Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-768/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: pensiyanın ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmaqla yenidən hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaf iə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3783/2023 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli, 589 saylı qərarına əsasən “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq verilmiş birinci ixtisas dərəcəsinə görə hər ay minimum əmək haqqının (şərti maliyyə) vahidinin b eş misli miqdarda pul ödənilməsi nəzərdə tutulmuşdur.
2. İddiaçı cavabdehə müraciət edərək, birinci ixtisas dərəcəsinə görə ona hər ay vəzifə maaşına minimum əmək haqqının 5 misli miqdarında ödənilməmiş əlavə haqqının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını və ödənilməmiş pensiya məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsust rütbəl i şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filiala təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Qeyd olunanlara əsasən əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonunc u xidmət keçdiyi orqandan Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci ixtisas dərəcəsinə görə ona hər ay vəzifə maaşına minimum əmək haqqının beş misli miqdarında ödənilməmiş əlavə haqqın nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2000-ci il tarixədək Azərbaycan Respublikasının Tovuz rayon məhkəməsinin hakimi, Ali Məhkəmənin Hərbi Kollegiyasının sədri, Ali Məhkəmənin sədr müavini, hakimi vəzi fələrində çalışmışdır. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli, № 589 saylı qərarına əsasən “Azərbaycan Respublikasının Məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə, “Azərbaycan Respublikası Məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq ona birinci ixtisas dərəcəsi verilmişdir.
6. Eyni zamanda iddiaçı ərizəsində qeyd etmişdir ki, o, ixtisas dərəcəsinə görə hər ay minimum əmək haqqı vahidinin beş misli miqdarında əlavə haqq almışdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 08 sentyabr 2022-ci il tarixli, 21(112)-10378/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki iddiaçı birinci ixtisas dərəcəli hakim kimi «Azərbaycan Respublikası məhkəməl ərinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında» Azərbaycan Respublikası Milli Məcləsinin 4 noyabr 1992-ci il tarixli 364 nömrəli qərarına əsasən minimum əmək haqqının beş misli məbləğində əlavə haqq aldığından həmin əlavə nəzərə alınmaqla iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmalıdır. 10.Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3783/2023 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: İ.Ə.Kərimli və R.M.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməs inin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, İddiaçı 1 yanvar 2007-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. «Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında» Azərbaycan Respublikası Milli Məcləsinin 4 may 1993-cü il tarixli 589 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini İddiaçı birinci ixtisas dərəcəsi verilmişdir. «Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında» Azərbaycan Respublikası Milli Məcləsinin 4 noyabr 1992-ci il tarixli 364 nömrəli qərarına əsasən 04 may 1993-cü il tarixdən xx.xx.2000-ci ilədək id diaçıya əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının beş misli məbləğində əlavə haqq ödənilmişdir. Lakin iddiaçıya pensiya məbləği hesablanarkən aldığı həmin əlavə haqq məbləği nəzərə alınmamışdır.
13. Cavabdeh apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin birinci ixtisas dərəcəli ha kimlərinə verilmiş beş misli məbləğində əlavə haqq isə vəzifə maaşından hesablanan əlavə deyil, ixtisas dərəcəsinə görə əlavə olduğundan həmin əlavə qanunvericiliyin tələbləri baxımından təminat xərcliyinin bir hissəsi hesab oluna bilməz
16. Həmçinin, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər kimi güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilmiş şəxslərə təyin edilir. Halbuki daha öncə qeyd olunduğu kimi, iddiaçıya sabiq hakim kimi deyil, təminat xərcliyi əsasında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib.
17. Bundan əlavə, məhkəmə qanunverciliyin tələbləri baxımından iş üzrə cavabdeh olmalı Azərbaycan Respublikasının Müdafiə Nazirliyini maraqlı şəxs olaraq belə işə cəlb etməmiş, habelə qeyd olunan Nazirliyə sorğu edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunmuş məktubundakı iddiaçıya “ödənilmiş” onun minimum əmək haqqının 5 misli məbləğində əlavə haqq barədə məlumatın Nazirliyə daxil olub-olmaması, daxil olubsa o zaman Nazirlik tərəfindən cavabdeh inzibati orqana göndərilibgöndərilməməsi barədə məlumatın təqdim olunmasını tələb edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsa s anlayışlardan istifadə olunur:... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digə r ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 20.1.4. qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər kimi güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilmiş şəxslərə təyin edilir. Maddə 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzər ə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə -hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimli k stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 21. “Məhkəmələr və hakimlər haqqında” Qanun: Maddə 109.5 Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 109.6 Bu maddənin beşinci hissəsi nin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir.
22. Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 iyul tarixli 250 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında Əsasnamə: Bənd
1. Bu Əsasnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin, Bakı Şəhər Məhkəməsinin, rayon (şəhər) xalq məhkəmələrinin, yerli arbitraj məhkəmələrinin və hərbi tribunalların hakimlərinə ixtisas dərəcələri verilməsi qaydasını müəyyən edir. Bənd
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə birinci ixtisas d ərəcəsi verilir. Bənd
4. Hakimlərə ixtisas dərəcəsi Azərbaycan Respublikasının Ali Soveti və Naxçıvan Muxtar Respublikasının Ali Soveti tərəfindən verilir. Bənd
5. Birinci ixtisas dərəcəsində qalma müddəti müəyyən edilmir. Bənd
7. İxtisas dərəcələri hakimlərə ömürlük verilir. Bənd
8. İxtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilir.
23. «Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli 364 nömrəli qərarı: Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. 24. “Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinə və məhkəmə hakimlərinə rütbə və ixtisas dərəcələrinə görə əlavə haqq verilməsi barədə” Nazirlər Kabinetinin 21 aprel 1993-cü il 204 nömrəli qərarı: Bənd
2. İxtisas dərəcəsindən məhrum edilməmiş, hakim seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və təqaüdə çıxan şəxslərə əlavə haqq aşağıdakı qaydalarda ödənilsin: - işləyənlərə, əsas iş yerlərində idarə və təşkilatların əməyin ödənilməsi fondu hesabına; - təqaüdə çıxanlara, əhalinin sosial müdafiəsi fondunun vəsaiti hesabına aldıq ları təqaüdlə birlikdə sosial təminat orqanlarından.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə
91. Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edi r. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ta m olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. İşdən görünür ki, iddiaçının hüquqi marağı birinci ixtisas dərəcəsinə görə ona hər ay vəzifə maaşına minimum əmək haqqının beş misli miqdarında ödənilməmiş əlavə haqq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasından ibarətdir.
29. Cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmə k pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
30. Bu baxımdan şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər və ya o vəsaitlərdəki artımlar nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
31. Göründüyü kimi, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin komp ensasiyası məqsədilə ona verilən pul ödənişidir. Belə yanaşma dövlətin sosial təminat siyasətinin və pensiya qanunvericiliyinin məqsədlərindən irəli gəlir. Bu mənada pensiya alan şəxslərə münasibətdə pensiya təyin edilərkən və ya pensiya yenidən hesablanarkən onların işlədikləri dövrdə almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən qeyd olunan əlavələrin nəzərə alınması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
32. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan R espublikasının Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
34. Cavabdehin iddiaya qarşı etirazının və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının iddia etdiyi birinci ixtisas dərəcəli hakimlərə 1993-cü il yanvarın 1dən minimum əmək haqqının 5 misli məbləğində əlavə haqq barədə məlumatın qeyd olunduğu Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş məlumat vərəqəsi cavabdeh inzibata orqana göndərildikdən sonra həmin əlavə haqq iddiaçının təminat xərcliyinə əlavə edilə bilər.
35. Göstərilən dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikasının Milli Məclisinin 04 may 1993-cü il tarixli 589 nömrəli Qərarı ilə birinci ixtisas dərəcəsi verilmiş və həmin Qərara əsasən 04 may 1993-cü il tarixdən xx.xx.2000-ci ilədək ona əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 5 misli məbləğində əlavə haqq ödənilmişdir.
36. Məhkəmə kollegiyası razılaşır ki, ümumi qaydaya görə, təminat xərcliyi əsasında təyin edilmiş əmək pensiyaçılarının pensiyalarının sonradan yenidən hesablanması yeni məlumat vərəqinin tərtib edilib verilməsi qaydasında həyata keçirilməlidir. Lakin hazırki işin xüsusi halları bu ümumi qaydadan istisnaya yol verir. Belə ki, iddiaçı ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edir. İddiaçıya əmək pensiyası təminat xərcliyi əsasında təyin edilsə də, onun hazırda yenidən hesablama aparılmasını tələb etdiyi ödəniş ona təminat xərcliyini təyin edən orqan tərəfindən verilmiş ödəniş deyildir. Həmin ödəniş ona Müdafiə Nazirliyi tərəfindən deyil, Ali Məhkəmə tərəfindən verilmişdir. Yeni məlumat vərəqinin tərtib edilməsi qaydasına riayət edilməsi o halda tələb oluna bilər ki, məlumat vərəqinə daxil edilməli olan ödəniş məhz məlumat vərəqəni tərtib edən orqan tərəfindən verilmiş ödəniş olsun. İş materiallarından da müəyyən olunur ki, iddiaçının əsas iş yeri Ali Məhkəmə old uğundan, həmin əlavə məhkəmə tərəfindən ödənilmişdir.
38. İxtisas dərəcəsinə görə hər ay alınmış əlavə haqqdan sosial sığorta haqqının ödənilməməsi halı da iddiaçının tələbini təmin etməyə mane olmur. Belə ki, iddiaçı həmin əlavələri 1993-2000-ci illərdə almışdır və həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələblərinə görə həmin vəsaitlərdən sosial sığorta haqqının tutulması nəzərdə tutulmurdu.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3783/2023 nömrəli iş üzrə 15 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.