Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-724/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti,) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2493/2022 saylı, 2 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus pensiya işində olan sənədlərə əsasən, iddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, hərbi qulluqçuların xidmət illərinin güzəştli şərtlərlə hesablanması və müvafiq əlavənin ödənilməsini xahiş etmişdir.
3. Cavabdehin xx.xx.2021-ci il tarixli 12/H-8192 saylı imtina məktubda qeyd edilmişdir ki, hərbi qulluqçuların xidmət illərinin güzəştli şərtlərlə hesablanması və müvafiq əlavənin ödənilməsi konkret tarixləri əks etdirən əmr əsasında həyata keçirilir. Lakin, Sizin arxiv şəxsi işinizdə xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, eləcə də xx.x x.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər üzrə müvafiq əmrlər mövcud olmamışdır. Eyni zamanda Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2-1(81)-2348/2019 nömrəli Qərarında qeyd olunan dövrlər üzrə xidmət illərinin güzəştli şərtlərlə hesablanması təsbit olunsa da, vəzifə və hərbi rütbəyə görə maaşlarının ikiqat (üçqat) məbləğində müvafiq əlavənin ödənilməsi barədə hər hansı qeyd olunmadığından həmin əlavənin Sizə ödənilməsi mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun döyüş şəraitində xidmət etdiyi 25 fevral 1993-cü il tarixdən 05 noyabr 1993-cü il tarixədək, eləcə də 31 iyul 2002 -ci il tarixdən 13 sentyabr 2004-cü il tarixə qədər əmək haqqının üçqat və 13 sentyabr 2004-cü il tarixdən 26 fevral 2005-ci il tarixədək əmək haqqının ikiqat məbləğdə, həmçinin fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin ödənilməyən hissəsinin cavabdeh tərəfindən hesablanıb ona ödənilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun döyüş şəraitində xidmət etdiyi 25 fevral 1993-cü il tarixdən 05 noyabr 1993cü il tarixədək, eləcə də 31 iyul 2002-ci il tarixdən 13 sentyabr 2004-cü il tarixə qədər əmək haqqının üçqat və 13 sentyabr 2004-cü il tarixdən 26 fevral 2005-ci il tarixədək əmək haqqının ikiqat məbləğdə, həmçinin fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-c i il tarixədək ödənilməyən hissəsinin cavabdeh tərəfindən müvafiq indeksasiya aparılmaqla hesablanıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun döyüş şəraitində xidmət etdiyi 31 iyul 2002-ci il tarixdən 26 fevral 2005-ci il tarixədək əmək haqqının ikiqat məbləğdə, həmçinin fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-ci il tarixədək ödənilməyən hissəsinin cavabdeh tərəfindən müvafiq indeksasiya aparılmaqla hesablanıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildən 2015-ci ilə qədər Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında xidmət etmişdir. B elə ki, göstərilən müddətdə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə, Hərbi Əks-kəşfiyyat Xidmətində (HƏKX) və Milli Təhlükəsizlik Nazirliyində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisinin müavini və şöbə rəisi vəzifələrində işləmişdir. Təhlükəsizlik orqanlarında xidmət müddətinin böyük hissəsini ən ağır xidmət sahəsi olan hərbi əks-kəşfiyyat orqanlarının ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları gedən cəbhə bölgələrindəki bölmələrində keçirmişdir. O, müharibə veteranıdır. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin aidiyyəti vəzifəli şəxslərinin səhlənkarlığı ucbatından mövcud qanunvericiliyin və normativ hüquqi aktların tələbləri pozularaq, onun döyüş bölgəsindəki Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin Füzuli Qarniz onundakı N saylı hərbi hissədə baş əməliyyat müvəkkili vəzifəsində - 1993-cü ilin fevral ayının 25-dən həmin ilin noyabr ayının 5-dək, eləcə də Azərbaycan Respublikası MTN HƏKX-in N saylı hərbi hissə üzrə şöbəsində rəis müavini vəzifəsində - 31 iyul 2002ci il tarixdən 13 sentyabr 2004-cü il tarixədək güzəştli xidmət illərinin “bir gün-üç gün” kimi və yenə orada 13 sentyabr 2004-cü il tarixdən 26 fevral 2005-ci il tarixədək “bir gün-iki gün" kimi deyil, həmin müddətlər “bir gün-bir gün”, yəni günəgün hesablanmışdır. Buna görə həmin dövrlərdə onun əmək haqqı da üçqat və ikiqat həcmlərdə deyil, birqat ödənilmişdir. Bu, eyni zamanda fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin də kəsirlə ödənilməsinə səbəb olmuşdur. Qeyd olunan nöqsanlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx. xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş 2-1(81)-2348/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə aradan qaldırılmış və qərar icra edilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə gündərilmişdir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qərar üzrə pensiya illəri yenidən hesablanmış və yenilənmiş məlumat vərəqi Dövlət Sosial Müdafiə Fonduna göndərilərək icra edilmişdir. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, qeyd olunan məhkəmə qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsi tərəfindən yuxarıda göstərilən müddətlərdə üçqat və ikiqat əmək haqqının məbləği, həmçinin uzunmüddətli xidmət illərinə görə verilən əlavənin ödənilməmiş hissəsi bu günə qədər indeksasiya olunmaqla hesablanıb ona ödənilməmişdir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciətinə həmin Xidm ətin ona verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, göstərilə müddətlərdə müvafiq əmrlərin olmaması, eyni zamanda Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2- 1(81)-2348/2019 nömrəli qərarında yuxarıda qeyd olunan dövrlər üzrə xidmət illərinin güzəştli şərtlərlə hesablanması təsbit olunsa da, vəzifə və rütbəyə görə maaşların ikiqat (üçqat) məbləğində ödənilməsi barədə hər hansı qeyd olmadığından həmin əlavələrin ona ödənilməsi mümkün hesab edilməmişdir. Müraciətinə verilən bu cavab mövcud qanunvericiliyin və normativ-hüquqi aktların tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, sözügedən məbləğin ona ödənilməməsi üçün göstərilən müddətlərdə müvafiq əmrlərin (döyüş şəraitində xidmət barədə) olmamasına istin ad edilməsi tamamilə qanunsuzdur. Ona görə ki, bu məsələ qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müsbət həllini tapmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında xüsusi idarəyə həqiqi hərbi xidmətə qəbul olunaraq Füzuli və Şəmkir qarnizonları üzrə müxtəlif vəzifələrdə, eləcə də Bakı və Gəncə şəhərlərində, Gədəbəy, Ağcabədi rayonlarında və 2005-ci ilin fevral ayından keçmiş MTN-nin Hərbi Əks-kəşfiyyat Baş İdarəsində 1-ci şöbənin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 2015-ci ilin fevral ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olara q polkovnik hərbi rütbəsində ehtiyata buraxılmışdır. İddiaçının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 noyabr tarixli 2-1(81)-2348/2019 nömrəli Qərarı ilə güzəştli xidmət illəri nəzərə alınmaqla yenilənmiş məlumat vərəqi ƏƏSMN yanında XŞTİ-nə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatı, eləcə də digər ödənişləri hər il təsdiq olunan Azərbaycan Respublikasının dövlət büdcəsi ilə nəzərdə tutulmuş xərclər üzrə aparılır. İddiada qeyd olunan illərdə iddiaçının xidmət etdiyi bölgənin döyüş bölgəsi olması haqqında Müdafiə Nazirliyinin Qərarı keçmiş MTN-ə daxil olmadığından bu illərdə keçmiş MTN-də xidmət etmiş hərbi qulluqçulara döyüş bölgəsində xidmətə görə əlavələr büdcə xərclərinin hesabatına daxil edil məmiş və müvafiq ödənişlər aparılmamışdır. Həmçinin iddiada qeyd olunan 20022005-ci illər ərzində ikiqat əmək haqqının verilməsi ilə bağlı keçmiş MTN-nin əmrləri olmadığından bu barədə heç bir ödəniş olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2629/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi idarəyə həqiqi hərbi xidmətə qəbul olunaraq müxtəlif vəzifələrdə xidmət etmiş, 2005-ci ilin fevral ayından isə keçmiş MTN-nin Hərbi Əkskəşfiyyat Baş İdarəsində xidmət etmiş, 2015-ci ilin fevral ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsini n “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq polkovnik hərbi rütbəsində ehtiyata buraxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2-1(81)-2348/2019 saylı qərarına əsasən İddiaçı döyüş bölgəsindəki Azərbaycan Respublikası Prezidenti yanında keçmiş Xüsusi İdarənin Füzuli Qarnizonu üzrə şöbəsində (N saylı hərbi hissə) xidmət etdiyi 1993-cü ilin fevral ayının 25-dən 1993-cü ilin noyabr ayının 5-dək, eləcə də 31 iyul 2002-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər (N saylı hərbi hissə) güzəştli xidmət illərinin bir gün üç gün kimi və 13 sentyabr 2004-cü il tarixdən 26 fevral 2005-ci il tarixədək (N saylı hərbi hissə) isə bir gün iki gün hesablanmaqla pensiya illərinin yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir. Hazırda iddiaçı onun döyüş şəraitində xidmət etdiyi 31 iyul 2002-ci il tarixdən 26 fevral 2005-ci il tarixədək əmək haqqının ikiqat məbləğdə, həmçinin fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-ci il tarixədək ödənilməyən hissəsinin cavabdeh tərəfindən müvafiq indeksasiya aparılmaqla hesablanıb ona ödənilməsini tələb edir. Lakin iddiaçının qeyd etdiyi dövrdə əmək haqqının ikiqat məbləğdə ödənilməsi ilə bağlı əmr mövcud olmamışdır. Belə olan halda əmək haqqının ikiqat məbləğdə ödənilməsi tələbi əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2493/2022 nömrəli, 2 dekabr 2022-ci il tarixli (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) qərardadı ilə iddia tələbinin “iddiaçının döyüş şəraitində xidmət etdiyi fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-ci il tarixədək ödənilməyən hissəsinin cavabdeh tərəfindən müvafiq indeksasiya aparılmaqla hesablanıb ona ödənilməsi” h issəsinə dair iş üzrə icraata xitam verilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2493/2022 nömrəli, 2 dekabr 2022-ci il tarixli (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Orucadə) qərarı ilə Bakı İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə əsasən, cavabdehin və məhkəmənin iddianı təmin etməməkdə istinad etdiyi “MTN-ə m üvafiq əmrin daxil olmaması” ona görə əsassızdır ki, AR NK-nın xx.xx.2005-ci il tarixli, 125 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarına edilmiş əlavəyə əsasən, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. İddiada isə ikiqat əmək haqqının xx.xx.2005ci il tarixədək olan dövr üçün ödənilməsi tələb olunur. xx.xx.2005-ci il tarixli qərara qədər isə hərbi əks-kəşfiyyat orqanlarının hərbi qulluqçularının, o cümlədən iddiaçının da döyüş şəraitindəki əmək haqqı AR Hərbi Əks-kəşfiyyat Xidmətində ikiqat ödənilmişdir (bu barədə DTX-dan müvafiq təsdiqləyici sənəd daxil olmuşdur). AR Prezidentinin xx.xx.2002-ci il tarixli, 741 nömrəli Fərmanı ilə AR Hərbi Əks-kəşfiyyat Xidməti MTN-nin tərkibinə daxil edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hü quqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündə n, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyi şdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya şikayəti mümkündür. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia ə rizəsinin məzmunundan aydın olur ki, iddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun döyüş şəraitində xidmət etdiyi 31 iyul 2002-ci il tarixdən 26 fevral 2005-ci il tarixədək əmək haqqının ikiqat məbləğdə, həmçinin fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-ci il tarixədək ödənilməyən hissəsinin cavabdeh tərəfindən müvafiq indeksasiya aparılmaqla hesablanıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan aşağı instansiya məhkəmələri iş üzrə düzgün nəticəyə gəlməmişlər.
23. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr be lə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
24. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya c avab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
25. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərlənd irmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.
26. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmək istərdi ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti AR Mülki Prosessual Məcəlləsinin 2011-ci ilin iyun ayının 10dək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci il tarixdən isə “mübahisələndirmə haqqında” iddialar üzrə İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respubl ikası İPM qüvvəyə minənədək, yəni 2011-ci ilin yanvar ayının 1-dək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti həmin (1 yanvar 2011-ci il) tarixədək ötürülmüşdürsə, bu aktlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Çünki, İPM-in müddəaları onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilmə imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
27. İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçı onun döyüş şəraitində xidmət etdiyi 31 iyul 2002-ci il tarixdən 26 fevral 2005-ci il tarixədək əmək haqqının ikiqat məbləğdə, həmçinin fasiləsiz xidmət illərinə görə verilən pul əlavəsinin 31 iyul 2002-ci il tarixdən 07 mart 2015-ci il tarixədək ödənilməyən hissəsinin cavabdeh tərəfindən müvafiq indeksasiya aparılmaqla hesablanıb ona ödənilməsi barədə tələblə bağlı əvvəllər məlumatlı olduğu halda, o, iddianı MPM-in 298-ci maddəsi üzrə müəyyən edilmiş müddəti buraxmaqla qaldırmışdır. Lakin işə baxan aşağı instansiya məhkəmələri tərəfindən MPMnin müddəaları düzgün tətbiq edilməmişdir.
28. Hazırkı iddia ərizəsi məhkəməyə 22 sentyabr 2021-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddianı müddəti buraxmaqla qaldırmışdır.
29. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia qaldırmaq müddətinə həm Mülki Prosessual Məcəlləsinin 2011-ci ilin iyun ayının 10-dək qüvvədə olmuş 298-ci maddəsi ilə, həmçinin də 1 yanvar 2011-ci il tarixdən isə “mübahisələndirmə haqqında” iddialar üzrə İPM-in 38. 1-ci maddəsinə əməl etməmişdir. Qeyd edilənlər hazırkı iddianın baxılmasını mümkün hesab etmir.
30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mümkün sayıla bilməz. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 dekabr 2022-ci il tarixli 2-1(103)-2493/2022 nömrəli iş üzrə qərarı prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
31. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2 dekabr 2022-ci il tarixli, 21(103)-2493/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.