Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-78/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqın və X9 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqın və X9 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü i l tarixli, 21(104)-388/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-8384/2019 nömrəli qətnaməsinə əsasən, xx xxxx 1979-cu il tarixdə Kəlbəcər rayonu, Alçalı kəndində doğulmuş X4 X10 və X5 tərəfindən övladlığa götürülməsinin ləğv edilməsi, 23 fevral 2017ci il tarixdə Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş övladlığa götürmə haqqında akt qeydiyyatı kitabında 26 may 1981-ci il tarixli, 2 saylı qeydiyyatı aparılmış övladlığa götürmə haqqında şəhadətnamənin ləğv edilməsi, X4 doğulması haqqında qeydlərdə övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumatların bərpa edilməsi qət edilmişdir.
2. AZ-İV 416853 nömrəli xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonu, Alçalı kəndində doğulmuşdur, atası X7, anası X3r.
3. Kəlbəcər RİHB-nin Qılınclı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 218 nömrəli arayışında qeyd olunmuşdur ki, iddiaçı məcburi köçkündür, Kəlbəcər RİHB-nin Qılınclı kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illərə dair 01 nömrəli təsərrüfatbaşına kitabın 083-cü səhifəsində 042 nömrəli qeydə əsasən, Alçalı kəndində daimi qeydiyyatdadır, hal-hazırda məcburi köçkün kimi ünvan 1 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır, hər ay dövlətdən özü və 2 övladına görə ayda 60 manat olmaqla, 180 manat vahid aylıq müavinət alır. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı nəticəsində A lçalı kəndindən atası-X7, anası-X6, 2 qardaşı və 1 bacısı ilə birgə məcburi köçkün düşmüşdür.
4. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri, Samux, Göygöl, Daşkəsən rayonları üzrə Sektorunun xx.xx.2022-ci il tarixli, 751 nömrəli arayışında göstərilmişdir ki, Kəlbəcər rayonu Alçalı kəndində daimi qeydiyyatda olan iddiaçı (keçmişdə X8) həqiqətən, 1993-cü ilin aprelində Kəlbəcər rayonundan məcburi köçkün düşərək Gəncə şəhəri Gülüstan qəsəbəsində Qocalar evinin yataqxanasında müvəqqəti məskunlaşmışdır, məcburi köçkün düşdükdən sonra məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə etmişdir.
5. İddiaçı ona məcburi köçkün statusu və bunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla onun müraciətini təmin etməmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının X10 və X5 tərəfindən övladlığa götürülməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)8384/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə mindiyi gündən ləğv edildiyindən, o, Kəlbəcər rayonu işğal olunan zaman faktiki olaraq həmin şəxslərin övladlığına verilməklə onların himayəsində olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir.
7. İddiaçının tələbi hazırkı qərarın 1-5-ci bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
8. Cavabdehin iddia tələbinə yazılı etirazını n əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubunda qeyd olunanlar təşkil edir. Əlavə olaraq bildirmişdir ki, Kəlbəcər rayonunun işğalı zamanı İddiaçı faktiki olaraq X10 və X2 himayəsində olduğundan, həmin rayondan məcburi köçkün düşə bilməzdi. İddiaçı iddia ərizəsində dayısının övladı olmaması səbəbindən ona övladlığa verildiyini, lakin heç vaxt onun yanında olmadığını, sonradan onların övladları olduğundan öz atasının və anasının yanında yaşamağa başladığını qeyd etsə də, iddiaçıya təqdim olunmuş AZE seriyalı 00269332 nömrəli, AZE seriyalı 06003006 nömrəli, AZE seriyalı 14743172 nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinə əsasən, iddiaçının 2022-ci il tarixədək soyadının "Əzimov", ata adının isə "Nəsrəddin" kimi qeyd olunduğu müəyyən edilir. İddiaçı övladl ığına verildiyi şəxslərin heç vaxt himayəsində olmadığını, hər zaman ana və atasının yanında yaşadığını bildirsə də, iddiaçının "iddia etdiyi faktlara" uyğun olaraq 2022-ci il tarixədək həmin məlumatların dəyişdirilməsi təmin edilməmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) 15 fevral 2023-cü il tarixli 2-1(114)-233/2023 nömrəli qərar ilə iddia təmin edilmiş, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının bioloji valideynləri Kəlbəcər rayonundan məcburi köçkündür və iddiaçı da həmin rayonda doğulmuşdur. İddiaçı Kəlbəcər rayon Qeydiyyat şöbəsinin 26 may 1981-ci il tarixli şəhadətnaməsinə əsasən, məcburi köçkün olmayan X10 və X5 tərəfindən övladlığa götürülsə də, Kəlbəcər RİHB-nin Qılınclı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 218 nömrəli arayışından görünür ki, o, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı nəticəsində Alçalı kəndindən atası-X7, anası-X6, 2 qardaşı və 1 bacısı ilə birgə məcburi köçkün düşmüşdür (Əsas: Kəlbəcər RİHB-nin Qılınclı kənd İƏD üzrə nümayəndəliyinin Kəlbəcər rayon Dövlət Arxivinin 61 nömrəli fondunda saxlanılan 19931995- ci illəri əhatə edən 01 saylı təsərrüfatbaşına kitabın 11 saylı şəxsi hesabındakı qeyd). Eyni zamanda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 4 noyabr tarixli 2(011)-8384/2019 nömrəli qətnaməsinin məzmunundan da göründüyü kimi, iddiaçının övladlığa götürülməsinin ləğvinə əsas formal olaraq övladlığa götürülməsi, əslində faktiki olaraq bioloji valideynləri ilə yaşaması və onlarla birgə məcburi köçkün olaraq respublikanın digər rayonunda məskunlaşması olmuşdur. Qeyd olunanlar “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”nın 4.1.1-ci bəndinə müvafiq olaraq iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə əsas yaradır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A,V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 13 iyun 2023-cü il tarixli, 2-1(104)-388/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-233/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Cavabdeh kassasiya şikayətini iddiaçının müraciətindən imtinanın və etirazın dəlilləri ilə əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Qaçqınların və Məcburi Köçkünlərin statusu haqqında” 29 sentyabr 1992ci il tarixli Qanunu: Maddə
1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə
9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə
10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Maddə
12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. 18. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalar: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət n əticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiqedən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edi lmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonu (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış ye ri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə....
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşd ırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərard adı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ape llyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qan unvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, məhkəmə kollegiyası işin mübahisələndirilən hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçının bioloji valideynləri Kəlbəcər rayonundan məcburi köçkündür və iddiaçı da həmin rayonda doğulmuşdur. İddiaçı Kəlbəcər rayon Qeydiyyat şöbəsinin 26 may 1981-ci il tarixli şəhadətnaməsinə əsasən, məcburi köçkün olmayan X10 və X5 tərəfindən övladlığa götürülsə də, Kəlbəcər RİHB-nin Qılınclı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 218 nömrəli arayışından görünür ki, o, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı nəticəsində Alçalı kəndindən atası-X7, anası-X6, 2 qardaşı və 1 bacısı ilə birgə məcburi köçkün düşmüşdür.
26. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı Kəlbəcər rayon Qeydiyyat şöbəsinin 26 may 1981-ci il tarixli şəhadətnaməsinə əsasən, məcburi köçkün olmayan X10 və X5 tərəfindən övladlığa götürülsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(011)-8384/2019 nömrəli qətnaməsi ilə xx xxxx 1979-cu il tarixdə Kəlbəcər rayonu, Alçalı kəndində doğulmuş X4 X10 və X5 tərəfindən övladlığa götürülməsinin ləğv edilməsi, 23 fevral 2017-ci il tarixdə Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş övladlığa götür mə haqqında akt qeydiyyatı kitabında 26 may 1981-ci il tarixli, 2 saylı qeydiyyatı aparılmış övladlığa götürmə haqqında şəhadətnamənin ləğv edilməsi, X4 doğulması haqqında qeydlərdə övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumatların bərpa edilməsi qət edilmişdir.
27. İddiaçının atası X7 məcburi köçkün statusuna malik olmaqla Kəlbəcər rayonu, Alçalı kəndində qeydiyyatdadır, anası X1 rayonu, Qılınclı kəndində qeydiyyatdadır. Həmçinin, Kəlbəcər rayon B.Cəfərov adına 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 123 saylı arayışın məzmunundan göründüyü kimi, iddiaçı 19931996-cı illərdə Kəlbəcər rayon B.Cəfərov adına 1 nömrəli tam orta məktəbdə oxumuş və 1996-cı ildə Xİ sinfi bitirərək orta təhsil haqqında attestat almışdır. Göründüyü kimi, iddiaçı öz bioloji valideynləri ilə yaşamış və onlarla birgə Kəlbəcər rayonundan məcburi köçkün düşərək respublikanın digər rayonunda məskunlaşmışdır.
28. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(104)-388/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.