Məhkəmə qərarları › İş №2-1(102)-783/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-783/2025

17.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-783/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: başqa dövlətin ərazisində əmək fəaliyyəti müddətinin sosial sığorta stajına daxil edilməsi, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1958-ci il) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz i Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2901/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qusar rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv çıxarışına əsasən iddiaçı: xx.xx.1973-cü ildə “Şərq” sovxozunda 4 №-li briqada mövsümi fəhlə qəbul edilmiş, xx.xx.1973-cü ildə azad edilmişdir.

2. İddiaçı xx.xx.1973-xx.xx.1977-ci illərdə Bakı dənizçilik məktəbində təhsil almış, xx.xx.1978-ci ildə Xəzər dəniz gəmiçiliyi Nəqliyyat donanması gəmilərinə matros kimi işə qəbul edilmişdir. xx.xx.1979-cu ildə Nəqliyyat donanması gəmilərində kapitanın 3-cü köməkçisi, xx.xx.1985-ci ildə Nəqliyyat donanması gəmilərində kapitanın 2-ci köməkçisi, xx.xx.1989-cu ildə Nəqliyyat donanması gəmilərində kapitanın baş köməkçisi keçirilmişdir. xx.xx.1997-ci ildə işçinin əmək vəzifələrini pozması ilə (üzrsüz işə gəlmə) əlaqədar əmək müqaviləsinə xitam verilmişdir.

3. Türkiyə Respublikası Baş Nazirlik Xəzinə Müşavirliyinin xx.xx.2002-ci il tarixli 66947 №- li məktubuna əsasən Türkiyə Respublikası Baş Nazirlik Xəzinə Müşavirliyi tərəfindən “Eser Denizcilik və Tic.LTD.ŞTİ”-də işləməsi üçün iddiaçıya xx.xx.2002xx.xx.2004-cü il tarixədək iş icazəsi verilmişdir. 4. “Eser Denizcilik və Tic.LTD.ŞTİ” H.İ.X2 ilə iddiaçı arasında bağlanmış xx.xx.2002ci il tarixli müqaviləyə əsasən iddiaçı kapitan kimi 6 aylıq işə götürülmüşdür.

5. Türkiyə Respublikası Baş X1 üzrə Müşavirlik İstanbul Ərazi Müdirliyi Ekvivalentliyin təsdiqi ilə bağlı xx.xx.2003-cü il, xx.xx.2003-cü il, xx.xx.2003-cü il, xx.xx.2004-cü il tarixli müraciət sertifikatlarına əsasən Türkiyə reyestrində qeydiyyatdan keçmiş gəmilərdə iddiaçının 3 aylıq işləməsi uzadılmışdır.

6. Türkiyə Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Sığorta Təşkilatı Sığorta İşləri Baş İdarəsi Beyoğlu Sığorta İdarəsinin tərəfindən verilmiş Sığorta Qeydiyyat Şəhadətnaməsinə əsasən (Sığorta qeydiyyat nömrəsi xx.xx.2002.06759 Kod № 0702.0500.044) iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixinə kimi 473 gün işləmişdir. 7. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı Bakı Dənizçilik məktəbini bitirdikdən sonra (Diplom Э-1 № 011718) xx.xx.1978-ci ildən (xx.xx.1978-ci il tarixli 24 nömrəli əmr) xx.xx.1997-ci ilə kimi (xx.xx.1997-ci il tarixli K-728 nömrəli əmr) X3 “Murqab”, “Aşıq Ələsgər”, “Vaqif”, “Qazlı”, “Füzuli”, “Nizami”, “Şirvan”, Qəhrəman Mehti” gəmilərində matros, kapitanın 3-cü köməkçisi, kapitanın baş köməkçisi vəzifələrində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə aiddir və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidmətiyardımçı, səyyat, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 19 il 04 ay 21 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı il ə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və vəzifələrin göstəricilərin siyahısı” 21.2 bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir.

8. İddiaçı xx.xx.2021-ci il tarixdə və xx.xx.2023-cü il tarixlərdə ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir.

9. Cavabdeh hər iki müraciət əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 10 ay 19 gün (xx.xx.1973-xx.xx.1973-cü il, xx.xx.1973-xx.xx.1977-ci il, xx.xx.1978-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 22121,33 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni 1.07.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırılmış və qeyd etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyat donanmasına aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti yardımçı, gəzinti səyahət, şəhərətrafı və şəhər daxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçının gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində çalışdığı xx.xx.1978-ci ildən xx.xx. 1997-ci ilə kimi güzəştli iş stajı 19 il, 04 ay, 21 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası NK-nin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 21.2-ci bəndinin “b” yarımbəndində göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası NK-nin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********), 1-ci yarımbəndində 23003020—14706 kodu ilə bütün adlarda motorçular, 23003010 kodu ilə dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti qeyd olunmuşdur. Bundan başqa, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Türkiyə Re spublikasında gəmidə kapitan kimi çalışmışdır, onun çalışdığı 1 il, 03 ay, 29 gün müddətindəki iş stajı onun həm ümumi, həm də xüsusi güzəştli iş stajına daxil edilir.

12. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(112)-6618/2024 nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilərək, iddiaçıya 57 yaşdan, yəni 1.07.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən (xx.xx.2021-cu il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

14. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının əmək stajını hesablayarkən Türkiyə Respublikası nda xx.xx.2002-xx.xx.2004-cü illərdə 473 gün işlədiyi dövrü heç bir əsas göstərmədən nəzərə almamışdır. Halbuki Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında 6 may 2004-cü il tarixdə Saziş imzalanmış və həmin Saziş Azərbaycan Respublikasının Prezidentinin 3 avqust 2004-cü il tarixli 342 №-li Sərəncamı ilə təsdiq edilmişdir. Beləliklə, iddiaçının Türkiyə Respublikasında xx.xx.2002-xx.xx.2004-cü illərdə işlədiyi dövr nəzərə alınmaqla təqvim illəri üzrə ümumi iş stajı 25 ildən çoxdur (23 il 10 ay 19 gün +1 il 4 ay 1 gün = 25 il 2 ay 20 gün). Cavabdehin mübahisə etdiyi digər məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır... İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş y erinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir....Təqdim edilən arayışa əsasən iddiaçının 19 il 04 ay 21 gün güzəştli stajının olması müəyyən edilir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2901/2024 nömrəli qərarı ilə (hakimlər: G.Abbasova - sədrlik edən və məruzəçi, A.Oruczadə və C.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli qərarı də yişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, iddiaçının topladığı ümumi və güzəştli iş stajları, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verir.

18. Apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8, 32.1, 32.1-1-ci maddələrinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə istinad etmişdir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayətində iddiaçı tərəfindən xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı Türkiyə Respublikasında “Eser dənizçilik və Tic.LTD.ŞTİ” də işlədiyi iddia olunan dövr ilə bağlı qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında həmin dövrlər öz əksini tapmamışdır. Əlavə olaraq həmin dövrlərə aid əməkhaqqı cədvəlləri iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, a y, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

21. Kassator həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 23.1, 25-ci maddələrinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Plenum qərarına istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə etiraz verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 202 4-cü il tarixli, 2-1(103)-2901/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati icraat haqqında” Qanun: Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabça sıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

26. Azərbaycan Respublikasının 1 dekabr 1998-ci il tarixli, 557-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” Saziş Maddə

1. Əsas anlayışlar

1. Bu Sazişin mətnində istifadə olunan anlayışlar aşağıdakı mənanı daşıyırlar: 1.1. “Ölkə” - Türkiyə Respublikası baxımından Türkiyə Respublikası, Azərbaycan Respublikası baxımından Azərbaycan Respublikası;... 1.3. “Səlahiyyətli Orqan” – Türkiyə Respublikası baxımından Türkiyə Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi və digər əlaqədar Nazirliklər, Azərbaycan Respublikası baxımından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər əlaqədar Nazirliklər və təşkilatlar;... 1.10. “Yardım” – Tərəflərin öz qanunvericiliklərində nəzərdə tutulan hər hansı bir yardım (pensiya, müavinət və digər ödəmələr) və ya ianələr... Maddə

3. Tətbiq edildiyi şəxslər Bu Saziş bir və ya hər iki Tərəfin qanunvericiliyinin tətbiq edildiyi və ya tətbiq edilmiş olduğu şəxslərə və onların iki ölkədən birinin qanunvericiliyinin təsir dairəsində olan ailə üzvlərinə və buna hüququ olan digər şəxslərə tətbiq edilir. Maddə

4. Fəaliyyət bərabərliyi 3-cü maddədə göstərilən şəxslər Tərəflərin qanunveric iliyində nəzərdə tutulan eyni hüquqa malikdirlər və bərabər məsuliyyət daşıyırlar.... Maddə

16. Sığortalılıq müddətlərinin birləşdirilməsi

1. Tərəflərdən birinin qanunvericiliyinə görə yardım almaq hüququnun meydana gəlməsi, qorunması və ya yenidən qazanılması, müəyyən sığortalılıq müddətlərinin tamamlanmasına bağlı olduğu hallarda, bir Tərəfin Səlahiyyətli İdarəsi digər Tərəfdəki sığortalılıq müddətlərini, eyni vaxta təsadüf etməmək şərti ilə öz qanunvericiliyinə uyğun qəbul edərək birləşdirir.... Maddə

18. Yardımların hesablanması

1. Bir Tərəfin qanunvericiliyinə görə 16-cı maddə tətbiq edilmədən yardım hüququ meydana gəlirsə, həmin Tərəfin Səlahiyyətli İdarəsi təkcə öz qanunvericiliyinə uyğun olan sığortalılıq müddətlərini nəzərə alaraq yardımı müəyyən edir. 2. 1-ci bəndə əsasən yardı m hüququ mövcud olmadıqda, bu Sazişin 16-cı maddəsinə görə sığortalılıq müddətləri nəzərə alınaraq yardımlar aşağıdakı kimi hesablanır: 16-cı maddənin tətbiq edilməsi ilə əlaqədar olaraq idarə toplanmış sığortalılıq müddətlərini öz qanunvericiliyinə uyğun hesab edir və bundan sonra toplanmış müddətdən yalnız öz qanunvericiliyinə görə keçmiş müddəti nəzərə alaraq yardımın miqdarını müəyyən edir.

27. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonr a qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayə tin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

28. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edil mişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi mə sələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.

35. Cava bdeh kassasiya şikayətində iddiaçının xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasında Türkiyə Respublikasında işlədiyi dövrü mübahisələndirir. Belə ki, cavabdehin əsas dəlili ondan ibarətdir ki, mübahisələndirilən dövrlər iddiaçının əmək kitabçasında qeyd edilməmiş və həmin dövrlərə dair əməkhaqqı cədvəli təqdim edilməmişdir.

36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan “Eser Denizcilik və Tic.LTD.ŞTİ” H.İ.X2 ilə iddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli müqaviləyə əsasən iddiaçı ilk olaraq kapitan kimi 6 aylığına işə götürülmüşdür. Bundan sonra Türkiyə Respublikası Baş X1 üzrə Müşavirlik İstanbul Ərazi Müdirliyi Ekvivalentliyin təsdiqi ilə bağlı xx.xx.2003-cü il, xx.xx.2003-cü il, xx.xx.2003-cü il, xx.xx.2004-cü il tarixli müraciət sertifikatlarına əsasən Türki yə reyestrində qeydiyyatdan keçmiş gəmilərdə 3 aylıq işləməsi uzadılmışdır.

37. İddiaçının mübahisələndirilən dövr ərzinə Türkiyə Respublikasında işləməyi həmçinin Türkiyə Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Sığorta Təşkilatı Sığorta İşləri Baş İdarəsi Beyoğlu Sığorta İdarəsinin tərəfindən verilmiş Sığorta Qeydiyyat Şəhadətnaməsi ilə də öz təsdiqini tapır (Sığorta qeydiyyat nömrəsi xx.xx.2002.06759 Kod № 0702.0500.044). Həmin sənəddən görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixinə kimi 473 gün əmək fəaliyyəti ilə məşğul olmuşdur.

38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının 1 dekabr 1998-ci il tarixli, 557-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublika sı Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin 16-cı maddəsinin 1-ci bəndinə əsasən, Tərəflərdən birinin qanunvericiliyinə görə yardım (pensiya, təqaüd və sair) almaq hüququnun meydana gəlməsi, qorunması və ya yenidən qazanılması, müəyyən sığortalılıq müddətlərinin tamamlanmasına bağlı olduğu hallarda, bir Tərəfin Səlahiyyətli İdarəsi digər Tərəfdəki sığortalılıq müddətlərini, eyni vaxta təsadüf etməmək şərti ilə öz qanunvericiliyinə uyğun qəbul edərək birləşdirir. Həmin Sazişin 18-ci maddəsinin 2-ci bəndinə əsasən, 16-cı maddənin tətbiq edilməsi ilə əlaqədar olaraq idarə toplanmış sığortalılıq müddətlərini öz qanunvericiliyinə uyğun hesab edir və bundan sonra toplanmış müddətdən yalnız öz qanunvericiliyinə görə keçmiş müddəti nəzərə alaraq yardımın miqdarını mü əyyən edir.

39. Göründüyü kimi, cavabdehin mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

40. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 23-27(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 21(103)-2901/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar