Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-752/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə sosial müavinətin əvvəlki illər üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun S osial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ailə başçısını itirməyə görə sosial müavinətin əvvəlki illər üçün ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-645/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-150/2021 saylı qətnaməsi ilə X2 xx.xx.2015-ci il tarixdən xəbərsiz itkin düşmüş şəxs hesab edilməsi qət edilmişdir.
2. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-873/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş xx.xx.1966-cı il tarixdə doğulmuş X6 ölmüş elan edilmiş və A.Allahverdiye vin ölüm tarixi məhkəmə qətnaməsinin qanuni qüvvəsinin aldığı tarixdən hesablanması qət edilmişdir. Qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.
3. İddiaçı onun övladının mərhum atasının 2015-ci ildən itkin düşməsi nəzərə alınaraq ailə başçısını itirməyə görə təyin olunmuş müavinatın 2015-ci ildən ödənilməsi üçün cavabdehə müraciət etsə də, inzibati orqanın xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubu ilə iddiaçının övladına əvvəlki illər üçün sosial müavinətin ödənilməsindən imtina edilmiş və bildirilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)873/2021 saylı qətnaməsinə əsasən mərhum X6 xx.xx.2021-ci il tarixindən ölmüş elan edildiyi üçün övladınız X3 xx.xx.2021-ci il tarixindən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, N.Allahverdiyevaya ərizədə qeyd edilən dövr üzrə ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-150/2021 saylı qətnaməsinə əsasən xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuş X2 21 iyul 2015-ci il tarixdən xəbərsiz itkin düşməsini nəzərə alıb ailə başç ısını itirdiyinə görə təyin olunmuş müavinatın 2015-ci ildən ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X6 ilə qeyri rəsmi ər-arvad müasibətlərində yaşamış və onların birgə münasibətlərindən bir övladları-xx.xx.2011-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Daha sonra Arzu Allahverdiyev itkin düşmüş, iddiaçı aidiyyəti orqanlara müraciət etmiş və sonda Gədəbəy Rayon Məhkəməsinin 2(042)873/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1966-cı il tarixdə doğlumuş X2 ölmüş elan edilməsi qət edilmişdir. Həmçinin, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-873/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1966-cı il tarixdə doğulmuş X2 ölmüş elan edilmədən öncə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-150/2021 saylı qətnaməsinə əsasən xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuş X2 21 iyul 2015ci il tarixdən xəbərsiz itkin düşməsi müəyyən edilmişdir. Bundan sonra cavabdeh orqan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli № -li 2(042)-873/2021 saylı qətnaməsinə əsasən mərhum X7 xx.xx.2021-ci il tarixdən ölmüş elan edildiyi üçün iddiaçının övladı X3 xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. İddiaçı isə hesab edir ki, onun mərhum ərinin 2015-ci ildən itkin düşməsi nəzərə alınaraq ailə başçısını itirdiyinə görə təyin olunmuş müavinat 2015-ci ildən ona verilməlidir. Bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
6. Gəncə İnzibati Məh kəməsinin (hakim F.C.Hüseynov) 07 iyun 2023-cü il tarixli, 21(114)-1863/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı övladı X3 mərhum atası X2 ölümü ilə əlaqədar təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin əvvəlki müddət üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının övladının mərhum atası X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-873/2021 saylı qətnaməsinə əsasən ölmüş elan edilmiş və A.Allahverdiyevin ölüm ta rixi məhkəmə qətnaməsinin qanuni qüvvəsinin aldığı tarixdən hesablanmışdır. Lakin buna baxmayaraq qeyd edilməlidir ki, sözügedən şəxs xx.xx.2021-ci il tarixdən ölmüş hesab edilsə də, məhkəmənin digər bir qətnaməsi ilə (Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-150/2021 saylı qətnaməsi) o, xx.xx.2015-ci il tarixdən xəbərsiz itkin düşməsi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən şəxsin ölüm vaxtı müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması ilə müəyyən edilsə də, bu hal həmin şəxsin itkin düşdüyü vaxtdan ölməsini istisna etmir. Beləliklə yuxarıda istinad olunan qanunvericiliyin tələblərinin hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, iddianın qismən təmin edilməsi məqsədəuyğundur. Belə ki, iddia ərizəsinin məzmunu ilə müə yyən olunur ki, iddiaçı onun övladının mərhum atasının 2015-ci ildən itkin düşməsi nəzərə alınaraq ailə başçısını itirməyə görə təyin olunmuş müavinatın 2015ci ildən ödənilməsini tələb etsə də, qüvvədə olan qanunvericilik həmin müavinətin yalnız 3 il geriyə ödənilməsinin mümkünlüyünü təsbit etmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.Bayramov və A.V.İsgəndərova) 2-1(104)-645/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114) -1863/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri imtinanın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 1.0.2. Əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; Maddə 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir 7.0.5. ailə başçısını itirməyə görə müavinət: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda 7.0.5.2. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu alm aq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.4. ailə başçısını itirməyə görə müavinət: 9.1.4.1. vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla); 9.1.4.2. vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik müddətinə; 9.1.4.3. vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək. Maddə 10.3. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstəril məlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya inst ansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.
19. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
20. İşin faktiki hallarına əsasən iddiaçının övladının mərhum atası X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-873/3031 saylı qətnaməsinə əsasən ölmüş elan edilmiş və A.Allahverdiyevin ölüm tarixi məhkəmə qət naməsinin qanuni qüvvəsinin aldığı xx.xx.2021-ci il tarixindən hesablanmışdır. İddiaçı övladı X1 mərhum X4 ölümü ilə əlaqədar xx.xx.2021-ci il tarixindən 80 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir.
21. Hazırda iddiaçının hüquqi marağı mərhum A.Allahverdiyevin 2015-ci ildən itkin düşməsi nəzərə alınaraq ailə başçısını itirdiyinə görə təyin olunmuş müavinətin 2015-ci ildən hesablanıb verilməsidir.
22. Kollegiya qeyd edir ki, vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvlərinin ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ vardır. 23. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun ailə başçısını itirməyə görə müavinətlə bağlı müddəalarından göründüyü kimi vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təh sil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla); vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik müddətinə; vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək müavinət təyin edilir.
24. Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
25. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
26. Sözügedən şəxsin ölüm vaxtı müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması ilə müəyyən edildiyindən, həmin şəxsin itkin düşdüyü vaxtdan ölməsi istisna edilir. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-873/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş xx.xx.1966-cı il tarixdə doğulmuş X2 ölmüş elan edilməsi və A.Allahverdiyevin ölüm tarixinin məhkəmə qətnaməsinin qanuni qüvvəsinin aldığı tarixdən hesablanması qət edilmiş, iddia tələbi A.Allahverdiyevin 2015-ci il tarixdən ölmüş elan edilməsi hissəsində təmin edilməmişdir. Qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.
27. Göründüyü kimi Gədəbəy Rayon Məhk əməsinin xx.xx.2021-ci il tarixli 2(042)873/2021 saylı qətnaməsinə əsasən mərhum X6 qətnamənin qanuni qüvvəsini aldığı xx.xx.2021-ci il tarixdən ölmüş elan edildiyi üçün övladı X3 cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixindən ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsində haqlı olmuşdur.
28. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayılaraq təmin olunmamalıdır.
29. Odur ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
30. Yuxarıda göstərilənlə rə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-645/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ailə başçısını itirməyə görə sosial müavinətin əvvəlki illər üçün ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Qərar qətidir.