Məhkəmə qərarları › İş №2-1(102)-786/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-786/2022

13.06.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-786/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qəyyumluq barədə sərəncamın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 13.06.2022 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Bakı şəhər Cavabdeh2nə qarşı “xx.xx.2014-cü il təvəllüdlü azyaşlı nəvəsinin onun qəyyumluğuna verilməsi barədə sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(103)-566/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarına əsasən AZ-İİİ seriyalı 518955 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. X1, anası X5r.

2. AZ-İİ seriyalı 046700 saylı, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək nəvəsinin onun qəyyumluğuna verilməsini xahiş etmişdir.

4. Cavabdeh Bakı şəhər Cavabdeh2 başçısının müavini tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda onun tələbinin təmin olunmasından imtina olund uğu, qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədlərin (azyaşlının atasının razılığı, sağlamlıq haqqında müvafiq arayışlar, azyaşlının nəvə olmasını sübut edən sənədlər və s.) Komissiyaya təqdim edildiyi təqdirdə, müraciətinə yenidən baxıla biləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı nəvəsi xx.xx.2014-cü il təvəllüdlü X2 onun qəyyumluğuna verilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Cavabdeh2 üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı Abdullazadə Əminə xx.xx.2014-cü il tarixdə X4 ilə ailə qurmuş, birgə nikahdan xx.xx.2014-cü il tarixdə X3 adlı övladları do ğulmuşdur. Sonradan tərəflər arasındakı nikah münasibətləri faktiki olaraq pozulduğundan, qızı nikahın pozulması üçün Bakı şəhər Yasamal rayon məhkəməsinə müraciət etmiş, lakin xx.xx.2019-cu il tarixdə “asfiksiya” xəstəliyindən qəfil vəfat etmiş, bu səbəbdən də nikahın pozulması mümkün olmamışdır. Bundan sonra, azyaşlı nəvəsi Aylin iddiaçının himayəsində qalmışdır. Uşağın məktəbəqədər hazırlıq kurslarına yazılması üçün iddiaçıdan rəsmi sənəd tələb edilən zaman problem yaranmış, uşağı məktəbə qeydiyyata aldıra bilməmişdir. İddiaçı onun valideyni olmadığından, müraciət etdiyi bütün dövlət və təhsil müəssisələrində ondan hüquqlarını təsdiqedən sənəd istəmişlər. Buna görə nəvəsini məktəbəqədər hazırlıq kursuna yazdırmaq üçün onun qanuni nümayəndəsi olması barədə sərəncamın qəbul olunması xahiş i ilə Bakı şəhər Cavabdeh2 başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Bakı şəhər Cavabdeh2nə dəfələrlə müraciət etmiş, lakin cavabdeh tərəfindən bundan imtina edilmişdir. Sonuncu dəfə isə nəvəsinin atasının razılığının tələb olunduğu bildirilmişdir. Halbuki uşağın atası hələ qızı vəfat etməmişdən əvvəl onlarla bütün əlaqələri kəsmişdir və yeri ona məlum deyildir, hətta bu barədə onun qeydiyyatda olduğu yerdən arayışı da cavabdehə təqdim etmişdir. Azyaşlı nəvəsi onunla birlikdə yaşayır, ondan ayrılması mümkün deyildir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5922/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim M.C.Qarayeva) iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən müvafiq prosedur qaydalara əməl edilməsi zəruri olduğu halda, iddiaçı tərəfindən onlara riayət edilməmişdir. Bu halda isə iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir.

9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-566/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər X. A. Cəmilova-sədrlik edən və məruzəçi, M.N.Tağızadə və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi nəvəsinin onun qəyyumluğuna verilməsi ilə bağlıdır və həmin məsələ də ailə qanunvericiliyi ilə tənzimləndiyindən mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

12. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və işə aidiyyatı üzrə baxılmasının davam etdirilməsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri iddian ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə uyğundur. Şikayətdə qeyd olunmuşdur ki, azyaşlı nəvəsi iddiaçı ilə birlikdə yaşayır. Onun iddiaçıdan ayrılması mümkün deyil. 7 yaşı tamam olduğundan nənəsinin qəyyumluğuna verilməsinə də etiraz etmir. Lakin pandemiya ilə əlaqədar olaraq məhkəmələrin fəaliyyət göstərməməsi, həmçinin hüquqi savadının olmaması səbəbindən məhkəməyə müraciət etməmişdir. Elə hesab edir ki, komissiya bu iş ə həssaslıqla yanaşaraq və gənc qızını itirmiş, onun valideyn himayəsindən məhrum olmuş körpə uşağını saxlayan iddiaçıya mənəvi dəstək nümayiş etdirərək, problemin həllində yardım göstərəcək. Qəbulda olarkən də cavabdehin nümayəndəsi işə həssaslıqla yanaşacağına söz vermişdi. Təəssüf ki, nəinki komissiya, hətta məhkəmələr də işin uzanmasına xidmət edən qərardad qəbul edərək, ağır dərdlə yaşayan zavallı iddiaçını azyaşlı uşaqla birlikdə get-gələ salmışdır. İş materiallarından da görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-2248/2021 saylı, 3 mart 2021-ci il tarixli qərardadı ilə valideyn himayəsindən məhrum olan azyaşlı X2 iddiaçının qəyyumluğuna və himayəsinə verilməsi barədə cavabdehlər Bakı şəhər Cavabdeh2 Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Bakı şəhə r Cavabdeh2nə qarşı iddia ərizəsi geri qaytarılmışdır. Qərardad aidiyyət qaydalarına riayət edilmədiyinə görə geri qaytarılmışdır. Hazırkı mübahisə ilə bağlı iddia tələbi də mümkün hesab edilməmişdir. Yekun nəticə belə olur ki, bu mübahisənin məhkəmədə həlli mövcud deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə Maddə

35. İddianın mümkünlüyü Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqınd a, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılm ış və orada şikayətçinin tələbləri göstərilmişdir.

17. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinin məhkəmə aidiyyəti ilə bağlı hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hü quqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Hazırkı işdə İddiaçı cavabdeh Bakı şəhər Cavabdeh2nə qarşı t ələbi azyaşlı nəvəsi, xx.xx.2014-cü il təvəllüdlü X2 onun qəyyumluğuna verilməsi ilə bağlıdır.

22. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qəyyumluqla, o cümlədən azyaşlı uşaqların qəyyumluğa verilməsi ilə bağlı məsələlər mülki və ailə qanunvericiliyi ilə tənzimlənir. Bu baxımdan qəyyumluqla bağlı münasibətlər mülki hüquq münasibətləri sayıldığına görə həmin münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə azyaşlı uşağın iddiaçının qəyyumluğuna verilməsi barədə qərarın icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməsi münasibətin və onunla bağlı mübahisənin mülki-hüquqi xarakterini dəyişdirmir və dəyişdirə bilməz. Bu münasibətlərin xarakteri baxımından həlledici olan qəyyumluqla bağlı məsələ nin kim tərəfindən həll olunması deyil, onun hansı hüquq sahəsinə əsasən həll olunmasıdır. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik (inzibati) sahəsində fəaliyyəti (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı yaranan mübahisələrə baxılır. Başqa sözlə, inzibati orqan publik (inzibati) hüquq müstəvisində fəaliyyət göstərdiyi və həmin hüquq normalarına əsasən şəxsə münasibətdə qərar qəbul etdiyi və ya belə qərarın qəbulundan imtina etdiyi və bunun üzərindən şəxsin hüquqlarını pozduğu hallarda, belə mübahisələrə baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, hə min mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

24. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddianın əsas mümkünlük şərti hesab olunur. İnzibati hüquq münasibətlərindən yaranmayan və inzibati-hüquqi xarakter daşımayan mübahisələrə dair iddialar inzibati məhkəmələr tərəfindən mümkün sayıla və həmin iddialara mahiyyəti üzrə baxıla bilməz. Hazırkı mübahisəyə münasibətdə cavabdehin hərəkəti və iddiaçının tələbi inzibati hüquqa deyil, mülki (ailə) hüquq sahəsinə bağlıdır və mülki hüquq normalarına əsaslanır. Bu baxımdan iddiaçının hazırkı məzmunda iddiasını qeyd olunan səbəblərdən mümkün saymamaqda apelyasiya məhkəməsi haqlı sayılmalıdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, azyaşlı nəvəsinin iddiaçının qəyyumluğuna verilm əsi ilə bağlı mübahisənin aidiyyəti ilə əlaqədar məsələ apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından lazımi qaydada araşdırılmış və bununla əlaqədar istinad olunan sübutlar prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin aidiyyəti ilə bağlı hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 21(103)-566/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar