Məhkəmə qərarları › İş №2-1(102)-770/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-770/2025

07.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-770/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Ver gilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarın ləğv olunması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2024-cü il 30 oktyabr tarixli, 2-1(106)-483/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarla iddiaçının gəlir vergisi üzrə 56.629,27 manat vergi borcunun olması müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi yyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müracitə edərək, “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarın ləğv olunması barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. İddiaçının əsaslandırması:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar kimi fəaliyyət göstərir və fəaliyyət istiqaməti quş ətinin istehsal etməklə diri və kəsilmiş halda satışının həyata keçirilməsindən ibarətdir. Həmin fəaliyyətini həmin təsərrüfat (broyler təsərrüfatı) ünvan 1 ünvanında ümumi sahəsi 30 kv.m olan obyektdə icarə əsasında həyata keçirir. Həmin fəaliyyətə 2022-ci il tarixdə başlanılmış və hazırki vaxta kimi fəaliyyə tini həmin istiqamətdə davam etməklə rayonda və ölkə üzrə quş əti sahəsində məhsul bolluğunun yaradılmasına xidmət edir. 2022-ci ildə yeni fəaliyyətə başladığı üçün təsərrüfat gəlir gətirməmiş və quşların yem bazasının təmin edilməsi, orada işləyən fəhlə və işçilərin əmək haqqlarının vaxtında ödənilməsi təmin edilmiş və həmin ödənişlər üzrə dövlət büdcəsinə vergi, sosial sğorta haqları ödənilmişdir. Təsərrüfatın inkişaf eidirilməsindən ötrü Dövlət xətti ilə 23 fevral 2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı tərəfindən 170000 manat məbləğində kredit ayrılmış və həmin kredit məbləği quşların yem bazasının təmin edilməsinə yönəldilmişdir. Həmin kredit məbləğinin əsas borc olan 170000 manat hissəsinə 21344.42 manat faiz olmaqla, 26 oktyabr 2022-ci il tarixdə isə 40000 manat əsas borc olm aqla 9918.08 manat faiz borcun üəzərinə gəlməklə kderit hesabına maliyyə bazası formalaşdırılmışdır. Həmin il obyektin fəaliyyəti barədə müvafiq dövrlər üçün vergi bəyannamələri qanunamüvafiq qaydada təqdim edilmiş və vergi xidməti tərəfindən də həmin bəyannamələr qəbul edilməklə təsdiqlənmişdir. Lakin Vergi xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, **********182500 nömrəli bəyannamənin təqdim edilməsi haqqında bildirişin göndərilməsini, lakin həmin bilririşə əsaslandırılmış cavab verilmədiyinə görə vergi orqanı heç bir araşdırma aparmadan müəssisəyə 2022-ci il üçün əsassız olaraq 55549.55 manat məbləğində vergi vesablamış və bundan sonra müəssisəyə (sahibkara) heç bir məlumat vermədən bank hesabına sərəncam qoymuşdur. Daha sonra təkrar olaraq hesablanma aparılmış və məbləğ dəqiqləşdiri lməklə əsassız hesablanmış vergi məbləği 56629.27 manata qaldırılmışdır. Bundan sonra Vergi orqanına müraciət olunmuş və Vergi orqanı tərəfindən kameral yoxlama aparılmışdır. Aparılmış kameral yoxlama zamanı tam və hərtərəfli araşdırma aparılmamış, kameral yoxlamanın aparılma qaydalarına riayət edilməməklə əvvəllər hesablanmış vegi məbləği dəyişdirilmədən saxlanması və həmin vergi məbləğinin sahibkar tərəfindən ödənilməsi barədə 02 avqust 2023-cü il tarixdə qərar qəbul olunmuşdur. Həmin qərardan verilmiş şikayətə 14 avqust 2023-cü il tarixdə Dövlət Vergi Xidmətində baxılmış və şikayət təmin edilməmiş Vergi Xidməti özünün **********392800 nömrəli 14 avqust 2023-cü il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul etməklə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 02 avqust 20 23-cü il tarixli **********018200 nömrəli qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Cavabdehin etirazı:

4. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, fəaliyyət növünün "broyler təsərrüfatı” olduğu, ünvan 2 ünvanda ümumi sahəsi 30 m2 olan “İcarə Obyekti” adlı təsərrüfat subyektinin xx.xx.2022-ci il tarixdə vergi orqanında uçota alındığı müəyyən edilmişdir. İddiaçı tərəfindən 2022-ci il üzrə elektron qaimə-fakturalar əsasında 1388738,66 manat məbləğində malların (işlərin, xidmətlərin) əldə edilməsinə baxmayaraq 2022-ci il üçün gəlir vergisi bəyannaməsinin göst əricisiz təqdim edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Bəyannamənin təqdim edilməsi haqqında” məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən müvafiq cari bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022- ci ilin “Gəlir vergisinin bəyannaməsi”nə 55 549,55 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********196500 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsi təqdim edil miş, lakin tələb olunan zəruri təsdiqedici sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən 2022-ci ilin gəlir vergisi bəyannaməsinə 56.629,27 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********018200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. (Qeyd olunan qərar qüvvədən düşmüşdür) Belə ki, vergi ödəyicisinin 2022-ci il üçün kassa metodu ilə təqdim etdiyi gəlir vergisi bəyannaməsi üzərində “Təqdim etdiyiniz “Gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstəri lmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində idxal edilmiş və e-qaimə əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən 1388738.66 manat az əks etdirilmişdir.” məzmununda uyğunsuzlq yaranmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə gəlirin əldə olunması ilə bağlı məlumat olmadığından NK 55 saylı qərara əsasən 56629.27 manat gəlir vergisi hesablanmış və xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Uçotbaza məlumatlarına əsasən aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2022-ci il ərzində elektron qaimə-fakturalarla 1.388.861,10 manat məbləğində 148.676,25 kq miqdarında olan yem və yem məhsullarının əldə edildiyi, malların təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturanın təqdim edilmədiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə kassa metodu ilə 2022-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsinin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) sətrində 1 685 850,00 manat, 1224.8-ci (Vergilərdən azad edilən gəlirlər (sətrin təsnifatı 3 №-li Əlavə ilə təqdim olunur)) sətrində 1.685.850,00 manat, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağ lı xərclər” hissəsində 1.682.825,00 manat (o cümlədən, 1226.1-ci (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) sətrində 11.400,00 manat, 1226.2-ci (Sosial sığorta haqları) sətrində 2.280,00 manat, 1226.4-cü (Malın dəyəri) sətrində 1.668.860,00 manat məbləğ, 1234-cü (Ödənilmiş sığorta haqları) sətrində 285,00 manat məbləğ, bəyannamənin 1 nömrəli əlavəsinin 1.3-cü (Ehtiyyatlar) sətrinin “Dövr ərzində daxil” olmuşdur sütununda 1.668.860,00 manat məbləğ, “Təqdim edilmişdir” sütununda 280.000,70 manat məbləğ, “Silinmişdir” sütununda 1.388.860,00 manat “Hesabat dövrünün sonuna” sütununda 0,00 manat məbləğ göstərilməklə 0 manat məbləğində gəlir vergisi bəyan edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim olunan 2022-ci ilin gəlir vergisi bəyannaməsində dövr ərzində kənd təsərrüfatı üzrə əldə edilmiş gəlirlərin 1.685.850,00 manat olduğu qeyd olunsa da, vergi ödəyicisinin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olması kameral vergi yoxlaması ilə müəyyən edilməmiş, eyni zamanda xərc məbləği kimi qeyd edilən malların dəyərinin 1.668.860,00 manat göstərilməsinə baxmayaraq uçot baza məlumatlarına əsasən əldə edilmiş malların dəyərininl 388.861,10 manat olması səbəbindən kənarlaşmalar yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin müvafiq bəyannamə, uyğunsuzluq barədə əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 56 629,27 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarınırı hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********018200 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən müvafiq sorğuya cavab olaraq bildirilmişdir ki, fərdi sahibkarın “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatına alınmamışdır.

6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Lənk əran X2 Mərkəzindən təqdim edilmiş məlumata əsasən İddiaçı X1 İnformasiya Sistemində (EKTlS-də) fermer kimi qeydiyyatda olduğu, M. Abbasovun 2021-2022-ci əkin ilinin payızlıq dövründə 21 dekabr 2021-ci il tarixdə 0,36 ha arpa əkini barədə EKTİS-də bəyan etmiş və 25 fevral 2022-ci ildə 75,60 manat əkin subsidiyası Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən onun fermer kartına köçürüldüyünü, 2022-2023-cü il əkin ilinin payızlıq əkin dövründə 15 dekabr 2022- ci il tarixdə 0,36 ha yonca əkini barədə EKTİS- də bəyan etmiş və 08 fevral 2023-cü ildə 18,00 manat əkin subsidiyası AKİA tərəfindən onun fermer kartına köçürüldüyünü bildirilmişdir. Araşdırma zərurəti ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Bay tarlıq Xidmətləri Mərkəzindən xx.xx.2023-cü il tarixdə edilmiş sorğuya Agentlik tərəfindən verilmiş cavabda İddiaçı məxsus broyler təsərrüfatında müalicə, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılması barədə müqavilə bağlanmadığını bildirilmişdir. a) birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şirvan İnzibati Məhkəməsinin (Hakim: H.Nəcəfov) 2024-cü il 14 iyun tarixli, 21(120)-1401/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023cü il tarixli, **********046200 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onu nla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən iddiaçı barədə keçirilən vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, keçirilmiş yoxlama qanunsuz olduğundan, habelə cavabdehin dəlilləri əsassız olduğundan iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarı ləğv edilməlidir.

9. Cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 2024-cü il 14 iyun tarixli, 2-1(120)-1401/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Şi rvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər F.Hüseynov /sədrlik edən və məruzəçi/, S.Həsənov və H.Bəhmənov) 2024-cü il 30 oktyabr tarixli, 21(106)-483/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şirvan İnzibati Məhkəməsinin 2024-cü il 14 iyun tarixli, 2-1(120)-1401/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarla iddiaçının gəlir vergisi üzrə 56.629,27 manat vergi borcunun olması müəyyən edilmişdir. Anbar və Quş damlarının icarəyə verilməsi haqqında xx.xx.2022- ci il tarixli icarə müqaviləsindən görünur ki, İddiaçı anbar və 4000 kvm quş damlarını icarəyə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/94/2023 nömrəli ekspert rəyində bildirilir ki, xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması» barədə qərarla hesablanmış vergilərin vergi qanunvericiliyinin tələblərinə uyğun hesablanmadığı müəyyən edildi. Eyni zamanda iş materiallarında olan sənədlər və Vergi Məcəlləsinin tələbləri nəzərə alındığı təqdirdə İddiaçı dövlət büdcəsinə ödənilməli olan vergi borcu müəyyən olunmur. Qeyd olunan rəydə ekspert əsasən iddiaçının kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olması baxımından hüquqi m əslələrə toxunmuşdur. Qeyd edilməlidir ki, iddiaçının vergi ödəyicisi kimi fəaliyyət istiqaməti “quş ətinin istehsal”ından ibarətdir. İş materiallarında olan “Qaiməfaktura”lardan müəyyən edilir ki, iddiaçı bütün hallarda quş ətinin diri halda satışını həyata keçirmişdir. İddiaçı məhkəmə iclasında da heç vaxt kəsilmiş halda quş əti satmadığını bildirmişdir. Vergi orqanı isə iddiaçının quş ətinin bir qismini kəsilmiş halda satması barədə dəlilləri təsdiq edən sübut təqdim etməmişdir. Mövcud qanunvericiliyin tələbləri isə diri quş və heyvanlarının satışını kənd təsərrüfatı məhsullarının satışı kimi müəyyən etmiş, bu məhsulların istehsalından əldə olunan gəlirlərin vergidən azad olunmasını müəyyən etmişdir.

12. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, hər-hansı vergi sənədləri n yoxlamaya təqdim edilməməsi o halda büdcəyə çatacaq verginin azaldılması kimi qiymətləndirilə bilər ki, bu hal vergidən yayınmaq və yaxud vergilərin düzgün hesablanmamasına şərait yaratmaq məqsədi daşımış olsun. Məsuliyyətin yaranması üçün bu kimi məqsədlər mövcud olmalıdır. Bir halda ki, iddiaçı vergi ödəməkdən azaddır, belə olan vəziyyətdə hər hansı bir əməliyyat sənədinin təqdim edilə bilməməsi büdcəyə çatacaq verginin azaldılması kimi qəbul edilməməli və buna görə də vergi ödəyicisi maliyyə sanksiyasına məruz qalmamalıdır. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən hazırda mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Odur ki, apellyas iya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prose ssual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 13.2.61.1-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışı istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsindən ibarətdir. 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəir vergisindən azaddırlar. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məh kəmə qaydasında ləğv oluna bilər.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnı z apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məh kəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən qərarın ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Kollegiya xüsusilə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı iddiaçının fəaliyyətinin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından ibarət olması müəyyən edilmiş, cavabdeh isə bu halı təkzib edəcək mö təbər sübutlar təqdim etməmişdir. Vergi Məcəlləsinin 13.2.61.1-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışının istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsindən ibarətdir. Həmçinin həmin Məcəllənin 102.1.11-ci maddəsinə əsasən isə bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəir vergisindən azaddırlar.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsin in hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2024-cü il 30 oktyabr tarixli, 21(106)-483/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar