Məhkəmə qərarları › İş №2-1(102)-763/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-763/2024

14.03.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-763/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh xxxnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh xxxnə qarşı “X3 xidməti vəzifələrin icrası zamanı xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X2-1 təlim mərkəzində döyüş atışlı çalışmasını yerinə yetirərkən SPQ-9 silahının içində mərmi partlam ası nəticəsində baş beyin diffuz travması ilə həlak olduğundan ona şəhidlik statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(107)375/2023 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxnin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinin 06 avqust 2021-ci il tarixli, 928 №-İİ əmri ilə, 04 iyul 2021-ci il tarixdə təsdiq edilmiş dərs cədvəlinə müvafiq olaraq polkovnik- leytenant X1 09 avqust 2021-ci il tarixdə Ümumqoşun təlim poliqonunun snayper atış şəhərciyində (Üçtəpə) zabit hazırlığı və təkmilləşdirmə kursunun 9-cu tədris qrupunun dinləyiciləri ilə “SPQ-9” silahından 1-ci yoxlama atış çalışmasının yerinə yetirilməsi zamanı vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibət bəsləməsi nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, habelə silahla davranış qaydalarını pozması və ehtiyatsızlıq edərək cinayət törətməsi nəticəsində onların övladı olan X3 xidməti vəzifələrin icrası zamanı xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X2-1 təlim mərkəzində döyüş atışlı çalışmasını yerinə yetirərkən SPQ-9 silahının içində mərmi partlaması nəticəsində baş beyin diffuz travması ilə həlak olduğundan ona Azərbaycan Respublikasının qanuna əsasən şəhidlik statusun un verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2- 1(116)-1066/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı1 həmin qərardan apellyasiya şikayəti vermişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 21(107)-375/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2-1(116)-1066/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkəmə qərarı iddiaçının ünvanına xx.xx.2023-cü il tarixdə çatdırılmışdır.

6. İddiaçı1 Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli qərarından xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti veril məsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizə ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilmişdir.

7. Bundan sonra İddiaçı1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(107)-375/2023 nömrəli qərarını ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə: Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırış la bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, verilmiş şikayəti üzrə kassasiya icraatı mümkün sayıl mamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

10. Belə ki, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

11. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 12 iyul 2023-cü il tarixli qərarı İddiaçı1 atası Babayev Eldar tərəfindən 30 iyul 2023-cü il tarixdə əldə edilmişdir. Lakin həmin qərardan kassasiya şikayəti 17 oktyabr 2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 (bir) ay müddəti keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.

12. Həmçinin iş materiallarından müəyyən olunur ki, İddiaçı1 Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizə ilə 12 oktyabr 2023-cü il tarixdə müraciət etmişdir

13. Belə olan halda İddiaçı1 ərizə verərkən artıq qanunvericilikdə müəyyən olunmuş 1 ay müddəti ötürmüşdür.

14. İddiaçı1 müddətin bərpası barədə ərizəsində bildirmişdir ki, “onun atası Babayev Eldar Alxas oğlu mübahisələndirilən 12 iyul 2023-cü il tarixli qərarı 30 iyul 2023-cü il tarixdə əldə etsə də lakin bu barədə nə iddiaçıya, nə də ki digər ailə üzvlərinə məlumat verməyib. Belə ki, o, amneziya (yaddaş pozğunluğu) xəstəliyindən, həm də şəkər və ürək xəstəliklərindən əziyyət çəkirdi və artıq vəfat edib.”

15. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərizədə göstərdiyi üzrlü halları təsdiqi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin bu qərarın 8-ci bəndində istinad olunan norma ilə tələb olunan müddət çərçivəsində verilməsi üçün iddiaçı tərəfin kifayət qədər zamanı olmuşdur.

17. Beləliklə, ərizədə göstərilən səbəblər ötürülmüş prosessual müddətin bərpa olunmasına əsas verə bilən üzrlü səbəblər k imi qəbul edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, müddət bərpası barədə ərizənin təmin olunması üçün əsas olmadığından ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

18. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Müddətin bərpası barədə ərizə rədd edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 21(107)-375/2023 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar