Məhkəmə qərarları › İş №2-1(102)-760/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-760/2024

14.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-760/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin bərpa edilməsi” t ələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-665/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.13. bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1995-ci il tarixli, 17 nömrəli qərarında İddiaçı “Sol baldır sümüklərinin açıq sınığından sonra sol qamış sinirinin posttravmatik nevropatiyası, pəncənin mülayim dərəcədə funksiya pozğunluğu ilə. Hər iki baldır sümüklərinin orta 1/3-nin düzgün bitişməsi” diaqnozlu travmasının səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı sol aşağı ətrafda ağrı və hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sol baldırın orta 1/3-də çapıq toxuma izlənilmiş, aşağı ətraflarda kəskin atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Nəticədə əl illik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli, 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona təyin edilən əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətinin qanunsuz sayılması və əlillik dərəcəsinin ləğv edildiyi tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-31494/2023 nömrəli qərarının İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilməsi və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respubli kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İ Qarabağ müharibəsi iştirakçısıdır. N nömrəli hərbi hissənin tərkibində Laçın və Kəlbəcər rayonlarının ermənilərin hərbi təcavüzündən qorunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibə dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma aldığı üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası xx.xx.1995-ci il tarixdə barəsində “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yar alıdır” rəyi verilmişdir. 1995-ci ilin may ayından ona “qamış sümüyünün baldır səviyyəsində travması, sol qamış sümüyünün postravmatik neyropatiyasının qalıq əlamətləri” diaqnozu əsasında 3-cü qrup əlillik təyin edilmişdir. Sonrakı tarixlərdə o, dövri olaraq müayinə və müalicələrdən keçmiş, təyin edilmiş əlilliyin müddəti Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən bir neçə dəfə uzadılmışdır. Ona sonuncu dəfə 0346003AAPPE nömrəli Forma 88 əsasında xx.xx.2021-ci il tarixdə hərbi xidmət vəzifələrini (xidməti vəzifə) yerinə yetirməklə əlaqədar müddətsiz İİİ dərəcəli əlillik təyin edilmişdir. 16 fevral 2023-cü il tarixdə ona 012 *** ** ** telefon nömrəsindən zəng olunaraq əlilliyi ilə bağlı avtomobil verilməsi üçün TSEK-ə müraciət etməyi təklif edilmişdir. Burada onun almış olduğu travmaya vizual baxış keçirilmişdir. Əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı ona heç bir məlumat verilməmişdir. Sonradan bilmişdir ki, bu “baxış” onun “əlilliyinin yenidən qiymətləndirilməsi” proseduru imiş. Lakin e-sosial portalına daxil olarkən xx.xx.2023-cü ildə təsdiqlənməsi qeyd olunan Forma 88 nömrəsi 0346003AAPPE olan göndəriş əsasında xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində əlilliyinin qanunsuz olaraq ləğv edilməsi ilk dəfə ona məlum olmuşdur. Səbəb kimi faktiki vəziyyətinin tam əksinə olaraq “tam reabilitasiya olunmağı” qeyd edilib. Ona TSEK-də əlilliyinin yenidən qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı heç bir məlumat verilməmiş, heç bir tibbi prosedur müayinələr həyata keçirilməmiş, onu “əlillər üçün avtomobil verilməsi üçün müraciət etmək“ adı ilə Bakı şə hərinə dəvət edib, bu barədə müraciət ərizəsi də yazdıraraq arxayın salaraq faktiki olaraq onu aldadaraq, barəsində tam qanunsuz inzibati icraat həyata keçirilmişdir. Yuxarıda qeyd edilən faktla bağlı barəsində TSEK-də aparılmış inzibati icraat haqqında məlumat verilməsini və təsdiqedici sənədlərin ünvanına göndərilməklə ona çatdırılması xahişi ilə TSEK-ə məktub göndərmiş olsa da, cavabdeh orqan tərəfindən bu günə qədər heç bir cavab verilməmişdir.

7. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1995-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif -Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiy ələrinin travmaları => S90 - Aşıq-baldır oynağı və ayaq nahiyəsi; Diaqnozun mətni: Sol qamış sinirinin travmadan sonra kropatiyası. Sol baldır sümüklərinin tam bitişmiş sınığı. Yeriş funksiyasının zəif pozulması...; MEYAR: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3.6 səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S90 - Aşıq-baldır oynağı və ayaq nahiyəsi....; Diaqnozun mətni: Sol qamış sinirinin travmadan sonra kropatiyası. Sol baldır sümüklərinin tam bitişmiş sınığı. Yeriş funksiyasının zəif pozulması..; MEYAR: 2.3. Üçüncü dərəcə ə lillik => DİGƏR: 2.3.6 səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 – Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G57 - Aşağı ətrafın mononevropatiyaları => G57.8 - Aşağı ətrafın digər mononev; Diaqnozun mətni: Aşağı ətrafın mononevropatiyaları, Sol qamış sinirinin travmadan sonrakı nevropatiyası..; MEYAR: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3.6 səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Elektron təyinat əsasında baxılmış və səbəbi Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik və X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G57 - Aşağı ətrafın mononevropatiyaları => G57.8 - Aşağı ətrafın digər mononev; Diaqnozun mətni: Aşağı ətrafın mononevropatiyaları, Sol qamış sinirinin travmadan sonrakı nevropatiyası..; MEYAR: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3.6 səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S84 - Baldır səviyyəsində sinirlərin travması => S84.0 - Qamış sinirinin.......; Diaqnozun mətni: Qamış sinirinin baldır səviyyəsində travması, Sol qamış siniri nin postravmatik neyropatiyasının qalıq əlamətləri. Aşağı ətrafın mononevropatiyaları, Sol aşağı ətrafın, dabanın və barmaqların funksiyasının pozulması. Yeriş funksiyasının pozulması. Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sol ayağın 2 sm gödəkliyi. Baldırın çoxsaylı sınıqları, Sol baldır sümüklərinin orta 1/3-də köhnə bitişmiş sınıqları.; MEYAR: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.13. əlin və ya pəncənin iflici (G83.0-G83.3); səbəbi ilə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Şəmkir rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.13. bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir.

8. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli, 17 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol baldır sümüklərinin açıq sınığından sonra sol qamış sinirinin postravmatik nevropativası, pəncənin mülayim dərəcədə funksiya pozğunluğu ilə. Hər iki baldır sümüklərinin orta 1/3-nin düzgün bitişməsi diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaşın minik avtomobili ilə bağlı müra ciəti əsasında əlavə əyani müayinəsi zamanı sol aşağı ətrafda ağrı və hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sol baldırın orta 1/3-də çapıq toxuma izlənilmiş, aşağı ətraflarda kəskin atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli, 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun un müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 2553/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-31494/2023 nömrəli qərarının İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilməsi və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə müraciəti əlilliyin qiymətləndirilməsi ilə bağlı deyil, ona minik avtomobilinin verilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqan isə bu halda iddiaçıya reabilitasiya vasitəsi olan minik avtomobilinin verilməsinə dair tibbi göstərişlərin mövcud olub-olmamasını yoxlamalı və buna müvafiq olaraq məhz iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunub-olunmaması barədə qərar qəbul etməli olduğu halda, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1494/2023 nömrəli qərarı ilə “minik avtomobilinə tibbi göstərişin olmaması”, eyni zamanda “tam reabilitasiya olması” barədə nəticəyə g əlmişdir.

11. Hansı ki, cavabdeh orqan iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunubolunmamasını yoxlayarkən onun cavabdeh orqanın qərarı ilə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyi mövcud olmuş, habelə əlilliyinin qiymətləndirilməsi barədə göndəriş olmamışdır. Bu hal isə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tam reabilitasiya olunması barədə qərarı ilə əlilliyinin ləğv edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-665/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Bayramov /sədrlik edən və məruzəçi/, R.Mamedov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazda qeyd olunanlarla eynilik təşkil edir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan qərar qəbul etmiş, maddi və prosessual hüquq norm alarını pozmuşdur. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.” Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çal ışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydaları: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “ Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd ol unmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəb ul edir və həmin gün ərzində altsistemə daxil edir. 20. “İnzibati icraat haqqında” Qanun: Maddə

14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Maddə

62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan v ə yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normal arının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kass asiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. X4 Məhkəməs inin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. B ununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İş materiallarından göründüyü kimi, İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.13. bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir.

29. Bundan sonra iddiaçı e-sosial portalına daxil olarkən xx.xx.2023-cü ildə təsdiqlənməsi qeyd olunan Forma 88 nömrəsi 0346003AAPPE olan göndəriş əsasında xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində əlilliyinin qanunsuz olaraq ləğv edilməsi ilk dəfə ona məlum olmuşdur. Ona TSEK-də əlilliyinin yenidən q iymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı heç bir məlumat verilməmiş, heç bir tibbi prosedur müayinələr həyata keçirilməmişdir.

30. Həmçinin iş materiallarına əsasən qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi nəticəsində əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir.

31. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq qeyd etmişdir ki, iddiaçının cavabdehə müraciəti əlilliyin qiymətləndirilməsi ilə bağlı deyil, ona minik avtomobilinin verilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqan isə bu halda iddiaçıya reabilitasiya vasitəsi olan minik avtomobilinin verilməsinə dair tibbi göstərişlərin mövcud olub-olmamasını yoxlamalı və buna müvafiq olaraq məhz iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunubolunmaması barədə qərar qəbul etməli olduğu halda, xx.xx.2023-cü il tarixli 3-17-4/3-31494/202 3 nömrəli qərarı ilə “minik avtomobilinə tibbi göstərişin olmaması”, eyni zamanda “tam reabilitasiya olması” barədə nəticəyə gəlmişdir.

32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini ləğv etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir.

33. İddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunv ericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

34. Belə ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

35. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə m əlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

36. Həmin Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsa sında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

37. Beləliklə, işin müəyyən olunmuş hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən əlilliyin ləğv edilməsi ilə bağlı davranışı hazırkı qərarın 18-20ci bəndlərində qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olmamışdır.

38. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 40.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-665/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar