Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-727/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi; nümayəndənin hərəkətsizliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinin yenidən planlaşdırılması və yenidən təchiz edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2732/2023 saylı qərardadından iddiaçı tər əfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış evinin tavanının və dam örtüyünün, 1,5 metr hündürlüyə qaldırılmasına dair, həmçinin mənzilin təmirini başa çatdırmağa mane olan divarın sökülməsinə dair inzibati akt qəbul edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8320/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 1 ünvanda yerləşən 4 nömrəli mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının 1,5 metr hündürlüyündə qaldırılmasına razılıq verilməsinə dair sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir.
3. Həmin qərar qanuni qüvvəsini aldığından xx.xx.2022-ci il tarixli məktubla icra edilməsi üçün aidiyyəti üzrə Cavabdehnə göndərilmişdir.
4. Məhkəmənin qərarının icrası təmin edilmədiyindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8320/2022 saylı qərardadı ilə Bakı şəhəri Cavabdeh 1.000 (bir min) manat miqdarında cərimə olunması qərara alınmışdır.
5. Cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2732/23 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməklə cərimə məbləği 500 ( beş yüz) manat müəyyən edilmişdir.
7. İddiaçının nümayəndəsi X2 qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-2732/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, iddiaçının vəkillə təmin edilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilmişdir.
9. Qərardad xx.xx.2023-cü il tarixində iddiaçıya və icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmişdir.
10. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8320/2022 saylı qər ardadının cərimənin məbləği hissəsində dəyişdirilmədən saxlanılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının nümayəndəsi və vəkili, həmçinin vəsatətlə müraciət edərək şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini və şikayət üzrə kassasiyanın mümkün sayılmasını xahiş etmişdir. Vəsatətin dəlillərinə görə, iddiaçı uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Səhhətində tez-tez ağır problemlər yarandığından və mütəmadi olaraq kimya terapiyası prosedurları qəbul etdiyindən onda ciddi halsızlıq və yaddaş pozuntusu baş vermişdir. Bu vəziyyətə görə etibarnaməni vəkilə kassasiya şikayəti vermək üçün müəyyən olunan prosessual müddət keçdikdən sonra təqdim etmişdir. Prosessual müddət qeyd edilən obyektiv səbəblərdən ötürülmüşdür. TƏTB İQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axım ı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina ed ildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
13. Vəsatət təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının “dövlət hesabına vəkillə təmin edilmə” barədə xx.xx.2023-cü il tarixli qərardadı əsasında xx.xx.2023-cü il tarixdə vəkil orderi tərtib edilmiş, lakin kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya məhkəməsinə təqdim olmuşdur.
15. Beləliklə, prosessual müddət ötürülmüşdür.
16. Müddətin bərpasına dair vəsatətin dəlil lərinə gəldikdə, əvvəla, vəsatətdə göstərilən dəlilləri təsdiq edən hər hansı sübut vəsatətə əlavə olunmamışdır.
17. Digər tərəfdən, iddiaçı hələ xx.xx.2021-ci il tarixdə X1 5 il müddətinə qüvvədə olan etibarnamə vermiş, etibarnamədə səlahiyyətlərin başqa şəxsə verilməsi imkanı nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi barədə ərizə də həmin nümayəndə tərəfindən verilmişdir. Vəkil üçün verilən və kassasiya şikayətinə əlavə edilən xx.xx.2023-cü il tarixli etibarnamə isə, bilavasitə iddiaçının özü tərəfindən deyil, onun nümayəndəsi X1 tərəfindən verilmiş və imzalanmış, iddiaçının xx.xx.2021-ci il tarixdə X1 verdiyi etibarnamədəki səlahiyyətlər Vəkil ötürülmüşdür.
18. Göründüyü kimi, vəkilə xx.xx.2023-cü il tarixdə (şikayətin verilməsi müddəti keçdikdən son ra) verilən və şikayətə əlavə edilən etibarnamənin verilməsinin bilavasitə iddiaçı və onun imkansızlığı ilə hər hansı bağlılığı olmamışdır.
19. Digər tərəfdən, İPM-in 31.2-ci maddəsinin də məzmunundan göründüyü kimi, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.
20. Hazırkı halda, iddiaçının xx.xx.2021-ci il tarixli etibarnamə üzrə nümayəndəsi X2 iddiaçının adından prosessual hərəkətləri (şikayətin imzalanması, səlahiyyətlərin ötürülməsi və s.) qanunla müəyyən edilmiş müddət daxilində həyata keçirə bilərdi. Həmin müddətdən istifadə e tmək imkanını mümkünsüz edən və iddiaçının nümayəndəsinin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
21. Beləliklə, nümayəndənin ona verilmiş səlahiyyətlərlə bağlı hərəkət və hərəkətsizliyinin səlahiyyət verən üçün hüquqi nəticələr yaratdığı nəzərə alındıqda, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.
22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpasına dair vəsatət rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-2732/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.