Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-726/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh x qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş müavinətin geri qaytarılması barədə qərarın ləğvi; müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh x qarşı “artıq ödənilmiş müavinətin tutulmasına dair qərarın ləğvi, ailə başçısını itirməyə görə pensiya təyini tarixinədək hesablanmaqla dayandırılmış sosial müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2863/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.2017-ci il tarixli qərara əsasən yaşa görə müavinət təyin edilmişdir.
2. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli 43704 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixənədək aktiv VÖEN olduğu dövrdə artıq ödənilmiş yaşa görə müavinət tutulması qərara alınmışdır.
3. İddiaçıya ünvanlanmış 10 avqust 2022-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək adına aktiv VÖEN (**********) olduğu hald a xx.xx.2016-cı il tarixindən təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq davam etdirilmişdir. Bu səbəbdən sosial müavinətin ödənişi xx.xx.2021ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 710.67 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. X1 Sisteminin Sığorta altsistemi proqram təminatına və təqdim edilən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən aktiv vergi ödəyicisi kimi fəaliyyətiniz xx.xx.2021-ci il tarixindən dayandırıldığı üçün yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində olmaqla bərpa edilmiş və xx.xx.2022-ci il tarixindən 180 manata çatdırı laraq ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən sizə artıq ödənilmiş yaşa görə sosial müavinətin məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli 43704 nömrəli qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi üçün yaşa görə sosial müavinətin ödənişinin davam etdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. 4. xx.xx.2021-ci il tarixdən iddiaçıya sosial müavinətin ödənilməsi dayandırılmış, xx.xx.2022-ci il tarixdən isə ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edimişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona sosial müavinətin ödənilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 3 uşağa görə 2017-ci il tarixdən fiziki şəxs olmadığı üçün sosial müavinət alırdı. 2020-ci ilin dekabr ayında 90-95% ağciyərlərin buzlaşması (tutulması) ilə covidə yoluxduğu üçün mart ayının sonuna qədər müalicə olunaraq süni oksigendən asılı olmuşdur. O vaxtdan ona müavinət verilmir. Dəfələrlə DOST mərkəzinə müraciət etmişdir. Ona bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsindən adına açılan VÖEN-in qanunsuz açılmasını və aktiv olub-olmaması barədə arayış təqdim etsə, ona ödənilməyən ayların müavinəti ödəniləcək. Lakin arayış təqdim etsə də, ona müavinət ödənilmədi.
7. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-9531/2022 saylı, 03 oktyabr 2022-ci il il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı nəzərə alınmaqla sosial müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi” kimi dəyişdirilmişdir.
8. Cavabdehin təqdim etdiyi iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli qərara əsasən yaşa görə müavinət təyin edilmişdir. İddiaçıya ünvanlanmış imtina məktubundan aydın olur ki, ona təyin edilmiş yaşa görə sosial müavinət ödənişinin dayandırılmasına səbəb İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN aşkarlanması olmuşdur. Buna görə də iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixdədək 710.67 (yeddi yüz on yeddi manat 67 qəpik) məbləğində artıq ödəmə olduğu aşkarlanmış və həmin məbləğin yaşa görə müavinətdən tutulması bardə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 43704 nömrəli qərar qəbul edilmişdir. Yaranmış 710,67 manat artıqalma İddiaçı yenidən təyin olunmuş yaşa görə sosial müavinətindən xx.xx.2021-xx.xx.2021-ci il tarixinədək ödənilməyən dövr ilə tam əvəzləşdirilərək bərpa ediləcək.
9. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-1376/2023 saylı, 20 fevral 2023-cü il il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “artıq ödənilmiş yaşa görə sosial müavinət məbləğinin tutulması” haqqında xx.xx.2021-ci il tarixli 43704 nömrəli qərarın ləğv edi lməsi” kimi dəyişdirilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-1376/2023 saylı, 06 aprel 2023-cü il il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli 43704 nömrəli artıq ödənilmiş müavinətin tutulmasına dair qərarının ləğvi, ailə başçısını itirməyə görə pensiya təyini tarixinədək hesablanmaqla xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin ödənilməsi” kimi dəyişdirilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-1376/2023 saylı, 06 aprel 2023-cü il il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X2 artıq ödənilmiş müavinətin tutulmasına dair xx.xx.2021-ci il tarixli 43704 nömrəli qərarının ləğv edilməsi və həmin qərarın icrası nəticəsində tutulmuş məbləğin iddiaçıya geri qaytarılması, ailə başçısını itirməyə görə pensiya təyin olunduğu xx.xx.2022-ci il tarixədək hesablanmaqla sosial müavinətin ödənilməsinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən olan dövr üçün sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdeh x həvalə edilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh qurum müavinətin ödənişinin dayandırılmasına səbəb olan halların mövcudluğunu (iddiaçının əmək fəaliyyətinə başlamasını) məhkəmə araşdırması zamanı sübut etməmişdir. Digər tərəfdən, cavabdeh qurum bu cür halı müəyyən etdiyi təqdirdə sosial müavinətin ödənişini iddiaçının dinlənilmə hüququnu təmin etmədən dayandırmamalıdır. İnzibati aktın qəbul edilməsi zamanı qanunvericilik m üvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Vətəndaşın razılığı olmadan sosial müavinətdən tutmanın aparılması qanuni hesab edilə bilməz. Odur ki, vətəndaşın sosial müavinətindən tutmaya dair hərəkətlər qanunsuz hesab edilməklə həmin qərar ləğv edilməli, həmin qərarın icrasının nəticələri aradan qa ldırılaraq artıq ödənilmiş hesab edilmiş və tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalı, sosial müavinətin ödənilməsinin dayandırıldığı tarixdən (xx.xx.2021-ci il) ailə başçısının itirilməsinə görə pensiya təyini tarixinədək (xx.xx.2022-ci il) olan müddət üçün sosial müavinət iddiaçıya ödənilməlidir.
13. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2863/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: P.A.Hüseynov və Ş.A.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1376/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixdən vergi uçotuna alınmış iddiaçı, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sahibkarlıq fəaliyyətinin dayandırmış, bundan sonra isə xx.xx.2021-ci il tarixdə, ümumiyyətlə, onun vergi uçotu ləğv edilmiş və həmin müddət ərzində onun hər hansı bir əməliyyat apardığı və gəlir əldə etməsi barədə vergi orqanında məlumat aşkar olunmamışdır. Qeyd olunmalıdır ki, cavabdeh orqan tərəfindən də iddiaçının mübahisələndirilən dövrdə faktiki olaraq fəaliyyət göstərərək gəlir əldə etdiyi sübuta yetirilmir. Digər tərəfdən, iddiaçının münasibəti öyrənilmədən v ə məhkəmə qərarı olmadan mübahisələndirilən dövr üzrə ödənilmiş müavinətin geri tutulması barədə qərarın qəbul olunması da qanunvericiliyin tələblərinə ziddir. İddiaçı tərəfindən “İnzibati icraat haqqıda” Qanunun 67.6-cı maddəsinin tələbində sadalanan hallara yol verilməsinə dair cavabdehin heç bir dəlili mövcud deyil və iddiaçının belə hallara yol verdiyi mübahisələndirilmir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli qərara əsasən yaşa görə müavinət təyin edilmişdir. İddiaçıya ünvanlanmış imtina məktub undan aydın olur ki, ona təyin edilmiş yaşa görə sosial müavinət ödənişinin dayandırılmasına səbəb İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN aşkarlanması olmuşdur. Buna görə də iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixdədək 710.67 (yeddi yüz on yeddi manat 67 qəpik) məbləğində artıq ödəmə olduğu aşkarlanmış və həmin məbləğin yaşa görə müavinətdən tutulması bardə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 43704 nömrəli qərar qəbul edilmişdir. Yaranmış 710,67 manat artıqalma İddiaçı yenidən təyin olunmuş yaşa görə sosial müavinətindən xx.xx.2021-xx.xx.2021-ci il tarixinədək ödənilməyən dövr ilə tam əvəzləşdirilərək bərpa ediləcəkdir. İddiaçı aktiv vergi ödəyicisi kimi vergi orqanında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixlərdə qeydiy yatda olması onu İşsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbiylə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir. Qeyd etmək lazımdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona 2017-ci il tarixdə üçün təyin edilmiş yaşa görə sosial müavinət ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Eyni zamanda bildirirlər ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə riayət etməklə inzibati orqan olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzib ati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var. Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Filial tərəfindən artıq ödənilən məbləğ iddiaçının pensiyasından tutularaq Fondun hesabına bərpa edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0. Bu Qanunun mə qsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti. Maddə 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Maddə 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uş ağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə müna sibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qay dalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfində n müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Maddə 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keç irildiyi andan başlanır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sax laya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Apellyasiya məhkəməsi tərəfin dən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixli qərarla yaşa görə müavinət təyin edilmişdir. Lakin iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN-i olduğu müəyyən edildiyindən həmin dövr üçün artıq ödəmə olduğu aşkarlanmış və həmin məbləğin yaşa görə müavinətdən tutulması haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş və faktiki olaraq həmin qərar icra olunmuşdur. xx.xx.2021-ci il tarixdən iddiaçıya sosial müavinətin ödənilməsi dayandırılmış, xx.xx.2022-ci il tarixdən isə ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edimişdir.
29. Dövlət Vergi Xidmətinin 10 dekabr 2021-ci il tarixli məktubundan göründüyü kimi İddiaçı xx.xx.2015-ci il tarixdə vergi uçotuna alınmış, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sahibkarlıq fəaliyyəti dayandırılmış və xx.xx.2021-ci il tarixdə vergi uçotu ləğv edilmişdir.
30. Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçının mübahisələndirilən dövrdə faktiki olaraq fəaliyyət göstərərək gəlir əldə etdiyi sübuta yetirilmir.
31. Bununla yanaşı, kollegiya qeyd edir ki, iddiaçının müraciətinə 10 avqust 2022-ci il tarixli cavab mə ktubunda iddiaçıya yaşa görə sosial müavinətin ödənişinin xx.xx.2021-ci il tarixdən bərpa olunduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənildiyi bildirilsə də, sosial müavinət işindən əksinə xx.xx.2021-ci il tarixli qərarla “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında qərar qəbul edildiyi müəyyən edilmişdir. 32. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbinə görə müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq mü avinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
33. Göründüyü kimi qanun cavabdehə artıq ödənilmiş məbləğin qaytarılması üçün konkret prosedur müəyyən etmişdir. Həmin prosedura əsasən inzibati orqan artıq ödəmə ilə bağlı hal aşkar etdiyi təqdirdə bu barədə şəxsi məlumatlandırmalı, artıq ödənilmiş məbləğin geri tutulması ilə bağlı müavinət alan şəxsin razılığı olmadığı təqdirdə, məhkəmədə iddia qaldırılmalıdır.
34. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh inzibati icraatın tələblərini pozmuş, iddiaçının razılığı olmadan artıq ödənişlərin geri qaytarılması ilə bağlı konkret addımlar atmışdır.
35. Məhkəmə kollegiyası bildirir ki, Filial artıq ödənişlərin geri qaytarılması məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi.
36. Beləliklə, yuxarıda qeyd olunanlardan aydın olur ki, cavabdeh artıq ödənilmiş məbləği geri tutarkən qanunvericiliyin normalarını pozmuş, onun bu hərəkətinin qanuni əsası olmamışdır.
37. Nəzərə alınmalıdır ki, qanunvericilik normaları sosial müavinət və əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıd ır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
38. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıbqaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilmədiyi hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallarda) onun barəsində ödənilmiş məbləğin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər.
39. İddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində müavinətin güman olunan səhv təyin edilməsi (hesablanması) belə, cavabdehdən ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəməyə təqdim edilmiş sənədlərdə iddiaçının güman etdiyi müavinətin səhv təyin edilməsində (hesablanması) cavabdehin təqsirli olması barədə, ödənişin səhv hesablanmasında cavabdehin hər hansı müdaxiləsinin mövcud olması barədə heç bir qeyd edilməmişdir, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.
40. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, inzibati ic raat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi onun təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir.
41. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və cavabdeh etimadın qanunla qorunması hüqu quna malikdirsə, inzibati orqanın ehtimal olunan səhv hesablama və ya səhv təyin etmə etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsini istisna edir. Cavabdehdən asılı olmayan hallar nəticəsində müavinətin güman olunan səhv hesablanması zamanı bu, cavabdehdən ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Göründüyü kimi inzibati orqan tərəfindən müavinət səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yolverilməzdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nət icə qanuni və əsaslı sayılmalıdır.
43. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2863/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.