Məhkəmə qərarları › İş №2-1(102)-775/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-775/2025

25.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-775/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2161/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin xx.xx.2000-ci il tarixli qərarına əsasən, İddiaçı xx.xx.2000-ci il tarixdən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı barəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xx.xx.2007-ci il tarixdə MTN seriyalı, 002996 nömrəli məlumat vərəqəsi verilmiş və həmin məlumat vərəqəsinə əsasə n iddiaçının təminat xərcliyi 888,75 manat təşkil etmişdir. Həmin məlumat vərəqəsinə əsasən iddiaçının pensiyası yenidən hesablanmışdır.

3. Pensiya təyin olunduqdan sonra da iddiaçı hərbi xidmətini davam etdirərək 20132017-ci illərdə hərbi xidmət keçmiş və xx.xx.2017-ci il tarixdən ehtiyata buraxılmışdır.

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı yeni məlumat vərəqəsinin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-4966/2022 nömrəli qərarına əsasən iddia təmin edilməmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2407/2022 nömrəli qərarı ilə birinci instansiya məhəkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdı r.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(102)-2309/2022 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin qərarı ləğv edilərək, iddia təmin edilmiş, xx.xx.2000-ci il tarixdən iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması üçün 2017-ci ilin mart ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətdən ehtiyata buraxılarkən tutduğu vəzifəyə görə (“Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi” vəzifəsində) aldığı aylıq pul təminatının növlərini əks etdirən məlumat vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

7. Məhkəmə qərarı icra edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə MN-19926 nömrəli məlumat vərəqəsi tərtib edilmiş və həmin məlumat vərəqəsinə əsasən iddiaçının hərbi rütbəsi general-mayor, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi, təqvimi xidməti illəri 13 il 4 ay 29 gün, güzəştli xidmət illəri 17 il 4 ay 23 gün, tərxis olunduğu tarix xx.xx.2017-ci il, cəmi iş stajı və xidmət illəri 30 il 9 ay 22 gün, cəmi pul təminatı (təminat xərcliyi) 2590,90 manat təşkil etmişdir.

8. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, yeni məlumat vərəqəsində göstərilən aylıq pul təminatına əsasən əmək pensiyasının yenidən hesablanması və yeni təyin olunacaq pensiya ilə əvvəl aldığı pensiya arasındakı fərqin hərbi xidmətdən ehtiyata buraxıldığı xx.xx.2017-ci il tarixdən ödənilməsini xahiş etmişdir.

9. İddiaçının müraciətinə cavabdeh tərəfindən yazılı cavab verilməmişdir. 10. xx.xx.2023-cü il tarixli, MN-19926 nömrəli yeni məlumat vərəqəsi əsasında cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-8094/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi” haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən 2509,12 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.

11. Bundan sonra cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-8148/2023 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2000-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası dayandırılmışdır (hazırkı pensiya məbləği – 1448,84 manat). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏ MƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün iddiaçıya yeni təyin olunmuş pensiya ilə əvvəl aldığı pensiya arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

13. İddiaçı tələbini hazırkı qərarın 1-11-ci bəndində işin qeyd olunan halları ilə əsaslandırmışdır.

14. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək yeni məlumat vərəqində göstərilən aylıq pul təminatına əsasən əmək pensiyasının yenidən hesablanması və yeni təyin olunacaq pensiya ilə əvvəl aldığı pensiya arasındakı f ərqin xx.xx.2017-ci il tarixdən bu günədək olan müddət üçün hesablanaraq ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixli, 3-171/3-7-8094/2023 nömrəli qərarla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən yenidən hesablanmışdır. Bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-94705/2023 nömrəli məktubla məlumat verilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensi yaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” nın 9-cu bəndinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair yenilənmiş məlumat vərəqi göndərilmir. “Əmək pensiyaları haqqında” Azərba ycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli Qərarına əsasən, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq, yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onla r hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Qanunun 9.6-cı maddəsinin xx.xx.2022-ci il tarixli Qanunla edilmiş və xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən: 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasın ın sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9 6 2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9 6 3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesabl anması hallarına münasibətdə tətbiq edilmir. Qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (29 iyun 2022-ci ildən qüvvəyə minmişdir) gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 4 kateqoriyadan olan şəxslərə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmişdir. Bu yeni normanın həmin kateqoriyadan olan şəxslərin xx.xx.2022-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq e diləcəyi ilə bağlı şübhə yoxdur. Lakin bu normanın Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir. Əvvəla, sözügedən Qanunun (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu) özündə nəinki onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamış, hətta birbaşa qadağan edilmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmə müvafiq kateqoriyalı şəxslərin iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Beləliklə, 13 m ay 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yeni norma, dövlətin sosial təminat hüququ sahəsində malik olduğu geniş mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş yeni tənzimləmə olmuşdur. Müvafiq olaraq qanunun özündə onun əvvəlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından və əksinə, onun əvvəlki münasibətlərə tətbiq edilməməsi birbaşa nəzərdə tutulduğundan, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixindən sonra yaranmış münasibətlərə şamil edilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı işin hallarından iddiaçının cavabdeh tərəfindən sosial təminat hüququnun hər hansı şəkildə pozulması və ya onun sosial vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi müəyyən edilmir.

15. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) 25 dekabr 2023-cü il tarixli, 2-1(112)-9752/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi” haqqında 3-17-1/3-7-8094/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı təyin olunmuş pensiya ilə əvvəl aldığı pensiya arasındakı fərqin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün iddiaçıya hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarı haz ırkı işin hallarına tətbiq edilə bilməz. Belə ki, iddiaçı pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxs hesab edilə bilməz. Ona ilkin pensiya məhz 1 iyul 2017-ci il tarixinədək (yeni məlumat vərəqində xx.xx.2017-ci il) təyin olunmuşdur və hazırkı mübahisə pensiyanın təyini ilə bağlı deyil, yenidən hesablanması ilə bağlıdır. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin qeyd edilən şəkildə tətbiqi iddiaçının vəziyyətinə uyğun deyil. Cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməmə si barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və İ.S.Şirinov) 17 oktyabr 2024-cü il tarixli, 21(103)-2161/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

21. Cavabdeh kassasiya şikayətində iddi a ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamış, həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən üçulduzlu xx.xx.2023-cü il tarixli 2-1(102)-2388/2023 nömrəli qərarının 26-27-ci bəndlərinə əsasən bu halda, iddiaçının tələbi üzrə tətbiq edilməli olan norma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022-ci il tarixli qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsidir. Məhz həmin norma pensiyanın yenidən hesablanması tələbinə münasibətdə əvvəlki dövrlər üzrə 3 illik ödəmə məhdudiyyəti nəzərdə tutmuş və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Odur ki, iddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı 16 mart 2018-ci il tarixində, yəni “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 01 yanvar 2019-cu il tarixindən əvvəl cavabdehə müraciət etdiyindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022ci il tarixli qərarlarında da vurğulandığı kimi, Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği 3 illik məhdudiyyət tətbiq olunmadan əvvəlki bütün dövrlər üzrə ödənilməlidir.

22. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 21(102)-396/2024 nömrəli qərarının 36-38-ci bəndlərində qeyd edilmişdir ki, mə hz yuxarıda qeyd edilən hallara əsasən, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq bildirmişdir ki, iddiaçı 2019-cu il yanvarın 1-dən sonra (ilk dəfə 2021-ci ildə) müvafiq inzibati orqana müraciət etdiyindən, apellyasiya baxışı zamanı da əvvəllər müraciətinin olmadığını bildirdiyindən və onun 01 yanvar 2019-cu il tarixədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəbi, belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını əks etdirən hal kimi qiymətləndirilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddiaçıya münasibətdə pensiya fərqinin hesablanaraq ödənilməsi “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddənin tələbləri çərçivəsində həyata keçirilməlidir. Odur ki, istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alınaraq qeyd olunmalıdır ki, iddiaçının hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış, lakin digər dövrlərin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iş hələ apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2021/2023 nömrəli qərarını məhkəmə kollegiyasının diqqətinə təqdim etmişdir. (Həmin qərarda kassasiya məhkəməsi iddiaçının iddia tələbini əsaslı hesab edərək iddianı təmin etmişdir - qərarın təqdim edilməsində məqsəd analoji qaydaya uyğun olaraq iddianın təmin edilməsidir). Məhkəmə kollegiyası əlavə edilmiş həmin qərarla bağlı bildirir ki, qeyd edilən işdə iddiaçı hərbi qulluqçu kimi əlilliyə görə pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi tələbi ilə bağlı xx.xx.2018-ci il tarixdə, yəni xx.xx.2019-cu il tarixədək cavabdeh inzibati orqana müraciət etmişdir. Hazırki işdə isə iddiaçının müraciəti xx.xx.2019-cu il tarixdən sonraya təsadüf etmişdir. Odur ki, şikayətin bu dəlili əsaslı sayıla bilməz.

23. İddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı 16 mart 2023-cü il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2 -ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 01 yanvar 2019-cu il tarixdən sonra cavabdehə müraciət etdiyindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli və 14 iyul 2022-ci il tarixli qərarlarında da vurğulandığı kimi, Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği 3 illik məhdudiyyət tətbiq olunmaqla əvvəlki dövrlər üzrə ödənilə bilər. Nəzərə alınmalıdır ki, baxılan iş materialları və məhkəmə qərarları ilə iddiaçının hazırkı tələblə cavabdehə, hətta Müdafiə Nazirliyinə belə xx.xx.2019-cu il tarixədək müraciət etməsi müəyyən olunmur. Belə ki, iddiaçı Müdafiə Nazirliyinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2309/2022 nömrəli qərarı ilə ona 2017-ci ilin mart ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətdən ehtiyata buraxılarkən tutduğu vəzifəyə görə (“Azərbaycan Respublikası Müdafiə Naziliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi” vəzifəsi) aldığı aylıq pul təminatının növlərini əks etdirən məlumat vərəqinin Müdafiə Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qərara alınmışdır. Bu qərar əsasında sözügedən məlumat vərəqi 2023-cü ilin mart ayında Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Baş İdarəsi tərəfindən Mərkəzi Filiala göndərilmişdir. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyası isə qeyd edilən normaların və vahid məhkəmə təcrübəsinin tələblərini pozaraq, əmək pensiyası üzrə fərq məbləğinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır, halbuki yuxarıda şərh edildiyi kimi iddia əsassızdır, bununla yanaşı iddiaçıya fərq məbləği ödənilsə belə, yalnız cavabdehə müraciət etdiyi xx.xx.2023cü il tarixdən 3 il əvvələ, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilə bilərdi. Qeyd olunanlardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın d əlilləri:

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: … Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 3 2.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya). …

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxs hesab edilə bilməz, belə ki, onun ilkin pensiya təyinatı məhz 1 iyul 2017-ci il tarixinədək (yeni məlumat vərəqində ehtiyata buraxıldığı tarix: xx.xx.2017-ci il) təyin olunmuşdur və hazırkı mübahisə pensiyanın təyini ilə bağlı deyil, yenidən hesablanması ilə bağlıdır. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin qeyd edilən şəkildə tətbiqi iddiaçının vəziyyətinə uyğun deyil.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hüquqi mövqeyi əsaslı olmasa da, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

32. Belə ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, iddiaçıya 2000-ci ildən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra ididaçı 20132017-ci illərdə hərbi xidmətini davam etdirmiş, xx.xx.2017-ci il tarixdə xidmətdən ehtiyata buraxılmış, ehtiyata buraxılan zaman tutduğu vəzifə AR Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarə sinin rəisi vəzifəsi olmuşdur. İddiaçı həmin vəzifəyə uyğun aldığı aylıq pul təminatının növlərini əks etdirən məlumat vərəqinin verilməsi ilə bağlı xidmət keçdiyi orqana müraciət etmiş, müraciətinə imtina cavabı verildiyindən, bununla bağlı məhkəmədə iddia qaldırmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçı barəsində xidmət keçdiyi orqan tərəfindən ehtiyata buraxılan zaman tutduğu AR Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsində aldığı aylıq pul təminatının növlərini əks etdirən xx.xx.2023-cü il tarixli, MN-19926 nömrəli yeni məlumat vərəqəsi tərtib edilmişdir. Həmin məlumat vərəqəsi əsasında cavabdeh tərəfindən iddiaçının əmək pensiyası xx.xx.2022-ci il tarixdən yenidən hesablanmışdır.

33. Hazırda iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixli, MN-199 26 nömrəli yeni məlumat vərəqəsi əsasında onun hərbi xidmətdən ehtiyata buraxıldığı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün əmək pensiyasının yenidən hesablanması barədədir.

34. Göründüyü kimi, hazırda tərəflər arasında əmək pensiyasının yenidən hesablanmasına münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində qeyd olunan 3 illik məhdudiyyətin tətbiqi ilə bağlı mübahisə yoxdur.

35. Hazırkı mübahisə iddiaçının əmək pensiyasının yeni məlumat vərəqəsi əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə də yenidən hesablanmasının mümkün olub-olmaması ilə bağlı yaranmışdır.

36. Kollegiya ilk növbədə iddiaçı ilə xidmət keçdiyi orqan arasında olmuş yeni məlumat vərəqəsinin tərtib edilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin 22 dekabr 2022ci il tarixli, 2-1(102)-2309/2022 nömrəli qərarında ifadə edilmiş mövqeyini diqqətə çatdırmağı zəruri hesab edir.

37. Həmin qərarda kassasiya instansiya məhkəməsinin mövqeyi belə ifadə olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə görə (xx.xx.2017ci il tarixədək olan redaksiyada) yenidən işləyən hərbi qulluqçuların ehtiyata buraxıldıqdan sonra yenidən məlumat vərəqəsinin verilməli olmaması barədə müddəa yoxdur. Məlum olduğu kimi iddiaçı xx.xx.2017-ci il tarixdə ehtiyata buraxılmışdır, halbuki “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə dəyişikliklər (həmin dəyişikliklər hərbi qulluqçuların pensiyasının yenidən hesablanmasının qadağan edilməsini nəzərdə tutur) xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir, yəni burada yenə də Azərbaycan Respubli kası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə iddiaçıya münasibətdə sözügedən dəyişikliklər tətbiq oluna bilməz.

38. Göründüyü kimi, məhkəmə, mübahisəli hüquq münasibəti xx.xx.2017-ci il tarixdə yarandığından mübahisəyə həmin dövrdə qüvvədə olan maddi hüquq normasını tətbiq etmişdir.

39. Hazırkı halda da, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş sözügedən yeni məlumat vərəqində göstərilən aylıq pul təminatına əsasən əmək pensiyasının yenidən hesablanmasını və müvafiq fərq məbləğinin ödənilməsini tələb edir.

40. Bu baxımdan, kollegiya hesab edir ki, məhkəmə qərarına əsasən iddiaçı barəsində verilmiş məlumat vərəqəsi xx.xx.2017-ci il tarixdəki pul təminatı əsasında tərtib edildiyindən, hazırkı mübahisəyə də həmin dövrdə qüvvədə olan norma t ətbiq edilməlidir.

41. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olan 9.6-cı maddəsinə görə, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.

42. Daha sonra, xx.xx.2017-ci il tarixdən həmin normaya dəyişiklik edilərək, norma aşağıdakı redaksiyada verilmişdir: - Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.

43. Bundan sonra, xx.xx.2022- ci il tarixdən həmin normaya növbəti dəyişiklik edilərək, 4 kateqoriya şəxs normada qeyd edilmiş qaydadan istisna edilmişdir: - Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər.

44. Cavabdeh iddiaçı barəsind ə qeyd olunan normanın xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasını tətbiq edərək (ali zabit heyətinə aid şəxs (general-mayor) olduğundan), iddiaçının pensiyasını son təminat xərcliyinə əsasən, yalnız xx.xx.2022-ci il tarixdən yenidən hesablamışdır.

45. Halbuki, nəzərə almaq lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının xidmət keçdiyi orqanın bununla bağlı hərəkətsizliyi qanunsuz hesab edilərək, iddiaçı barəsində məhz ehtiyata buraxıldığı xx.xx.2017-ci il tarixdəki pul təminatı nəzərə alınmaqla, yeni məlumat vərəqəsinin tərtib edilməsi öhdəliyi həmin orqanın üzərinə qoyulmuşdur.

46. Aydın məsələdir ki, bu kateqoriyadan olan şəxslərə əmək pensiyası məlumat vərəqəsi əsasında təyin edilir və ya yenidən hesablanır. Bu baxımdan, məhkəmə qərarının icrası nəticəsində tə rtib edilmiş məlumat vərəqəsi iddiaçının xx.xx.2017-ci il tarixdəki daha yüksək pul təminatına uyğun verildiyindən, onun əmək pensiyasının da məhz həmin tarixdən yenidən hesablanması labüddür.

47. Belə ki, inzibati orqanın təqsirli hərəkətləri nəticəsində iddiaçı müvafiq hüququndan məhrum edilə bilməz.

48. Digər tərəfdən, işin hüquqi halları baxımından da nəzərə almaq lazımdır ki, iddiaçının pensiyası xx.xx.2017-ci il tarixdəki pul təminatı əsasında tərtib edilmiş məlumat vərəqəsinə əsasən yenidən hesablanmalı olduğundan, mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun məhz həmin dövrdə qüvvədə olan 9.6-cı maddəsi tətbiq edilməlidir.

49. Həmin normada isə kassasiya instansiya məhkəməsinin qərarında da qeyd edildiyi kimi, hərbi qulluqçunun pensiyasının son təminat xərcliyinə əsasən hesabla nmalı olmasına dair məhdudiyyət yoxdur.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək pensiyası xx.xx.2017-ci il tarixdən son təminat xərcliyinə əsasən yenidən hesablanmalıdır.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2161/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar