Məhkəmə qərarları › İş №2-1(102)-746/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-746/2025

17.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-746/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: müddəti ötürülmüş borcun ümidsiz borc qismində silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “MMC-nin şəxsi hesab vərəqəsindəki vergilər və faizlər üzrə 32503, 50 manat məbləğində vergi borcu və 335,96 manat məbləğində isə faiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-847/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “MMCnin şəxsi hesab vərəqəsində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarının silinməsinin təmin olunması ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə öhdəlik qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, “MMC-nin şəxsi hesab vərəqəsindəki vergilər və faizlər üzrə 32503,50 manat məbləğində vergi borcu və 335,96 manat məbləğində isə faiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddia tələbinin onunla əsaslandırılmışdır, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2016-cı il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-də xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olar dövr üzrə, yəni binanın inşa edilib təhvil verildiyi dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Həmin səyyar vergi yoxlamasının nəticəsində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində, ümumilikdə külli miqdar təşkil edən 297990,47 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı zamanı məhkəmə-mühasibat ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 2509 nömrəli rəyi ilə cəmiyyətdə yoxlama ilə əhatə olunan dövr üzrə, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə 76532,47 manat məbləğində ƏDV-nin az hesablanması, eləcə də 1656,0 manat məbləğində sadələşdirilmiş verginin, 424,68 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin və səyyar vergi yoxlaması aktı üzrə xx.xx.2016-cı il tarixə 75008,17 manat məbləğində artıq ödənişin olduğu nəzərə alınmaqla, ümumilikdə cəmiyyət tərəfindən 556,38 manat məbləğində vergilərin artıq ödənildiyi öz təsdiqini tapmışdır. Bununla əlaqədar olaraq, cəmiyyət keçirilmiş səyyar vergi yoxlaması ilə hesablanan əlavə vergilər əsassız olduğu üçün, xx.xx.2018-ci il tarixdə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadığı üçün) xitam verilmiş və cəmiyyətə səyyar vergi yoxlaması ilə əlavə hesablanmış əsassız vergilər ləğv olunmuşdur. Cəmiyyətin şəxsi hesab vərəqəsindən görünür ki, səyyar vergi yoxlamasından sonra yaranmış borc şəxsi hesab vərəqəsində qeydiyyata alındığı xx.xx.2017-ci il tarixdə 74.87 7,36 manat məbləğində cəmiyyətin artıq ödəməsi olmuşdur. Bundan sonra cəmiyyətə yoxlama nəticəsində hesablanan vergilər şəxsi hesab vərəqəsində qeydiyyata alınmış və cəmiyyətin yekun borcu şəxsi hesab vərəqəsində 306.884,80 manat olaraq öz əksini tapmışdır. Həmçinin, yoxlama nəticəsində cəmiyyətə 83026,93 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Sonradan cinayət işi ilə əlaqədar yuxarıda qeyd olunan səyyar vergi yoxlaması qərarı ləğv edildikdən sonra cəmiyyətin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər həyata keçilmişdir. Şəxsi hesab vərəqəsindən görünür ki, müvafiq düzəlişlər həyata keçirilməzdən öncə, yəni xx.xx.2018- ci il tarixdə cəmiyyətin 307,828,45 manat məbləğində vergi borcu, 81.799,21 manat məbləğində isə faiz borcu olmuşdur. Düzəlişlər qeydiyyata alındıqdan sonra i sə xx.xx.2018-ci il tarixdə cəmiyyətin 32.503,50 manat vergi borcunun, 335,96 manat isə faiz borcunun olduğu əks olunur. Hazırda cəmiyyətin şəxsi hesab vərəqəsində 33.301,08 manat vergi borcu, 616,50 manat isə faiz borcu mövcuddur. Cəmiyyətin şəxsi hesab vərəqəsindəki hazırkı borc əsaslı borc deyildir və silinməlidir. Əvvəla ona görə ki, həmin borc məbləği yoxlama nəticəsində yaranmış borcdur və yoxlamanın nəticəsi ləğv olunduğu üçün həmin məbləğ də silinməlidir. Bundan başqa, həmin borc məbləği Vergi Məcəlləsinin tələblərinə əsasən ümidsiz borc kimi silinməli olan dövrə aiddir və buna görə də silinməlidir.

4. Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixə ümumilikdə 33 482,44 manat (o cümlədən, əsas vergilər üzrə 33017,15 manat, faizlər üzrə 465,29 manat) qanunvericiliklə tələbetmə müddəti ötməmiş borcu mövcuddur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir:-bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda;-bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə.-qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.93.2. Digər hallarda vergilər, fa izlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Həmçinin Vergi Məcəlləsinin 85.5- 2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Həmçinin vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, Vergi məcəlləsinin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2-1(118)2240/2024 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, İddiaçı şəxsi hesab vərəqəsindəki vergilər və faizlər üzrə 32503,50 manat məbləğində vergi borcu və 335,96 manat məbləğində isə faiz borcunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə olunması qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)847/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.Quliyev - sədrlik edən və məruzəçi, G.Cabbarova və H.Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2011ci il tarixli qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müə yyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəy yən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Vergi Məcəlləsinin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərd ə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlid ir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə ümumilikdə 33 482,44 manat (o cümlədən, əsas vergilər üzrə 33017,15 manat, faizlər üzrə 465,29 manat) qanunvericiliklə tələbetmə müddəti ötməmiş borcu mövcuddur. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan s onra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzr ə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

12. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiy a şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir 13. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasi ya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv olunmalıdır.

17. İlk öncə qeyd edilməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qu rtarmasıdır. Sözügedən müddət isə VMnin 85.4-cü maddəsi ilə tənzimlənir.

18. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

19. Başqa sözlə, vergi orqanları VM-nin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.

20. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması i ctimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı).

21. Beləliklə, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir.

22. Məhkəmə kollegiyası ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - vergi ödəyicisinin bo rcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; -müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; -ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği.

23. Hazırkı işin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixə 32503,50 manat məbləğində vergi borcu və 335,96 manat məbləğində faiz borcu qalmışdır.

24. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılan hissəsinə, yəni 30,724 manat borcun silinməsinə münasibətdə qeyd edir ki, 30,724 man at borcun hesablanma müddətindən 5 il müddət ötməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Bu səbəbdən iddiaçı həmin borcun ümidsiz borc kimi silinməsini tələb edə bilər və qanunvericiliyin tələbinə əsasən də, həmin borc ümidsiz borc kimi silinməlidir.

25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən (iş səh.28-29) görünür ki, xx.xx.2018-ci il tarixə 32503,50 manat məbləğində vergi borcu və 335,96 manat məbləğində faiz borcu olsa da, sonrakı dövrlərdə bəyannamə və digər əsaslarla azalmalar olmuş və bu səbəbdən ümidsiz borc məbləği 1779,5 manat məbləğində azaldılmışdır (471,95 manat borc xx.xx.2019-cu il, 117,99 manat borc xx.xx.2019-cu il, 117,99 manat borc xx.xx.2019-cu il, 0,60 manat borc xx.xx.2019-cu il, 730.91 manat borc xx.xx.2020-ci il, 120 manat borc xx.xx.2020-ci il, 190,90 manat borc xx.xx.2020-ci il, 7,29 manat, 7,29 manat, 7,29 manat və 7,29 manat borc xx.xx.2023-cü il tarix).

26. Göründüyü kimi, ümumilikdə 1779,50 manat (471,95+117,99+ 117,99+0,60+730.91+120+190,90+7,29+7,29+7,29+7,29) borcun azaldılmasından 5 il müddət keçmədiyindən həmin borclar ümidsiz borc hesab edilə bilməz və iddiaçı həmin hissədə tələbində haqlı deyildir, apellyasiya məhkəməsi iddianı bu hissədə düzgün araşdırmamışdır.

27. Beləliklə məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı qismən - 1779,5 manat borcun silinməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilməli, qərar qalan hissədə dəyiş dirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-847/2024 nömrəli qərarı qismən 1779,5 manat hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar