Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-736/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; MPM-in 298-ci maddəsinə əsasən iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxna qarşı “5 il 6 gün sərəncamda saxlanılmasının qanunsuz sayılması, həmin sərəncamda olduğu dövrdə ödənilməmiş əmək haqqı məbləğində pulun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1942/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1985-ci ildən prokurorluq orqanlarında əmək fəaliyyətinə başlamış, müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2000-ci ildə aparılmış struktur dəyişiklikləri ilə əlaqədar ixtisar edilərək vəzifədən azad olunmuş, cavabdeh tərəfindən xx.xx.2001-ci il tarixdə müvəqqəti olaraq Naxçıvan MR X1 Orqanlarının istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılması barədə əmr verilmişdir.
2. Daha sonra iddiaçı xx.xx.2005-ci ildən xx.xx.2010-cu il tarixə kimi Sabirabad rayon prokurorunun köməkçisi, xx.x x.2010-cu ildən xx.xx.2010-cu ilə kimi Sabirabad rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləmiş, Azərbaycan Respublikasının Baş prokurorunun xx.xx.2010-ci il tarixli əmri ilə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.5 və 32.4-cü maddələrinə əsasən öz arzusu ilə xidmət illərinə görə 29 noyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilməklə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir.
3. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət ünvanlamış, müraciətdə onun qanunda göstərilən müddətdən artıq sərəncamda saxlanılması, əlavə olaraq iş yerində məruz qaldığı təzyiq, təhdidlər səbəbindən işdən çıxması nəticəsində əldə edə biləcəyi gəlir və əmək haqqından məhrum olunduğundan ona dəymiş zərərin ödənilməsi xahiş edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə xx.xx.2020-ci il tarixli cavab məktubu ilə münasibət bildirilməklə qeyd edilmişdir ki, Baş prokurorluq tərəfindən xx.xx.2002-ci il tarixdə bir sıra rayon prokurorluqları üzrə müstəntiq və ya prokuror köməkçisi vəzifələrindən birinə təyin olunmağı ilə bağlı edilmiş təkliflərlə razılaşmamış, bundan başqa, Sabirabad rayon prokurorunun böyük köməkçisi vəzifəsində işlədiyi zaman prokurorluq orqanlarından xaric edilməyi ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroruna ünvanladığı müraciətinə əsasən xx.xx.2010-cu il tarixdə öz arzusuna əsasən xidməti illərə görə prokurorluq orqanlarından xaric edilməklə qulluq keçməyinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 25 noyabr 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 3 ayadək müddət əvəzinə 5 il 6 gün sərəncamda saxlamasının qanun pozuntusu hesab edilməsi, həmin qanun pozuntusuyla sərəncamda saxlanıldığı 60 ayın32 ayı ərzində ona ödənilməmiş 104412,57 manat məbləğində qanuni əmək haqqının və pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işsiz qaldığından, bu müddət ərzində adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbu l olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, yəni 5 il 6 gün müddətində sərəncamda saxlanıldığından, sərəncamda saxlanıldığı 5 il 6 gün müddətin 28 ayı ərzində Konstitusiyanın 35-ci maddəsinin Vİ hissəsinin, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.5-ci maddəsinin və Əmək Məcəlləsinin 178.1-ci maddəsinin 2-ci hissəsinin, 191.2, 194.2, 195-ci maddəsinin “d” bəndinin, 196.1, 288-ci maddəsinin “d”, “h” bəndlərinin və 291.1-ci maddəsinin tələbləri pozularaq aylıq əmək haqqı almaqdan məhrum edildiyinə, xx.xx.2005-ci il tarixdə uzun müddət Mərkəzi Aparatda xidmət etdiyi, Prokurorluq orqanlarında 20 il staja və ədliyyəmüşaviri rütbəsinə malik olduğu halda, rəyi belə soruşulmadan 5-ci təsnifatd an 9-cu təsnifata, özü də kənd rayonlarından birinə köməkçi təyin edildiyindən, eləcə də 10 il ərzində davam etmiş təqib və təzyiqləryolu ilə xx.xx.2010-cu il tarixdə pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağaməcbur edilərək işsiz qaldığından, qanuni hüquqları pozulmuş və gəlirdən məhrum olmuşdur.
7. Cavabdehin iddia ərizəsinə qarşı təqdim olunmuş etirazında işin hallarına istinad etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edir. Göründüyü kimi iddiaçının 5il 6 gün müddətində sərəncamda olması ilə bağlı irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş 1 illik iddia müddəti keçmişdir. İddiaçı iddiasının prok urorluğun rəhbərliyi tərəfindən təzyiqlər edilməsi səbəbi ilə pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilməsi hissəsi də əsassızdır. Belə ki, İddiaçı prokurorluq orqanlarından xaric edilməsi ilə əlaqədar Baş prokurora ünvanladığı xx.xx.2010-cu il tarixlimüraciətinə əsasən xx.xx.2010-cu il tarixdən öz arzusu ilə xidmət illərinə görə prokurorluq orqanlarından xaric edilmişdir. Ona vaxtından əvvəl prokurorluqdan işdən çıxması ilə bağlı hər hansı bir təzyiq göstərilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(112)-2893/2021 nömrəli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı sərəncamda saxlanıldığı müddət 3 ayı keçdikdən sonra həmin saxlanılmanın qanunsuzluğunu və işə təyin edilmə məsələsini qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmiş, sonradan isə o, işlə təmin edilmiş, daha sonra isə öz arzusu ilə prokurorluq orqanlarından xaric edilməklə qulluq keçməsinə xitam verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən sərəncamda olduğu 3 ay müddət üzrə iddiaçıya əmək haqqı ödənildiyindən, müddətdən artıq sərəncamda saxlanılan dövr üçün hər hansı əlavə vəsaitin ödənilməsi qanunvericiliklə müəyyən edilmədiyindən iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir. Bundan başqa, iddia tələbi “pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işsiz qaldığından adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsi” hissəsində də iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının xidmətdən xaric edilməsi ilə bağlı könüllü ərizəsi nəzərə alınaraq cavabdeh inzibati orqan tərəfindən xidmət illərinə görə onun 29 noyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilməsi barədə əmr verilmiş, iddiaçı həmin əmri qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.E.Nağıyeva-sədrlik edən və məruzəçi hakim, H.Ü.Həmidov və C.A.Yusifov) 21(103)-439/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkə məsinin 15 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.Ə.Kərimov -məruzəçi, Z.M.Quliyev və R.S.Nəbizadə) 2-1(102)-20/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-439/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Məhkəmə kollegiyası iddia tələbinin “pensiya yaşından 6 il 3 ay əvvəl işdən ç ıxmağa məcbur edilərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işsiz qaldığından adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsi” hissəsinin apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilməməsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi əslində mahiyyət baxımından iddiaçının qulluq keçməsinə xitam verilməsi barədə xx.xx.2010-cu il tarixli əmrin mübahisələndirilməsi ilə bağlıdır və məqsəd baxımından həmin əmrin ləğvinə yönəlmişdir. Belə ki, “əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsinə dair” tələb üzrə mübahisənin həlli həmin əmrin ləğvinə bağlıdır və yalnız həmin əmrin qanunsuz sayılaraq ləğv edildiyi halda qeyd olunan tələbə baxıla bilər. Bu mənada hazırk ı iddia tələbi öz məzmunu, xarakteri və məqsədi baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən, prokurorluq işçisi qulluq keçmə ilə bağlı qərarla razı olmadıqda, müvafiq yuxarı prokurora və ya məhkəməyə müraciət edə bilər. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə həm “İddiaçı öz arzusu ilə xidmət illərinə görə 29 noyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilməklə qulluq keçməsinə xitam verilməsi” barədə Azərbaycan Respublikasının Baş Prokurorunun 11/367-K nömrəli, xx.xx.2010-cu il tarixli əmrinin verildiyi dövrdə qüvvədə olmuş, həm də sonradan qüvvədə olan prosessual qanunvericilik normalarına görə, iddiaçı həmin əmri (hüquq və azadlıqlarının pozulmasına səbəb olduğunu iddia etd iyi) onun təqdim olunduğu və ya bu barədə iddiaçıya məlum olduğu vaxtdan 1 ay ərzində mübahisələndirə bilərdi. Bu baxımdan iddiaçının qanunvericiliklə müəyyən olunmuş müddətdə onun qulluq keçməsinə xitam verilməsi barədə əmri mübahisələndirmək imkanına malik olub-olmadığı, həmin müddət ərzində hüquqi müdafiə vasitələrindən istifadə edib-etmədiyi və əmrin mübahisələndirilməsi ilə bağlı müəyyən olunmuş iddia müddətini ötürüb-ötürmədiyi apellyasiya məhkəməsi tərəfindən yoxlanılmalı və müddətin buraxılmasının səbəbləri araşdırılmalıdır. Bununla bağlı araşdırmanın nəticəsindən asılı olaraq, iddiaya tələbinə münasibətdə müddətlə bağlı mümkünlük şərtinə əməl olunub-olunmamasına və bunun üzərindən iddianın mümkünlüyü məsələsinə qiymət verilməlidir.
16. Məhkəmə kollegiyası iddianın “3 ayadək müddət əvəzinə 5 il 6 gün sərəncamda saxlanmasının qanun pozuntusu hesab edilməsi, həmin kobud qanun pozuntusuyla sərəncamda saxlanıldığı 60 ayın 28 ayının əmək haqqını alıb, qalan 32 ay ərzində isə ödənilməmiş 104412,57 manat məbləğində qanuni əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinin apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilməməsi ilə bağlı qeyd etmişdir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı icazə verilən müddətdən artıq sərəncamda saxlanılmasının qanuniliyinə qiymət verilməsindən, eləcə də sərəncamda olduğu dövrün müəyyən bir hissəsində ödənilməmiş əmək haqqı məbləğində kompensasiyanın ona ödənilməsinə nail olımaqdan ibarətdir. Qanunla yol verilən müddəti dəfələrlə aşan müddət ərzində iddiaçının sərəncamda saxlanılması və p rokurorluq orqanlarında qulluqda qalmağa davam etdiyi halda vəzifəyə təyin olunmamasının səbəbləri apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, sərəncamda saxlanılmanın qanuniliyinə lazımi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. İddiaçı iddia tələbinin bir hissəsinə dəqiqləşmə verərək “pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işsiz qaldığından adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 181312,50 manat məbləğində faydanın ödənilməsi”ni xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova-sədrlik edən və məruzəçi hakim, P.A.Oruczadə və R.Ə.Səmədov) xx.xx.2023-cü il tarixli, 2 -1(103)-1942/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2893/2021 saylı 15 iyul 2021-ci il tarixli qərarı qismən, “iddiaçının 5 il 6 gün sərəncamda saxlanılmasının qanunsuz hesab edilməsi və sərəncamda saxlanıldığı 32 ay ərzində ona ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi” tələblərinin rədd edildiyi hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilməklə İddiaçı 5 il 6 gün sərəncamda saxlanılması 3 ay istisna olmaqla qanunsuz hesab edilmiş və İddiaçı ümumi sərəncamda saxlanıldığı 5 il 6 gün müddətin 32 ayı üzrə ona ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulmuş, qərar qalan “əldən çıxmış faydanın ödənilməsi” barədə iddia tələbinin təmin edilmədiyi hissədə dəyişdirilmədən sa xlanılmışdır.
19. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı qanunvericilikdə təsbit edilmiş müddətdən artıq zaman kəsiyində sərəncamda saxlanılmışdır. İddiaçının icazə verilən müddətdən artıq sərəncamda saxlanılmasına haqq qazandıran hər hansı halın mövcudluğu müəyyən edilməmiş və eləcə də bunu təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Bu baxımdan sərəncamda olma müddəti ilə bağlı qanunvericiliyin normasının tələbinin cavabdeh tərəfindən pozulduğu mübahisə olunmur. İddiaçı əvvəlki vəzifədə aldığı əmək haqqına uyğun əmək haqqı alacağı ilə bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci və 21.5-ci maddələrinin müddəalarına etimad göstərərək onun sərəncamda saxlanıldığı dövrdə də həmin əmək haqqının ödəniləcəyinə inanmış və buna ümid bəsləm işdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, əvvəla, iddiaçının cavabdeh inzibati orqan tərəfindən 3 aydan artıq sərəncamda saxlanılması qanunsuz olmuş, ikinci bir tərəfdən, iş üzrə iddiaçı sərəncamda olduğu dövrün- 60 ayın bir hissəsi- 28 ayı üzrə ona əmək haqqı ödənildiyindən, digər ödənilməyən 32 ayı üzrə də əmək haqqı miqdarında pul vəsaitini tələb etməkdə haqlı olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin qərarı bu tələbin təmin olunmaması ilə bağlı hissədə ləğv edilib, iddia həmin hissədə təmin olunmalıdır.
20. İddiaçının “pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işsiz qaldığından adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 181312,50 mana t məbləğində faydanın ödənilməsi” barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının xidmətdən öz iradəsi ilə ayrıldığı iş üzrə materiallarla təsdiq olunur. Bununla bağlı nəzərə almaq lazımdır ki, şəxsə münasibətdə təqib və təzyiqlər müəyyən obyektiv göstəricilərdə və davranışlarda, yəni ən azından onun aşağı vəzifəyə keçirilməsində, davamlı intizam tənbehi tədbirlərinin tətbiq olunmasında, rütbəsinin aşağı salınmasında və sair aktiv hərəkətlərdə ifadə olunmalıdır. Lakin Sabirabad rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunduğu xx.xx.2005-ci il tarixindən sonra cavabdehin iddiaçıya münasibətdə yuxarıda qeyd olunan şəkildə davrandığı iş üzrə materiallardan görünmür. Bu baxımdan işin təkrar apellyasiya baxışı zamanı qeyd olunan məsələ ilə bağlı araşdırm a aparılarkən və iddiaçının verdiyi izahatından, məhkəməyə təqdim etdiyi izahatlarından müəyyən olundu ki, iddiaçı onun qulluq keçməsinə xitam verilməsi barədə 11/367-K nömrəli, xx.xx.2010-cu il tarixli əmrin qəbul edilməsindən məlumatlı olduğu halda onu vaxtında mübahisələndirməmiş, bunun səbəbi olaraq göstərmişdir ki, özü-özlüyündə həmin əmri etibarsız hesab etdiyi üçün onu məhkəmə qaydasında mübahisələndirmə zərurətini görməmiş və buna görə də əmrin ləğv edilməsi və ya etibarsızlığı ilə bağlı ayrıca iddia ilə də məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan göstərişlərlə bağlı xüsusilə vurğulayır ki, “əldən çıxmış faydanın ödənilməsinə dair” tələb üzrə mübahisənin həlli həmin əmrin ləğvinə bağlı olduğundan, y alnız həmin əmrin qanunsuz sayılaraq ləğv edildiyi halda qeyd olunan tələbə baxıla bilər. Hazırki işdə isə iddiaçı yuxarıda da göstərildiyi kimi, 11/367-K nömrəli, xx.xx.2010cu il tarixli əmri məhkəməyə qaydasında mübahisələndirmədiyindən, həmin əmr ləğv və ya etibarsız sayılmadığından, inzibati akt kimi geri çağırılana kimi qüvvədə olduğu üçün həmin əmrin verildiyi tarixdən iddiaçının işsiz qaldığı xx.xx.2017-ci il tarixədək olan dövr üzrə əldən çıxmış fayda kimi 181312,50 manat məbləğində pul vəsaiti tələb etməsi əsassızdır və təmin olunmamalıdır.
21. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
22. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın iddianın təmin edilən hissəsində ləğ v edilməsini və iddianın tam rədd xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
23. İddiaçının kassasiya şikayətində işin hallarına, iddia tələbindəki dəlillərə istinad edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallaırna hərtərəfli qiymət verilməmişdir. Bundan başqa, “əldən çıxmış faydanın ödənilməsi”nə dair iddia tələbinin növü düzgün olmayaraq mübahisələndirmə haqqında iddia növü kimi qəbul edilmişdir. Halbuki, iddiaçının iddiası İPM-in 34.1-ci maddəsində nəzərdə tutulan kompensasiyanın ödənilməsinə aid tələbdir. Hazırkı halda, iddiaçının tələb etdiyi məbləğ cavabdehin rəhbərliyinin ona göstərdiyi təqib və təzyiqlərə əsasən işdən çıxması nəticəsində yaranmış əldən çıxmış fay dadır ki, işdən çıxarılma ilə bağlı əmri mübahisələndirməyə zərurət yoxdur.
24. Cavabdehin kassasiya şikayətində işin hallarına, iddia tələbinə etirazdakı dəlillərə istinad edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri düzgün qiymətləndirilməmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hall arda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikay ətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASS ASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
31. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi onun 3 ayadək müddət əvəzinə 5 il 6 gün sərəncamda saxlamasının qanun pozuntusu hesab edilməsi, həmin kobud qanun pozuntusuyla sərəncamda saxlanıldığı 60 ayın 28 ayının əmək haqqını alıb, qalan 32 a y ərzində isə ödənilməmiş 104412,57 manat məbləğində qanuni əmək haqqının və pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işsiz qaldığından, bu müddət ərzində adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 181312,50 manat məbləğində faydanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
32. Qeyd edilməlidir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddi aya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
34. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd) və iddianın mümkünlük şərtləri icr aatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).
35. Hazırki işə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iddiaçının mübahisələndirdiyi hallar 2011-ci il 01 yanvar tarixinədək baş vermişdir.
36. Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsinə əsasən (xx.xx.2011-ci il tarixədək qüvvədə olmuşdur) şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
37. Məlum olduğu gün dedikdə isə, şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir.
38. Qeyd edilənləri hazırkı işin halları baxımından təhlil etdikdə o nəticəyə gəlinir ki, hazırkı halda, iddiaçı mübahisələndirdiyi və baş verməsi iddia olunan hallar (qanunsuz olaraq sərəncamda saxlanılması və işdən çıxmağa məcbur edilməsi) ona iddia etdiyi hadisələrin baş verdiyi andan məlum olmuş, lakin Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsində nəzərdə tutulmuş müddətdə deyil, xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin xüsusi halları baxımından iddiaçı mübahisələndirdiyi halların mövcudluğunu bilirdi. Belə ki, iddiaçı sərəncamda olduğundan və işdən çıxarıldığından keçən müddət ərzində məlumatlı olmadığını mübahisələndirməməklə, həm də əmək münasibətləri konteksində baş verən hadisələr olduğundan və belə münasibətlərin xarakteri və təbiəti baxımından onların baş verdiyi anda məlum olmaması ağlabatan d eyildir.
39. Oxşar halları olan işlərdə formalaşmış məhkəmə təcrübəsi (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-276/2024 nömrəli, xx.xx.2024-cü il tarixli; 2-1(102)841/2024 nömrəli, xx.xx.2024-cü il tarixli; 2-1(102)-1355/2024 nömrəli, xx.xx.2024-cü il tarixli; 2-1(102)-484/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-901/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-2116/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)989/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları) isə ondan ibarətdir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarların qəbul edildiyi və hərəkətlərin edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVİİ fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə nəzərdə tutulmuş hüquqi müdafiə imkanlarından mübahisə açan tərəf həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları və hərəkətləri mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
40. İşə ilk dəfə baxan kassasiya instansiya məhkəməsi də iddianın mümkünlük şərtlərinin apellyasiya instansiya məhkəməsi tərəfindən müzakirə edilməsinə dair göstəriş versə də, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsi ilə bağlı hərtərəfli araşdırma aparmamışdır.
41. Məhkəmə kollegiyası iddiaç ının “apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın növünün səhv müəyyən edilməsi” ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, iddiaçının istinad etdiyi iddia növləri, başqa sözlə, iddia tələblərinin növlər üzrə ayrılması və fərqli ümumi və xüsusi mümkünlük şərtlərinin nəzərdə tutulması yalnız İnzibati Prosessual Məcəllədə təsbit edilmişdir. Başqa sözlə, inzibati orqanlara qarşı iddialar İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək Mülki Prosessual Məcəllənin normaları ilə tənzimlənirdi ki, həmin normalarda iddia növləri ayrılmamış və inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən 01 aylıq iddia müddəti nəzərdə tutulmuşdu.
42. İddiaçı və cavabdehin kassasiya şikayətlərində göstərilən digər dəlillər işin halları və mahiyyəti ilə bağlı olduğundan və hazırkı iddia tələb i mümkünlük şərtlərinə cavab vermədiyindən, məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillərə münasibət bildirilməsinə zərurət yoxdur.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1942/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.