsini cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci ildə anadan olub. xx.xx.1979-xx.xx.1981-ci illərdə Texniki Peşə məktəbində təhsil alıb. Əmək fəaliyyətinə xx.xx.1980-ci ildə “Kirovneft” NQÇİ -nin 1 nömrəli NQÇS-nə təmirçi-çilingər kimi başlayıb. xx.xx.1981- xx.xx.1983-cü illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1980-ci ildə adına açılmış əmək kitabçası itdiyinə görə xx.xx.1996-ci ildə adına dublikat (təkrar) ИТ-İ № ******* nömrəli əmək kitabçası açılmışdır. Lakin hansısa anlaşılmazlıq ucbatından 1980-1986-cı illər üzrə iş stajı əmək kitabçasında qeyd edilməmişdir. İşlədiyi təmirçi çilingər peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısında nəzərdə tutulmuşdur. Buna görə də 57 yaşının tamam olduğu 2019-cu il tarixdə sənədlərini cavabdeh tərəfə təqdim etsə də, onun xx.xx.2006-cı ilə qədər olan dövr üzrə ümumi stajı düzgün hesablanmayaraq, ona 2 dəfə güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişlər. Bildirir ki, xx.x x.1980-xx.xx.1986-cı illər üzrə işləməyi barədə arayışı SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin verdiyi xx.xx.2019-cu il tarixli SOCAR **********80020123X00274 saylı arayışında öz əksini tapmışdır. Digər tərəfdən 1993-1996cı illər üzrə iş stajı əmək kitabçasının 41, 42, 43-cü səhifələrində qeyd olunmasına baxmayaraq iş stajı hesablanarkən cavabdeh tərəfindən nəzərə alınmamışdır.
11. Cavabdeh orqan iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və etirazda bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (20 il 6 ay 18 gün (xx.xx.1979-xx.xx.1981-cü il, xx.xx.1981- xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1993-ci il və xx.xx.1996-xx.x x.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Göründüyü kimi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Binəqədi OYL Kompani” şirkətinin iddiaçıya dair 18 iyul 2022-ci il tarixli 48 nömrəli arayışında xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin 2-ci Mədənində əmtəə operatoru vəzifəsində, xx.xx.2009-cu il tarixindən bugünədək Neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı şirkətdə çalışdığı vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının (güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısı) 10.2 və 10. 5 bəndinin “a” yarımbəndində göstərildiyi qeyd edilmişdir. İddiaçının 60 yaşdan pensiya təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli təkrar müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin (10.5) fəhlələr yarımbəndində texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “Binə qədi OYL Kompani” şirkətinin ona dair 18 iyul 2022-ci il tarixli 48 nömrəli arayışında xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin 2-ci Mədənində əmtəə operatoru vəzifəsində, xx.xx.2009-cu il tarixindən bugünədək Neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Binəqədi OYL Kompani" şirkəti Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 7 gün (xx.xx.1984-7.11.1985-ci il, xx.xx.1986xx.xx.1993-cü il və xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əm ək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
12. İddiaçı tərəfindən iddia tələbi 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi kimi dəyişdirilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(112)-381/2023 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hərbi biletinə, diplomuna və əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə iddiaçının ümumi stajı 37 ilə yaxındır. İş yeri tərəfindən verilən arayışda iddiaçının 2007-ci ilə qədər işlədiyi neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingər (2130200a-18559), neft və qaz hasilatı üzrə operator (2130200a-15824), quyuların yeraltı təmiri üzrə operator (2130200a15870) peşəsi (cəmi 9 il 4 ay 17 gün), eləcə də 2007-ci ildən sonra işlədiyi əmtəə operatoru və neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru peşəsi (cəmi 13 il 11 ay 27 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensi yası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (a) Fəhlələr yarımbəndində “neft və qaz hasilatı üzrə operatorları” vəzifəsinə və 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin texnoloji qurğuların operatorları vəzifəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiya larının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Odur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə stajı mövcuddur. Cavabdeh qurum həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur. Cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pens iya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2834/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: Ş.A.Məmmədova, hakimlər: C.A.Yusifov və P.A.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(112)-381/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməm əsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b. Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış etirazda, həmçinin apellyasiya şikayətində iddiaçının işlədiyi “Binəqədi OYL Kompani” şirkətinin fəaliyyət sahəsinin Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə uyğun olmadığı bildirilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi “Binəqədi OYL Kompani” şir kətinin fəaliyyət sahəsinin Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə uyğun olub-olmaması araşdırılmış, hər iki sahənin funksional eyniliyinin müəyyən edilməsi ilə bağlı iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə fəaliyyət istiqamətləri, vəzifə təlimatları əldə edilmiş, bununla bağlı hər hansı sorğular verilərək iş üzrə müvafiq araşdırılma aparılmışdır. Bunun əvəzinə yalnız İddiaçı işlədiyi müvafiq müəssisənin arayışına istinad edərək, iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olan vəzifə kimi qəbul edilərək əsassız olaraq iddia tələbi təmin edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ E DİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ I.Hər kəsin sosial təminat hüququ vardır. II. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
22. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası): Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin k ompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 i l sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1 (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etd iyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) 23. “Əmək pensiyaları haqqında” Az ərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.... Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömr əli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr: “neft və qaz hasilatı üzrə operatorları 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin texnoloji qurğuların operatorları
27. Azərbaycan Respu blikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Al i Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahis ələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib h üquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı ape llyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. 35. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasının və 7-ci maddəsinin müddəaları baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pens iyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı.
36. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixdən etibarən mövcuddur.
37. Hərbi biletinə, diplomuna və əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə iddiaçının ümumi stajı 37 ilə yaxındır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir.
38. Güzəştli iş stajı ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının 2007-ci ilə qədər işlədiyi neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çil ingər (2130200a-18559), neft və qaz hasilatı üzrə operator (2130200a-15824), quyuların yeraltı təmiri üzrə operator (2130200a15870) peşəsi üzrə güzəştli iş stajı cəmi 9 il 4 ay 17 gün təşkil edir. Həmin dövrlər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. 39. “Binəqədi OYL Kompani” şirkətinin iddiaçıya dair 18 iyul 2022-ci il tarixli 48 nömrəli arayışında iddiaçının xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin 2-ci Mədənində əmtəə operatoru vəzifəsində, xx.xx.2009-cu il tarixindən bugünədək Neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı şirkətdə çalışdığı vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı nın (güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısı) 10.2 və 10.5 bəndinin “a” yarımbəndində göstərildiyi qeyd edilmişdir.
40. İş yeri tərəfindən verilən arayışda iddiaçının 2007-ci ilə qədər işlədiyi neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingər (2130200a18559), neft və qaz hasilatı üzrə operator (2130200a-15824), quyuların yeraltı təmiri üzrə operator (2130200a15870) peşəsi (9 il 4 ay 17 gün), eləcə də 2007-ci ildən sonra işlədiyi əmtəə operatoru və neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru peşəsi (13 il 11 ay 27 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, p eşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (a) Fəhlələr yarımbəndində “neft və qaz hasilatı üzrə operatorları” vəzifəsinə və 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin texnoloji qurğuların operatorları vəzifəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir.
41. Göründüyü kimi iddiaçının işlədiyi iş yerlərindən təqdim etdiyi arayışlarda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir.
42. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə güzəştli sta jı 12 il 6 aydan artıqdır.
43. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2834/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.