Məhkəmə qərarları › İş №2-1(102)-789/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-789/2025

10.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-789/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 21(103)-3886/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xüsusi qulluq şəraitinə görə pul əlavəsinin hesablanması üçün, xx.xx.2020-ci il tarixli N saylı hərbi hissənin 2002-ci ilin yanvar-dekabr ayları üzrə zabit gizirlərin pul paylama cədvəlindən çıxarışla aldığı təminat xərcliyinə, xüsusi qulluq şəraitinə görə pul əlavəsinin daxil edilərək, həmin pul paylama cədvəlinin və ona verilmiş son üç il üçün pul əlavəsinin hesablanaraq, verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7475/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia rədd edilmişdir.

3. İddiaçı xx.xx.2024-cü ildə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7475/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə də müraciət etmişdir.

4. Vəsatətdə qeyd edilmişdir ki, ölkə hüdudlarından kənarda olduğu səbəbindən prosessual müddət ötürülmüşdür.

5. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3886/2024 nömrəli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamışdır.

6. Apellyasiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “... iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən və iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı tərəflərin məhkəməyə məlum ünvanlarına göndərilmiş, iddiaçının məhkəməyə bildirdiyi faktiki yaşadığı ünvan üzrə məhkəmə aktı poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Araşdırma zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən olunmuşdur ki, İddiaçı 2023-cü ilin sonunda və 2024-cü ilin mart ayında Bakı şəhərində olmuşdur. Daha sonra elektron sistemdən çıxarılan İddiaçı aid sərhədkeçmə məlumatlarından müəyyən olunur ki, o, 2023-2024-cü illərdə mütəmadi olaraq ölkəyə giriş və çıxış etmiş, sonuncu dəfə 2024-cü ilin iyul ayında ölkəyə daxil olmuş və bundan sonra ölkə sərhədini tərk etməmişdir. Göründüyü kimi iddiaçının ölkədə olmadığı üçün məhkəmə aktını, yalnız xx.xx.2024cü il tarixdə ala bilməsinə dair dəlili əsassızdır. Belə ki, özünün qeyd etdiyi ünvana göndərilmiş, barəsində məlumatı olan məhkəmə aktını onun birinci instansiya məhkəməsinə müraciət edərək almaq imkanının olması özünün məhkəmə iclasında verdiyi izahatı və tədqiq olunan digər sübutlarla öz təsdiqini tapır. Bundan başqa iddiaçının ölkəyə daxil olmadan da məhkəmə aktından məhkəmənin elektron poçt ünvanı vasitəsi ilə apellyasiya şikayətini məhkəməyə təqdim etmək, həmin ünvan vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə aktını almaq imkanı vardır. İddiaçının, yalnız Azərbaycan Respublikasının hüdudlarından kənarda olması halı onun məhkəmə aktından qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti vermək imkanını istisna edən hal kimi qiymətləndirilə bilməz. Ona görə də kollegiya iddiaçının ərizəsində qeyd etdiyi əsası (Azərbaycan Respublikasının hüdudlarından kənarda olması) qanunla müəyyən olunan müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsi və buraxılmış müddətin bərpa edilməsi üçün əsas olaraq qəbul etmir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şi kayət vermə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. ”

7. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyasının qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakimə si həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam t ətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhk əmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə müddətin bərpa edilməsinə dair vəsatətlə birlikdə müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apellyasiyanın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardardlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-82/2022 nömrəli, X2 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-233/2022 nömrəli, X5 cavabdeh Nizami rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-785/2022 nömrəli).

17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarl ar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassator üçün əlçatan və bəlli olmuşdur.

18. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda, tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmi şdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

19. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3886/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar